9 informasiya texnologiyalarinin telekommunikasiya s?B?K?L?Rin? Konvergensiyasi



Yüklə 225,34 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix02.01.2022
ölçüsü225,34 Kb.
#39266
  1   2   3   4   5   6   7   8   9   10   11
İnformasiya texnologiyalarinin telekommunikasiya şəbəkələrinə konvergensiyasi



İnformasiya texnologiyaları problemləri, №2, 2010  

 

74                                                                  www.jpit.az 



 

UOT 004.773 

Cəfərov Z.Ə. 

Azərbaycan Texniki Universiteti, Bakı, Azərbaycan 

c_zafar@rambler.ru 

İ

NFORMASİYA TEXNOLOGİYALARININ TELEKOMMUNİKASİYA 

ŞƏ

BƏKƏLƏRİNƏ KONVERGENSİYASI

 

Telekommunikasiya  xidmətlərinin  sürətli  inkişafı  şəraitində  informasiya  mübadiləsi  və 



emalı texnologiyaları xüsusi əhəmiyyət kəsb edir. Hazırda ən perspektivli istiqamətlərdən 

biri  qabaqcıl  informasiya  texnologiyalarının    rabitə  sahəsinə  tətbiqi    və  konvergent 

telekommunikasiya  şəbəkələrinin  qurulmasıdır.  Bununla  əlaqədar  olaraq  konvergent 

şəbəkələrin  texnoloji  xüsusiyyətlərinin  müxtəlif  tərəflərinin  təhlili  və  təfsilatlı    tədqiqi 

üzrə suallar yaranır.  Məqalədə konvergent şəbəkələr üzrə bu texnologiyaların qarşılıqlı 

əlaqəli və müqayisəli təhlili verilir. 

Açar  sözlər:  informasiya  texnologiyaları,  telekommunikasiya  xidmətləri,  konvergent 

şəbəkələr, rabitə seansları, intellektual serverlər, billinq sistemləri. 

Giriş 

Əvvəllər  rabitə  və  informasiya  texnologiyaları  ayrı-ayrılıqda  inkişaf  etdirilirdisə, 

son  illər  “konvergensiya”  termininə  informatika  və  telekommunikasiyanın  təkamülü 

kontekstində tez-tez rast gəlinir. Bu termin özündə şəbəkələrin və xidmətlərin inkişafı və 

inteqrasiyasını, 

texnologiyaların 

yeniləşdirilməsi 

proseslərini 

nəzərə 

almaqla 


telekommunikasiya sahəsində baş verən bütün dəyişiklikləri ehtiva edir. 

 Rabitə sahəsinə informasiya texnologiyalarının konvergensiyası üzrə hərəkətverici 

qüvvə  telekommunikasiya  xidmətlərinin  inkişafı  hesab  olunur.  Müxtəlif  texniki 

sistemlərlə  dəstəklənsə  belə,  konvergensiya  bu  və  ya  digər  xidmətlər  üçün  bircins 

infrastruktura  malik  olmaq  meyilləri  ilə  əsaslandırılır.  Bu  sistemlər  müəyyən 

konvergensiya  səviyyəsi  tələb  edən  informasiya-kompyuter  və  ya  kommunikasiya 

texnologiyaları bazasında təşkil oluna bilər.  

İnformasiya  texnologiyaları  üzrə  konvergensiya  müxtəlif  cinsli  elektron  vasitələrin 

uyğunlaşdırılması  hesabına  onların  qarşılıqlı  əlaqələrini  və  sürətli  inkişafını  təmin  edir. 

Bu  texnologiyaların  rabitə  şəbəkələrinə  tətbiqi  sayəsində  səs,  sənəd  və  təsvir 

mübadilələrinin konvergensiyası çoxxidmətli telekommunikasiya şəbəkələrinin inkişafına 

səbəb  olmuşdur.  Artıq  rabitə  sistemlərinə  terminallar  arasında  informasiyanın  trivial 

mübadilə  vasitəsi  kimi  yox,  ən  müxtəlif  xarakterli  servis  və  xidmətləri  reallaşdıran 

intellektual  şəbəkə  kimi  baxılır.  Ona  görə  də  informasiya  və  telekommunikasiya 

texnologiyalarının  müasir  vəziyyəti  onların  sinqulyar  konvergensiya  prosesi  ilə 

xarakterizə  olunur.  Nəticədə,  kompyuter  şəbəkələri  telekommunikasiya  sistemlərinə, 

sonuncular  isə  elektronlaşdırılaraq  öz  strukturlarına  görə  bu  cür  şəbəkələrə 

çevrilməkdədirlər.  

Məqalədə 

informasiya 

texnologiyalarının 

telekommunikasiya 

şəbəkələrinə 

konvergensiyası  ideyasının  mahiyyəti,  zərurəti,  mərhələləri,  aspektləri,  motivləri  təhlil 

olunmuş  və  bu  prosesin  telekommunikasiya  xidmətlərinin  inkişafı  üzrə  əhəmiyyət  kəsb 

edən nəticələri qeyd edilmişdir. 

 

 



İnformasiya texnologiyaları problemləri, №2, 2010 

 

 



       www.jpit.az                                                                      75 

 


Yüklə 225,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin