QəRBİ kaspi universiteti



Yüklə 24,57 Kb.
səhifə1/3
tarix10.05.2022
ölçüsü24,57 Kb.
#57101
  1   2   3
Pedaqoji psixologiya serbest is Nermin Eliyeva


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

QƏRBİ KASPİ UNİVERSİTETİ

Tələbə: Əliyeva Nərmin

Fakültə: İctimai və siyasi elmlər

İxtisas: Psixologiya

Qrup: 2030

Fənn: Pedaqoji Psixologiya

Sərbəst işin mövzusu: Pedaqoji ünsiyyətin əsas modelləri

Müəllim: Əhmədova Reyhan İsgəndər q.



ÜNSIYYƏT, ONUN FUNKSIYALARI VƏ FORMALARI

İnsanın sosiallaşması onun ünsiyyət mədəniyyətinin formalaşması, ünsiyyət təcrübəsinə yiyələnməsi ilə sıx bağlıdır. İnsan cəmiyyətdə yaşayıb fəaliyyət göstərməsi üçün adamlarla, sosial qruplarla ünsiyyətə girməyi, lazımi informasiya mübadiləsi aparmağı və onlara təsir etməyi bacarmalıdır. Bunsuz hər hansı bir sahədə fəaliyyət göstərmək, özünü ifadə və təsdiq etmək mümkün deyildir. Bu baxımdan düzgün ünsiyyət qurmaq bacarığı şəxsiyyətin sosiallaşmasının mühüm tərkib hissəsini təşkil edir. Ünsiyyət dedikdə, insanların informasiya mübadiləsi, qarşılıqlı təsiri və bir-birini qavraması prosesi başa düşülür. O, əsas sosial tələbatlardan biri olmaqla şəxsiyyətin inkişafı və formalaşmasının vacib şərtini təşkil edir. Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində həyata keçirdiyi peşə ünsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait yaradılmasına yönəlmiş olur, kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa imkan verir.

Pedaqoji ünsiyyət ümumiyyətlə ünsiyyətin bütün xüsusiyyətlərini özünndə əks etdiri. Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun aşağıdakı növlərini ayırmaq mümkündür: informasiya mübadiləsi, başqa adamların davranışını tənzim etmək, şəxsiyyətlərarası anlama.Pedaqoji ünsiyyətin hansı növündən istifadə edilməsindən asılı olmayaraq müəllimin şagird kollektivi ilə məhsuldar ünsiyyət prosesi təşkil olunmadan pedaqoji fəaliyyətin didaktik və tərbiyəvi vəzifələrini lazımi şəkildə həyata keçirmək mümkün deyildir.

Pedaqoji ünsiyyət müxtəlif məqsədlər daşıya bilər: fərdi-idraki (nə isə yeni bir şey öyrənmək, təlimat almaq), emosional ( qiymətləndirmək, münasibəti bildirmək, təəssüratı bölüşmək). Pedaqoji ünsiyyət zamanı məqsəd cadəcə olaraq elə ünsiyyətə girişmək, ünsiyyət saxlamaqdan da ibarət ola bilər. (məsələn, kiminləsə birgə olmaq, söhbət etmək). Bu cəhət şagirdlərin ünsiyyət fəaliyyətində özünü aydın şəkildə göstərir. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilər üçün müəllim və yoldaşları ilə ünsiyyət xatirinə ünsiyyətə girmək xarakterik haldır. Onlarda ünsiyyət kifayət dərəcədə seçici xarakter daşımır. Kiçik məktəblilər heç də həmişə ünsiyyətlərinin məqsədini dərk edə bilmirlər. Yuxarı siniflərə keçdikcə şagirdlərin ünsiyyətində seçicilik müşahidə olunmağa başlayır.

Pedaqoji ünsiyyətin məzmununa gəldikdə isə, bunu ünsiyyət prosesində müəllim və şagirdin bir-biri ilə informasiya mübadiləsi təşkil edir.Ünsiyyətin məzmunu təlim prosesində müəllimin qarşıya qoyduğu məqsədlə müəyyən edilir. Ünsiyyət vahid məqsədə yönəlmədən, vahid məqsəd güdmədən səmərəli nəticə verməyəcəkdir.

Müasir psixoloji-pedaqoji ədəbiyyatda ünsiyyətin 3 tərəfi fərqləndirilir:

Ünsiyyətin kommunikativ funksiyası - informasiyaların alınması, çatdırılması və mübadiləsindən ibarətdir. Bu yolla insanlar təsəvvürləri, fikirləri, ideyaları, hissləri ilə bölüşür, başqa adamları dinləməyə, başa düşməyə və inandırmağa çalışırlar.

Ünsiyyətin interaktiv funksiyası-insanların qarşılıqlı təsiri olub, tərəf-müqabilinə adekvat təsir göstərməkdən ibarətdir. O, ünsiyyətin nüvəsini təşkil edir.

Ünsiyyətin perseptiv funksiyası-insanların bir-birini qavraması, anlaması və öz şəxsiyyətlərini ifadə etməsi ilə bağlıdır. Bu zaman insan başqalarının özünü düzgün anlamasına, eyni zamanda onların hissi aləmini duymağa, dərdinə şərik olmağa və mövqeyini başa düşməyə səy göstərir. Ünsiyyətin qeyd edilən funksiyaları bir-birilə sıx bağlıdır və vəhdətdə həyata keçirilməlidir. Bəzən məktəbdə ünsiyyətin ancaq bir funksiyasına-informasiya vermək funksiyasına daha çox önəm verilir, digər iki funskiya diqqətdən yayınır. Bu halda müəyyən informasiya verilsə də, müəllim-şagird münasibətləri, bir-birini anlaması kommunikativ tərəf interaktiv tərəf perseptiv tərəf təmin edilmir. Nəticədə, münasibətlərdə çətinliklər yaranır. Ünsiyyətin formaları Ünsiyyətin səmərəsi onun forma və üslublarının düzgün seçilib tətbiq edilməsi ilə sıx bağlıdır.

Ünsiyyətin iki başlıca forması ayırd edilir:

Formal ünsiyyət rəsmi qaydalarla, normalarla tənzim olunur; müəllim-şagird münasibətləri rəsmi münasibətlərdir.

Qeyri-formal ünsiyyət rəsmi qaydalarla müəyyən olunmur, şəxsi xarakter daşıyır, simpatiya və antipatiyaya əsaslanır.

Qeyri-formal ünsiyyət insanların münasibətinə, kollektivin fəaliyyətinə təsir göstərir. Lakin qeyri-formal ünsiyyətdə müəyyən həddpsixoloji məsafə, “pedaqoji pərdə” gözlənməli, belə ünsiyyət rəsmi vəzifələrin yerinə yetirilməsinə mane olmamalıdır. Göstərilən ünsiyyət formalarının heç birini universallaşdırmaq olmaz. Ancaq formal ünsiyyətə əsaslanmaq formalizmə, münasibətdə soyuqluğa gətirib çıxara bilər. Eləcə də qeyri-formal ünsiyyətə əsaslanmaq da anarxiyaya və müəllim-şagird arasında “pərdə”nin götürülməsinə gətirib çıxarar. Buna görə də, hər iki ünsiyyət formasını düzgün əlaqələndirmək və şəraitdən, situasiyadan asılı olaraq tətbiq etmək lazımdır.

Ünsiyyətin üslubları

Ünsiyyət üslubu dedikdə, ünsiyyət fəaliyyətində fərdi xüsusiyyətlərin məcmusu başa düşülür. Üç əsas ünsiyyət üslubu fərqləndirilir:

Avtoritar üslub-inzibati-amirlik üslubudur. O, nüfuza və tabeçiliyə əsaslanır. Onun əsas vasitələri əmr, tələb, qadağan, qışqırıq və cəzadır. Bu üslubda müəllim formal qeyri-formal avtoritar demokratik liberal şagirdə obyekt kimi, “yuxarıdan aşağı” baxır, hər xırda şeyə sərt reaksiya verir, bəzən isə təhqirə əl atır. Bu halda şagird zahirən itaət göstərsə də, daxilən narazı qalır, müəllimə soyuq münasibət (bəzən kin) bəsləyir, yeri gəldikdə itaətsizlik göstərir. Belə üslub ünsiyyəti çətinləşdirir, əsəbilik, inamsızlıq, qeyri-sağlam psixoloji mühit yaradır, münaqişələrə yol açır.

Demokratik üslub-əməkdaşlığa əsaslanan üslubdur. O, qarşılıqlı hörmət, humanizm, bərabərlik, ədalət üzərində qurulur. İnsana fəaliyyətin subyekti kimi baxılır; onun rəyi, tələbat və maraqları nəzərə alınır, təşəbbüs və fəallığına geniş yer verilir. Demokratik üslubun əsas vasitələrini inandırma, xahiş, məsləhət təşkil edir. Bu üslub normal ünsiyyət qurmağa, sağlam mənəvi-psixoloji mühit yaratmağa, insanın şəxsi ləyaqət hissini qorumağa, nüfuzunu yüksəltməyə imkan verir.

Liberal üslub-ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsaslanır: tərbiyəçi heç nəyə qarışmır, məsələlərə formal yanaşır, məsuliyyətdən kənar olmağa çalışır. Bu isə normal ünsiyyətə və bütövlükdə işin keyfiyyətinə mənfi təsir göstərir.

Ünsiyyət üslublarının müxtəlif təzahür formaları-fərdi ünsiyyət üslubları müşahidə olunur. Onlardan əsaslarını qeyd edək:

birgə yaradıcı fəaliyyət üslubu; b) dostcasına ünsiyyət üslubu; c) ünsiyyət-qorxu üslubu; d) ünsiyyət-məsafə üslubu e) ünsiyyət-ələalma üslubu və s.



Müəllim-şagird münasibətləri və onların humanistləşdirilməsi Məlum olduğu kimi, müasir dövrümüzdə müəllimin ənənəvi fəaliyyətində dəyişikliklər baş verib. İndi onun mövqeyi bələdçi (fasilitator), aparıcı (istiqamət verən) bir mövqedir. Əslində bu, müəllim liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdin təhsilin məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Müəllim sistemli, ardıcıl və məqsədyönlü şəkildə əməkdaşlıq edir: problemli vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyulmasında şagirdlərə istiqamət verir, bunların həllində metodik kömək göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir. Şagird isə müəllimin istiqamətinə əsasən fəaliyyət göstərir. O, fəaliyyətə məcbur olunmur, sadəcə təhrik edilir. Onun mövqeyi kəşf edən, tədqiqatçı xarakteri daşıyır. Ona görə də müəllimin istiqaməti üzrə kiçik tədqiqatlara qoşulur, araşdırmalar aparır, konkret nəticələrə gəlir. Şagird gəldiyi nəticələrini qiymətləndirməklə bir daha ona əmin olur. İstər müəllimin, istərsə də şagirdin fəaliyyəti subyektlərin fəaliyyəti kimi əməkdaşlıq xarakteri daşıyır. Bu münasibətlər müasir təhsili, məktəbi xarakterizə edən, onun humanist keyfiyyətini üzə çıxaran əsas əlamətdir. Müəllim-şagird münasibətlərinin humanistləşdirilməsi müasir dövrdə əhəmiyyətə malikdir. Məktəblərdə illər boyu bərqərar olmuş ənənəvi “müəllim-şagird” münasibətlərinin bir çoxu müasir şəraitdə artıq öz əhəmiyyətini itirmişdir. Ənənəvi “müəllim-şagird” münasibətlərində şagird bütün yaş dövrlərində təkcə uşaq sayılmırdı. Həm də ona çox vaxt sadəcə olaraq təlim prosesinin obyekti kimi yanaşırdılar, avtoritar tərbiyə üsullarından, bu və ya digər məqsədə nail olmaq üçün müxtəlif “təzyiq vasitələrindən” istifadə edirdilər. Müəllim-şagird münasibətlərinin əsasında humanist prinsipin tələbləri dayanır. Onlar təlim prosesinin psixopedaqoji əsası kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın görkəmli psixoloqu, mərhum professor Əbdül Əlizadə bu məsələdən bəhs edərkən həm şəxsiyyət, həm də dialoji mədəniyyətin tələbləri barədə belə qənaətə gəlmişdir: “Obyekt mahiyyətcə şəxsiyyət deyil, insan deyil. İnsan ancaq subyekt kimi, şəxsiyyət kimi dialoqa girə bilər. Bu o deməkdir ki, dialoq məkanına daxil olmaq üçün: * insan münasibətləri mənəvi ölçülərə söykənməlidir; * adamlar bir-birini şəxsiyyət kimi qavramalıdırlar; * dialoq birgə əməkdaşlıq, birgə yaradıcılıq aləmi olmalıdır”. Bu gün bərqərar olmuş yenii pedaqoji təfəkkür baxımından isə şagird təlim prosesinin sadəcə olaraq obyekti deyil, eləcə də subyektidir. Əməkdaşlıq pedaqogikasının nailiyyətləri göstərir ki, dərsdə əsl yaradıcılıq münasibətlərinin səmərəli inkişafı üçün əlverişli şərait yaranır. Müəllim və şagird tərəf-müqabilidir. Tərbiyə işində neqativ demoqrafik təsirlərin səmərəli yollarla aradan qaldırılması məhz onların qarşılıqlı münasibətlərinin xarakterindən asılıdır. Müasir dövrdə insan amilinin xüsusi sosial pedaqoji əhəmiyyət kəsb etdiyi bir şəraitdə “müəllim-şagird” münasibətlərinin humanistləşdirilməsi məktəbin əsas vəzifələrindən birinə çevrilməlidir.

Müəllim-şagird münasibətlərində yaş xüsusiyyətlərinin nəzərə alınması.Şagirdlərin daxili aləmini düzgün başa düşməyən müəllimlər onların hisslərini, davranış motivlərini çox vaxt yanlış, birtərəfli ölçülərlə qiymətləndirirlər. Xüsusilə, VIIVIII siniflərdə bu cəhətdən ciddi nöqsanlar özünü göstərir. Müəyyən edilmişdir ki, aşağı siniflərdə müəllimlər hisslərini, davranış motivlərini nisbətən düzgün qiymətləndirməsələr də, yuxarı siniflərdə onların daxili aləmlərini başa düşmək üçün mühüm əhəmiyyətə malik olan cəhətləri səriştə ilə təhlil edə bilmirlər. Bu təsadüfi olmayıb, ilk növbədə, onunla bağlıdır ki, şagirdlər böyüyüb, yaşa dolsalar da, müəllimlər yaşın, yaşlılıq hissinin və meylinin möcüzələri ilə hesablaşmırlar, çox vaxt IV sinifdə olduğu kimi, VII və ya IX sinif şagirdini yenə də uşaq sayırlar. Yeniyetmələrlə “uşaq formalarında” ünsiyyətə girirlər, onların davranış və rəftarını da elə bu üsullarla idarə etməyə çalışırlar. Halbuki 10-11 yaşlarında şagirdlərdə yaşlılıq hissi və meyli formalaşır. Onlar yaşlı adamlar kimi geyinməyə, bəzənməyə, danışmağa, hətta gün keçirməyə başlayırlar. Şagirdlərin mənlik şüuru, əxlaqi şüuru köklü surətdə dəyişir, onların ünsiyyət tələbatlarında yenii cəhətlər əmələ gəlir. Müəllimlər yeniyetməlik yaşı dövründə şagirdlərlə öz münasibətlərini yaşın özünün məntiqi əsasında qurmalıdır. Müəllimlər şagirdlərin yaşlanması prosesinin xüsusiyyətlərini nəzərə almadıqda, onların daxili aləmini başa düşə bilmir, davranış motivlərini düzgün qiymətləndirmir, bu zəmində də çox vaxt onların qarşılıqlı münasibətlərində bütövlükdə sinfin mənəvi psixoloji iqliminə mənfi təsir göstərən ixtilaflar əmələ gəlir.

Müəllimlə şagirdlərin qarşılıqlı ünsiyyəti nə qədər səmərəli olarsa, kollektivin idarə olunması, onun üzvlərinin tərbiyə işinin təşklili də bir o qədər səmərəli olacaqdır. Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə müəllimləri şərti olaraq 4 qrupa bölmək mümkündür.


Yüklə 24,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin