Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


II mühazirə : İngiltərə burjua inqilabının qələbəsi və parlament monarxiyanın yaranması



Yüklə 0,52 Mb.
səhifə2/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   138
Yeni tarix müh

II mühazirə : İngiltərə burjua inqilabının qələbəsi və parlament monarxiyanın yaranması
1640-cı illərin əvvəlində İngiltərədə inqilabın başlanması üçün əlverişli şərait yaranmışdı. Dövlətin xəzinəsi boşalmışdı. Xarici dövlətlərdən heç biri İngiltərəyə borc pul vermirdi. Ölkədə insanlar aclıq çəkirdi. Ona görə də tez-tez qiyamlar və iğtişaşlar olurdu. Xəzinəni doldurmaq üçün vergi yığanların vergini toplaması xeyli çətinləşmişdi. Kral və onun sarayı maliyyə böhranı içərisində idi. 1637-ci ildə Şotlandiyada baş vermiş üsyan İngiltərənin başçılığı ilə yatırıldı. Bundan istifadə edən Rişelye 1632-ci ildən etibarən Fransanın hərbi əməliyyatlar meydanına çıxması üçün öz planlarını reallaşdırmağa başladı. Şotlandiya qiyamı kral sarayını daha dərin bohrana sürükləyirdi. I Karl Şotlandiyada mütləq monarxiyanı və yepiskop kilsəsini bərpa etməyə çalışırdı. Eyni zamanda Şotlandiyadakı bu proses böyük xərclər tələb edirdi. Xəzinədə çox çətin vəziyyət yaranmışdır. Odur ki, kral yeni vergilərin tətbiq dilməsi və borclar üçün parlament çağırmağa məcbur olmuşdu.

Çağırılmıç parlament 13 aprel 1640-cı ildə fəaliyyətə başladı. Lakin kral bu parlamentdən istədiyini ala bilmədiyinə görə may ayının 6-da parlamenti buraxdı. Bu parlament İngiltərə tarixinə qısamüddətli parlament kimi daxil olmuşdur. Parlamentin buraxılması xalq kütləsinin burjuaziya və yeni zadəganların rəhbərliyi ilə feodal monarxiyasına qarşı yeni mübarizənin başlanması üçün təkan oldu.

Xalqın həyəcanından qorxan kral yenidən parlament çağırmaq qərarına gəldi. 1640-cı il noyabrın 3-də yeni parlament öz işinə başladı. I Karl çalışırdı ki bu parlamentə öz tərəfdarlarını yerləşdirsin. Lakin burjuaziya və yeni zadəganlar seçkilərdə qələbə çalaraq parlamentdə çoxluğu əldə etdilər. Bununla da parlamentsiz idarəetmə dövrü başa çatdı. Yeni parlament öz işini 1653cü il 20-nə kimi davam etdirmişdir. Bu parlamentin üzvlərinin əksəriyyəti yeni zadəganların nümayəndəsi idi. Onlar da parlamentin icazəsi olmadan özbaşına vergilərin qoyulması, kapitalist sahibkarlarının azadlığı və siyasi represiyalara son qoyulmasını tələb edirdilər. Kral isə yeni xalq hərəkatından qorxaraq bəzi güzəşlərə getməyə məcbur oldu. Parlament daxili ticarətdəki monopoliyanı ləğv etdi. Siyasi dustaqlar azad edildi. İcmalar palatası kralın sevimli tərəfdarı olan Straffordun və arxiyepiskop Lodun həpsini tələb ederək onları Tauer həbsxanasına göndərdi. İcmalar palatası xüsusi qanun qəbul edərək Straffordun edamını tələb etdi. O dövləti-cinayətdə və satqınçılıqda günahlandırdı.

Əvvəlcə kral Strafordun edamına qarşı çıxsa da, 1641-ci may ayının əvvəllərində xalq həyəcanının başlandığını görüb mayın 10-da yeni qəbul edilmiş qanunu təsdiqləməli oldu. Bu qanunla kral parlamenti buraxmaq səlahiyyətindən də məhrum oldu. Mayın 12-də isə geniş xalq kütləsi qarşısında Strafordun başı kəsildi. Beləliklə, parlament iki hissəyə bölündü;kral tərəfdarlarına - (royalistlər) və inqilab tərəfdarlarına. İnqilab tərəfdarları öz aralarında saçlarını dəyirmi qirxdıqlarına görə girdəbaşlar, kral tərəfdarları isə kavalerlər adlanırdı.

Parlament tərəfdarlarının tərkibi yekcins deyildi. 2 başlica partiya formalaşmışdı; presveterianlar və indipentlər. Presveterianlar ölkədə mərkəzləşdirilmiş kilsəni saxlamağa çalışır lakin kilsənin başında kraldan asılı yepiskopun deyil, seçilmiş başçının olmasını istəyirdilər. Presviter və sinod qurultayları qarşısında məsuliyyət daşıyırdı. -indipendentlər isə mərkəzləşmiş kilsəyə qarşı çıxır, hər bir kilsə icmasının müstəqilliyi ideyasını yayırdilar. Bu kilsənin başında isə kilsə icmasının üzvləri tərəfindən seçilmiş və səlahiyyətləndirilmiş başçı durmalı idi. 1641-ci ilin yazında xalq kütlələrinin inqilabı çıxışlarının genişlənməsi ilə əlaqədar parlament müxalifəti həmin ilin 22 noyabr tarixində 204 bənddən ibarət “Remonstrasiya” adlı sənədlə çıxış etdi. Burada kralın-cinayətləri sadalanır, müstəqil daxili və xarici siyasət yeridilməsi, burjua azadlığının verilməsi, müstəqil puritan kilsəsinin yaradılması tələb edilirdi.

İnqilabı xalqı yenidən müdafiə etdi. 1641-ci ilin oktyabr ayının axırlarında silahlı xalq kütləsi parlament binasını mühasirəyə aldı. 3 yanvar 1642-ci il tarixində isə kral özü silahlı dəstə ilə İcmalar palçatasına gələrək müxalifətin liderlərini həbs etdirmək istədi. Lakin onlar bunu əvvəlcədən bildiklərindən parlamentin iclasının yerini dəyişdilər. Bu vaxt müxalifət liderlərinin müdafiəsinə Londona qonşu qraflıqlardan çoxlu sayda silahlılar da gəlmişdi. Bir neçə gündən sonra böyük xalq kütləsinin müşayiəti ilə müxalifət liderləri təntənəli surətdə parlamentə qayıtdı. London milisinin və sənətkarlarının müdafiəsi ilə parlament silahlı qüvvələrə komandanlığında kralda saxlanmasına etiraz etdi. Bu da ordu üzərində nəzarət məsələsində kral ilə parlament arasındakı münasibətlərin tam kəsiıməsinə səbəb oldu. Odur ki, kral 1642-ci ilin yanvarında Londondan çıxaraq şimala getdi və öz ətrafına Kavaerlərin silahlı dəstələrini toplamağa başladı.

Vətəndaş müharibəsinin ilk illəri. 1642-ci il 22 avqust tarixində kral I Karl qara rəngli müharibə bayrağını Notirheymdə qaldırmağı əmr etdi. Beləliklə vətəndaş müharibəsinin birinci mərhələsi (1642-1647) başladı. Vətəndaş müharibəsi dovründə İngiltərədə baş verənləri İspaniya və Fransa diqqətlə izləyirdi. Fransa kralları ilə qohumluq əlaqələri olan Stüartlar Fransanın dəniz gücündən İngiltərədəki rəqiblərinə qarşı mübarizədə istifadə etmək arzusunda idilər. Hətta bu məqsədlə kardinal Mazarini ilə müvafiq danışıqlar da aparmışdılar.

Müharibənin əvvəlində üstünlük I Karlın əlində idi. O parlamentə qarşı müharibə elan etdi. Beləliklə, ölkə iki hissəyə - parlament və kral tərəfdarlarına bölündü. Parlamenti əsasən ölkənin cənub-şərq hissəsinin əhalisi müdafiə edirdi. Lakin parlamentin təlim görmüş və təşkil olunmuş ordusu yox udi. Onun ordusu kənardan gəlmiş milis dəstələri və muzdlular idi.

Vətəndaş müharibəsinin başlanğıcında royalistlər parlamentdən getdikdən sonra onun tərkibində iki partiya – presveteranlar və indipendentlər qalmışdır. Presveteranlar iri müləkədarların, tacirlərin və maliyyəçilərin maraqlarını özlərində əks etdirməklə icmalar palatasının əksəriyyətini təşkil edirdilər. Onlar kralla kompromisin tərəfdarı idilər. Hətta parlament ordusunun komandanlığıda onların əlində idi. İndipendentlər isə parlamentdə azlıq təşkil etməklə, kral ordusunun qəti olaraq dağıdılmasının tərəfdarı idilər.

