Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Amerika burjua “maarifəçilik” ideologiyası



Yüklə 0,52 Mb.
səhifə4/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   138
Yeni tarix müh

Amerika burjua “maarifəçilik” ideologiyası. Şimali Amerika müstəmləkələrində təhsil yalnız varlı təbəqəyə aid idi. Əhalinin əsas təbəqəsi savadsız idi. Plantatorlar və kapitalistlər qara dərili insanlara və hindulara öz nifrətini gizlətmirdilər. Lakin burjuaziyanın və torpaq sahibliyinin qabaqcıl qrupu ingilis və fransız maarifçi filosofları olan C. Lokk və J. J. Russonun görüşlərini qəbul etdilər. Koloniyaların öz ziyalıları yaranmağa başladı. Bunların içərisində qabaqcıl mütəfəkkirlər yetişmişdir ki, onlar insan hüququnun təbii olması ideyasını irəl sürür, koloniyaların özünüidarə hüququnu əsaslandırırdılar.

Müharibə ərəfəsində müstəqillik uğrunda iri və məşhur Amerika burjua maarifəçiləri cərgəsində Bencamin Franklin, Tomas Cefferson və Tomas Peyn kimi filosof, alim və mütəfəkkirlər olmuşdur.

Bencamin Franklinin (1706-1790) şəxsiyyətində Amerika maarifçiliyinin ən yaxşı nümunəsi öz əksini tapmışdır. O, ensiklopedik biliyə malik olmaqla, böyük siyasətçi, filosof, iqtisadçı və fizik kimi şöhrət qazanmışdır. Franklinin dünyagörüşündə əsas yeri mənəviyyat məsələsi tutmuş və o, Şimali Amerika müstəmləkələrinin hüquqlarının ilk müdafiəçilərindən və rəhbərlərindən olmuşdur. B. Franklin tərəfindən nəşr olunmuş “Riçardın sadəlövhlüyü almanaxı” (1732-1757) və “Avtobioqrafiya” (1791) adlı əsərlərində tacirlərin, fermerlərin, sənətkarların və fəhlələrin gündəlik həyatından bəhs edir. O, yazmış həmin əsərlərdə iqtisadi inkişafa idealistcəsinə yanaşmışdır. Bir sosioloq kimi Franklin insana “əmək aləti düzəldə bilən” varlıq kimi baxsa da, 1790-cı ildə yazmış olduğu “Qul alveri haqqında” əsərində quldarlığın mənəviyyatsızlığından danışmışdır. Franklin bir burjua ideoloqu kimi özünün iqtisadi tədqiqatlarında demək olar ki, müasir siyasi inkişafın əsas qanunlarından bəhs etmişdir. O, insan əməyinin bütün hər şeyin yeganə ölçü vahidi olduğunu söyləyən ilk iqtisadçılardan idi. B. Franklin C. Lokkun sosioloji ideyalarının “təsiri altında” ali hakimiyyətin müqaviləli mənsubiyyət nəzəriyyəsini irəli sürmüşdür. Hardasa, C. Lokk ingilis burjuaziyası və zadəganlarının güzəştli sazişinin tərəfdarı olmaqla monarxiyanı müdafiə edirdisə Franklin hakimiyyət üçün üçüncü təbəqənin yetişdirilməsini irəli sürərək ardıcıl respublikaçı kimi çıxış edirdi. O, “Pensilvaniyanın konstitusiya və hökumətinin tarixi oçerki” əsərində xalqın mübarizə tarixindən faktlar gətirərək demokratik respublika prinsiplərini müdafiə etməklə bu sahədə əsas xidmətinin hökmdarlara deyil, üçüncü silkə, sadə insanlara aid olduğunu yazmışdır. Franklin 1784-cü ildə yazmış olduğu “Şimali Amerika vəhşiliklərinin müsbət qeydləri” əsərində özünün şəxsi müşahidələrinə əsaslanaraq hinduların həyatı və məişəti haqqında qiymətli məlumatlar verməklə ibtidai mədəniyyətin tarixini, etnoqrafiyasını zənginləşdirmişdir. Onların hüquqları uğrunda mübarizə aparmışdır. Franklinin bu mübarizəsi, demək olar ki, hələ də özünün proqressiv əhəmiyyətini itirməmişdir.

Tomas Cefferson (1743-1826) Amerikanın böyük dövlət və siyasi xadimi olmaqla, hakimiyyətin sol inqilabi qanadının nümayəndəsi kimi fermerlərin və xırda burjuaziyanın maraqlarını müdafiə edirdi. Onun dünyagörüşünün formalaşmasında isə fransız maarifçilərindən – J. J. Russo və Ş. L. Montoskiyenin, fiziokratların, eləcə də ingilis mütəffəkkirləri Harriton və C. Lokkun ideyalarının təsiri çox böyük olmuşdur. T. Ceffersonun sosial-siyasi görüşləinin əsas xarakteristikası onun 1776-cı ildə yazmış olduğu “İstiqlaliyyət bəyannaməsində” öz əksini tapmışdır. O, burada bütün insanların qanun qarşısında bərabər olduğunu elan etmişdir. O, bütün dünyada insanların danışıqsız olaraq seçkilərdə iştirakını istəyirdi. Respubilkaçılıq ideyalarında isə Fransız maarifçilərinin fikirlərini dəstəkləməklə Böyük Fransa burjua inqilabının xadimləri olan Kondorse və Brissonun ideyalarını müdafiə edir, xalqların tiranlığa qarşı çıxışlarını isə onların təbii hüquqları sayırdı.

Ümumiyyətlə, Ceferson yenicə yaranmış ABŞ-da tarixi biliklərin inkişafı üçün çox iş görmüşdür. O, Virciniya məktəblərində 1779-cu ildən başalyaraq tədris olunan Amerika tarixi haqqında dərsliyin müəllifidir.

Tomas Peyn (1737-1809) Amerika maarifçiliyinin radikal nümayəndələrindən biri olmuşdur. O, bütün həyatı boyu despotizm və sosial bərabərsizliyə qarşı mübarizə aparmışdır. T. Peyn İngiltərədə doğulmuş, Fransada isə inqilabi konventə üzv olmuşdur. Onun 1776-cı ildə yazmış olduğu “Sağlam fikir” adlı əsərində irəli sürdüyü ideyalar “İstiqlaliyyət bəyannaməsi”ndəki ideyalarla üst-üstə düşürdü. “Amerika böhranları” əsərində isə T. Peyn İngiltərənin müstəmləkəçilik siyasətini hərtərəfli tənqid edərək Amerika inqilabının beynəlxalq əhəmiyyətini göstərmişdir. ABŞ tarixində T. Peyn göstərmişdir ki, İngiltərənin Amerikadakı müstəmləkə sisteminin əsasında məhz iqtisadi maraqlar durmuşdur. Onun bu ideyalarını əks etdirən “Sağlam fikir” adlı əsəri isə respublikaçıların manifestinə çevrilmşidir. 1791-1792-ci illərdə yazdığı “İnsanın hüquqları” əsərində o, xalqın hüquqi imkanlarının genişləndirilməsi və bütün ictimai müqavilələrin xalqın çox hissəsinin fikirlərinin əsas götürülməsi ilə həlli ideyasını irəli sürmüşdür.

T. Peyn bu əsərini fransız əksinqilabçısı Byorkun “Fransa inqilabı haqqında fikirlər” əsərinə cavab olaraq yazmışdır.

T. Peynin dövlətin yaranması haqqında fikirləri isə çox zəif olmuşdur. Belə ki, o dövlətin yaranmasını əcnəbilərin hücumu ilə əlaqədar olduğu ideyasını irəli sürmüşdür. Peynin Fransa burjua inqilabındakı fəaliyyətinin nəticəsi burjua əmtəə münasibətlərinin tənqidi planında sosial görüşlərə yiyələnməsi olmuşdur. O, həm də Amerika cəmiyyətində özünün ateist ideyaları ilə məşhur olmuşdur. 1794-cü ildə Fransada yazdığı “Ağıl əsri” əsərində allahı kainatın yaradıcısı, ilkin təkanvericisi hesab etməklə, bütün dinləri rədd etmişdir.

Beləliklə, demək olar ki, Amerika maarifçiliyi ingilis və fransız maarifçi ideyalarının təsiri ilə yaranaraq, Avropa ictimai fikrinin davamı kimi çıxış etmişdir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin