Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


VI-VII mühazirə : Fransa burjua inqilabının qələbəsi və onun beynəlxalq əhəmiyyəti



Yüklə 0,52 Mb.
səhifə10/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   138
Yeni tarix müh

VI-VII mühazirə : Fransa burjua inqilabının qələbəsi və onun beynəlxalq əhəmiyyəti
İnqilabın başlanması. Fransa maarifçiləri üçüncü silkin maraqlarını əks etdirirdilər. Hansı ki, bu təbəqə də ümumi ölkə əhalisinin 96 faizini təşkil edirdi. İqtisadi münasibətdə güclü olan ticarət və sənayeni əlində saxlaya bilən burjuaziya üçüncü silkin nisbətən maariflənmiş təbəqəsi idi. Onlar da heç bir siyasi hüquq əldə edə bilmədilər. Odur ki, onlar bu hüququ əldə etməyə çalışdılar. Lakin bu məqsədə çatmaq üçün bütün dövlət sistemini yenidən qurmaq məcburiyyətində idilər. Xalq kütləsi də həm kənddə, həm də şəhərdə dövlətin yeritdiyi vergi siyasəti və onun yığılmasından son dərəcə narazı idilər. 1788-ci ildəki məhsulsuzluq ili isə ölkədə bahalığa səbəb olmuşdur. Bahalığa qarşı kütləvi çıxışlar isə qorxulu xarakter almışdır. Ərzaq çatışmazlığı, 80-ci illərdə beynəlxalq ticarətin liberallaşması ilə eyni vaxta düşən böhran təsərrüfatda durğunluğu daha da dərinləşdirdi. Fransa İngiltərə ilə fəal ticarət barəsində saziş imzalamışdır. Elə hesab edirdilər ki, bu saziş gələcəkdə Fransa üçün sərfəli ola bilər. Lakin bu müqavilə sayəsində udan tərəf Fransanı daha ucuz malları ilə dolduran İngiltərə tacirləri və sənayeçiləri oldular.

1789-cu ilin erkən baharında Fransa kəndli çıxışları bürümüşdü. Həmin ilin aprel ayında Paris fəhlələri iri sənayeçilər olan Revelona və Anrionun evlərini dağıtdılar. Qəza dəstələri ilə toqquşmalar oldu. Bir qədər uzaqgörən dövlət xadimləri bir sıra islahatlar keçirməyə cəhd etdilər. Bununla onlar xalqı sakitləşdirib, kral hakimiyyətini möhkəmləndirməyə çalışırdılar. Burjuaziya nümayəndələrinin tələbi ilə kral ölkənin baş maliyyə nəzarətçisi vəzifəsinə bankir Jak Nekkeri qaytardı. Nekker Baş Ştatların çağırılmasını məsləhət gördü. (Hanski ki, 1614-cü ildə çağrılmırdı) Hekkerin fikri Baş Ştatlarda maliyyə böhranın müzakirə edib ondan çıxış yolları tapmaq idi. 1789-cu ilin əvvəllərində Fransanın dövlət borcu 4, 5 milyard frank təşkil edirdi və borc götürülmüş pulun faizini verməyə pul çatışmırdı.

XVI Lüdovik Baş Ştatların çağrılmasına qərar verdi. Ənənəyə görə hər bir silk(təbəqə) Baş Ştatlarda 200 nəfərlik nümayəndə ilə təmsil olunmalı idi. Lakin kral göstəriş verdi ki, üçüncü təbəqədən olan nümayəndələrin sayı din xadimləri və zadəganların sayı qədər artırılsın. Maariflənmiş dairələrdə Baş Ştatların çağırılmasına və bu müddətdə gələcəkdə dərin dəyişikliklərin olmasına və bütün təbəqələrin hüquqlarının bərabərləşdirilməsi kimi baxırdılar.

Baş Ştatlara seçkilər 1789-cu ilin yazında keçirildi. Qanuna görə bu seçkilərdə zadəganlar və din xadimləri, eyni zamanda 25 yaşına çatmış və adları vergi verənlər siyahısında olan sadə adamlar da iştirak edə bilərdilər. Baş Ştatların iclası 5 may 1789-cu ildə Versal sarayında açıldı. Hər üç təbəqədən olan deputatlar kral və nazirlərin çıxışlarını dinlədikdən sonra qərara gəlmək üçün xüsusi zallara toplaşdılar. Üçüncü təbəqə özünü bütün millətin nümayəndəsi hesab edirdi. Odur ki, ilk iki zümrənin onlarla birləşməsi haqqında müraciətlə çıxış etdi. Bu təklif bir neçə həftə müzkirə olundu. İlk iki zümrənin bir sıra nümayəndələri, əsasən də kənd dindarları üçüncü zümrəylə birləşdi. Beləliklə, üçüncü təbəqə iyun ayının 17-də özlərini Milli yığıncaq adlandıraraq və bütün ölkəni təmsil etmələrinin hüquqları olduğunu elan etdilər. Bu mövcud qaydaların pozulması və faktiki olaraq inqilabın başlanması idi. Buna cavab olaraq XVI Lüdovik milli yığıncağın iclas keçirdiyi zalın qapılarının bağlanması göstərişini verdi. Deputatlar isə kralın göstərişinə məhəl qoymadılar.

20 iyun 1789-cu ildə üçüncü zümrədən olan deputatlar iclas salonunun giriş qapısına yaxınlaşarkən orada silahlı keşikçilərlə üzləşdilər. Keşikçilər salonun təmirə görə bağlandığını bildirirlər. Lakin deputatlar dağılışmaqdan qəti boyun qaçırır, yaxınlıqdakı tennis zalına toplaşaraq and içirlər ki, kral hakimiyyətini məhdudlaşdırıb feodal imtiyazlarını ləğv edən və əsas insan hüquqlarına təminat verən yeni Konstitusiya qəbul olunmayana qədər buranı tərk etməyəcəklər.

Kral güzəştə getməli oldu. O, qalan deputatlara da üçüncü zümrəyə qoşulub parlamentin iclasını davam etdirməyi təklif etdi. Tədricən deputatların əksəriyyəti demokratların irəli sürdükləri islahatların lehinə meyl göstərməyə başladıldı. Birləşmiş deputatlar özlərini vəzifəsi ölkənin yeni Konstitusiyasını təsis etməkdən ibarət olan Milli Assambleya elan edirlər. Bu zaman kral parlamenti zor gücünə buraxmaq üçün qoşunları Parisə və Versala çəkib gətirməyə başlayır. Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb oldu. Parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda "aristokrat sui-qəsdi" görünməyə başladı, şəhərə şayiə yayıldı ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşdirdilər. Paris qiyama qalxdı. Qiyamçılar silah anbarlarını ələ keçdi. 14 iyul 1789-cu ildə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirildi. (Bastiliyanın alındığı gün Fransada milli bayram kimi qeyd olunur). Bu artıq qiyam deyil, əsl inqilab idi. Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başladı. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i )ləğv olunması barədə dekret qəbul etdi. Bu dekretdən xəbər tutan kəndlilər yubanmadan kütləvi şəkildə aristokratların və katolik kilsəsinin torpaqlarını zəbt etməyə başladılar.

26 avqustda Milli Assambleya insan hüquqlarının toxunulmazlığını elan edən "İnsanın və vətəndaşın hüquqları haqqında bəyənnamə"ni qəbul etdi. 1789-cu ilin avqustunda nümayişçilərin tələbi ilə kral Versaldan Parisə köçür. Onun ardınca Milli Məclisin deputatları da Parisə gəlir və orada ölkənin yeni siyasi quruluşunun layihəsi üzərində işləməyə başlayırlar. Milli Assambleya hər kəsin vətəndaş bərabərliyini və dövlətdə hər hansı vəzifəni tutmaq hüququnu qanuniləşdirdi, katolik kilsəsinin torpaqlarını milliləşdirdi və kilsəni dövlətdən ayırdı. Ölkənin seçkili inzibatçıların idarə edəcəyi departament, kanton və kommunalardan ibarət yeni və rasional inzibati bölgüsünü müəyyən etdi. Məhkəmə sistemini dəyişdirdi (bundan belə hakimlər də seçki yolu ilə təyin edilmədi). Milli Assambleya ölkədə konstitusiyalı monarxiya qurmağa cəhd göstərdi. "İnsanın və vətəndaşın hüquqları haqqında bəyənnamə" dünyadakı liberal fikrin, düşüncə tərzinin bütün əvvəlki nailiyyətlərini özündə cəmləmiş mühüm tarixi sənəd idi. Bəyənnamədə ingilis və Amerika inqilablarının təcrübəsi (azadlıq, mülkiyyət, təhlükəsizlik və zorakılığa müqavimət göstərmək hüququ, təqsirsizlik və s. ), eləcə də Russonun xalq iradəsinin aliliyi haqqındakı baxışları əks olunmuşdur. Lakin bəyənnamədə yeni ideyalar da var idi: qanunlar yalnız cəmiyyətə ziyan vuran şeyləri qadağan edə bilər, bütün vətəndaşlar bərabərdir və öz qabiliyyətlərinə uyğun olaraq istənilən vəzifəni tutmaq hüququna malikdir; vergilər insanın imkanlarına müvafiq ödənilməlidir.

Bəyənnamə universal xarakter daşıyırdı - yalnız Fransa vətəndaşları üçün hüquq və azadlıqları deyil, həm də bütün bəşəriyyət üçün " təbii və ayrılmaz hüquqlar"ı bəyan edirdi. Bütün Avropaya yayılan bəyannamənin mətni geniş müzakirə edilərək inqilaba rəğbət, dəyişikliklərə meyl və həvəs oyadırdı.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin