Birinci Dünya Mharibəsi illərində diplomatiya. Dünyanın xəritəsini əsaslı dəyişən genişmiqyaslı ilk müharibə 1914-cü ilin iyul ayının 28-də başladı... Tarixə "Birinci Dünya Müharibəsi" adı altında daxil olmuş bu beynəlxalq müharibədə XIX əsrin sonlarında- XX əsrin əvvələrində formalaşmış hərbi-siyasi blokların maraqları səbəb oldu. Artan qəzəbin enerjini harasa vermə istəyi, artan hərbi gücün də öz enerjisini, gücünü vermə nöqtəsində birləşdi. Sürətli silahlanma, hərbi gücün toplanması, dünyanın siyasi xəritəsini dəyimək, yeni iqtisadi bazarlar ələ keçirmək, geniş torpaqlar, zəngin resurslara malik müstəmləkələr ələ keçirmək istəyən dövlətləri öz maraq və istəklərinə daha da yaxınlaşırdı. Bu müharibədə revanşizm də xüsusi yer tuturdu. Elə Birinci Dünya Müharibəsinin əsas hərəkətverici qüvvəsini Vestfal sülhündən başlayaraq XX əsrin əvvəlinə qədərki dövrdə milli haqları digər Avropa nəhəngləri tərəfindən tapdalanan və müstəmləkə bölgüsündə ən az pay alan Almaniya təşkil edirdi. Onun əsas müttəqfiqləri Avstriya-Macarıstan, Balkan müharibələrindən narazı qalan və demək olar ki, dağılan Osmanlı imperiyası (Türkiyə), eyni zamaanda Balkan müharibəsində bəzi ərazi tikilərinə məruz qalan Bolqarıstan idi. Almaniyanın daimi müttəfiqi olan İtaliya bu müharibədə əvvəl neytral mövqe tutdu. 1925-ci ildən isə İngiltərə, Fransa və Rusiyanın daxil olduğu Antanta bloku tərəfindən müharibəyə qoşuldu. Fransanın bu müharibədə əsas məqsədi isə 1871-ci ildəki Fransa-Prussiya müharibəsində itirmiş olduğu torpaqlarını və nüfuzunu qaytarmaq idi. Fransanın müharibədə məqsədi Elzas və Lotaringiyanı qaytarmaq, Reynin sol sahilində muxtar dövlət yaratmaq və Fransaya tabe etmək, Yaxın Şərq və Afrikada müstəmləkələrinin sayını artırmaq və s. idi. İngiltərə eyni zamanda müstəmləkə məsləsində iddialı, yeni bazarlar ələ keçirməkdə maraqlı idi.
1914-cü ildən hələ çox əvvəl aparıcı millitarist, nasional qruplarda Avropada ərazilər ələ keçirmək barədə planlar hazırlandı. Həmçinin Asiya və Afrikanın müstəmləkələrini öz xeyirlərinə dəyişmək, başqa xalqlar üzərində iqtisadi, siyasi və hərbi idarə yaratmaq əsas planlardan idi. Almaniyada bu fikirlər "Mərkəzi Avropa" planı var idi və bu yalnız müharibə başladıqdan sonra, 1915-ci ildə nəşr olunmuşdur. Bu planda Mərkəzi və Şimali Avropa ölkələrinin Almaniyanın nəzarəti altında iqtisadi ittifaqını nəzərdə tutmuşdu. Həmçinin planda Rusiyaya məxsus Polşa, Ukrayna, Finlandiya və Pribaltikanın ya birbaşa, ya da anneksiya (zorla işğal etm3 yolu ilə) Almaniyaya birləşdirilməsi qeyd edilmişdi.
Müharibənin başlanmasına bəhanə vermiş Avstriya-Macatıstanın isə müharibədə planı ondan ibarət idi ko, Balkan dövlətlərinin müstəqilliyinəcson qoysun. Balkanlarda ərazi istəyən üç dövlətin: Avstriya-Macarıstan, Türkiyə, Almaniya hər üç dövləti eyni təkliflə- Balkan torpaqlarının təklifi ilə öz müttəfiqinə çevirmişdi. Bu müharibədə Dördlər İttifaqının qabiliyyəti blokun öz daxilində müharibəyə gətirib çıxaracaqdı.
Antanta bloku dövlətləri Almaniyanı məğlub edərək Avropa üçün bir də təhlükə yaratmasın deyə öz idarələri altında kiçik dövlətlərə parçalamaq istəyirdilər. Ancaq müharibənin nəticəsində görəcəyik ki, ABŞ-ın "humanistliyi, demokratikliyi" Almaniyanı parçalamandan xilas etdi. Antanta üzü olan Rusiyada isə millipərəst qüvvələr hakimiyyətin qarşısına iki əsas tarixi məsələ qoymuşdu. Bunlardan birincisi Habsburqlar monarxiyası tərəfindən əzablara məruz qalmış slavyan xalqlarının azad olunması və ikincisi isə Qara Dəniz sahillərinin mənimsənilib Rusiyaya qatılması. Baxmayaraq ki, elan olunmuşdu ki, müharibə azadedici xarakter daşıyır, lakin həm Antanta, həm də Dördlər İttifaqı açıq-aşkar olmasa da hücumedici planları dəstəkləyirdilər.
1914-cü ilin avqustun 6-da alman-türk ittifaq müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən Almaniya türklərin Balkanlardakı tələblərini, Egey dənizi adalarındakı və Zaqafqaziyadakı iddialarını dəstəkləyəcəkdi. 1915-ci il ittifaq müqaviləsi də türklərinki ilə anoloji xarakter daşıyırdı.
Antanta çox da xırdaçılıq etməmişdi. Böyük Britaniya Kipr adasını anneksiya etmək və Misir üzərində protektoratlığını qurmaq istəyirdi (Misir bu zaman Osmanlı İmperiyasının tərkibində idi). Osmanlının Dördlər İttifaqı tərəfindən çıxış etməyindən istifadə edən Böyük Britaniya və Fransa Qara Dəniz iddiaları ilə hər iki dövlət 1915-ci il fevral ayında "Dardanel" əməliyyatını həyata keçirdilər. Rusiyanın da həmin ərazilərə olan iddiası olduğundan, ingilis-fransız ittifaqı rus hakimiyyətində şübhələr oyatdı və onlardan Rusiyanın Qara Dəniz sahillərinə olan iddialarını rəsmi şəkildə təsdiq etmələrini tələb etdi. Nəticədə, 1915-ci il mart-aprel aylarında 3 dövlətin hakimiyyəti belə qərara gəldi: Böyük Britaniya və Fransa Konstantinopolun, Bosforun Avropa və Asiya hissələrinin, Mərmərə və Dardanel sahillərindəki ərazilərin Rusiya ərazisinə qatılmağa razılıq verdilər, Rusiya isə hər iki dövlətin həm şərqdə, həm də başqa yerlərdə ərazi islahatları aparmalarına dəstək verəcəyini bildirdi. 1916-cı il mart ayında həmin layihə üzərində razılığa gəldilər (Saykspiko razılığı) və layihəni təsdiq etmək üçün rus hakimiyyətinə təqdim etdilər. Bir neçə əlavələr ediləndən sonra 1916-cı il may ayında razılaşma rəsmiləşdirildi. Razılığa uyğun olaraq, Böyük Britaniya Mesopotomiya və Fars körfəzi, Fransaya Kiçik Asiyanın cənub-şərq hissəsi və Suriya, Rusiyaya isə Kiçik Asiyanın şimal-şərq hissəsi verilirdi. Fələstin isə beynəlxalq nəzarət altında olmalı idi. Ərəbistan yarımadasının şimalında britan-fransız təsirli ərazilərin də olduğu Müstəqil Ərəb dövləti yaradılmışdı. İtaliyanın Antantaya qoşulması ilə isə Avstriya-Macarıstanın Tirol, Tirontina,İstirya, Triest şəhəri və Dalmasiya kimi əyalətlərin verilməsi nəzərədə tutulmuşdu. İtaliyaya Kİçik Asiyanın cənub-şərq hissəsinin verliməsi söz verilmişdi. Eyni zamanda Almaniyanın Afrikadakı torpaqlarının bölünməsindən də İtaliyay pay verilməsi nəzərdə tutulmuşdu. İtaliyaya veriləcək bu torpaqların qarşılında İtaliya Albaniyanın şimal və cənub hissəsinin Serbiya, Çernoqoriya və Yunanıstan arasında bölünməsinə razılıq verəcəkdi. Albaniyanın qalan ərazisində yaradılmalı olan "Kiçik neytral dövlət" İtaliyanın protektoratlığı altında olacaqdı. Antanta dövlətləri Avstriya-Macarıstan torpaqları hesabına Rumınyaya da pay verməyi planlaşdırırdılar. Rumınya Balkanlarda olna marağına və Avstriya-Macarıstanəraziləindən pay alma ehtimalına görə müharibəyə Dördlər İttifaqı yox, məhz Antanta tərəfindən qoşulmağa razılıq verdi.Həmçinin bu müqavilədə Rumınyanın Transilvaniya və Banatı anneksiya etmək hüququ də təsdiqlənmişdi. Bu razılaşma rus-fransız razılaşmasında əlavə olunmaqla 1917-ci ilin fevralın 1(14)-də rəsmiləşdirildi. Rus-fransız razılaşnası isə ondan ibarət idi ki, qərb sərhədləri məsələsində Rusiyanın azadlığını tanıyacaqdı, Rusiya isə Fransanın Elzas və Lotaringiyanı, Saar kömür hövəzsini birləşdirməsini, həm də Almaniyada Reynin sol sahilindəki əraziləri ayırıb neytral dövlət yaratmasını tanıyacaqdı. Ancaq Rusiyanın bunlardan əlavə Almaniya və Avstriya-Macarıstanın tərkibində olan Polşa krallığı ərazisində "İrsi monarxiyalı və Konstitusiyalı quruluşlu dövlət" yaratmaq planı müttəfiqlərin maraqlarına ziyan vurdu.
Müharibə edən dövlətlərin səylərinə baxmayaraq, müharibənin əvvəlində olduğu kimi 1916-cı ilin sonlarında da onlar sülhə uzaq idilər Bu şəraitdə onlar düşmən koalisiyaya daxil olan dövlətlərlə seperat sülh bağlamaq yolu ilə qələbəyə nail olmaq istəyrdilər. Bu məqsədə əsaslanaraq Almaniya 1916-cı ilin dekabrın 12-si Antantaya özü və müttəfiqləri adından təcili sülh bağlamağı təklif etdi. Sülh danışıqlarının əsas şərtləri dəqiqləşdirilməmişdi, ancaq bəzi prinsiplər müəyylənləşdirilmişdi: xalqların, "inkişafını və azadlığını" təmin etmək üçün. Antanta bu təklifləri rədd etdi, çünki ABŞ-ın müharibəyə yardımı və tezliklə də müharibəyə qoşulma gözləntiləri onları qələbəyə daha çox ümidləndirirdi. Ancaq hakimiyyət nümayəndələrində olan bu ümid əhalinin bütün təbəqələrində olan vu ümid əhalinin bütün təbəqələrində olan anti-müharibə istəyilə ziddiyət təkil ediridi. Rusiya və Fransa kimi dövlətlərdə bu cür əhval ruhiyyə canlanmışdı.
1917-ci il 17 iyulda Almaniya rexstaqı tərəfindən sülh haqqında qərar qəbul olundu. Bu sülh haqqında qərarda "ərazi mənimsəmə, siyasi, iqstisadi və maddi zorluqlar" rədd olunurdu.
Seperat sülh bağlamaq üçün əsasən iki dövlət hədəfə çevrilmişdi. Bunlar Rusiya və Avstriya-Macarıstan idi. Hər iki dövlət iştirak etdiyi blokun tərkibində həm coğrafi yerləşməsinə görə, həm iqtisadi potensialına, əhalinin və ordunun sayına görə koalisiyanın tərkibində mühüm rola malik idi. Koalisyann tərkibində demək olar ki, əvəzedilməz rol oynayırdı. Rusiya bütün Baltik dənizindən Qara dənizədək olan əraziləri himayə edirdi. Dördlər İttifaqı tərəfindən isə Avstriya-Macarıstan ərazi baxımından əsas yerdə yerləşirdi. Avstriya-Macarıstan Dördlər İttifaqından çıxdığı təqdirdə Dördlər İttifaqı dağıla bilərdi. Bununla bərabər məhz bu iki dövlət daxil olduqları hərbi blokların ən zəif bəndləri idilər. Bu onunla sübut oluna bilər ki, elə müharibənin ilk illərində bu ölkələrdə iqtisadi böhran baş vermişdi. HƏr şeydən öncə ərzaq və yanacaq böranı mövcud idi. Əhali ən vacib ehtiyacların çatışmazlığından əziyyət çəkirdi. Bunun nəticəsində də müharibənin davam etməsi siyasəti əleyhinə qarşıdurma yarandı. Həm pasifistlər, həm də milli hərəkat nümayəndələri yaranmış böhrandan hakimiyyəti ələ almaq məqsədilə istifadə etmək istəyirdilər. Avstriya-Macarıstanda xüsusilə milli hərəkat qızışmışdı, slavyanlar, arasında separatist hərəkatlar güclənmişdi, hansı ki, bu hərəkatlar Antanta tərəfindən dəstək görürdü.Rusiyanın ərazisində Avstriya-Macarıstana qarşı müharibə aparan Çexoslovak briqadası və başqa milli qruplar yaranmışdır. Əvvəlcə onlar Rusiya vətəndaşlarından tərtib olunurdu. Sonralar beynəlxalq müqaviləni pozaraq onlara dustaqlar da qoşulurdu. Antanta dövlətlərinin paytaxtlarında Avstriya-Macarıstan xalqlarının maraqlarını ifadə edən komitələr yaranmışdı. Onlar Habsburqlar monarxiyasının dağılmasını və müttəfiq dövlətlərinin köməyi ilə müstəqil milli dövlətlərin yaranmasını istəyirdilər. Amma müttəfiq ölkələrin hakimiyyət nümayəndələri bu tələbləri dəstəkləməyə tələsmirdilər. Müharibənin ilk 3 ilində müttəfiqlər dəfələrlə Avstriya-Macarıstan ilə seperat sülh bağlamağa cəhd etmişdilər. Çox güman ki, belə bir sülh müqaviləsi Habsburqlar monarxiyasının dağılmaqdan xilas etməsə də, heç olmasa onun dağılmasını bir az gecikdirə bilərdi. Müttəfiqlər qocalmış imperatorFrans İosifin ölümündən və 1918-ci ilin noyabrında I Karlın hakimiyyətə gəlməsindən sonra səylərini ikiqat artırdılar. 1918-ci ilə qədər Avstriya-Macarıstanın bunu qəbul etməməsinə görə 1918-ci ildən artıq Antanta milli hərəkatlara dəstək verməyə başladı.
Rusiyada digər ölkələrdən əvvəl əhalinin yorğunluğu hiss olundu. Baxmayaraq ki, ölkənin resursları hələ tükənməmişdi, cəbhələrdə isə vəziyyət kifayət qədər yaxşı idi, amma ordu ruhdan düşmüş, anti-müharibə hərəkatı genişlənmişdi. Bun dan əlavə, siyasi elitanın əksər hissəsi də Rusiyanın müharibədə Almaniyaya qarşı iştiraknı yaxşı qarşılamırdı. Almaniya isə Rusiyanı müttəfiqlərdən ayırmaq üçün bu vəziyyətdən istifadə etmək istəyirdi. 1915-1916-cı illərdə Almaniya hökumət dairələri rus imperatoru II nikolaya bu məqsədlə dəfələrlə müraciət etsələr də, imperator bu müraciətlərə cavab verməmişdi və bu da artıq Antanta blokunun digər üzvlərində Rusiyanın öhdəlikləri düzgün yerinə yetirməməsi barədə şübhələr yaratmışdı. Tezliklə bu şübhələr özünün doğruldur və Rusiya Almaniuya ilə 1917-ci ilin əvvəlində separat sülh müqaviləsi bağlamağa razılıq verir. Bu da Rusiyada hakimiyyət dəyişikliyi ilə əlaqədar idi. 1917-ci il fevral inqilabından sonra imperiyanın dağılması və Müvəqqəti hökumətin qurulması müharibəni dayandırmağa gətirib çıxarmışdı.
Müharibədə uzaqdan-uzağa iştirak edən ABŞ-ın da öz xüsusi maraq və məqsədləri var idi. ABŞ müharibəyə bir növ sponsorluq edirdi. Əsas maliyyəçi funksiyasını yerinə yetirən ABŞ üçün əvvəllər müharibədə kimin qalib gəlməsi elə də maraqlı deyildi. Burada ən əsas ABŞ maliyyələşdirən funksiyasını yerinə yetirsin və iqtisadiyyatı inkişaf etsin, güclənmiş Amerikaya zəifləmiş bir Avropa sərf edirdi. Həm bu məqsədlə, həm də müharibə uzandıqca qazancı artması, gücün çoxalması ABŞ-a mühRİbənin davam etməsində sərf edirdi. Ancaq ABŞ kənarda dursa da Almaniya onu oyundan kənarda saxlamamışdı. Amerika Birinci Dünya Müharibəsindən əvvəəl Vaşinqtonun vəsiyyətinə əməl edərək, Avropanın işlərinə qarışmırdı (ABŞ-ın izaliasionizm siyasəti- təcridolunma). Lakin Almaniya Merikaya qarşı qeyri-məhdud sualtı müharibəyə başlayandan və batan gəmilərdə amerikanlar həlak olandan sonra ictimai rəy Almaniyaya müharibə etməyə yönəldi. 1915-ci ildə Britaniya sularına daxil olan bütün ticarət gəmilərini batırmağı əmr edən Almaniya bu yolla ABŞ-a da ziyan vurdu və onu Almaniya əleyhdarına çevirdi. 1916-cı ilin 14 mart tarixində fransızlara məxsus "Sesseks" gəmisinin də Almaniya tərəfindən tarpeda ilə vurulması və burada Abş vətəndaşlarının da həlak olması artıq bu dövlətlər arasındakı münasibətləri daha da kəskinləşdirdi. 22 yanvar 1917-ci ildə Almaniya məhdudiyyətsiz sualtı müharibəyə yenidən baladığını elan etdi. Beş amerikan gəmisi batırıldıqdan sonra 1917-ci il 2 aprel tarixində Vudro Vilson müharibə bəyannaməsi qəbul etmək tələbiylə konqresə müraciət etdi. ABŞ dərhal hərbi qüvvələrini səfərbərliyə başladı. ABŞ-ın müharibəyə qoşulmasına yeganə səbəb bunlar deyildi, ABŞ inhisarları Avropanın döyüşən dövlətləri üçün çoxlu sayda hərbi sifarişlər qəbul etmişdi. Əgər müharibə tez qurtarsa istehsal olunmuş bu mallar inhisarçıların əlində qalcaqdı və bu da yeni bir artıqlıq böhranına gətirib çıxaracaqdı. Diqır bir səbəb, ABŞ müharibədə zəifləmiş Avropa ölkələrinə gələcəkdə zəif təmin olunmuş kreditlər vermək istəmirdi, müharibənin qurtarması dünyanın yenidən bölünməsi demək idi və ABŞ bu bölgüdən kənarda qalmaq istəmirdi. Eyni zamanda ABŞ Avropanın belə bir müharibədə məhv olmağını istəmirdi, əgər bütün Avropa Almaniya və onun müttəfiqlərinin əlinə keçsəydi ABŞ özünə çox güclü bir rəqib qazanmış olacaqdı, amma əgər mühariəbəyə müdaxilə edib istədiyi istiqamətə çəkə bilsəydi, Avropanı öz əlində saxlaya bilərdi. Müharibədə ABŞ-ın maraqlı V.Vilsonun "14 maddə"sində öz əksini tapmışdı. Vilsonun məqsədi beynəlxalq münasibətlər sistemini ədalətli, demokratik, pasifist prinsiplər üzərində qurmaq idi. Elə bu məqsəd və planlarda 1917-ci aprelin 6-da ABŞ Almaniyaya müharibə elan etdi. Birinci Dünya Müharibəsi dövründə İngilətərə və Almaniyanın Latın Amerikasındakı imperializmin zəifləməsindən istifadə edərək ABŞ bu ərazidə öz təsirini yatırır və bu ölkələrə borc verirdi. Bu yolla Amerika kapitalı Latın Amerikasına daxil olmuş olurdu. Beləliklə, bu ölkələr ABŞ inhisarının koloniyalarına çevriləməyə başladı.
1917-ci ildə Rusiyada Müvəqqəti hökuməti əvəz edərək hakimiyyətio ələ alan bolşeviklər müharibənin davam etməsi əleyhinə idilər. Öz müttəfiqlərinə dönük çıxmış Rusiyadan fərqli olaraq isə Antanta blokunun digər üzvləri müharibəni sona qədər davam etdirməkdə qərarlı idilər. Rusiyanın müharibədən çıxmasının İngiltərə və Fransanı çətin vəziyyətə salmasına baxmayaraq, ABŞ-dan alınan yardımlar onları qələbəyə ümindləndiridi. Antantanın bu ümidlərinə baxmayaraq, Almaniya hələ də öz gücünü itirməmişdi. Almaniyanın məğlibiyyətini labüd edən onun müttəfiqqlərinin zəifliyi və ABŞ-ın Antantaya kömək etməsi idi.
Birinci Dünya Müharibəsində hərbi əməliyyatlar təkcə Avropaada deyil, eyni zamanda Yaxın və Uzaq Şərqdə, Afrikada da gedirdi. Müharibə başlayan kimi Yaponiya Almaniyanın Uzaq Şərqdəki müstəmləkələrini ələ keçirmək üçün Almaniya-Avstriya-Macarıstan blokuna qarşı müharibəyə qoşuldu. Bundan başqa bu və ya digər tərəfə öz münasibəti ilə fərqlənən Belçika, Çin, Kanada, misir, Portuqaliya , Rumıniya da qoşulur.
Müharibə elan edən döövlətlərin maraqlarının daha çox toqquşduğu nöqtə Afrikadakı alman mülkələri, Yaxın Şərqin zəngin ehtiyatlara malik torpaqları, Çin və Okeaniyadakı adalar, Balkanlar və s. idi. Bu səbədən də Müharibənin başlanğıcında olduğu kimi sonunda və nəticələrində də ziddiyytələr var idi. Sonunda olan ziddiyyətlər seperat sülha bağlamış dövlətlər və onların müharibədə tərəfində iştirak etdiyi blokların dövlətləri arasında idi. Nəticələrinə olan ziddiyyətlər isə məğlub dövlətlərlə qalib dövlətlər arasında bağlanan müqavilənin şərtləri idi. Ərazi bölgüsündə olan fikir ayrılıqları kimə hansı ərazilərin verilməsi, məğlub dövlətlərdən allınacaq təzminatın məbləği ilə bağlı mübahisələr hər biri ayrı-ayrılıqda ziddiyyət təşkil edirdi.
1918-ci ildə Almaniyanın müttəfiqləri bir-bir sıradan çıxmağa başladılar. Eyni zamanda Antanta tərəfinin iştirakçıları da seperat sülh bağlamağa başlamışdılar. 1918-ci ilin mayın 7-də Buxarestdə Rumıniya ilə Almaniya bloku dövlətləri arasında sülh müqaviləsi bağlandı. Bu müqavilə Rumıniyanın bütün təbii sərvətləri və ehtiyyatlarından istifadə edilməsində Almaniya inhisarlarına müstəsna hüquq verirdi. Buxarest sülh müqaviləsinə görə Rumıniya 15 min km-lik strateji cəhətdən mühüm və meşələrlə zəngin olan dağlıq sərhəd zolağını Avstriya-Macarıstana güzəştə gedirdi, Cənubi Bobrucanı Bolqarıstana qaytarırdı, Dobrucanınqalan hissəsini Köstəncə limanı ilə birlikdə Almaniya bloku ölkələrinin istifadəsinə verirdi. İndiyədək istifadəsiz qalmış neft mədənləri 90 il müddətinə Almaniya şirkətlərinə verilirdi. Buxarest sülhü Rumıniyanın Bessarabiyanı özünə birləşdirməsini qəbul etdi.
Müharibənin gedişində barışıq haqqında danışıqlar davam edərkən Almaniyanın müttəfiqləri bir-bir hərbi əməliyyatlardan çıxırdılar. 1918-ci ilin ikinci yarısıda Bolqarıstanı kəskin iqtisadi və siyasi böhran bürüdü. Ölkə iqtisadiyyatı tamamilə dağıldı. Xalq və ordu aclıq çəkirdi. Almaniya Bolqarıstanı silah hərbi sursat və geyimlə təchiz etməyi dayandırdı. Sentyabrın 15-də bolqar qoşunları məğlubiyyətə uğradıqdan sonra Bolqarıstan müharibəni dayandırmağa doğru gedirdi. Sentyabrın 29-da müttəfiqlər barışıq şərtlərini Almaniya tərəfinə diqtə etdi. Barışığın şərtlərinə görə Bolqarıstan Serbistanın, Yunanıstanın və Rumıniyanın işğal etdiyi əraziləri azad etməyi öz öhdəsinə götürürdü və bolqar yolları müttəfiq ordularının əlinə keçirdi. Belə vəziyyət dağılmaqda olan Avstriya-Macarıstanın məğlubiyyətini sürətləndirirdi.
