9 informasiya texnologiyalarinin telekommunikasiya s?B?K?L?Rin? Konvergensiyasi


Telekommunikasiya  şəbəkələrində  billinq  sistemlərinin  konvergentliyinin  təmin



Yüklə 225,34 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix02.01.2022
ölçüsü225,34 Kb.
#39266
1   2   3   4   5   6   7   8   9   10   11
İnformasiya texnologiyalarinin telekommunikasiya şəbəkələrinə konvergensiyasi

Telekommunikasiya  şəbəkələrində  billinq  sistemlərinin  konvergentliyinin  təmin 

olunması 

Telekommunikasiya  şəbəkələrinə  informasiya  texnologiyalarının  konvergensiyası 

hər bir müştəri üçün təqdim olunmuş xidmətin dəyərini hesablayan və abunəçilərə hesab 

təqdim etmək və başqa xidmət  provayderləri ilə hesablaşmaq üçün rabitə operatorlarının 

istifadə  etdikləri  bütün  tariflər  və  digər  dəyər  xarakteristikaları  haqqında  informasiya 

saxlanılan billinq sistemlərinin yaradılmasına imkan vermişdir [6]. 

Billinq sistemi mənsub olduğu telekommunikasiya operatorunun inzibati idarəetmə 

(biznes) fəaliyyəti üçün yaradılır. Bu sistemlər istənilən anda abunəçi və onun xidmətləri 

haqqında  aktual  və  etibarlı  informasiyaya  malik  olmalıdır.  Billinq  sistemləri  baş  tutmuş 

rabitə  seansları  haqqında  informasiya  təqdim  edəcək  hər  bir  şəbəkə  elementi  ilə 

avtomatlaşdırılmış əlaqə  yarada bilir. Bu halda kommunikasiya qurğuları billinq sistemi 

vasitəsilə  idarə  olunur,  yalnız  şəbəkə  elementlərindən  xidmətin  təqdim/imtina  edilməsi 

əmrinin icra olunması təsdiqini aldıqdan sonra onun ödəniş haqqı hesablanmaga başlanır. 

Bu zaman xidmət sorğusunun billinq sisteminə necə daxil olması əhəmiyyət kəsb etmir. 

Başlıcası odur ki, şəbəkə elementlərinə verilmiş əmr billinq sistemi vasitəsi ilə yaradılmış 

və xidmətin təqdim/imtina olunması haqqında təsdiq alınmışdır. 

Telekommunikasiya  şəbəkəsinin  kommutatorları,  marşrutlayıcıları  və  intellektual 

şəbəkə  qovşaqlarında  generasiya  olunan  rabitə  seansının  təfsilati  təsviri  yazıları  xüsusi 

formata  çevrilərək  billinq  sisteminə  göndərilir.  Bu  yazılar  baş  tutmuş  rabitə  seansının 



İnformasiya texnologiyaları problemləri, №2, 2010 

 

 



       www.jpit.az                                                                      83 

 

tarixi,  vaxtı,  istiqaməti,  əlaməti,  iştirakçıları  və  trafiki  haqqında  ilkin  informasiyanın 



hamısı  daxil  olmaqla,  rouminq  məlumatlarını  da  özündə  əks  etdirir.  Ümumi  halda 

konvergent telekommunikasiya şəbəkəsinin abunəçiləri əsasən kart və kredit sistemli iki 

müştəri  qruplarına  bölünür.  Birinci  qrup  abunəçilər  istifadə  edəcəkləri  xidmətlərin 

haqqını rabitə seansı yaratmazdan əvvəl, ikincilər isə yekunlaşdıqdan sonra ödəyirlər.  

Billinq sistemləri məbləğ hesabladığına görə ödənişli və böyük həcmli kontentlərin 

mübadiləsində həddən artıq dəqiqlik tələb edir. Bu zaman iki məqamı xüsusi qeyd etmək 

lazımdır.  Birincisi,  haqqı  ödənilmiş  kontentin  mübadiləsi  kart-texnologiyasına  görə 

yarımçıq  qala  bilər.  Bu  istifadəçi  üçün  qəbul  olunmaz  haldır.  İkinci  məqam  abunəçinin 

hesabında vəsaitin tükənməsi zamanı onun təcridləşdirilməsi haqqında qərarın qəbulunun 

ani  baş  verməməsi  ilə  bağlıdır.  Təcridetmə  müəyyən  müddətdən  bir  tətbiq  olunursa,  bu 

zaman  ərzində  şəbəkədə  informasiya  verilişinin  sürətindən  asılı  olan  kəmiyyət  qədər 

əlavə  trafik  mübadilə  oluna  bilər.  Bu  isə  həmin  şəbəkə  operatoru  üçün  arzuolunmaz 

haldır. 

Kart-mexanizmi  operatorlar  üçün  rabitə  ximətlərinin  təqdim  olunması  prosesini 

asanlaşdırsa  da,  göstərilən  çatışmazlıqlar  kredit-texnologiyası  əsasında  aradan  qaldırıla 

bilər. Xidmətin konvergent modellə təqdim edilməsi zamanı ödəniş variantlarının bir-biri 

ilə  əvəz  olunması  imkanı  yaranır.  Bu,  müxtəlif  xidmətlərin  həm  hesablaşma  formasına, 

həm də rabitə standartına görə fərqlənən abunəçilərə təqdim olunmasını təmin edir. 

Rəqəm verilişinin tarifləşdirilməsi səs trafiki ilə müqayisədə bir sıra xüsusiyyətlərə 

malikdir.  Rəqəm  verilişi  bazasında  təqdim  olunan  xidmətlər  daha  çevik  tarifləşdirilir. 

Verilənlər  trafiki  zamana  görə  deyil,  həcm,  məzmun  və  ya  istiqamət  əsasında 

tarifləşdirilə  bilər.  Alternativ  billinq  sistemləri  ənənəvi  xidmətlərilə  yanaşı,  xüsusi 

ssenarili  (qlobal  məntiqli)  intellektual  xidmətlər  üzrə  trafiklərindən  təfsilatılı  hesabını 

tərtib edə bilməlidir. 

Billinq  qərarlarının  konvergentliyi  eyni  bir  ekspress-ödənişin  həm  kart,  həm  də 

kredit  abunəçiləri  üçün  istifadə  olunmasına  imkan  verir.  Bundan  başqa,  kredit 

abunəçilərdə olduğu kimi kart  müştərilərinin də öz hesablarının istənilən yolla, məsələn, 

nağd,  köçürmə  və  s.  artırılması  imkanı  yaranır,  kart  və  kredit  sistemi  üzrə  abunəçilər 

arasında müxtəlif ödəniş sxemləri təşkil etmək mümkün olur. 

Abunəçi  müxtəlif  növ  xidmətlərə  görə  ümumi  hesab  ala  bilər  və  bunu  arzulayır. 

Deməli,  abunəçilərlə  kart  və  kredit  növ  hesablaşmaların    dərin  inteqrasiyası  lazımdır. 

Rabitə şəbəkələrinə informasiya texnologiyalarının konvergensiyası billinq sistemlərinin 

müxtəlif informasiya - telekommunikasiya xidmətləri üzrə «bir müştəri - bir balans - bir 

hesab»  prinsipi  ilə  əlverişli  hesab  təqdim  olunmasına  imkan  verir.  Bu,  rabitə  və 

hesablaşma  növündən  asılı  olmayaraq  təqdim  edilən  xidmət  və  trafik  haqqında  ilkin 

informasiyaları  emal  edərək,  rabitə  seanslarını  tarifləşdirən  konvergent  billinq 

sistemlərinin təşkili hesabına mümkün ola bilər. 




Yüklə 225,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin