V mühazirə : Fransa burjua inqilabından əvvəlki dövrdə. Maarifçilik
Fransa bürokratik monarxiya dövründə. XVIII əsr Fransası özünün dövlət quruluşu baxımından mərkəzi bürokratik sistemə və hərbi dayaqlara əsaslanan mütləq monarxiya idi. Kral zadəganlar və katolik ruhanilərə geniş imtiyazlar verməklə özünün mütləq hakimiyyətini qoruyub saxlamışdır. Eyni zamanda o müəyyən vaxta kimi milli sənaye müəssisələri şəbəkəsinin və ticarətin inkişafına qayğı göstərilməsiylə yenicə yaranmaqda olan fransız burjuaziyasının etimadından da istifadə edirdi. Bunlarla yanaşı kral hakim sinfin artmaqda olan və günbəgün kəskinləşən yeni tələbatlarını ödəməkdə çətinlik çəkirdi. Ölkənin bütün ərazisində kral mütləq hakimiyyətə malik idi. Mütləqiyyət isə kralların uzun müddət qonşu feodal əyalətlərin bir dövlət çərçivəsində birləşdirilməsi uğrunda mübarizə zamanı yaranmışdır. Krallar öz vəzifələrini təkcə bu vilayətləri birləşdirməkdə yox, eyni zamanda həmin vilayətləri oz hakimiyyətinə tabe etməkdə maraqlı idilər. Mütləq və bölünməz hakimiyyət krala məxsus idi . Krallar özləri bildikləri kimi müxləlif sahələri idarə etmək üçün idarələr və kral idarələrini formalaşdırdılar. XVIII əsrin əvvəllərində isə nazirliklər yaradıldı. Yerlərdə hakimiyyət qubernatorların və kral məhkəmələrinin əlində idi. Bu sistemdə xüsusi yeri yüksək instansiya məhkəmələri tuturdu. Fransada parlament qanunverici orqan deyil, məhkəmə və inzibati orqan kimi fəaliyyət göstərirdi. Ölkədə parlamentlər bir sistemə daxil olmaqla Paris, Tuluza, Orenobl, Bordo, Penne, Ruane, Dijon Metse və digər şəhərlərdə fəaliyyət göstərirdi. Bunlar həmin cəmiyyətdə əsas sayılan məsələləri krala, şahzadələrə və yüksək vəzifəli məmurlara aid olan məhkəmə işlərinə baxırdılar. Hətta yerli məhkəmlərin verdikləri qərarları dəyişdirirdilər. Onların kral administrasiyasını tənqidetmək hüquqları da var idi. Bu parlamentlərin içərisində isə ən nüfuzlusu Paris parlamenti idi. Onun bütün parlamentlərə aid olan adi vəzifələrdən başqa kralın gördükləri işi qeydiyyata almaq hüququ da var idi ki, yalnız bundan sonra o qanuni hesab olunurdu.
XVII əsrdə Fransada mütləq monarxiya artıq tam bərpa olunaraq möhkəmlənmişdi. Böyük və daimi ordu, mövcud məmur aparatı, siyasi mərkəzləşmənin yüksək həddi, 1613-cü ildən 1789-cu ilədək Baş Ştatlarsız idarəçilik kral hakimiyyətinin möhtəşəmliyindən xəbər verirdi. Əyalət iclaslarının hüqüqları məhdudlaşdırılmışdı. Demək olar ki, Fransada mütləqiyyət güclü bürokratik aparata arxalanırdı. Bu aparat özünəməxsus qaydada formalaşdığına görə müstəqil gücə çevrilə bilmişdi. O kralın dayağı olmaqla yanaşı, eyni zamanda, onun hakimiyyətini də müəyyən qədər məhdudlaşdırırdı. Bu da kral hakimiyyətinin qanunsuz¬luqlarından, yəni mütləqiyyətdən despotizmə keçməyin qarşısını alırdı. Eyni zamanda bürokratik aparatın islah olunması da çətinləşirdi. Hələ kardinal Rişelyenin (1624-1642) hakimiyyəti dövründə hugenotların siyasi müstəqilliyi məhv edilmiş, iri feodalların qəsrləri dağıdılmışdır.
1618-1648-ci illərdə baş vermiş 30 illik müharibədəki qələbə Fransanın beynəlxalq vəziyyətini yaxşılaşdırmışdır. Habsburqlara aid olan dövlətlər-İspaniya və Avstriya zəiflədilmişdi. Elzasın cənub hissəsi və Mets, Tul və Verden qalaları Fransa idarəçiliyinə keçmişdir. Artıq XVII əsrin ortalarında Qərbi Avropada İspaniya hegomonluğu Fransanın hərbi siyasi üstünlüyü ilə əvəz olunmuşdur ki, bu da bir əsr yarım əsr davam etmişdir. Aristokratlar ilk dəfə XVII əsrdə cəhd göstərdilər ki, kral hakimiyyətini zəiflədib feodal qaydalarını bərpa etsinlər. Belə hadisə ilk olaraq kral IV Henrixin vəfatından sonra, yəni azyaşlı XIII Lüdovikin dövründə olmuşdur. Belə ki, azyaşlı kralın anası Mariya Mediçinin hakimiyyəti dövründə idarəçilik aparatı onun favoritlərinin əlində oyuncağa çevrilmişdir. XIII Lüdovikin ölümündən sonra (1643-cü ildə) aristokrat müxalifət yenidən baş qaldırmışdır. Kiçik yaşlı XIV Lüdovikin (1643-1715) dövründə ölkəni faktiki olaraq birinci nazir Mazarini (1643-1661) idarə edirdi. Mənşəcə italyan olan Mazarini çox ağıllı və enerjili olmaqla, mütləq monarxiyanın daha da mökhəmləndirilməsinin tərəfdarı idi. Zadəganların əksəriyyəti onun siyasətini müdafiə etdiyi halda zadəgan məmurların yuxarı təbəqəsi- Ali məhkəmə palatası olan Paris parlamentinin üzvləri kral hakimiyyətini məhdudlaşdırmaq arzusunda idilər. Parlamentin tələbi burjuaziyanın bir hissəsi və Parisin xalq kütləsi tərəfindən müdafiə olunurdu. Onlar vergilərin artırılması, kral hakimiyyətinin möhkəmləndirilməsi əleyhinə çıxışlara başladılar. Hətta kralın soyundan olan şahzadələr belə özlərinin siyasi təsirlərinin zəyifliyini nəzərə alaraq Mazarininin əleyhinə çıxış edirdilər. 1648-ci ildə Parisdə qiyam baş verdi və tezliklə xalq şəhərdə səngərlər düzəltməyə başladı. Kral sarayı da paytaxtdan qaçmışdır. Lakin tezliklə Paris parlamenti xalqın inqilabı çıxışlarından qorxaraq Mazarini ilə danışıqlara girərək müqaviməti dayandırdı. Şahzadələr isə Mazarini əleyhinə müharibəni 1653-cü ilədək davam etdirsə də, həmin ildə onların qiyamı dağıdıldı.
1648-1653-cü illərdəki hadisələr xalqın və burjuaziyanın bir hissəsinin antifeodal çıxışları, parlamentin tanınmış adamlarının müxalifliyi VI şahzadələrin intriqaları idi. Bu hadisə tarixə "froida" (sapandla oyun) adı altında daxil olmuşdur. Fransa mütləqiyyəti XIV Lüdövikin dövründə. 1661-ci ildə Mazarini öldükdən sonra XIV Lüdovik özü dövlət idarəçiliyinə rəhbərlik etməyə başladı. Elan etdi ki, elə birinci nazir özü olacaq. Lakin onun vaxtında birinci nazir vəzifəsini mailiyyə üzrə baş nəzarətçilərin müavinləri növbə ilə (Fuke və Kolber) aparmışdılar. XIV Lüdovikin idarəçiliyi dövründə Fransa mütləqiyyəti özünün ən yüksək inişafını tapmışdır. İdarəçilikdə onun əsas məqsədi Fransanın iqtisadi və hərbi gücünün artırılması, onun ərazisinin və müstəmləkələrin gücləndirilməsi idi. Bununla o Avropa işlərində aparıcı rol oynamaq istəyirdi. XVII əsrin ikinci yarısında hugenotların təqibi daha da gücləndi. Katolik kilsəsi ikonalara inamı qəbul etmirdi. Odur ki, hugenotların evlərində draqon postları qoyulurdu. 1686-cı ildə isə kral 1598-ci ildə qəbul edilmiş və hugenotlara dini ayinlər keçirmək azadlığı verən Nand ediktini (müqaviləsini) rədd etdi. Bundan sonra on minlərlə hugenot Almaniya və Amerikaya qaçmışdır. Çünki protestant dininə insanlar bundan sonra katolikliyi qəbul etməli idilər. Əks halda isə-ciddi cəzalar verilirdi. Onların köçməsi ilə Fransa yaxşı mütəxəssislərdən məhrum olmuşdur. Çünki onlar sənayenin və ticarətin inkişafına lazım olan kadrlar idilər. Fransa hakimiyyətinin iqtisadi siyasəti özünün kəndlilər üzərində qəsbkarcasına vergilər qoyması ilə seçilirdi. Bu da sarayın və zadəganların daha da varlandırılmasına xidmət edirdi. Ordu, zadəganlıq və kral sarayının sənaye mallarına, xəzinənin isə pula tələbatı çox idi. Odur ki, hakimiyyət manufakturaların yaradılmasını və məhsulun xaricə daşınmasını genişləndirirdi. Xaricdən isə bəzək-düzək əşyalarıının və digər məhsulların ölkəyə gətirilməsinə qadağa qoyulmuşdur. Fransada bu merkantilist siyasət XIV Lüdovikin nazirlərindən olan Kolber tərəfindən həyata keçirilirdi. Kolber 1665-ci ildən 1683-cü ilədək maliyyə üzrə baş nəzarətçi vəzifəsində işləmişdir olmurdu.
XIV Lüdovikin ölümündən sonra Fransa mütləqiyyəti özünün tənəzzül dövrünə qədəm qoymuşdur. 1721-ci ildən demək olar ki, XV Lüdovik ölkəni özü idarə etməyə başlamışdır. O, eqoistcəsinə özünün möhtəşəm olduğu fikrində olsa da apardığı daxili və xarici siyasətdə stabil deyildi. Onun zəif insani xarakterindən isə yaxınları öz məqsədləri üçün məharətlə istifadə edirdi. Hamıdan güclü favorit isə 18 il dövlət işlərinə müdaxilə etməklə şöhrət qazanan Markiz de Pompadu idi. Favoritlər ölkə daxilində istədikləri kimi hərəkət edirdilər: onlar vəzifələri paylayır, istədikləri adamı nazir təyin edir və ya çıxarırdılar. XVIII əsrdə Fransa monarxiyası bir sıra hərbi diplomatik qələbələr əldə etmiş, 1735-ci ildə Lotarengiyaya sahib olmuşdur. 1768-ci ildə isə Keniya respublikasının, Korsikanı güzəştə getməsinə nail olmuşdur. Bütün bunlara baxmayaraq, mütləqiyyət Fransasının beynəlxalq vəziyyəti tənəzzülə doğru gedirdi. Feodal geriliyi Fransanı İngiltərə ilə müstəmləkələr uğrunda mübarizədə məğlubiyyətə gətirib çıxartmışdı. Yeddillik müharibənin (1756-1763) gedişində İngiltərə Kanada və Luiziana daxil olmaqla Şimali Amerikadakı koloniyaları, eyni zamanda Hindistandakı fransız mülklərini ələ keçirdi. Prussiya kralı II Fridrixin ordusu tərəfindən Fransa ordusunun darmadağın edilməsi fransız mütləqiyyətinin hərbi gücünün zəifləməsindən xəbər verirdi. Lakin kral hakimiyyəti və ona sadiq olan zadəganlar və din xadimləri hər hansı bir islahatın həyata keçirilməsinin əleyhinə idilər. Onlar xalq üzərində daimi hakimiyyətlərini saxlamaq uğrunda fikirləşirdilər. 1774-cü ildə hakimiyyətə gəlmiş XVI Lüdovikin sarayları Avropanın digər monarxları üçün həsəd aparmaq nümunəsi idi. O, xaraktercə zəif, tənbəl, avam və cahil olmaqla, Avstriya şahzadəsi Mariya Antuanetta ilə evli idi. Yüngül xasiyyətdə olan kraliça isə bütün islahatların əleyhinə idi. Odur ki, xalqın kraliçadan zəhləsi gedirdi. Bütün bunlarla bərabər Fransa Avropa işlərində, beynəlxalq ticarətdə və müstəmləkəçilik məsələsində öz mövqeyini itirirdi.
Fransada burjua ideologiyalarının inkişafı. XVIII əsr maarifçiliyi. Kapitalist ukladının böyüməsi və feodal mütləqiyyət quruluşunun bərqərar olması burjua ideologiyasının inkişafı üçün əsas oldu. Burjua filosofları, iqtisadçıları və yazıçıları feodalizmin bütün əsasları və mütləq monarxiyaya qarşı çıxış edirdilər. Burjua ideoloqları zadəgan qayda-qanunlarını və xırda ticarəti tənqid atəşinə tutdular. Onlar xüsusiyyətçiliyi burjua mütləqiyyətinin möhkəmləndirilməsi və şəxsiyyətin feodal özbaşınalığından azad edilməsini tələb edirdilər. Bu geniş yayılmış hərəkat insanların mənəvi inkişafına və nəhayət ictimai hərəkatların hümanistləşdirilməsinə yönəldilmişdir. Fransada genişlənən bu hərəkatın əsas məqsədi isə elmi və ədəbi fəaliyyət formasında elmi biliklərin yayılması, dövlət və cəmiyyətin mənafeyi naminə islahatların keçirilməsi idi. Fransada hərbi və ticarət donanmalarının yaradılması da Kolberin adı ilə bağlı idi. Onun təşəbbüsü ilə Hollandiyadan gəmilər alınmış və sonra isə onların nümunəsində yeniləri qurulmağa başlanmışdır. Bundan əlavə onun təşəbbüsü ilə ordu və donanma üçün mürəkkəb silah və geyim istehsal edən, eyni zamanda kral sarayını bəzəmək üçün müxtəlif bədii əşyalar hazırlayan manufakturalar da yaradılmışdır. XIV Lüdovikin dəbdəbəli qəbulları və oturduğu möhtəşəm sarayı kral hakimiyyətinin əzəmətinin simvolu hesab olunurdu. Məhz onun nümunəsində Avropanın digər monarxları da şəhərlər kənarında möhtəşəm iqamətgahlar yaradırdılar. Ümumiyyətlə, XIV Ludovikin dövründə aparılmış işğalçılıq müharibələri Fransanı müflis etmişdir. Belə döyüşlərin ən uzunu və daha çox vəsait aparanı Reyn çayının sol sahili uğrunda aparılmış müharibə olmuşdur. 1701-1714-cü illərdə İspaniya ilə aparılmış müharibə isə XIV Lüdovikin nəvəsinin İspaniya taxtına oturması uğrunda aparılmışdır. Son nəticədə buna nail olunmuş və İspaniyada da Fransa Burbonlarının bir qolu hakimiyyətə gəlmişdir.
XVIII əsrdə Fransa mütləqiyyətinin tənəzzülü. XVIII əsrdə Fransa monarxiyası özünün xarici görkəmini saxlasa da, kral sarayı eyş-işrət içərisində yaşasa da, ictimai həyatın bütün sahələrində feodal mütləqiyyət quruluşu dərin böhran içərisində idi. Kral XIV Lüdovik demək olar ki, dövlət işləri ilə məşğul olmurdu. Fransa maarifçilərinin bir sıra ideyaları hələ daha əvvəl, burjua inqilabının baş vermiş olduğu İngiltərədə meydana gəlsə də, onlar Fransada daha çox parlaqlıq əldə edərək burjuaziyanın feodalizm ilə mübarizə ideologiyasına çevrilmişdir. XVIII əsr Fransanın ictimai fikir tarixinə burjua dünyagörüşünün feodal ideologiyası üzərində qələbəsi dövrü kimi daxil olmuşdur. Fransa maarifçiləri aristokratik mədəniyyətin təsirinə məruz qalaraq özünəməxsus fəaliyyət forması olan dərnəklər şəklində inkişaf edirdi. Bu dərnəklər həm azad zaman keçirmək, həm də siyasi və ədəbi diskusiyalar keçirmək, eləcə də intellektual insanların cəmləşdiyi yer kimi fəaliyyət göstərirdi. Belə dərnəklərlə məşğul olan Helvetsi və Holbax daha çox fərqlənirdilər. Bu dərnəklər içərisində ən çox fərqlənən ensiklopedistlər (Ensiklopediya və ya elmin, incəsənətin və sənətin izahlı lüğətini yazanlar belə adlanırdılar. Bu lüğət 1751-1772-ci illlərdə ayrı-ayrı formalarda çap olunmuşdur) idi. Bu dərnəyin təşkilatçısı Deni Didro, fəal üzvləri isə Holbax, Helvetsi, Russo, Kondorse, Kondilyak və başqaları idi. Maarifçilərin əksəriyyəti XVIII əsrin əvvəllərində Böyük Britaniyada yaranmış mason təşkilatının (1717-ci ildə yaranmış Böyük London Lojasının) üzvləri idilər. Masonların ritualları və simvolları maarifçilər tərəfindən mistiqcəsinə ifa olunurdu. Çünki onların ideyaları və məqsədləri maarifçilərinki ilə yaxın idi. Hətta bəzi hallarda masonlardan götürürdülər. Ən məşhur maarifçilərdən Monteskye (Şarl Lyu de Sekuide), Volter (Fransua Mari Arue), Kondorse və b. məhz mason idilər. Maarifçilik işi yeni ideyaların və insani dəyərlərin təbliği ilə sıx bağlı idi. Xalqın maarifləndirilməsi XVII əsrdə ingilis ictimai fikrinə xidmət etmişdir. Məhz ingilis maarifçilərinin, əsasən də Con Lokkun cəmiyyət və dövlət haqqında ideyaları fransız maarifçilərinə təsir göstərsə də bu hərəkat Fransada daha geniş və güclü olmuşdur. Fransız maarifçilərinin ən parlaq nümayəndələrindən olan Monteskye (1689-1753) bu hərakatın ən dərin siyasi mütəfəkkiri kimi tanınmışdı. Onun 1711-ci ildə yazdığı və 1721-ci ildə çap etdirdiyi " İran məktubları" Fransada maarifçilik ideyasını yayan ədəbiyyat sahəsində yazılmış ilk əsəridir. Bu əsərdə müəllif Şərq hökmdarlarının saraylarında baş verən qeyri-insani prosesləri satirik mövqedə təsvir etmişdir. Monteskye 1748-ci ildə çap etdirdiyi "Qanunların ruhu haqqında" traktatında C. Lokkdan sonra dövlət idarələrini 3 qola- qanunverici, icraedici və məhkəmə hakimiyyətinə ayırmış və cəmiyyətdəki əsas siyasi qüvvələr kimi bir-birlərinə nəzarət etmələrini vacib hesab etmişdir. Monteskyeyə görə, məhkəmə hakimiyyəti təşkilata deyil, şəxsə aid olmaqla, təsbit olunmuş qaydalarda xalqın içindən məhkəmənin tərkibinə insanlar dəvət olunmalıdır. Qanunverici hakimiyyəti isə xalq öz içərisindən seçdiyi nümayəndələri vasitəsilə idarə etməlidir. İcra hakimiyyətinə gəlincə isə Monteskye hesab edirdi ki, onu monarxa həvalə etmək lazımdır. Monteskyenin fikirləri insanın abstrakt təbiətindən deyil, obyektivlikdən, xalqların qanunlarının ruhundan irəli gəlirdi. O, bu ideyalarında regionların iqlimini, torpağının xarakterini, landşaftını, dövlətin olduğunu, xalqın yaşayış tərzini, əhalisinin sayını, təsərüffat fəaliyyətini, dini və s. amilləri əsas götürürdü. O, belə hesab edirdi ki, sərin və soyuq iqlim insanlarda möhkəmlik, cəsarət, iradəlilik, mübarizlik, isti havalı iqlim isə zəif xarakter, zəiflikvə mütilik yaradır. Münbit torpaqlarda insanlarda asılılıq meyilləri artır, münbit olmayan torpaqlarda isə əksinə, insanlar cəsur və döyüşkən olurlar. Monteskye idarəçiliyin də 3 növünü göstərirdi: despotizm (onun fikrincə, əsasən, Şərq ölkələrinə xasdır), hansı ki, qorxu və özbaşınalığa əsaslanır. Monarxiya despotizmdən hökmdarın hakimiyyət qanunlarına düzəliş olunması ilə fərqlənir və respublika Monteskyonun əsas idealı isə parlamentli inkişaf monarxiyası idi. Beləliklə, Monteskye öz görüşlərinə görə Fransa burjua konstitision nəzəriyyəsinin banisi hesab olunurdu.
Fransız maarifçilərinin digər məhşur nümayəndəsi Volterdir. (1694-1778). Parisli orta məmur ailəsində doğulmuş. Volter böyük filosof, publisist, şair, dramaturq və siyasi xadim idi. Yazdığı əsərlərə görə dəfələrlə Bastiliya qalasında həbsdə olmuşdur(1715-1725-ci illərdə). Fransadan İngiltərəyə köçməyə məcbur olmuş Volter feodal-katolik ideologiyasına qarşı mübarizədə müxtəlif formalardan istifadə etmişdir: elmi-fəlsəfi traktatlardan tutmuş dramatik əsərlərə kimi. Hətta monarxlar belə Volterin böyük şöhrətindən öz məqsədləri üçün istifadə etməyə çalışmışdılar. (II Fridrix və II Yekaterina onu saraya cəlb etməyə çalışmış, XV Lüdovik isə onu özünün tarixşünası adlandırmışdır). Lakin Volterin sarayda olması çox çəkməmişdir. Həyatının son 25 ilini isə İsveçrədə yaşamışdır. XV Lüdovikin ölümündən sonra Volter Parisə qayıtmışdır(1778). Elə həmin ildə də vəfat etmişdir. O, İsveçrədə olarkən özünün ən məhsuldar iş dövrünü yaşamışdır. Onun qələmindən çıxmış "Dini dözümsüzlük haqqında traktat", "Fəlsəfə lüğəti" və digər fəlsəfi povestlər və romanlar onu maarifçiliyin ən yüksək zirvəsinə qaldırmışdır. Volter ömrünün son dəqiqələrinə kimi katolik kilsəsi ilə mübarizədə olmuşdur. Lakin o, ateizmin əleyhinə idi, hesab edirdi ki, dini mütləq qaydada xalq kütləsinə təsir etmək üçün saxlamaq lazımdır. Volter dünyagörüşün ilahi başlanğıcdan qaynaqlandığına inansa da, təbiətin təbii qanunlarla inkişaf etdiyini söyləyirdi. O, əsl deist (Allahı inkar etməyən) idi. Volter feodal asılığının məhv edilməsini və bütün vətəndaşların qanun qarşısında bərabərliyini tələb edirdisə də, onların iqtisadi bərabərliyinin əleyhinə idi. Böyük maarifçi təbiəti materialist baxımından idarə edirdisə, tarixi anlama isə idealist yanaşırdı. Volter xalq kütləsini çox təhlükəli təbii hadisə hesab edirdi. O, maarifçi mütləqiyyəti müdafiə edirdi. Hərdən isə konstitusiyalı monarxiyaya da söykənirdi. İkili baxışlarına baxmayaraq, Volterin inqilabın ideyasını hazırlamaqda rolu çox böyük olmuşdur.
Fransız maarifçiliyyinin demokratik ideologiyasının nümayəndəsi Jan Jak Russo (1712-1778) olmuşdur. O, Cenevrədə saatsaz ailəsində doğulmuş, çox ağır həyat keçirmişdir. Gəlir gətirmədikcə öz sənətini dəyişməli olmuşdur. Buna baxmayaraq o, kitablar yazırdi. Lakin həmin kitablar hakimiyyət tərəfindən yandırılırdı. Volter və Monteskyeyə nisbətən daha az fəlsəfi və adəbi əsərlər yazmasına baxmayaraq, Russonun öz müasirlərinə təsiri daha güclü olmuşdur. Onun mübarizəsi əsasən, sosial bərabərsizliyə qarşı olmuşdur. Hansı ki, bu digər marifçilərdə daha zəif idi. Özünün "İnsanlar arasında bərabərsizliyin mənşəyi və səbəblərinin müzakirəsi", "İctimai müqavilə haqqında" və başqa traktatlarında Russo mövcud quruluşu kəskin tənqid atəşinə tutmuşdur. Siyasi quruluş haqqında danışarkən Russo xalqın müstəqilliyi ideyasını irəli sürmüşdür. Ona görə ən yaxşı dövlət quruluşu isə respublika idi. Hansı ki, xırda dövlətlərdə xalq onun idarəçiliyində birbaşa iştirak edirsə, böyük dövlətlərdə isə nümayəndələrinin seçilməsi ilə iştirak edir. Russonun ideyası həmin dövrün daha demokratik ideya olmaqla xalq kütləsinə daha yaxın idi. Əsasən də inqilab zamanı kəndlilər bu ideyadan daha geniş istifadə etmişdilər. Fransız maarifçiliyində ensklopediyaçılar məktəbi xüsusi yer tuturdu. Mütləqiyyətin daha dərin böhran keçirdiyi bir zamanda-1750-ci illərdə "Elmin, incəsənətin və sənətkarlığın ensklopediya"sına abunəçi qeydiyyatı aparılırdı. Tezliklə birinci və ikinci-cild çapdan çıxmış "Ensiklopediya" quruluşun bütün düşmənlərini və qabaqcıl ideyalara birləşdirə bilmişdir. Ensiklopedistlər mənsubiyyət cəhətdən birgə deyildilər. Onların içərisində respublikaçılar və konstitusiya tərəfdarları, ateistlər və deistlər, hətta materialistlər belə var idi. Onların hamısı mövcud quruluşa qarşı mübarizə aparır və üçüncü silki müdafiə edirdilər. Ensiklopediyanın redaktoru Fransa filosofu və yazıçısı Deni Didro(1713-1784) və fransız materialist filosofu Jan D. Alamber (1717-1783) olmuşdur. Ensiklopediya ilə bir sıra fransız mütəfəkkirləri- Volter, Monteskye, Russo, Holbax, Helvetsi və başqaları yaxından əməkdaşlıq edirdilər. Bu mütəfəkkirləri isə ümumi olaraq ensiklopediyaçılar adlandırdılar. "Ensklopediya" həmin zamanında mövcud quruluş üçün çox təhlükəli idi. Odur ki, 1759-cu ildə onun nəşrinə qadağa qoydular. Lakin Didro və onun tərəfdarları bu işi dayandırmadılar. 1772-ci ildə "Ensiklopediya”nın 28-ci cildini nəşr etdirdilər. 1774-1776-ci illərdə isə daha beş-cildi çap olundu. "Ensiklopediya”da çap olunmuş məqalələrin bir hissəsi təsdiq edirdi ki, materialist düşüncənin mənbəyi məhz təbiətdir. Lakin müəlliflər hesab edirdilər ki, ictimai həyatın bütün qanunauyğunluqları ideyalarla müəyyənləşdirilir. "Ensiklopediyadan" başqa həmin dövrdə ruhuna və müəllif tərkibinə yaxın proqressiv jurnallar da nəşr olunurdu. Bunlar "Nəşriyyat salnamələri" və tənqidi biblioqrafik "Ensklopediya jurnalı" idilər. XVIII əsrin ikinci yarısında bədii ədəbiyyat, təbiət elmləri və fəlsəfə çox böyük maraq doğururdu. Coğrafiyaya aid kitablar və səyyahların qeydiyyatları daha məşhur idi. Odur ki, "Səyyahların ümumi tarixi" adlı dərgi çap olunmağa başlandı.
Mədəniyyin inişafı üçün XVIII əsrin ikinci yarısında Fransada oxucuların və kitabxanaların sayının artması xarakterik cəhət idi. Özəl kitabxanaların açılması adi hal almışdır. Əgər XVIII əsrin birinci yarısında kitabxanaların sahibləri zadəganlar idisə, əsrin ikinci yarısında kitabxanalar məmurlar, alimlər, yazıçılar və b. idilər. Didronun, Bolterin, Tyürqonun, Mirabonun, Monteskyenun, Holbaxın və b. kitabxanaları geniş nüfuza malik idi. Acımasız senzura və onun çoxlu sayda olan məmurları (Volter bunları fikir gömrüyünün məmurları adlandırırdı) bütün demokratik mətbuatı təqib etməklə məşğul idilər. Hələ əsrin əvvəllərindən yansençilər(yezuitlərin düşmənləri) öz əsərlərini xaricdə çap etdirməyə başlamışdılar. Tezliklə bu hərəkat kütləvi xarakter aldı. Volter, Monteskye və Russo kimi maarifçilərin əsərləri də xaricdə çap olunmağa başlamışdı.
Fransız maariflçiliyində iqtisadçı fiziokratlar məktəbi də fəaliyyət göstərmişdir. Bu məktəbin əsasını qoyan və ideoloqu fransız maarifçisi Fransua Kene olmuşdur. Markiz de Pompadurun şəxsi həkimi və kral XV Lüdovikin həkimlərindən biri olan Pompadur 25 il Versal sarayında yaşamışdır ki, bu dövr ərzində də onun yaşadığı otağa həmişə alimlər və filosoflar yığışmışdır. Məhz bu alim və mütəfəkkirlərlə apardığı diskussiyalar zamanı Kenerin iqtisadi fikirləri yaranaraq formalaşmışdır. O, əsasən kənd təsərrüfatı sahəsində istehsala fikir verməyi üstün tutur və hesab edirdi ki, "var -dövlətin mənbəyi torpaqdır" və onu yalnız əkinçilik artıra bilər. Ona görə də Kene istehsalla məşğul olan əhali təbəqəsini, əsasən də varlı və imkanlı fermerləri hərtərəfli ruhlandırmağı lazım bilirdi. Hətta o, təklif edirdi ki, vergi yükünü istehsalçılardan və istifadəçilərdən götürüb, torpaq sahiblərinin üzərinə qoymaqla daxili və xarici ticarəti sərbəstləşdirmək lazımdır. Maarifçilik İngilrərədə meydana gəlsə də, Avropanın digər ölkələrinə nisbətən bu hərəkat Fransada daha geniş yayılmış və cəmiyyətə daha güclü təsir göstərə bilmişdir. Demək olar ki, Avropa insanları bu ideyalarla fransız yazıçıları və mütəfəkkirlərinin əsərləri vasitəsi ilə tanış olmuşdular. Maarifçilik ideyaları Fransa cəmiyyətinə belə güclü təsir göstərməsinə baxmayaraq, burada mütləqiyyətin maariflənməsi prosesi digər Avropa dövlətlərindən daha passiv formada olmuşdur. Belə ki, Fransa kralları maarifçilik ilə maraqlanmır, vaxtlarını eyş-işrətdə keçirirdilər. Hətta XV Lüdovikin uzunmüddətli hakimiyyəti(1721-1774) dövründə bir dəfə də olsun islahat keçirilməmişdir. Nəticədə isə Fransa islahatçılıq sahəsində digər Avropa ölkələrindən xeyli geridə qalmışdır. Lakin hakimiyyətinin son dövrlərində kral islahatlar əliyhinə olan parlamentin idarəçilikdə təsirini azaltmağa çalışmışdır. Bu isə imtiyazlarını itirməkdən qorxan əyanlar və saray məmurlarının kəskin əks-təsirinə səbəb olmuşdur.
1774-cü ildə kral taxtına əyləşən XVI Lüdovikin savadlı bir şəxs olmaqla, maarifçiliyin bir sıra ideyaları ilə həmfikir olduğu məlum idi. O, hakimiyyətə gələn kimi Fransanın maarifçilərindən biri olan iqtisadçı fiziokrat Tyurqonu maliyyə sisteminin ölkə üzrə baş nəzarətçisi təyin etmişdir. Yeni nazir hesab edirdi ki, azad bazar və azad rəqabət iqtisadi fəaliyyəti tənzimləyir. Odur ki, vəzifəyə təyin olunan kimi təklif etdi ki, dövlətin stabil saxladığı çörəyin qiymətini sərbəst buraxmaq lazımdır. Belə də oldu. Lakin çörəyin qiyməti sürətlə qalxdı ki, bu da böyük şəhərlərdə, əsasən də Parisdə ixtişaşların başlanmasına səbəb oldu. Şəhərlərin kasıb əhalisi mağazaları, anbarları dağıdır, çörəyin qiymətinin aşağı salınmasını tələb edirdilər. Etirazların genişlənməsindən Tyuqo islahatlarının əleyhdarları məharətlə istifadə etdilər. Bu əleyhdarlar içərisində yüksək vəzifəli əyanlar da var idi. Məhz onların təkidi ilə Kral Tyuqonu istefaya göndərdi və islahatlar dayandırıldı. Tyuqonun uğursuz islahatları, demək olar ki, maariflənmək istəyən mütləqiyyətin Fransada məğlubiyyəti idi.
Dostları ilə paylaş: |