9 informasiya texnologiyalarinin telekommunikasiya s?B?K?L?Rin? Konvergensiyasi



Yüklə 225,34 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix02.01.2022
ölçüsü225,34 Kb.
#39266
1   2   3   4   5   6   7   8   9   10   11
İnformasiya texnologiyalarinin telekommunikasiya şəbəkələrinə konvergensiyasi

Nəticə  

Məqalədə informasiya texnologiyalarının rabitə şəbəkələrinə konvergensiya prosesi 

təhlil  edilmişdir.  Bu  proses  telekommunikasiya  sahəsini  inqilabi  dəyişikliklərə  məruz 

qoymuşdur.  Kommutasiya  qovşaqları,  abunəçi  terminalları  və  digər  ənənəvi  şəbəkə 

elementləri öz  mövcudluqlarına  son qoymaqdadır. Avtomatik telefon stansiyaları xüsusi 

proqram  təminatına  malik  yüksək  məhsuldarlıqlı  serverlərlə  əvəz  olunur.  Abunəçi 

terminallarının  yerini  onların  proqram  emulyatorları  tutur.  Telefon  servislərinin 



İnformasiya texnologiyaları problemləri, №2, 2010  

 

84                                                                  www.jpit.az 



 

əksəriyyəti əməliyyat  sistemlərinin tərkibinə daxil edilir. “Üçü bir yerdə”, mobillik əlavə 

etməklə “dördü bir yerdə”, həm də portativ universal kommunikasiya terminalları istifadə 

olunur.  IP-texnologiyası  əsasında  unifikasiyalaşdırılmış    eyni  xidmətlər  vahid  platforma 

vasitəsilə  həm  stasionar,  həm  də  mobil  rabitə  sistemlərində  təqdim  oluna  bilirlər. 

Ödənişsiz  və  şərti-ödənişsiz  (Skype  tipli)  servislər  günbəgün  inkişaf  etdirilir  və  yayılır. 

Telekommunikasiya operatorlarının yeni biznes modeli formalaşdırılır.  

Telekommunikasiya  infrastrukturunun  serverlər  bazasında  təşkili  şəbəkə  və 

xidmətlərin  konvergentliyi  ilə  yanaşı,  informasiya  təhlükəsizliyi,  etibarlılıq,  geniş 

miqyaslılıq,  inzibatçılıq  və  yeni  funksiyaların  tətbiqi  problemləri  həll  edilir.  Billinq 

sistemlərinin  konvergentliyi  təqdim  olunan  xidmətlərə  görə  hesablaşmaların  bir 

mərkəzdən aparılmasını və çevik idarə olunmasını təmin edir. 

Müxtəlif  növ  trafiklərin  eyni  prinsiplə  mübadiləsi,  cari  seansın  fəallığına  təsir 

etmədən  kommunikasiya  mühitinin  və  vasitələrinin  əvəzləşdirilməsi,  rabitə  sessiyasına 

yeni terminalların, trafiklərin və xidmətlərin dinamiki əlavə olunması, başqa iştirakçıların 

cəlb  edilməsi  imkanları  konvergent  telekommunikasiya  şəbəkəsini  ənənəvi  rabitə 

sistemlərindən  fərqləndirən  əsas  cəhətlərdəndir.  Aparılan  təhlillərin  nəticəsi  göstərir  ki, 

şəbəkə  və  xidmətlərin  konvergensiya  tendensiyası  IMS  konsepsiyasının  yaradılmasına 

başlıca səbəb olmuşdur. Ona görə də bu model hərtərəfli konvergensiya üçün ən effektiv 

arxitektura hesab olunur. 




Yüklə 225,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin