Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


İkinci kontinental konqres və “İstiqlaliyyət bəyannaməsi”



Yüklə 0,52 Mb.
səhifə7/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   138
Yeni tarix müh

İkinci kontinental konqres və “İstiqlaliyyət bəyannaməsi”

1775-ci ilin may ayında Filadelfiyada ikinci kontinental konqres öz işinə başladı. Onun iştirakçıları plantatorların və iri burjuaziyanın nümayəndələri idilər. Lakin inqilabi yüksəlişin təsiri ilə konqres iştirakçılarının əksəriyyəti İngiltərə ilə əlaqələrin kəsilməsinin tərəfdarı oldu. Konqres müharibənin başlanğıcında yaranmış partizan dəstələrini öz ordusu elan edərək həmin orduya Virciniyalı varlı plantator Corc Vaşinqtonu (1732-1799) baş komandan təyin etdi. Vaşinqton fransızlara və hindulara qarşı təşkil edilmiş hərbi əməliyyatlarda iştirak etmişdir. Müstəqillik uğrunda müharibə illərində isə o, inqilabi-azadlıq ordusuna rəhbərlik etməklə özünü siyasi xadim və sərkərdə kimi göstərmişdir. Lakin Vaşinqton xalqa geniş siyasi hüquqların verilməsinin əleyhinə olmaqla demokratik hərəkata düşməncəsinə münasibət bəsləyirdi.

Müstəmləkələrin İngiltərədən ayrılması uğrunda mübarizə bütün ölkə boyu genişlənmişdir. 1774-cü ildə Filadelfiyaya gəlmiş İngilis burjua-demokratı Tomas Peyn “Sağlam düşüncə” əsərini yazmaqla ingilis tiranlığının mənasızlığını sübut etmişdir. Peyn müstəmləkələrdə müstəqil demokratik respublikanın elan edilməsini qızğın olaraq təbliğ edir və insanların təbii hüquq bərabərliyi ideyasını irəli sürürdü. İnqilabi hərəkatın yüksəlməsində T. Peynin bu əsərinin böyük rolu olmuşdur. Şimali Korolina və Virciniyanın İngiltərədən ayrıldıqlarını elan etdikdən sonra müstəqillik tərəfdarlarının təsiri Konqresdə də güclənmişdir.

1776-cı il 4 iyul tarixində Konqres “İstiqlaliyyət bəyannaməsi”ni qəbul etdi. Bu sənəd yeni bir dövlətin yarandığını elan etməklə yanaşı həm də bütün dünyada ilk dəfə olaraq insan azadlıqlarının şərhini vermişdir. Sənədə görə üsyan qaldırmış müstəmləkələr İngiltərədən ayrılır və yeni müstəqil dövlət olan Amerika Birləşmiş Ştatları (ABŞ) halında birləşirdilər. “İstiqlaliyyət bəyannaməsi”ni Amerika inqilabının görkəmli xadimi, Virciniyalı plantator və vəkil Tomas Cefferson hazırlamışdır. Bəyənnamədə təsbit edilirdi ki, bütün insanların xalqa zülm edən ixtiyar sahiblərini devirmək və özlərini demokratik hökumətlərini təşkil etmək hüquqları vardır. Bununla da tarixdə ilk dəfə olaraq xalq hakimiyyətini mənbəyi elan edilirdi. Bütün bunlarla yanaşı Bəyənnamənin məhdud cəhətləri də var idi. Belə ki, yenə də feodalizmin qalığı olan köləlik ləğv edilmirdi, hindular əff olunmur, onların öz torpaqlarından qovulması da dayandırılmırdı. Seçkilərdə əmlak senzi saxlanılırdı.

Bütün çatışmamazlıqlara baxmayaraq, “İstiqlaliyyət Bəyannaməsi” mütərəqqi və inqilabi bir sənəd idi. Bəyənnamənin elan edildiyi 4 iyul tarixi o vaxtdan hər il Amerika Birləşmiş Ştatlarının istiqlaliyyət günü kimi qeyd edilir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin