9 informasiya texnologiyalarinin telekommunikasiya s?B?K?L?Rin? Konvergensiyasi


İ nformasiya  texnologiyalarının  telekommunikasiya  şəbəkələrinə  konvergen-



Yüklə 225,34 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix02.01.2022
ölçüsü225,34 Kb.
#39266
1   2   3   4   5   6   7   8   9   10   11
İnformasiya texnologiyalarinin telekommunikasiya şəbəkələrinə konvergensiyasi

İ

nformasiya  texnologiyalarının  telekommunikasiya  şəbəkələrinə  konvergen-

siyasının motivləri 

Telekommunikasiya  şəbəkələrinə  informasiya  texnologiyalarının  konvergensiyası 

fərdi  informasiya  və  rabitə  xidmətlərinə  və  vasitələrinə  görə  ödəniş  xərclərinin 

azaldılmasına,  onlara  yaranan  tələbatların  artmasına,  yeni  abunəçilərin  cəlb  olunmasına, 




İnformasiya texnologiyaları problemləri, №2, 2010  

 

80                                                                  www.jpit.az 



 

bir abunəçi üzrə gəlir səviyyəsinin, yəni hegemon və virtual şəbəkə operatorlarının, servis 

və  kontent  provayderlərinin  gəlirlərinin  yüksəlməsinə  səbəb  olur.  Göründüyü  kimi, 

informasiya  texnologiyalarının  telekommunikasiya  şəbəkələrinə  konvergensiyasının 

motivləri  əsasən  iki  istiqamətdə  təzahür  edir.  Birinci

 

istiqamət  operator  tərəfindən 

konvergent xidmətlərin daxil edilməsi meyillərindən yaranır:  

 

inteqrasiya oluna bilən xidmətlərin birləşdirilməsi; 



 

eyni funksiyalardan və infrastrukturdan isifadə edən xidmətlərin inteqrasiyası; 

 

daha çox gəlir gətirəcək xidmətlərin sayının artırılması; 



 

operatorların  rəqabət  üçün  istifadə  oluna  biləcək,  fərqli  cəhətlərə  malik  nadir 

xidmətlərin təqdim olunmasına cəhd göstərməsi; 

 

mövcud və layihələndirilən qarşılıqlı əlaqəsini gücləndirməklə yeni innovasiya 



xidmətlərinin daxil edilməsi; 

 

xüsusiləşdirilmiş  xidmət,  kontent  və  s.  provayderlərinin  hesabına  xərclərin 



azaldılmasının mümkün olması. 

İkinci


 

istiqamət  abunəçilər  tərəfindən  konvergent  xidmətlərin  istifadə  edilməsi 

meyillərindən yaranır: 

 

istifadə edilənlər arasında inteqrasiya oluna bilən xidmətlərin birləşdirilməsi; 



 

eyni funksiyaları və infrastrukturu istifadə edən xidmətlərin inteqrasiyası; 

 

“hamısı  bir  yerdə”  prinsipilə  xidmətlərin  birləşdirilməsi  nəticəsində  qənaətin  əldə 



edilməsi; 

 

rabitə  seansının  fəallığına  təsir  etmədən  kommunikasiya  vasitələrinin    və  ya  rabitə 



mühitinin dəyişdirilməsi; 

 

xidmətin istifadəsi üçün mümkün hallarda aşağı tarifli rabitə növünü seçilməsi;  



 

cari seans daxilində digər zəruri xidmətlərə keçid imkanı; 

 

yeni iştirakçıların cari rabitə seansına cəlb olunması; 



 

cari seans daxilinə digər növ trafiklərin əlavə olunması; 

 

 “həmişə  rabitədə”  vəziyyətində  qalmaqla  yanaşı,  digər  istifadəçilərə  öz 



xarakteristikaları haqqında müntəzəm olaraq məlumat təqdim etməsi (bu məlumat özündə 

terminal  və  onun  sahibi  ilə  rabitənin  mümkünlüyü,  informasiya  mübadiləsinə  hazırlığı, 

üstünlük  verdiyi  rabitə  üsulu  və  kommunikasiya  vasitəsi,  terminalın  imkanları, 

istifadəçinin  coğrafi  yeri  və  şəraiti,  cari  məşğuliyyəti,  onun  üçün  açıq  servislərin 

siyahısını və s. əks etdirə bilər). 

 

təqdim edilən xidmətlərə görə hesablaşmaların bir mərkəzdən aparılması sayəsində 



qənaətin əldə edilməsi (ödənişə sərf olunan vaxta qənaətin edilməsi); 

 

cəmiyyətin,  elmin,  iqtisadiyyatın  inkişaf  təmayülləri  ilə  uyğunlaşmaq  tələbatına 



görə innovasiya xidmətlərinin əldə edilməsinə istifadəçilərin cəhd göstərməsi. 

Ümumiyyətlə,  belə  nəticəyə  gəlmək  olar  ki,  konvergensiya  prosesi  müasir 

informasiya  və  telekommunikasiya  sənayesinin  bütün  istiqamətlərini  bir  yerdə 

birləşdirmək meylləri ilə müəyyənləşdirilir.  

Hərəkətli  və  stasionar  rabitə  növlərinin  konvergensiyasına,  adətən,  mobil 

telekommunikasiya  operatorları  təşəbbüs  göstərirlər.  Hər  halda  konvergensiya  haqqında 

təklifi  ilk  dəfə  məhz  onlar  irəli  sürmüşlər.  Bu  ona  görə  belədir  ki,  mobil  rabitəçilər 

birincisi,  müvafiq  “mobil  düşüncə”  sahibidirlər,  ikincisi  isə,  konvergensiya  üçün  ilkin 

addım  hesab  edilən  intellektual  şəbəkə  konsepsiyasını  daha  əvvəl  tətbiq  etməyə 

başlamışlar.

 

Artıq  stasionar  rabitə  operatorları  da 



 

konvergensiyaya  müraciət  edirlər.  Çünki 




İnformasiya texnologiyaları problemləri, №2, 2010 

 

 



       www.jpit.az                                                                      81 

 

onların  gələcək  inkişafı  xidmətlər  nomenklaturasının  genişləndirilməsi  hesabına  davam 



etdirilə  bilər.  Ən  tələbatlı,  həm  də  yüksək  gəlir  dinamikasına  malik  xidmətlər  isə  mobil 

operatorlarda  yayılmışdır.  Digər  tərəfdən,  mobil  rabitə  üzrə  ümumdünya  abunəçilərinin 

sayı  stasionar  telekommunikasiya  məkanındakı  müştəri  bazasını  ötüb  keçmiş, 

istifadəçilərin simli rabitəyə maraqlarının aşağı düşmə meylləri müşahidə olunmuşdur. 

Mobil  və  stasionar  rabitə  texnologiyalarının

 

yaxınlaşdırılması  arzu  olunmayan  bu 



təmayüllərin  qarşısını  ala  bilər.  Xüsusən  ona  görə  ki,  hal-hazırda  böyük 

telekommunikasiya 

operatorlarının 

hamısı 


üzərində 

“konvergent” 

servislər 

reallaşdırılacaq IP-infrastrukturu təşkil edirlər. Şəbəkələrin real konvergensiyasına demək 

olar  ki,  zəmin  yaranır.  Bu  cür  şəbəkələrin  xarakterik  cəhətləri  aşağıdakı  texnoloji 

əlamətlərə malik olmasıdır: 

 

səs, sənəd və təsvir mübadilələri üzrə xidmətlərin paket kommutasiyalı infrastruktur 



bazasında təqdim olunması; 

 

şəbəkə infrastrukturunun sadəliyi və kommutasiya səviyyəsinin minimallığı;  



 

yeni xidmətlərin qısa müddətdə yaradılması və asanlıqla şəbəkədə yayılması;

 

 

çevik şəbəkə



 

infrastrukturunun yüksək məhsuldarlığa malik olması;

 

 

təqdim olunan xidmətlərin keyfiyyətinə zəmanətin verilməsi;



 

 

şəbəkə infrastrukturunun cografi müstəqilliyi;



 

 

şəbəkə və xidmətlərin mərkəzləşdirilmiş idarə olunması.



 

Sonuncular  üçün  verilənlər,  biliklər  bazaları  və  server  texnologiyalarına  əsaslanan  yeni 

metodlar istifadə edilir.  


Yüklə 225,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin