Əhmədov Ərrahman . Yeni tarixdən mühazirələr.
I mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə
İnqilab ərəfəsində İngiltərənin iqtisadi və siyasi inkişafı üçün ümumi şəraitlər. XVII əsrin birinci yarısında İngiltərə Avropanın inkişaf etmiş ölkələri olan İspaniya və Fransanın yanında hələ də çox zəif dövlət olaraq qalırdı. Onun əhalisi XVI əsrdə 4 milyona çatdığı halda artıq XVII əsrin ortalarında 5 milyon nəfər olmuşdur. (Bu vaxt Fransa əhalisi 8 milyon nəfərə çatırdı)Ticarət gəmiçilik və maliyyə resurslarının səviyyəsinə görə İngiltərə Hollandiyadan geridə qalırdı. Belə ki, ticarət və hərbi gəmiçilik İngiltərəyə nisbətən Hollandiya və İspanyada bir qədər yaxşı inkişaf etmişdir. Lakin İngiltərə uzun bir dövr ərzində Avropa ətrafı və Atlantik okeanın üzərindəki ticarət yollarında əhəmiyyətli mövqeyə sahib olmuşdur. İngiltərənin adada yerləşməsi Avropada baş vermiş dağınıq proseslərdən xilas edirdi. Belə ki, XVI-XVII əsrlərdə Avropada baş vermiş müharibələr İngiltərəyə heç bir zərər vurmamışdır. Hətta bu müharibələr onun varlanması üçün imkanlar belə yaratmışdır.
İngiltərədəki şəhər həyatı hələ orta əsrlərdən İspaniya və Fransa ilə müqayisədə daha azad idi. İngiltərə zadəganlarının böyük bir hissəsi ticarətlə maraqlanaraq burjualaşmış, kənd təsərrüfatı və gəmiçilik üçün kapital qoymağa başlamışdır. Şəhərlərin böyüməsi və kəndlərdə sənayenin inkişafı daxili bazarın genişlənməsinə və kəndlilərin mülkədarlardan şəxsi asılılığının itməsinə səbəb olmuşdur. İngiltərə burjuaziyası güclü hərbi donanma yaratmaqla müstəmləkələr tutmağa çalışmışdır. İngiltərənin iqtisadi gücü tezliklə böyüdü. Hansı ki həmin zamanlarda İngiltərədə mütləqiyyət (Fransa və Avstraya nisbətən) çox zəif idi.
XVII əsrdən başlayaraq İngiltərədə sənayenin bütün sahələri üzrə- əsasən də, yüngül sənaye inkişaf etrməyə başladı. Mahud İngiltərənin əsas ixracat malına çevrilmişdi. 1614-cü ildə xam yunun xaricə aparılması qadağan olunmuşdur. Qoyunçuluq kənd yerlərində və əhalinin daha çox yaşadığı yerlərdə xüsusilə inkişaf etmişdir. Hindistandan gətirilmiş pambıqdan kağız-parça istehsalı da inkişaf etmişdir. Lakin yenə də İngiltərə əsasən aqrar ölkə olaraq qalmaqda idi. Buna baxmayaraq ölkədə burjua münasibətləri də inkişaf etməkdə idi. Bu inkişaf sənayenin bütün sahələrini əhatə edirdi. Manufakturalar meydana gəlir, xarici ticarət intensiv şəkildə inkişaf edir, yeni-yeni müstəmləkələr ələ keçirilirdi. Bu zaman ingilis tacirləri sürətlə varlanırdılar. Onlar xarici ticarətlə məşğul olmaq üçün hətta təşkilatlarda yaratmışdılar . Bu təşkilatlar içərisində ən məhşurları 1600-cü ildə yaradılmış Ost-Hind, 1606-cı ildə yaradılmış Viricenya və 1614-cü ildə yaradılmış Avanturist tacirlər adlı ticarət kampaniyası idi. Beləliklə, XVII əsrin birinci yarısında İngiltərənin xarici ticarəti 2 dəfə böyümüşdür. Daxili ticarətin isə genişlənməsi və inkişafı ticarəti natural xarakterdən çıxarır və ticarətdə pul münasibətlərini bərqərar edirdi Bütün bunlara baxmayaraq, yenə də ölkədə feodal qayda-qanunları saxlanmaqda idi.
İri torpaq sahibliyi ilə kəndlilər arasında münasibətlər getdikcə pisləşirdi. XVII əsrin ortalarında İngiltərənin mərkəzi və cənub –şərq qraflıqlarında çəpərləmələrin geniş xarakter alması kəndlilərin kütləvi surətdə öz torpaqlarından qovulması ilə nəticələnmişdir. Odur ki həmin ərazilərdə tez-tez kəndlilərin etiraz nümayişləri olurdu.
Kənd əhalisi hüquqi cəhəddən əzilmiş halda bu mülkədarlardan asılı şəkildə yaşayırdı. Bir qədər yaxsı yaşayan kəndlilər (Friqolderlər)–azad sahibkar adlanırdılar. Belə kəndlilər ölkənin cənub-şərq hissəsində kəndlilərin üçdə birini təşkil edirdilərsə, şimal-qərbdə onların sayı xeyli az idi. Kəndlilərin əsas hissəsini kopiqolderlər (müqavilə əsasında sahibkarlar) təşkil edirdi. Bunlar filoqelderlərə nisbətən daha pis yaşayırdılar. Bunların isə bir hissəsi torpağın əbədi sahibi adlandırılırdı. Lakin mülkədarlar bu torpaq sahibliyinə də müvəqqəti baxırdılar. Kopiqolderlərin çoxu torpağı 21 il müddətinə saxlayırdılar. Bunlardan əlavə torpağın qısa müddətli sahibi də var idi. Bunlar mezqolderlər adlanırdı. Bunlar eyni zamanda icarədarlar da adlanırdı. Kopiqaderlər mülkədarlara həmişəlik pul rentası verməyə məcbur idilər.
Kəndlələrin ən kasıb təbəqəsi torpaqsız batraqlar adlanırdı. İcma köməkçiləri və kənd emalatxanalarında işləyən, öz koması olan fəhlələri isə kotterlər adlandırırdılar. Bu təbəqə arasında varlı torpaq sahibləri səviyyəsində olmaq uğrunda mübarizə güclənirdi.
İnqilab ərəfəsində İngiltərədə sinfi ziddiyyətlər. İngiltərədə kapitalist iqtisadiyyatının inkişafı sinfi ziddiyyətlərin güclənməsinə və ölkəni feodal-mütləqiyyətin tərəfdarlarına və əleyhdarlarına parçalamaq hazırlığına gətirib çıxarmışdır. Zadəganların əhəmiyyətli bir hissəsi, hətta aristokratiya öz gəlirlərini köhnə feodal rentalarının toplanmasından götürürdülər. Ona görə də onlar feodal mütləqiyyətin saxlanması və daha da möhkəmlənməsi marağında idilər. Bu “köhnə zadəganlıq”, əsasən, ölkənin şimal-qərb hissəsində və ekstüartlar dövründə sarayda təsirə malik idilər. Köhnə zadəganların idealı isə Fransa və ya İspaniya tipli mütləq monarxiya idi. Ümumiyyətlə, keçmiş zadəganlar başda stuartlar sülaləsi və inkigilis kilsəsi olmaqla, irticanın dayağı idi.
Lakin bütün zadəganlar mütləqiyyətin və feodalizmin möhkəmlənməsinə çalışmırdı. İngiltərəə əsas-ciddi münasibətlər çoxlu sayda zadəgan təbəqələrinin burjuaziya ilə ittifaqından meydana gəlmişdir ki, nəticədə isə onlar iki hissəyə-burjua inqilabının tərəfdarları və əleyhdarlarına parçalanmışdır.
Ölkənin cənubi-şərq hissəsində yaşayaq çoxlu sayda, əsasən də xırda və orta zadəganlar kapitalist istehsal üsulu ilə maraqlanırdılar. “Yeni zadəganlar” adlanan bu təbəqə yeni torpaqlar alır, ticarət və gəmiçilik işlərini genişləndirirdilər. Onlar öz cəhdlərinə və həyat tərzinə görə burjuaziya ilə yaxınlaşmışdılar. Yeni zadəganlar əldə etdikləri hər şeyin tam mülkiyyətçisi olmağa çalışırdılar.
XÜsusən İngiltərə burjuaziyası tacirlər, alıcılar, çox da böyük olmayan tacir-sənayeçilər təbəqəsindən təşkil olunmuşdur. Burjuaziyanın yuxarı təbəqəsini isə tacirlər və maliyyəçilər təşkil edirdi. Aristokratiya ilə əlaqədə olan təminatçılar və sələmçilər isə kraldan patent və monapoliya alırdılar. Burjuaziyanın bu dairəsi feodalizm və monarxiya əleyhinə mübarizədə axıra qədər getmək istəmirdilər və sarayla kompramisə getməyə çalışırdılar. Az da olsa demokratik qüvvəni isə xrda və orta tacirlər təşkil edirdir ki, onlar da kral güzəştlərindən istifadə edə bilmirdilər.
Dini ideologiya və müxalifətin sosial-siyasi mübarizəsi. Mütləqiyyətin düşmənləri burjua dəyişikliyi uğrunda mübarizə aparırdılar. Onlar bu mübarizəni dini inam altında apararaq cəmiyyətdəki bütün çatışmamazlıqlarda anqlikan kilsəsini günahlandırırdılar.
Əsrin ortalarında zəhmətkeşlərin dünyagörüşlüsü və təhsilliləri dini düşüncələrlə sıxışdırmışdır. Elm kifayət qədər inkişaf etməmişdir. Kilsə isə kralın ən etibarlı dayağı idi. Belə bir şəraitdə mütləqiyyət əleyhinə müxalifət genişlənirdi. Bu hərəkat puritanizm (təmizləmə uğrunda mübarizə ) adlı dini bayraq altında aparılırdı. Qeyd etmək lazımdır ki, XVI əsrin reformasiya ideyaları İngiltərədə burjua inqilabının qələbəsi üçün ideya hazırlığı rolunu oynadı. Bu ideologiya “kalvinizm” idi.
“Kalvinizm” XVI-XVII əsrlərdə yaşamış İngiltərə burjuaziyasının mütləqiyyətə və kilsəyə qarşı mübarizə aparan ən cəsarətli hissəsinin ideologiyasına çevrildi.
Zaman keçdikdən sonra puritanlar içərisində də müxtəlif fikirlilik yaranmağa başladı . Bu da cəmiyyətdəki müxtəlif təbəqələrin maraqlarından irəli gəlirdi. Puritanlar arasındakı qruplardan biridə “presviterianlar” (presveter sözündən götürülmüşdür ki, bu da, yunanca başçı deməkdir) idi. Onlar kilsənin presviterianca qurulmasını istəyirdilər. Hansı ki belə kilsələr artıq Hollandiya və Şotlandiyada fəaliyyətdə idi. Presveterianlar İngiltərədə vahid kilsəni saxlamaq arzusunda idilər. Lakin kilsənin katolikliyin müxtəlif ayinlərindən təmizlənməsini istəyirdilə. Çalışırdılar ki, kilsə müstəqil olsun, kraldan asılılığı olmasın. Presveteriançılığın tərəfdarları varlı tacirlərin və yeni zadəganlarlın yuxarı təbəqəsi arasında daha çox idi.
Prutanlar içərisində daha radikal qrup isə independertlər (müstəqil lər)idi. Onlar ehkamçılığa əsaslanan bütün vahid kilsəyə qarşı çıxır və bütün dini cəmiyyətlərin tam müstəqilliyi uğrunda çıxış edirdilər. İndipendertlər orta və xırda burjuaziya, kəndlilər və sənətkarlar içərisində müvəffəqiyyətlə iş apara bilirdilər. Onlar nəinki yepiskopluğun eyni zamanda presveterian işodlarının (kilsə məclisi demekdir) hakimiyyətinin ləğv edilməsini irəli sürürdülər.
Stüartların irticaçı siyasətinin başlanması. XVII əsrin əvvələrində İngiltərədə Tüdorlardan sonra hakimiyyətə Stüartlar gəldilər. Onları gəlişi ilə ölkədə vəziyyət də dəyişdi. Bu sülalənin hakimiyyətdə hökmranlığı vaxtilə kraliça Yelizaveta tərəfindən edam olunmuş başçı Maria Stüartın oğlu Yakov Stüartın 1603-cü ildə hakimiyyətə gəlişi ilə başladı. Əslən Şotlandiya Yakov Stüart (1603-1625) hakimiyyətdə olduğu dövrdə mütləqiyyətin tam tərafdarı kimi köhnə zədaganların maraqlarını müdafiə etmiş kral hakimiyyətini daha da möhkəmlətməyə çalışmışdır
Mütləqiyyətin möhkəmləndirilməsi istiqamətində daha həlledici siyasət yeridən isə qanlı və qəddar I Karl (1625-1649) və onun arvadı Henrietta Maria olmuşdur. Fransa kralı IV Henrixin qızı olan Henrietta Maria katolikliyin güclü tərəfdaşı və mütləq monarxiyanın müdafiəçisi idi.
Stüartların ilk nümayəndələri öz hakimiyətini möhkəmləndirmək naminə xəzinəni doldurmaq üçün parlamentin icazəsi olmadan yeni-yeni vergilər tətbiq edirdilər. Sarayın bu siyasəti ilə razılaşmıyanlar isə həbs olunaraq Tauer qalasına göndərilirdi. Artıq 20-ci illərdə parlamentdə müxalifətin parlaq liderləri formalaşmışdır ki, onlar da kralın özbaşınalığının müzakirəsini tələb edirdilər. Belə liderlərdən Pim və Hemdemi göstərmək olar. 1628-ci ildə parlament krala hüquqlar haqqında petitisiyanı təqdim etdi. Bu sənəd parlamentin icazəsi olmadan vergilərin tətbiq edilməsini boş yerdən insanların həbs olmamasını tələb edir və göstərdi ki, kral bu hərəkətləri ilə Böyük azadlıq xartiyasını pozur. Kral isə bu petisiyanı diqqətdə saxlayacağına söz versə də, 1629-cu ildə parlamenti buraxdı və 11il dövləti parlamentsiz idarə etdi. Yəni, 1640-cı ilədək parlament bir daha çağrılmadı. Burjua münasibətlərinin inkişafı illərində anqlikan kilsəsi ciddi narazılıq obyektinə çevrilmişdi. İngiltərə puritanizmi məhz bu məsələdə yüksəlməyə başlamış və hökumət strukturunda özünə tərəfdarlar toplamışdır.
Dostları ilə paylaş: |