Bolqarıstanın məğlubiyyətindən sonra Almaniyanın digər müttəfiqi olan Osmanlıı dövləti də məğlub oldu. Suriya və Fələstindəki məğlubiyyətindən sonra 1918-ci ilin oktyabrın 30-da Hüseyn Rauf bəy Osmanlı dövləti adından ingilis komandanı Kaltorpla barışıq sazişi imzaladı. Saqqız adasında Mondros limanında müttəfiqlər adından imzalanmış sazişin şərtlərinə görə boğazlar müttəfiqlər tərəfindən işğal edilirdi; ölkə daxilində asayişi qoruyacaq qüvvələrin sayı müttəfiqlər tərəfindən təyin olunacaqdı; əgər Osmanlı tərəfindən təhlükə hiss edilərsə, Osmanlı imperiyasının istənilən ərazisini işğal edə bilərdilər; Osmanlı limanlarından onun müttəfiqlərinin istifadə etməsi qadağan edilirdi.
Müharibənin ilk illərindən olduğu kimi msinlarına yaxın da Avstriya-Macarıstan imperiyasında milli ziddiyyətlər qızışmışdı, müharibənin yaratdığı fəsadlar isə imperiyanı dağıtmağa başladı. İmperiyanın tərkibində olan çexoslavaklar və macarlar öz müstəqilliklərini elan etdilər. Avstriyalı deputatlar özlərini müvəqqəti Avstriya milli məclisi elan etdilər. Karlın imperiyanı saxlamaq cəhdləri uğursuz oldu. Oktyabrın 28-də Avstriya-Macarıstan ordusunun komandanı müharibəni dayadırmaq haqqında İtaliyaya müraciət etdi. 1918-ci ilin noyabrın 3-də Avstriya-Macarıstan kom andanlığı təslim olmaq aktını imzaladı. Barışığın şərtlərinə görə müttəfiqlər ölkə təsərrüfatına tam sahib oldular.
Zəif müttəfiqləri olan ALmaniya müharibənin sonlarında da hələ də əvvəlki kimi olmasa da gücünü saxlamaqda davam edir və hərbi əməliyyatlar aparırdı. Ancaq artıq məğlubiyyətin çatdığı bəlli idi, buna görə də alman hərbçiləri artıq döyüşə girmək istəmirdilər. II Vilhelm Hollanidiyaya qaçdı, noyabrın -da Maks Badenski hökuməti bağlamaq üçün Antanta tərəfinə müraciət etdilər. 1918-ci ilin noyabrın 11-də Fransada Kompyen meşəsində feldmarşal Foşun qərargah vaqonunda ALmaniya və müttəfiqlər arasında barışıq sazişi imzalandı. Sazişin şərtlərində bildirilildi ki, Almaniya işğal etdiyi bütün əraziləri boşaltmalıdır, hərbi silah sursatını isə müttəfiqlərə təslim etməldir.
Beləlilə, müharibə "Dördlər İttifaqı"nın məğlubiyyəti ilə nəticələndi. Müharibənin yekunları Vudro Vilsonun "14 maddə"si əsasında Versal konfrasında müzəkirə olundu və məğlub dövlətlərlə müqavilələr imzalandı. Vilson düşünürdü ki, sülhün müddəaları danışıqlar gedişində yaranacaq. Həmçinin o qorxudu ki, Antanta ölkələri Antantaya hədsiz tələblər irəli sürsünlər. Amma elə belə də nail oldu. Lakin Vilson Antantanın bir sıra güzəştlərə getməsinə nail oldu. Buna misal olaraq İtaliyanın Fiume limanına olan fikirlərindən daşındırılmasını, Fransa baş naziri Klemansoya Almaniyanın Reyn ərazisini və Saar kömür hövzəsini ələ keçirməkdən imtina ediləmsini göstərmək olar. Ən əsas məsələ isə Almaniyadan bütün Antantanın hərbi xərcləri həcmində reparasiya (təzminat) alınmasına Vilsonun mane olması idi.
Birinci Dünya Müharibəsi bölünmüş dünyanl yenidən bölüşdürdü və heç bir problemi həll etmədi, əksinə, yeni ziddiyyətlər, revanşist siyasətlər və quplaşmalar, eyni zamanda yeni siyasi sistem- Versal-Vaşinqton sistemini yaratdı. Beləliklə, Birinci Dünya Müharibəsinin taleyi həll olundu, 270 il Avropada və dünyada mövcud olmuş beynəlxalq münasibətlərin Vestfal-Vyana sisteminə son qoyuldu.
Dostları ilə paylaş: |