Fasonlu kəskilər


M.5 Dəzgahin kinematik strukturu



Yüklə 1,27 Mb.
səhifə3/4
tarix17.05.2023
ölçüsü1,27 Mb.
#114840
1   2   3   4
MKD -5

  • 3. Kombinəedilmiş strukturlu sinif (K hərfi və iki rəqəm ilə işarə ediləçək. Birinci rəqəm qrupların, ikinci isə icraedici hərəkətlərin sayını bildirir). Sadə və mürəkkəb qruplarla forma əmələ gətirən kinematik strukturlu dəzgahlar daxildir.
  • M.5 Dəzgahin kinematik strukturu
  • Dəzgahın kinematik strukturunu tərtib edəndə, detalın emal edilən səthləri, kəsici alətin konstruksiyası və forması, həmçinin forma əmələgətirmə prosesində detalla alətin qarşılıqlı yerləşmə vəziyyətləri aydın şəkildə təsəvvür edilməlidir.
  • Dəzgahın kinematik strukturunun tərtibi və təhlili aşağıdakı ardıcıllıqla aparılmalıdır.
  • 1. İcraedici orqanların sayı müəyyənləşdirilir. Bu, icraedici hərəkətləri yaradan sadə sayını təyin edir.
  • 2. Qrupdakı daxili kinematik əlaqələr təyin edilir.
  • 3. Hərəkət mənbəyi və qrupdakı xarici əlaqələr təşkil edilir.
  • 4. Hərəkətin parametrlərini sazlayan orqanların sayı və yerləşməsi müəyyən edilməlidir.

  • Detalı tələb edilən forma və ölçüdə emal etmək üçün dəzgah kinematik sazlamalıdır. Yəni dəzgahın sazlama orqanlarının parametrləri təyin edilməlidir. Son bəndlərin yerdəyişməsinin hesablanması pəstahda əmələ gətirilən səthin formasından və kəsici alətdən asılıdır. Ona əsasən kinematik zəncirlər üzrə başlanğıc və son bəndləri əlaqələndirən kinematik zəncirlər üzrə başlanğıc və son bəndləri əlaqələləndirən kinematik balans tərtib edilərək sazlama orqanı üçün yerdəyişmənin qiymətindən asılılıq parametri təyin olunur.

  • M.5 Dəzgahlarin kinematik sazlanmasinin əsaslari
  • Əgər kinematik zəncirin başlanğıc hərəkət mənbəyi-elektrik mühərriki, son bənd şpindel olarsa (şəkil 4), onda başlanğıc və son bəndlər arasında əlaqə aşağıdakı kimi yazılır:
  •  
  • nşp=n(d1/d2)2iv (1)
  •  
  • Burada: n və nşp – başlanğıc və son bəndlərin fırlanma tezliyi; 2-qayış ötürməsinin faydalı iş əmsalı ; iV – baş hərəkət zənciri sazlama orqanının (sürət qutusu, yaxud dəyişdirilən dişli çarxlar ola bilər) ötürmə nisbətidir.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin