Konvergensiya prosesi şəbəkələrin, xidmətlərin və terminalların konvergensiyası
kimi üç aspekti əhatə edir [3]. Şəbəkələrin konvergensiyası stasionar, mobil və
konvergent növ xidmətlərin təqdim olunması üçün vahid infrastrukturun istifadə
Xidmətlərin konvergensiyası terminalın növündən və cografi yerindən asılı
olmayaraq bu şəbəkənin istifadəçilərinə həmin xidmətə daxil olmaq imkanı verir.
Müxtəlif xidmətlərin konvergensiyası onlardan ayrılıqda birinin imkanlarını genişləndirə
bilər. Qurğuların konvergensiyası isə daxilolma və xidmət növündən asılı olaraq müxtəlif
Tarixən elə olmuşdur ki, yeni növ rabitənin tətbiqi istifadəçiyə yeni servis təqdim
edə bilən qurğuların kəşfi ilə başlanmışdır. Bundan sonra rabitə şəbəkəsinin özü tədricən
İnformasiya texnologiyaları problemləri, №2, 2010
www.jpit.az 79
inkişaf etdirilərək qlobal miqyasa çatdırılmışdır (məs., telefon aparatı − telefon şəbəkəsi,
teleqraf aparatı − teleqraf şəbəkəsi, faks aparatı − faksmil şəbəkəsi, kompyuter − lokal
hesablama şəbəkələri − İnternet və s.).
İlk dəfə hesablama məsələləri üçün yaradılmış fərdi kompyuterlər çox keçmədən
lokal informasiya şəbəkələrinin təşkili üçün Ethernet protokolunu reallaşdıran şəbəkə
kartı (Network Interface Card, NIC) ilə təchiz edilməyə başlanmışdır. TCP/IP
protokolları bazasında çoxlu sayda lokal, regional və korporativ şəbəkələri birləşdirən və
yüz milyonlarla kompyuterləri öz strukturuna daxil edən İnternet yaranmışdır.
Fərdi kompyuterlərin açıq struktura malik olması, onun sistem şininə yeni səs
(Voice Interface Card, VIC) və video (Television Interface Card, TIC) kartlarının (aparat
platalarının) qoşulması hesabına “üçü bir yerdə” (Triple-Play PC) universal
kommunikasiya terminalları yaradılmışdır. Bu cür intellektual terminallar konvergent
telekommunikasiya şəbəkələrində ən müxtəlif xarakterli servislərə daxilolma imkanı
verir. Hərtərəfli konvergensiyanı təmin etmək üçün şəbəkə intellektual olmalıdır ki,
stasionar və mobil daxilolma nöqtələrində qeyri-məhdud sayda müxtəlif növ xidmətləri
təklif etmək, tarifləşdirmək və idarə etmək mümkün olsun.
Çoxxidmətli konvergent telekommunikasiya infrastrukturu polifunksional İnternet
protokollu mültimediya sistemi (Internet Protocol Multimedia Subsystem - IMS) əsasında
səviyyələrə ayrılmış üfüqi şəbəkələr arxitekturası ilə təşkil oluna bilər [4]. IMS
arxitekturasına malik çoxxidmətli telekommunikasiya şəbəkələrində IP-texnologiyası
üzrə unifikasiyalaşdırılmış eyni xidmətlər stasionar və həm də mobil rabitə sistemlərində
təqdim oluna bilirlər. Ona görə də IMS modeli bu növ şəbəkələrin konvergensiyası
(Fixed Mobile Convergence, FMC) üçün ən effektli arxitektura hesab olunur.
IMS arxitekturası bütün növ telekommunikasiya operatorları tərəfindən qəbul
edilmişdir. Bu standarta marağın və keçidin bir neçə əsas səbəbi mövcuddur:
intellektual multimediya terminallarının sürətlə yayılması və onların istifadəçilərinin
sayının artması;
kəskin rəqabət və tarif təzyiqləri;
səs, sənəd və təsvir konvergensiyası;
yeni xidmətlərin əlavə olunma vaxtının qısaldılması.
Üfüqi struktura malik olan
IMS standartı (şək. 1-b) öz əhəmiyyətini itirmiş şaquli
inteqrasiya sxemindən imtina etməyə, xidmətlərin müxtəlif növ daxilolma şəbəkələrində
interoperabelliyinə, tələb olunan xidmət keyfiyyəti üçün şəbəkənin daşıyıcı resurslarının
idarə olunmasına, təqdim edilmiş xidmətin kontentdən və trafikdən asılı olaraq
tarifləşdirilməsinə, səs, sənəd və təsvir mübadilələrinin konvergensiyasına imkan verir.
Konvergensiyaya funksional baxımdan çoxsəviyyəli üfüqi arxitekturada xidmətlərin
strukturlaşdırılması və standartlaşdırılması hesabına nail olunur. Eyni zamanda, bu cür
arxitektura müntəzəm inkişafa yönələrək, stasionar və mobil rabitə sistemlərinin üstün
cəhətləri ilə bir-birini tamamlayır, xidmətlər spektrini genişləndirir, yeni xidmətlərin
təşkili proseslərini sadələşdirir və sürətləndirir.
Dostları ilə paylaş: