XXII-XXIII mühazirələr: I Dünya Müharibəsi
Müharibənin əsas səbəbləri. I Dünya müharibəsinin əsas səbəbləri demək olar ki, müstəmləkə sahibi olan ölkələrin son dərəcə inkişafı və bu konteksdə həmin ölkələr arasında ziddiyətlərin kəskinləşməsi, dünyanın yenidən bölüşdürülməsi uğrunda Avropa dövlətlərinin iki hərbi-siyasi blok ətrafında birləşməsi və bu bloklar arasındakı mübarizə müharibəyə gətirib çıxardı. Və qeyd edək ki, bu ziddiyətlərin ən başlıcası güclü müstəmləkəçi dövlət olan İngiltərə ilə yenidən yaranaraq güclənmiş və dünya bölgüsündən özünə pay istəyən Almaniya arasında idi.
Alman hərbi-siyasi dairələri Böyük Britaniya və Fransanın müstəmləkə torpaqları hesabına yeni müstəmləkələr zəbt etmək, Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrin bir hissəsini zəbt etmək niyyətində idi. Onun müttəfiqi olan Avstriya-Macarıstan imperiyası isə Balkan yarımadasında öz nüfuzunu genişləndirməyə və yeni əraziləri işğal etməyə çalışırdı.
Böyük Britaniya isə müharibə yolu Almaniyanı zəiflətmək, onun müstəmləkələrinin bir hissəsini ələ keçirmək, Osmanlı imperiyasını bölüşdürmək ümidində idi. Fransada buna nail olmaq istəyirdi. Bununla bahəm Fransa 1870-1871-ci illər Fransa-Prussiya müharibəsi zamanı itirilmiş Elzas və Lotarengiya vilayətlərini geri almaq, Almaniyanın Reyn vilayətinin bir hissəsini ələ keçirmək istəyirdi. Rusiya isə Balkan yarımadasında, Bosfor və Dardanel boğazlarında özünün hökmranlığını qurmağa, həm də Almaniyanı iqtisadi cəhətdən zəiflətməyə çalışırdı.
Dostları ilə paylaş: |