Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Fransa yakobinlərin hakimiyyəti dövründə (2 iyun 1793-27 iyul 1794-cü il)



Yüklə 0,52 Mb.
səhifə12/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   138
Yeni tarix müh

Fransa yakobinlərin hakimiyyəti dövründə (2 iyun 1793-27 iyul 1794-cü il). Birinci antifransız koalisiyasının məqsədi Fransada inqilabi qüvvələri məğlub etmək və Burbonlar sülaləsinin hakimiyyətini bərpa etmək idi. Bundan əlavə koalisiya üzvlərinin hər birinin Fransa ilə əvvəlcədən haqq- hesabları var idi. 1793-ci ilin martında fransızlar Niderlandda böyük məğlubiyyətə uğradırlar. Hətta həmin ilin aprel ayında Fransanın şimal qoşunlarının komandanı general Dumurye düşmən tərəfinə keçdi. Bundan əlavə, ölkənin şimal-qərbinə toplanmış kral tərəfdarları üsyana başladılar. Beləliklə, Fransada inqilabi vəziyyət yarandı. Həyat üçün əsas tələbat mallarının qiyməti sürətlə qalxdı və pulun dəyəri aşağı düşdü. Ölkənin iri şəhərlərində, əsasən də Parisdə çıxışlar başladı. Xalq mağazaları talayır, tacirləri isə mallarını ucuz qiymətə satmağa məcbur edirdilər. Fransada alovlanan bu hərəkatın başında əvvəllər din xadimi olmuş Makro dururdu. Onların əsas mübarizəsi alverçilərə qarşı çıxmaq idi. Onlar alverçilərə ömürlük cəzanın verilməsini və çörəyin qiymətinin tənzimlənməsini tələb edirdilər.

1793-cü ilin baharında Konvent əks inqilabçılara qarşı mübarizəni gücləndirmək məqsədilə bir sıra dekretlər qəbul etdi. "Üsyançıların" məhkəməsiz ölümlə cəzalandırılması, inqilabi tribunanın yaradılması həmin dekretlərdəndir. Mətbuat azadlığının məhdudlaşdırılması haqqındakı sonuncu dekretə əsasən, "xalq nümayəndələri məclisinin buraxılması və kral hakimiyyətinin bərpasına" dair yazılan hər hansı məqaləyə görə, jurnalist ölümlə cəzalandırılırdı. Bir sıra dekretlər isə ordunun möhkəmləndirilməsinə yönəldilmişdir. Hər bir ordunun komandanlığına nəzarət üçün üç deputat göndərilmişdir. Hhəmin deputatlar ordu komandanını belə işdən çıxarmaq, hətta həbs etdirmək səlahiyyəti də almışdır. 1793-cü ilin 6 aprel tarixində 9 üzvdən ibarət İctimai Qurtuluş Komitəsi yaradılmışdır. Bu komitənin hər hansı təxirəsalınmaz qərarı bütün nazirlər üçün mütləq idi. 4 may 1793-cü ildə Konvent buğdanın və çörəyin qiymətini tənzimləyən dekret qəbul etdi. Lakin, bu tədbirlər də müsbət nəticə vermədi. Bütün məsuliyyət isə jirondistlərin üzərində qaldı. 31 may tarixində isə silahlı dəstə Konventin iclas zalına girərək jirondistlərin həbsini və qiymətlərin ən yüksək həddinin müəyyən edilməsini tələb etdilər. Bir müddət tərəddüddən sonra Konvent 22 jirondist deputatın həbs olunması barəsində dekret verdi. 1793-cü il 31 may-2 iyun tarixində baş vermiş xalq hərəkatı nəticəsində Yakobinçilər Konventdə əsas qruplaşma oldu. Respublika çətin vəziyyətə düşdü, avstriyalılar aprel ayında Niderland ərazisindən Fransaya hücuma keçdilər. Bu vaxt Sardiniya krallığı da Savoyya və Nitsanı işğal etdi. İspaniya ordusu da Priney dağlarını aşaraq Bayo və Perpiniyanı mühasirəyə aldı. Belə olduqda Vande şəhərində üsyançı dəstələr xarici müdaxiləçilərdən qorunmaq məqsədilə birləşərək 40 min döyüşçüsü olan bir ordu yaratdılar. Lakin əyalətlərdə royalistlərin qaldırdıqları üsyanlar respublika üçün-ciddi təhlükə yaratmışdır. 1793-cü ilin yayında belə üsyanlar Fransanın 60 departamentini əhatə etmişdir. Hətta general Vimpfenin komandanlığı altında yaradılmış royalistlərdən ibarət ordu Paris üzərinə hücuma keçdi. Yakobinçilər Parisdə də sıxışdırıldı. 1793-cü il 13 iyun tarixində isə yakobinçilərin siyasi rəhbərlərindən olan Jan Pol Marat jirondist Şarlotta Gorde tərəfindən xəncərlə öldürüldü. İrticanın həyata keçirdiyi terror bütün ölkəni bürümüşdür. Lionda jirondistlər tərəfindən yerli yakobinçilərin başçısı Malye edam edilmişdir. Yakobinçilərin hakimiyyətinin saxlanılması üçün Konvent (Fransa parlamenti) bir sıra qərarlar qəbul etməli idi. Əvvəlcə onlar geniş xalq təbəqələrinin etimadını qazanmalı idilər. Odur ki, 1793-cü ilin iyun-iyul aylarında yakobinçilər senyorlar haqqında öhtəliyi ləğv etdilər və emiqrantların əllərindən alınmış torpaqların satılmasına icazə verən dekret qəbul etdilər. 24 iyun tarixində yeni konstitusiya qəbul etdilər.



İnqilabın yüksək mərhələsində hazırlanmış konstitusiya özünün demokratik prinsipləri əks etdirməsi ilə fərqlənirdi. Bu konstitusiya idarəçiliyin respublika formasını daha da möhkəmləndirdi. Ümumi seçki hüququnu və əsas qanun layihələrinin təsdiqinin xalq yığıncağına aid olduğunu bir daha təsdiqlədi. Yakobinçilərin hazırladıqları konstitusiya daha geniş xalq kütləsini əhatə edən seçki qanunu hazırlamağa imkan verirdi. Həmin qanuna görə 21 yaşa çatmış və 6 ay həmin seçki dairəsində yaşamış şəxslərə seçkidə iştirak etmək hüququ verilirdi. Konstitusiyaya görə ən geniş hüquq Qanunverici korpusa verilirdi ki, bu da qanunların qəbuluna, büdcəyə nəzarət, vergilərin toplanması, dekretlərin verilməsi, idarəetmənin ayrı-ayrı sahələri üzrə vəzifəli şəxslərə nəzarət, respublika üçün təhlükə yaradan şəxslərə məhkəmə nəzarəti kimi vəzifələri həyata keçirirdi. Qanunverici korpus isə respublikanın ümumi idarəçiliyini həyata keçirən 25 üzvdən ibarət İcra şurası idi. Qanunverici korpusun qəbul etdiyi qanunlar seçicilərin bir qrupunun etirazına səbəb olardısa, həmin qanun referenduma çıxarılırdı. Yakobinçilər xalqın rəğbətini qazanmaq üçün əsas güclərini fövqaladə qurumların təşkilinə, onların möhəmləndirilməsinə yönəldirdilər. Hətta iyun və avqust aylarında ictimai qurtuluş komitəsinin tərkibinə də əlavələr olunmuşdu. Məhz bunun nəticəsi idi ki, Robespiyer, Kuton, Sen-Jüst kimi inqilabçılar komitəyə üzv kimi daxil olmuşdular. Cəmiyyətdə bu komitənin nüfuzu yetərincə idi. 10 oktyabr 1793-cü il tarixində Konvent inqilabi idarəetmə qaydaları haqqında dekret Verdi. Bundan sonra ictimai qurtuluş komitəsinin mövqeyi daha da möhkəmləndi. Qanunla qurtuluş komitəsinə geniş səlahiyyətlər verilirdi. Bu da Fransada diktaturanın (Yakobin diktaturası) yaranmasına, inzibati mərkəziyyətin kifayət qədər güclənməsinə səbəb oldu. 1793-cü ilin dekabrında Nümayəndələr Məclisi (Baş şura) departamentləri ləğv etdi, onların konventin və komitələrin qərarlarının yerinə yetirilməsinə nəzarət etmək üçün milli agentliklər yaraıldı. 23 avqust tarixində Konvent orduya kütləvi səfərbərliklə ümumi hərbi mükəlləfiyyət tətbiq etdi. Yakobinçilərin səyləri ilə vətənin müdafiəsi üçün çalışan bütün müəssisələrin mərkəzləşdirilmiş qaydada idarəçilik sistemi yaradıldı. Hərbi sursat istehsal edən manufakturalar işə düşdü. Yakobinçilərin düşmənlərinə qarşı tətbiq etdikləri mübarizə formalarından biri də terror idi. Hətta Konvent 1793-cü il 17 sentyabr tarixində şübhəlilər haqqında qanun da qəbul etmişdir. Bu da insan hüquqları və azadlıqlarına zidd idi. Bu qanuna əsasən hakimiyyətin şübhələndiyi bütün şəxslər həbs oluna bilərdi. Bu qanun vəzifədən qovulmuş məmurlara, inqilaba sadiq qalmaları ilə fərqlənməyən zadəganlara və s, aid edilirdi.

1793-cü ilin payızında İnqilabi tribunal öz rəqiblərini məhv etmək üçün yakobinçilərin əlində vasitəyə çevrilmişdir. 31 may-2 iyun 1973-cü il üsyanı zamanı həbs edilmiş jirondistlər və hətta keçmiş kraliça Mariya-Antuanetta bu tribunalın ilk qurbanları olmuşdular. Bundan əlavə İnqilabi tribunal qarşısında xalq hərəkatından olan inqilabçılar da dayanmalı oldular. Həmin ilin sentyabrın əvvəllərində Jak Ru tribunal qarşısına çıxarıldı. 1794-cü il martın 13-dən 14-ə keçən gecə Eber həbs olunub tribunalın qərarı ilə edildi. Aprel ayında isə Danton vəDemulen haqqında tribunal ölüm hökmü çıxardı. 1793-cü ilin yayında antifransa koalisiyasının gücü bir neçə dəfə böyümüşdü. İngiltərənin sənayesi və ordusu, eləcə də Avropanın digər ölkələrinin ordu və donanmaları inqilabi Fransaya qarşı istifadə olunurdu. Odur ki, qalib gəlmək üçün Fransaya hərbi güc, texnika, ordunun heç olmaya minimal səviyyədə digər ləvazimat və sursatlarla təchizi və nəhayət inqilabi yüksəliş üçün ruhun gücü lazım idi. İctimai Qurtuluş komitəsi"amalqama" deyilən proses həyata keçirdi. Xətt alayları könüllü alaylarla əvəz olundu. Məhz bundan sonra orduda inqilabi ruh gücləndi. Könüllülərin çox hissəsi yakobinçiləri müdafiə edirdilər. "Amalqama" ilə yanaşı komandir heyətinin təmizlənməsi prosesi də aparıldı. Zadəganlardan olan yüksək çinli zabitlər öz vəzifələrindən azad olundu. 1793-cü ilin avqustunda orduya kütləvi səfərbərlik haqqında dekret elan olundu. Səfərbərliyə cəlb edilmiş 100 min əskəri silahla təmin etmək mühim idi. Ordunu təmin etmək üçün Fransa inqilaba qədər hərbi sursatı demək olar ki, xaricdən alırdı. İndi isə Fransa özü əldə etməli idi. Xalq ziyalılarla birlikdə hakimiyyətin çağrışına qoşuldu. Artıq 1793-cü ilin payızında 4 silah zavodu fəaliyyət göstərir və 700 adda silah istehsal olunurdu. Top zavodu isə ilə 12-13 min top istehsal edə bilirdi. Həmin ilin payızında artıq Fransada 14 ordu təşkil edilməkdə idi ki, bunların da tərkibində 650 min nəfər insan var idi. Bütün bunların hamısı fransızlar üçün dönüşə səbəb oldu. Belə ki, 1793-cü ilin payızında Avstriya ordusu Fransanın sərhədlərindən kənara qovuldu. 18 dekabrda isə kapitan Napoleon Bonapartın aktiv iştirakı ilə Fransa ordusu Tulon şəhərini azad etdi. Məhz buna görə Bonapart 24 yaşında ikən general hərbi rütbəsi aldı. 1794-cü ilin yazı və yayında Fransa ordusu növbəti qələbələrini qazandı. İnqilabi orduda əsgərlərin sayı 800 min nəfərə çatmışdır. 26 iyun 1794-cü il tarixində Belçikanın Fleryus kəndində baş vermiş döyüşdə isə Avstriyalılar tam əzilərək Belçika ərazisindən qovuldular. 1793-cü ildə irticanın mənbəyi kimi katolik kilsəsi ilə mübarizə gücləndi. Həmin ilin payızında xristiansızlaşma siyasəti bütün ölkəni bürüdü. Dindarlar ələ salınır, kilsələr bağlanırdı. Paris Kommunası 1794-cü ilin noyabrında katolik ayinlərini qadağan etdi. Bütün bu tədbirləri Fransanın düşmənləri əksinqilabi tədbir kimi həyata keçirirdilər. Bir aydan sonra isə Konvent kəndlilərin narazılığını nəzərə alaraq dini inanc azadlığı haqqında dekret vermək məcburiyyətində qaldı.

Katolik dini ilə mübarizə yeni vətəndaş adətləri ilə, inqilabi hadisələrin və günlərin (məsələn, 14 iyun federasiya günü idi), inqilab xadimlərinin anım günləri, o cümlədən Marat gününün qeyd edilməsi ilə müşayiət olunurdu. Onun cənazəsi Panteonda yerləşdirilmişdir. Hətta Russo və Volterin cənazələri də ora gətirilmişdir. Dünyəvi din yaratmaq istəyi ağıla pərəstişlə nəticələndi. Yeni ayın bayram edilməsi 10 noyabr 1793-ci il tarixində qeyd edildi. Yakobinçilər də yekdil qrup deyildi. Onlar müxtəlif siniflərə münasibət məsələsində bloklara parçalanmışdı. Demokratik blokda xirda və orta burjuaziya, şəhər plebeyləri və kəndlilərin böyük bir hissəsi birləşirdi. Paris Kommunasının rəhbərləri yoxsulların maraqlarını müdafiə edirdilər. Onların ən parlaq nümayəndəsi Şomet, katolikliyin qatı düşməni Eber idi. Onlar iri fermaların və onların əşyalarının bölüşdürülməsini tələb edirdilər. 1794-cü ilin fevralında solların nəzarəti altında mülklərin haqqı ödənilmədən bölüşdürülməsi haqqında dekret verildi. Yakobinçilər bölüşdürməni sahibkarların sayının artıracağına inanaraq vermişdilər. Onlar fikirləşirdilər ki, bununla öz tərəfdarlarının sayını artıra biləcəklər. Lakin bu dekret Konvent üzvləri içərisində kəskin müqavimət yaratdığından həyata keçirilmədi. Eberçilər Yakobinçiləri daha ardıcıl şəkildə tənqid etməyə başladılar. Onlar Robespyer və Kommunaya qarşı mübarizə aparırdılar. Lakin Şmett yakobin diktaturasının devrilməsi əleyhinə idi. Robespyerçilər isə bütün sol-cinahı düşmən hesab edirdilər. Eber, Şomet və bir çoxları həbs edildilər. 1794-cü il 24 martda 14 nəfərlə birlikdə Eber, 13 apreldə isə Şomet edam edildi. Bu hərəkətləri yakobonçiləri solların bütün köməklərindən məhrum etdi. Eberçilərin edamından bir həftə sonra İctimai Qurtuluş Komitəsi və İctimai Təhlükəsizlik Komitəsi Danton, Kamil Demulen və onlarla həmfikir olanların həbsi haqqında qərar verdilər. Məhkəmə 3 gün (2-4 aprel) davam etdi, 5 aprel 1794-cü il tarixində Danton və onun həmfikirlərinin başı gilyotin ilə vuruldu. Yakobinçilərin həyata keçirdikləri bütün hərəkatlar nəticəsiz qaldı. Kənd və şəhər zəhmətkeşlərinin vəziyyəti yenə də yaxşılaşmadı. 1794-cü ilin may ayında Robespyerin həyatına 2 dəfə qəsd edildi. 7 may 1794-cü il tarixində Robespyer Konventdə çox kəskin çıxış etdi. O, inqibabi Fransanın və fransız xalqının böyüklüyündən danışdı. Lakin 1794-cü ilin yayından Robespyer fəhlələrin və şəhər plebeylərinin köməyini ala bilmədi. Fəhlələrin əleyhinə olan bütün qanunlar saxlanıldı. Fəhlə təşkilatlarının təşkili və nümayişlərə görə məhkəməyə verilirdilər. Silah zavodlarında fəhlələr demək olar ki, kazarma rejimində yaşayırdılar. Kənd təsərrüfatı muzdurları üçün verilmiş qanunlar da çox sərt idi. Bir sözlə, yakobin diktaturası öz hakimiyyətinin son aylarında ayaq üstə durmaqda çətinlik çəkirdi. 1794-cü il 26 iyulda (9 termidorda) Robespyer Konventdə nitq söylədi. O, öz çıxışında komitələrin tərkibinin yenilənməsindən bəhs etdi. Onun nitqi çox gurultulu idi. O, çıxışında respublika üçün təxribatdan da söz açdı, lakin ad çəkmədi. İştirakçıların hamısı başa düşdü ki, həlledici an gəlmişdir. Ancaq Robespyer və onun qrupu bu son mübarizəyə hazır deyildi. Onlar təhlükənin böyüklüyünü də bilir və öz nüfuzlarına ümid bəsləyirdilər. Həmin vaxt təxribatçılar isə bütün gecəni Konventin sabahkı iclası üçün plan hazırlamışdılar.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin