Dəzgahda icraedici hərəkət yaratmaq üçün dəzgahın icraedici bəndlər iləhərəkət mənbəyini əlaqələndirmək lazımdır.
Dəzgahın hərəkət edən ötürmə elementləri arasındakı əlaqə kinematik əlaqə adlanır. Hərəkət mənbəyi ilə icraedici bəndlər arasındakı kinematik əlaqələr kinematik qrup təşkil edir.
Kinematik qrup dedikdə müəyyən parametrli ayrıca icraedici hərəkət yaradan mexanizm (quruluş) başa düşmək lazımdır. Dəzgahda tələb edilən icraedici hərəkəti həyata keçirmək üçün onun kinematik əlaqəsi bir, yaxud bir neçə mexaniki, elektrik, hidravlik və digər kinematik zəncirlərdən ibarət ola bilər.
M.5 Dəzgahlarda kinematik əlaqələr
Hər hansı kinematik əlaqənin strukturu daxili və xarici kinematik əlaqələrdən təşkil edilir. Daxili əlaqə bir kinematik cütdən ibarət olarsa, sadə, bir neçə cütdən və kinematik zəncirdən ibarət olub, hərəkət edən icraedici bəndlərin cütlərini bir-birilə əlaqələndirirsə, mürəkkəb qrup sayılır.
Daxili kinematik əlaqə özü hərəkət mənbəyi olmadan icraedici hərəkət yarada bilməz. O, elementar hərəkətlərin parametrlərini elə uzlaşdırmalıdır ki, icraedici hərəkət verilən trayektoriya üzrə həyata keçirilə bilsin.
M.5 Dəzgahlarda kinematik əlaqələr
Bu əlaqə həpərəkətdə iştirak edən bənd (1 şpindeli) ilə hərəkətdə iştirak etməyən icraedici bəndin (2 aşığı) arasında yaranır.
Hərəkətdə olan icraedici bənd (şpindel) və hərəkət mənbəyi arasında əlaqə xarici kinematik əlaqədir (b). Xarici kinematik əlaqə bir neçə bəndlə həyata keçirilə bilər. i – sazlama orqanının köməyi ilə icraedici hərəkətin verilən sürətə sazlanması aparılır, Dəzgahların struktur sxemlərində aralıq bəndlərin kinematik əlaqələri qırıq xətlə, sazlama orqanları isə rombla göstəriləcəkdir (məs.1,v şəklində olduğu kimi).
Şəkildə sadə icraedici hərəkətlərdə kinematik əlaqələr göstərilmişdir. Daxili kinematik əlaqə bir fırlanan cütlə həyata keçirilir.
M.5 Dəzgahlarda kinematik əlaqələr
Hərəkətdə olan icraedici bənd (şpindel) və hərəkət mənbəyi arasında əlaqə xarici kinematik əlaqədir (b). Xarici kinematik əlaqə bir neçə bəndlə həyata keçirilə bilər. i – sazlama orqanının köməyi ilə icraedici hərəkətin verilən sürətə sazlanması aparılır,
Şəkildə sadə icraedici hərəkətlərdə kinematik əlaqələr göstərilmişdir. Daxili kinematik əlaqə bir fırlanan cütlə həyata keçirilir. Bu əlaqə həpərəkətdə iştirak edən bənd (1 şpindeli) ilə hərəkətdə iştirak etməyən icraedici bəndin (2 aşığı) arasında yaranır.
M.5 Dəzgahlarda kinematik əlaqələr
Dəzgahların struktur sxemlərində aralıq bəndlərin kinematik əlaqələri qırıq xətlə, sazlama orqanları isə rombla göstəriləcəkdir (məs.1,v şəklində olduğu kimi).
Sazlama orqanı dəyişilən dişli çarxlar, dəyişilən qasnaqlar, sürət və veriş qutusu ola bilər.
M.5 Dəzgahlarda kinematik əlaqələr
Şəkildə mürəkkəb icraedici hərəkətlərdə kinematik əlaqələr göstərilmişdir. a-da daxili əlaqələr, b şəklində isə torna-yivaçan dəzgahın yivaçan zəncirinin strruktur sxemi göstərilmişdir. Həmin sxemdə mürəkkəb icraedici hərəkət iki sadə fırlanan (şpindel) və düzxətli (support) hərəkətdən təşkil olunub, iki kinematik əlaqə ilə həyata keçirilir və sazlama orqanı ilə sazlanır. Hər iki kinematik əlaqə bir kinematik qrup təşkil edir.