İ
nformasiya texnologiyalarının telekommunikasiya şəbəkələrinə konvergensiya
zərurəti
İnformasiya
texnologiyalarının
telekommunikasiya
şəbəkələrinə
konver-
gensiyasının əsas ideyasını
T
I
K
N
⋅
+
=
)
(
(N ─ şəbəkə, K ─ kommunikasiya,
I ─ informasiya, T ─ texnologiyalar) riyazi ifadəsində əyani əks etdirmək olar. Bu
ifadəyə kommunikasiya avadanlıqlarının istehsalçıları kimi hesablama texnikası
vasitələrini işləyib-hazırlayanlar da uzun illərdən bəri cəhd etmişlər. Onlardan birincisi
kommunikasiya texnikasında dəyişiklik etmədən yeni xidmətləri qısa müddətdə və
sadəliklə reallaşdırmaq, ikincilər isə informasiya texnologiyalarının tətbiq sahəsini daha
da genişləndirmək imkanı əldə etmişlər.
Eyni zamanda, telekommunikasiya və informasiya texnologiyaları sahələrində yeni
nailiyyətlər də rabitə şəbəkələrinin təkmilləşdirilməsinə və inkişafına səbəb olmuşdur:
birincisi, telekommunikasiya şəbəkələri kompyuter (informasiya) və rabitə
(kommunikasiya) texnologiyalarının kombinasiyası hesab edilir;
ikincisi, verilənlər və biliklər bazası texnologiyalarının inkişafı istənilən növ
xidmətin proqramlaşdırılması və reallaşdırılması zamanı zəruri olan verilənlərin emalı və
qərar qəbulu vasitələrinin yaradılması üçün imkan yaradır;
üçüncüsü, siqnallaşma sistemlərinin tətbiqi şəbəkələrin inkişafı üçün zəruri olan
telekommunikasiya infrastrukturunun hazırlanmasına öz töfhəsini verir.
Ümumilikdə rabitə şəbəkələri üç konsepsiya daxilində inkişaf etdirilmişdir [1]:
ənənəvi telefon şəbəkələri;
inteqral xidmətli rəqəm şəbəkələri;
yeni nəsil intellektual şəbəkələr.
Ənənəvi
telefon
şəbəkələrində
xidmətin
təqdim
olunması
proseduraları
kommutasiya sistemi funksiyalarının ayrılmaz tərkib hissəsi hesab edilir. Abunəçi
xidmətlərinin idarəetmə vasitələri kommutasiya sistemlərinin hər birində yerləşdirildiyi
üçün yeni xidmətlərin bu cür şəbəkəyə daxil edilməsi zamanı hər dəfə onların proqram-
aparat təminatlarının təkmilləşdirilməsi və ya yenilərinin əlavə olunması lazım gəlir.
Heterogen şəbəkələr öz konstruksiyaları, proqram təminatı, iş alqoritmləri və s. digər
atributları ilə fərqlənən müxtəlif növ və çoxlu sayda kommunikasiya vasitələrindən təşkil
olunduqlarına görə, xidmətlər nomenklaturasının genişləndirilməsi yüksək maliyyə
məsrəfləri və aşağı etibarlılıq dərəcəsi ilə xarakterizə olunmaqla, uzun müddət tələb edir.
Ona görə də, xidmətlərin sayının və ya onların funksional xüsusiyyətlərinin artırılması
kommutasiya sistemlərinin proqram və aparat təminatlarının çoxalmasına, şəbəkə
strukturunun mürəkkəbləşməsinə, idarəetmə və istismar proseslərinin çətinləşməsinə
səbəb olur və nəticədə, onların tədbiq edilməsinin dəyərini artırır. Bu isə nə xidmət
tədarükçülərinə, nə də abunəçilərə sərf etmədiyi üçün yeni xidmətlərə olan tələbatı
azaldır.
İnteqral xidmətli rəqəm şəbəkələri konsepsiyasına görə, vahid şəbəkə daxilində
müxtəlif növ rabitə xidmətlərinin təqdim olunmasına imkan verən strukturun yaradılması
nəzərdə tutulur. Lakin burada da müxtəlif texnologiyalar bazasında fəaliyyət göstərən
şəbəkələrin
şaquli
prinsiplə
inteqrasiyası
(şəkil
1-a)
xidmətlər
spektrinin
genişləndirilməsini məhdudlaşdırır.
İnformasiya texnologiyaları problemləri, №2, 2010
76 www.jpit.az
a)
b)
Şəkil 1. Telekommunikasiya xidmətlərinin şaquli (a) və üfüqi (b) təşkili modelləri
Telekommunikasiya şəbəkələrinin perspektiv inkişafı müxtəlif növ informasiyanın
mübadiləsi üçün paket kommutasiyalı texnologiyanın tətbiq edilməsi ilə bağlıdır. Bu
texnologiyanın tətbiqi ənənəvi rabitə şəbəkələrində yaranan kommutasiya gücü və nömrə
tutumu çatışmazlıqlarını aradan qaldırır. Yeni nəsil intellektual rabitə şəbəkələrində
Konvergent rabitə şəbəkəsi
İnzibatçılıq 1
Xidmət 1
Dayaq
şəbəkəsi
İnzibatçılıq 2
Billinq 2
Xidmət 2
Dayaq
şəbəkəsi
İnzibatçılıq 3
Billinq 3
Xidmət 3
Dayaq
şəbəkəsi
Billinq 1
Dostları ilə paylaş: |