İ
ntellektual serverlərin konvergensiya prosesində yeri
Verilənlər şəbəkələri ideyasının əsas elementi hesab edilən intellektual serverlər
fərqli əməliyyat sistemlərinə malik olan müxtəlif serverlərlə eyni zamanda əlaqə
yaratmağa imkan verir. İntellektual serverlər şəbəkədə imtinalar, müxtəlif növ müştəri
terminallarının və brauzerlərin mövcudluğu, ən böyük yük saatları və s. kimi xarici
amillərlə bağlı yaranan çətinlikləri aradan qaldırır [5]. Onlar ayrılıqda işlənib hazırlanan
və ya fəaliyyət göstərən digər proqram və aparat vasitələri ilə açıq sistemlər prinsipi
əsasında yaratdıqları qarşılıqlı əlaqələr hesabına öz imkanlarını genişləndirməklə,
müxtəlif informasiya sistemlərini inteqrasiya edərək interoperabellik qabiliyyətini təmin
edir. Məhz onların tətbiqi sayəsində interoperabel rabitə mühiti yaratmaq mümkün olur.
İntellektual serverlər yüz minlərlə tmpC (bir dəqiqədə emal olunan tranzaksiyaların sayı)
məhsuldarlıqlı tranzaksiyaların operativ emalı sisteminə və böyük
yaddaş tutumuna
malik olur.
Rabitə seanslarının təşkili ilə əlaqəli bütün tranzaksiyaları yerinə yetirən şəbəkə
funksiyaları müraciətləri və sessiyaları idarəetmə sisteminin intellektual serverlərində
reallaşdırılır. Bu funksiyalar istifadəçinin profilindən və xidmətdən asılı olaraq dinamiki
informasiya istifadə edərək şəbəkə resurslarının effektiv idarə olunmasını təmin edir.
Rabitə seanslarının idarəetmə sistemi IMS serverlərini xüsusi baza funksiyaları ilə təmin
edən xidmətləri reallaşdırma, şəbəkə ilə qarşılıqlı əlaqə və kommutasiya kimi üç məntiqi
səviyyəyə bölünür.
Birinci səviyyə serverləri istifadəçilərin autentifikasiyasını, rabitə seanslarının idarə
olunmasını, müraciətlərin baza emalını təmin edir. Qalan ikisi isə şəbəkəyə giriş nöqtəsi
kimi, seansın gedişi üçün funksional elementləri müəyyənləşdirir, daxilolma siyasəti və
növünə uyğun olaraq xidmətin keyfiyyətini təmin edir.
İnformasiya texnologiyaları problemləri, №2, 2010
82 www.jpit.az
İntellektual serverlər həm də IMS standartlı konvergent telekommunikasiya
şəbəkələrinin məntiqi elementlərini təşkil edir. Vasitəçi serverlər rabitə seanslarının
təşkili üzrə müraciət tranzaksiyalarını marşrutlaşdırma funksiyasını yerinə yetirir. Bu
serverlər istifadəçi terminallarından daxil olan sorğuları emal edir və zəruri hallarda
növbəti elementə göndərməzdən qabaq bu məlumatda dəyişikliklər aparır. Yer təyinetmə
serverləri unifikasiya edilmiş resurs identifikatoru əsasında müraciət olunan istifadəçinin
yerləşdiyi cari IP ünvanı axtarır və müəyyən edir. Ünvanlar bazasına malik olan bu server
müraciət olunan istifadəçinin mümkün yeri haqqında informasiya almaq üçün bütün IMS
serverləri üçün açıq hesab edilir. İstiqamətləndirici serverlər rabitə seansı təşkil edən
istifadəçinin sorğusunu müraciət olunan istifadəçinin cari ünvanına və ya növbəti serverə
istiqamətləndirir. Qeydetmə serverləri istifadəçilərin qeydiyyatı və avtorizasiya
funksiyalarını yerinə yetirir. Bu serverlər istifadəçilərin cari yerini qeyd etməyə imkan
verməklə xidmətlərin də mobilliyini reallaşdırır.
IMS
standartlı
konvergent
telekommunikasiya
şəbəkələrinin
intellektual
serverlərində istifadəçilərin dinamiki servis profillərini özündə əks etdirən abunəçi
verilənləri bazası yerləşdirilir. Servis profilində istifadəçilərin identifikatoru, registrasiya
verilənləri, məxsusi xidmətlərinin cari parametrləri, rouminq üçün məlumatları və s.
aktual xarakteristikaları əks etdirilir.
Beləliklə, telekommunikasiya infrastrukturunun serverlər bazasında təşkili
xidmətlərin konvergentliyi ilə yanaşı, şəbəkənin geniş miqyaslığını təmin edir. Şəbəkənin
funksional imkanları həmin intellektual serverlərdə reallaşdırılır. Hər biri məxsusi
təyinata malik olan bu cür serverlərin sayı çox ola bilər və onlar operatorun
məqsədəuyğun seçdiyi qovşaqlarda yerləşdirilir. Mərkəzləşdirilmiş açıq verilənlər bazası
şəbəkədə inteqral xidmətlər yaratmaq üçün müxtəlif təsnifatlı abunəçilərin ayrı-ayrı
servislərdə iştirakı haqqında məlumatların əldə olunmasına, xidmətləri inzibati idarəetmə
və billinq proseduralarının sadələşdirilməsinə imkan verir.
Dostları ilə paylaş: |