Kral ordusu ilə parlament ordusu arasında ilk döyüş 1642-cil il oktyabrın 23-də Echildə baş verdi. döyüşdə 14 min lkral tərəfdarı 10 min isə parlament tərəfdarı iştirak edirdi. Bu döyüşdə parlament ordusu əzildi. Döyüş zamanı parlament ordusuna qraf Esseks və qraf Mançestr başçılıq edirdilər. Üstünlük 1644-cü ilə qədər kral tərəfdarlarının əlində qaldı.

Ordunun məğlubiyyətindən sonra parlamentdə onun yenidən qurulması uğrunda hərəkat başlandı. Bu hərəkatın rəhbəri isə indipendentlərin görkəmli nümayəndəsi Oliver Kromvel (1599-1658) oldu. O yeni zadəganların nümayəndəsi olmaqla, təmiz purutan idi. O. Kromvel əvvəlcə qısamüddətli, sonra isə uzunmüddətli parlamentə üzv seçilmişdir. O. Kromvel kral idarə üsulunun və anqlikan kilsəsinin qatı düşməni idi. Hərbi işi cox yaxşı bilirdi. 1643 cü ildə o, artıq polkovnik rütbəsi almışdır. İnqilab başlayandan özünü bir inqilabçı və hərbi sərkərdə kimi göstərən O. Kromvel və çox yaxşı başa düşürdü ki, ancaq yaxşı silanlanmış, nizam –intizamlı və inqilabi ruhlu ordu parlamenti qələbə ilə təmin edə bilər. Odur ki, O. Kromvel özünun hərbi dəstələrinə mənəvi cəhətdən prutan və inqilab üçün canını verməyə hazır olan kəndliləri və digər kasıb təbəqənin nümayəndələrini qəbul edirdi.

İnqilabi ordunun təzədən yaradılması öz bəhrəsini vermişdi. Artıq 1943 cü ildə parlament ordusunun sayı 12 min nəfərə çatırdı. Orduya sənətkarların və digər inqilabi ruhlu əhalinin qəbulu onun sayını getdikcə artırırdı. Bu da qələbə üçün potensial zəmin idi.

İlk belə qələbə 1644-cü il iyulun 2-də Marston-Murda oldu. Bu döyüşdə 25 minlik parlament ordusu 17 minlik kral ordusunu əzdi. Qələbədən sonra Kromvelin əsgərləri dəmirböyürlü adlanmağa başlandı. Bu döyyüşdə parlament ordusuna 23 yaşlı Tomas Ferfaks başçılıq edirdi

Bu qələbədən sonra ordunun daha da təkmilləşdirilməsi üçün tədbirlər görülürdü. Royalistlərə həlledici zərbə 1645-ci il iyun tarixində Neyzbi yaxınlığında vuruldu. Bu döyüşdə 70 minlik parlament ordusu kral ordusunu tamamilə dağıtdı. Kralın özü isə parlament ordusu tərəfindən dövləti-cinayətdə təqsirləndirilərək həbs olundu. Lakin 1646-ci ilin yazında kral Şotlandiyaya qaça bildi. Onlar isə kralı pulla parlamentə satdılar. Royalistlərin sonuncu istinadgahları 1647-ci ilin martında süqut etdi. Neyzbi döyüşündən sonra I Karlın arvadı Henrietti başda olmaqla qohumları Fransada sığınacaq tapdılar. İngiltərədə vətəndaş müharibəsi dövründə Fransanın buradakı səfiri Karulle və İspaniyanın səfiri Don Allon Karden Kromveli öz tərəfinə çəkmək üçün xidmətlərini təklif edirdilər. Fransız səfiri Karulle Mazarininin tapşırığı ilə Kromvelə ittifaqla yanaşı böyük miqdarda pul, edam olunmuş kralın qohum - əqrəbasını və dəniz siyasətində müttəfiqlik təklif edirdi. Təsadüfi deyildi ki, Fransanın adı Kromvelin imzaladığı Naviqasiya aktında öz əksini tapmışdır. Aktda əksini tapmayan dövlətlər sırasında Hollandiya və İspaniyanın da adı var idi. Kromvel İspan səfirinin qardaşını özünü yaxşı aparmadına görə əhali qarşısında edam etdirmişdi. 1645-ci ildə baş vermiş Neyzbi döyüşü təkcə İngiltərədə deyil, Avropada da siyasi vəziyyətə-ciddi təsir göstərmişdi. Bu döyüşdən sonra Kromvelin həm hərbi, həm də siyasi gücü artdı. Kral tərəfdarları olan royalistlərində puritanlar kimi Avropaya və Amerikaya axını başladı. Doğrudur Kromvel ölkə daxilində bir sıra cərəyanların müqavimətinidə aradan qaldırmaq məcburiyyətində idi Vətəndaş müharibəsinin I mərhələsi başa çatdıqdan sonra parlament Avropa siyasətində İngiltərənin rolunun bərpasına çalışırdı və bu məqsədlə konkret tədbirlər görülürdü.

Kral ordusunun dağılması hələ monarxiyanin məhvi demek deyildi. Belə ki, həm presveterianlar, həm də independentlər müxtəlif təlimlərə əsaslanaraq kral hakimiyyəti ilə razılığa gəlmək istəyirdilər. Hətta uzunmüddətli parlament belə ölkədə demokratik qayda-qanunların bərqərar olmasının tam tərəfdarı deyildi, seçki hüququnun genişləndirilməsini belə istəmirdilər. Gedən müharibənin ağırlığıni isə xalq kütləsinin üstünə atmaq istəyirdilər. Bu məqsədlə yeni vergilər təyin etməyə başladılar. Kapitalistlər isə parlamentə 8-10 faiz ilə borc verməklə daha da varlandılar.

Ölkədə ikihakimiyyətlilik yarandıqdan sonra parlament bir sıra sosial-siyasi xarakterli tədbirlər həyata keçirməyə başladı. 1643 cü ildə isə yepiskopluq ləğv edildi və kilsədə presveterian qaydaları tədbiq olundu. Din xadimlərinin kralın və onun ətrafındakı zadəganların torpaqları əllərindən alındı, yeni zadəganlara və burjuaziyyaya paylandı. Arxiyepiskop Lod isə edam edildi. 1645-ci ildə parlament kral tərəfindən verilən titulların ləğvi haqqnda qanun qəbul etdi. 1646-ci ildə isə kral yanında feodal yığıncağı palatası və cəngavər (rıtsar) titulunu ləğv etdi. Bunlara baxmayaraq, parlamnet kəndlilərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində heç bir iş görmədi. Hətta yeni zadəganlar və burjuaziyanın maraqlarına uyğun olaraq çəpərləmələri qanuni olaraq genişləndirdi. Kəndlilərin mülkiyyət hüququ ləğv edilərək onları müvəqqəti torpaq icərədarları elan etdi.

Ümumiyyətlə, presveterianların dövründə parlament iri burjuaziya və yeni zadəganların yuxarı təbəqələrinin maraqlarını müdasfiə etməklə geniş xalq kütləsi üçün demək olar ki, kor və kar qalmışdır. Odur ki, vətəndaş müharibəsi illərində belə xalq çıxışları əsasənda çəpərləmələrə qarşı hərəkatı başlamışdır. 1643 cü ildə ölkənin şimali-şərq torpaqlarında kəndlilər əllərindən alınaraq çəpərlənmiş torpaqların çəpərlərini sındırır, zadəgan malikanələrini dağıdırdılar. Presveterianlar, demək olar ki, düşünülmüş qaydada orta təbəqənin, hətta orta və xırda burjuaziyanın maraqlarına qarşı çıxır onların tələblərinə heç bir məhəl qoymurdu. İndependentlər is, presveterianların siyasətindən tam narazı olmaqla bu vəziyyətdən istifadə etməyə başladılar. Ona görə də, iki inqilabi partiya arasında mübarizə kəskinləşdi. 1647-ci il İngiltərə burjua inqilabında dönüş dövrü oldu. . Yəni inqilabi təşəbbüs burjuaziyanın əlindən çıxaraq aşağıların –şəhər və kəndlərin demokratik qüvvələrinin əlinə keçdikdən sonra inqilabın burjua-demokratik dövrü başladı.

Artıq parlamentdə presveterianların siyasi hökmranlığı cəmiyyətin bütün təbəqələrinin maraqlarına cavab vermirdi. Demək olar ki, parlament ordusu da tam olaraq independentlərin əlində idi. Ordu həmin dövrdə əsas təziq qüvvəsi idi. Orduda isə parçalanmalar baş verirdi. Ordudakı independentlər iki yerə-radikal xırda –burjua demokratlara (bunlar bərabərləşdiricilər adlanırdı) və levenlerlərə (ingiliscə level-səviyyə deməkdir) parçalandı.

Levenlelərin proqramları Con Lilbernin , Uilyam Kolvin və Riçard Overtonun siyasi portretləri əsasında formalaşdırılmışdır. Bunların da içərisində ən məhşuru C. Lilbern (1618-1657)idi. O, xırda zadəgan ailəsində doğulmuşdur. Gəncliyində isə Londondakı ticarət təşkilatlarından birində şagird sifəti ilə çalışmışdır. Burada o, puritanizmin ən alovlu tərəfdarlarından birinə çevrilmişdir. 1637-ci ildə Ulduzlu Palata tərəfindən prutan ədəbiyyatının yaymaqda günahlandırılaraq mühakimə edilmişdir. Azadlığa çıxdıqdan sonra Lilbern parlament tərəfdarı olmaqla parlament ordusunda döyüşürdü. Tezliklə o, digərlərindən fərqləndi. 1644-cü ilin mayında isə podpolkovnik rütbəsi alaraq draqun alayına başçılıq etməyə başladı. 1645-ci iin əvvəlində isə presveterianların sənədinə imza atmadıqdan sonra ordunu tərk etdi. Bundan sonra o, qələmə sarılaraq xalqın azadlığına xidmət edən əsərlər yazmağa başladı ki bu da onu daha da məhşurlaşdırdı. Lilbern mütləqiyyətә qarşı mübarizəni başlıca silahı kimi siyasi mübarizəni görürdü. Vətəndaş müharibəsi dövründə isə lordlar palatasının əleyhinə çıxış etdi. Odur ki, 1646-cı ildə Lilbern həbs olundu və 1648-ci ilin avqustuna kimi həbsxanada qaldı. O həbsxanada inqilaba dair öz platformasını yazdı və ingilis xalqının başına gələn bütün bu bədbəxtçiliklərdə lordlar palatasını günahlandırırdı.

C. Levellerlərin ictimai-siyasi ideyası burjua-demokratik və radikal xarakter daşıyırdı. Levellilər ölkənin kişi əhalisini əmlakına görə qruplara bölünməsini rədd edir, onlar üçün bərabərlik tələb edirdilər. İqtisadi sahədə isə onlar ticarət sənaye sahibkarlarlığının tam azadlığını istəyirdilər.

Levellelərin əsas tələbləri onların 1646 cı ildə tərtib olunmuş proqramlarında öz əksini tapmışdır. Bu tələblər aşağıdakılardan ibarət idi: Kral və Lordlar palatasının hakimiyyətinin ləğvi, ali hakimiyyətin icmalar palatasına verilməsi, İcmalar palatasının öz seçiciləri qarşısında məsuliyyət daşıması, ölkədə geniş vicdan azadlığının tətbiq edilməsi, bütün insanların cəmiyyətdə bərabər hüquqlu olması və ölkənin bütün kişi əhalisinə seçkilərdə bərabərlik hüququnun verilməsi. Bütün bunlara baxmayaraq onlar da xüsusi mülkiyyəti müdafiə edir, yoxsulların mənafeləri üçün heç bir tələb irəli sürmürdülər. Hətta feodalizm quruluşunun ən eybəcər qaydalarından olan və İngiltərə üçün artıq xalqın kasıblıq mənbəyinə çevrilmiş töycünün belə ləğvindən danışmırdılar.

Levellerlər partiyanın dağılmasının ordu sıralarında olduğu kimi, Londonda və qraflıqlarda formalaşmış mövqeyinin çox böyük tarixi əhəmiyyətinin faktoru idi. Hansı ki, bu fakt burjua inqilabının demokratikləşdiyini və dərinləşdiyini inqilabi təşəbbüsünün xalqın aşağı təbəqəsinin əlinə keçdiyini göstərirdi.

Ordu içərisində levellerlər ideyasının yayılması genişlənmişdir. Kavaler alaylarında levellerlərin təbliğatçı şuraları yaranmışdır. 1647-ci ildə isə bu şuralar ümumi ordu şurası adı altında birləşmişdir. 1647-ci ilin oktyabrın 28-də London yaxınlarındakı Potni deyilən yerdə ordu şuraları təbliğatçılarının iştirakı ilə konfrans çağırıldı. Əsas məqsəd isə gələcək dövlətin quruluşu barədə levellerlərin layihəsi müzakirə etmək idi.

Levellerlərin inqilabı dərinləşdirmək planlarını nə independentlər nə də presveteriyanlar istəmirdilər. İndependtlərin proqramlarının əksinə levellerlər daha demokratik plan irəli sürürdülər. Onlar “Ordunun işi və xalq sazişi” adlı proqram layihəsi hazırlayaraq irəli sürmüşdülər (bu proqramlar leveller Con Çayldmon tərəfindən hazırlanmışdır) ki, bu da gələcəkdə İngiltərənin dövlət quruluşunu müəyyənləşdirirdi. Kromvel və Ayırıton levellelərin proqram-larının əhəmiyyətini aşağı salmaq məqsədi ilə həmin proqramların “əvvəlcədən qəbul edilmiş öhdəliklərə zidd olduğunu söyləyirdilər. Hətta onlar buna nail oldular da. Onlar şurada əsas mübahisəni seçki qanunu üzərində “ümumi seçki hüququ” haqqında levellerlər prinsiplərinin əleyhinə çıxdılar.

Hərbiçilər isə levellerlərin proqramı həyata keçirilməsini tələb edirdilər. Onların proqramının nisbətən məhdud xarakter danışsa da, inqilabın böyüməsində və inkişafında böyük rol oynamışdır. İri burjuaziya və yeni zədəganlar inqilabı başa çatdırmaq istəyirdi. 1647-ci il 29 oktyabrda müzakirələrdən sonra köhnə tələblər və levellerlərin proqramını tutuşdurmaq üçün komissiya yaradırdı. Bu vaxt levellerlər nümayiş çağırmaq qərarına gəldilər. İndependentlər isə xalq kütləsindən qorxduqlarına görə Kromvel və Ferdfdaks bu nümayişini çağrılması əleyhinə çıxdılar. Hətta Kromvel levellerlərin seçki hüququnu təsdiq edərək dedi ki, ümumi seçki hüququnun verilməsi anarxiyaya gətirib çıxarır. Bununla o, kənd əhalisinin xalqın aşağı təbəqəsinin seçki hüququna malik olmasına qarşı çıxırdı.

Levellerlər orduda çıxışa hazırlaşaraq proqramlarını müdafiə etmək istəyərkən Kromvel başda olmaqla ordu noyabrın 15-də gücə əl ataraq levellerlər hərəkatını dağıtdı və ordu şurasını onlardan təmizlədi. Bundan sonra ordu independentlərin əlində itaətkar bir silaha çevrildi. Levellerlərin orduda olan başçıları həbs olundu. Ölkədə yeni vətəndaş müharibəsi təhlükəsi yarandı. Beləliklə, levellelerlər hərakatının da ömrü qısa oldu və 1649-cu ildə başa çatdı. Parlament Lilberin qovulması haqqında qanun verdi və o Şotlandiyaya getdi. Az sonra isə Cerald Uinstenlinin (1609-1652) başçılığı ilə həqiqi levellerlər-diggerlər hərəkatı (digger-yerqazan deməkdir) başlandı.

İkinci vətəndaş müharibəsi. 1648-ci ildə vəziyyət yenidən dəyişdi. Həbsdə saxlanılan Karlın 1647-ci ilin dekabrnda Uayt adasına qaçması ölkədə vəziyyətin yenidən kəskinləşməsinə səbəb oldu. Templ qalasından qaçan kral yenidən öz tərəfdarlarını və parlamn etdən narazı qüvvələri öz ətrafına toplamağa müvəffəq oldu. O, eyni zamanda Şotlandiyanın iri feodalları ilə də müharibəyə başladı. Şotlandiya ordusu İngiltərədə monarxiyanı bərpa etmek üçün missiyanı öz üzərinə götürərək yenidən İngiltərə sərhədlərini keçdi. Bununla eyni zamanda Kent, Serri Sesseks və Uemdə royalistlərin qiyamları başladı. Hətta Hollandiya belə kral tərəfindən çıxış etməyə hazır idi. Belə bir şəraitdə inqilabın tək qoruyucusu ordu oldu. Həmin zamanda parlamnet ordusunun baş komandanı kimi Fefdaks ölkənin cənubunu və şərqini royalistlərdən təmizlədi. Kromvel isə şimal ordusunun komandanı kimi Uemdə baş vermiş royalist qiyamını yatırdı. və cənuba şotlandlar ilə mübarizəyə gedən ordu ilə görüşə tələsdi. 1648-ci ilin fevralında ikinci vətəndaş müharibəsi başlandı. I Kral şotlandları da öz tərəfinə çəkərək arxanı möhkəmləndirdi. və mübarizəni davam etdirməyə başladı. Lakin Kromvel dərhal genişlənməkdə olan hadisələrə reaksiya verdi və parlament ordusu avqustda Preston yaxınlığında royalistlərin və şotlandların birləşmiş qüvvələrini darmadağın etdikdən sonra müharibə başa çatdı. Kral I Karl əsir götürüldü və-ciddi şəkildə mühafizə edilməyə başlandı. Bu vaxtdan etibarən kralın taleyi ilə bağlı parlament müzakirələrinə start verildi. Kromvelin kralın edam edilməsi ilə bağlı təklifi müqavimətlə qarşılandıqdan sonra parlamenbti prestveterianlardan təmizləmək üçün 1648-ci il dekabrın 5-də sayı 140 nəfərə çatan presveterianlar parlamentdən qovuldu. Bu hadisə tarixə həmin təmizləməni həyata keçirən hərbi dəstənin polkovniki Praydın adı ilə Prayd təmizlənməsi kimi daxil oldu. Gərgin müzakirələrdən sonra 1648-ci ilin dekabrında Parlament kralı mühakimə etmək üçün tribunal yaratdı. Tribunal kralı vətənə xəyanətdə ittiham ederək ona ölüm hökmü çıxartdı. Kral 1649 cu il yanvarın 30 da edam olundu. 1649-cu il mayın 19-da İngiltərə respublika elan edildi. 1653-cü ildə Uzunmüddətli parlamentin qalıqları qovulduqdan sonra xarici siyasət başlıca olaraq Kromvelin əlində cəmləşdi. İngiltərə respublika elan edildikdən sonra hakimiyyət bölgüsü də həyata keçirilmişdir. Respublikanın qanuni hakimiyyətini birpalatalı parlament (uzunmüddətli parlamentin icmalar palatası formasında )təmsil edirdi. Hansı ki presveterianlar qovulandan sonra İcmalar palatasında 100 nəfər üzv qalmışdır.

İcra hakimiyyəti isə 41 nəfərdən ibarət Dövlət Şurasına həvalə olunmuşdur. Hansı ki onlardan 31-i həm də parlamentin üzvü idi. Onların içərisində isə keçmiş ali rütbəli zabitlər də (Ferfaks Kromvel və b. )var idi. O da şübhəsiz deyil ki, ölkəyə rəhbərlik Şuranın hərbi hakimiyyətinin əlində idi. Beləliklə ölkədə faktiki olaraq, hərbi diktatura bərqərar olmuşdur. İngiltərə tarixinin 1649-1653 cü illəri birinci respublika (independent respublikası) dövrü, 1659-1660-cı illəri isə ikinci respublika dövrü kimi səciyyələnir.

Birinci respublika dövründə xarici siyasət məsələri tam olaraq Kromvelin əlində cəmlənmişdir. Onun Avropa siyasətində üç ölkə - Fransa, Hollandiya və İspaniya mühüm yer tuturdu. Kromvel Hollandiyanın İngiltərəyə ilhaq olunmasını tələb edirdi. İspaniyadan isə inkvizisiyaya son qoyulmasını və Amerika qitəsi ilə ticarətə başqa ölkələrlə yanaşı İngiltərəyə də imkan yaradılmasını tələb edirdi.

1649 cu ildə İngiltərədə iqtisadi vəziyyət çox ağır idi. Odur ki, tezliklə xalq kütləsinin vəziyyətini yaxşılaşdırmaq üçün işlər görmək lazım idi. 1647-1648-ci illər hərəkatından sonra taxılın qiynməti sürətlə artmışdır. (1 kvarter taxılın qiyməti 45 Şilliqdən 68 şillinəqalxmışdır. )Bu isə ən çox xalqın kasıb təbəqəsinə özünün pis təsirini göstərirdi. Hətta 40 min nəfərlik ordunun saxlanması belə şəhər və kənd zəhmətkeşlərinin əlində idi. Lakin ordu Dövlət Şurası kimi xalqın problemlərinə biganə qalmışdır. Vacib olan məhkəmə və hüquq islahatları, çəpərləmələrin ləğvi və icma torpaqlarının xalqa qaytarılması, kilsə mülkiyyətinin ləğv edilməsi, kasıblar üçün ictimai işlərin təşkil edilməsi məsələləri demək olar ki tam yaddan çıxmışdır. Hansı ki bu məsələlər həll olunsaydı inqilab daha da inkişaf edərdi. Lakin hakimiyyət narazı əhalini senzura və məhkəmə təqibləri ilə həbsxanalara göndərməklə özünü qorumağa çalışırdı.

İndependentlərin xalqı aldatdığını görən levellerlər oldu. Hətta Lilbern eyni adlı panfiliktində independertləri ’’İngiltərənin yeni qandalı’’ adlandırmışdırlar. Levellerlər respublikanın həqiqi vəziyyətini görərək 1649 cu ildə ondan imtina etdilər və onu ‘’zabitlərin tiranlığı’’ adlandırdılar. Levellerlərin təqibi daha da gücləndi. Lilterinin həpsi London və ona yaxın qraflıqlardan olan kasıbların həyəcanına səbəb oldu. Hətta İrlandiyaya göndərilərkən hərbi hissələr Londondan çıxmağa etiraz etdilər. Buna cavab olaraq hakimiyyət hərbi məhkəməni işə saldı. Onun qərarı ilə əsgər Loker güllələndi. Onun dəfninə toplaşmış minlərlə tərəfdarı öz geyimlərinə levellerlərin simvolu olan- boz-yaşıl lent taxdılar. Hətta mayın 9-da Hayd Parkda orduya baxış zamanı əsgərlər levellerlərin simvolunu taxmışdılar. Hərəkat qraflıqlarda yerləşmiş hərbi hissələrə də təsir etmişdir. Qiyamın mərkəzi Salsberi şəhərciyi oldu. Hansı ki orda İrlandiyaya getməkdən imtina etmiş kavaler ordusu yerləşmişdi. Mayın 6-da hərəkata Holstmir və Oksfordşirdə yerləşən hərbi hissələr də qoşuldu. Hərəkatın rəhbəri isə levellerlərin görkəmli nümayəndəsi olan kapitan Uilyam Tompson oldu. Qiyamın xəbəri Londonda böyük həyəcan yaratdı. Kromvel özünə sadiq 4 min nəfərlik kovorellər qarşısında çıxış etdi. Qiyamçıların dağıdıcı mübarizəsi vahid rəhbərliyin olmaması hərəkatı zəiflətdi. Levellerlər darmadağın edildi. Bu hadisədən sonra parlament Kromvelə təşəkkür elan etdi. Oksford universiteti isə onu özünün fəxri üzvü seçdi.

Levellerlər hərəkatı dağıdıldıqdan sonra artıq İrlandiya məsələsi ilə məşğul olmaq olardı. Hansı ki bu, vaxt İrlandiya tam olaraq İngiltərədən ayrılmışdır. Kralın İrlandiyadakı hakimi Markiz Orlando II Karlın tərəfdarlarını toplamış və bununla da, Yaşıl ada royalistlərin mərkəzinə çevrilmişdi. Kromvel isə parlament tərəfindən həm İrlandiyanın, həm də oraya gedən ekspedisiya ordusunun baş komandanı təyin olunmuşdu. O irlandlar ilə haqq-hesab çəkməyə hazırlaşırdı.

1649-cu il avqustun 13-də 132 gəmidən və 10 min əsgərdən ibarət ingilis donanması İngiltərədən çıxararq, və iki gündən sonra Dublin şəhərində yerləşdirildi. Kromvelə qarşı vuruşan bütün irlandların əmlakları əlindən alındı. Həmin insanlar yalnız şimal-qərb hissədə-boş və məhsuldar olmayan ərazidə torpaq ala bilərdilər. Kromvelin İrlandiyanı tabe etməsi 1652-ci ilə qədər çəkdi.

I Karlın edamından sonra Şotlandiya ilə də müharibə qaçılmaz olmuşdur. Hansı ki o Şotlandiya sülaləsinin nümayəndəsi idi. I Karldan sonra onun oğlu II Karl Şotlandiya krallığının namizədi elan olunmuşdur. Ümumiyyətlə, Şotlandiya ölkədən qaçan ingilis royalistlərinin sığındığı yer idi. Kromvelə İrlandiya məsələsini həll etdikdən sonra Şotlandiya ilə münasibətləri müəyyənləşdirmək üçün imkan yarandı. 1650-ci ilin iyun ayında Kromvelin 10 min piyada və 5 min kavaler ordusu Şotlandiyanın sərhədlərini keçdi. Bu vaxt II Karlın başçılığı ilə Şotlandiya ordusu cənuba can ataraq İngiltərənin özündə royalistlərin qiyamınıı qaldırmağa çalışırdı. Lakin bu vaxt royalistlərin başlıca qüvvələri dağılmışdı. Kromvel şotlandiyalıların busterdə qarşısını kəsərək onların geri qayıtmasını əngəllədi. Bu zaman II Karl kəndçi donu geyinib gizlincə Fransaya qaçdı. Kromvelin əmri ilə Şotlandiyaya ingilis vergi və məhkəmə sistemi tətbiq edildi. Və Şotlandiyanın müstəqilliyinə son qoyuldu. 3 fevral 1652-ci il tarixində qəbul edilmiş akta görə isə Şotlandiyanın ənənəvi torpaq münasibətləri ləğv edildi qəbilə başçılarının əlindən torpaqlar müsadirə olundu və Şotlandiyadakı ictimai-siyasi münasibətlər ləğv edildi.

Kromvelin bu qələbələri respublikanı daha da möhkəmləndirdi. Royalist təhlükəsi ləğv edildi , xaricdə respublikanın mövqeyi yüksəldi. 1650-ci ildə İspaniya rəsmi olaraq respublikanı tanıdı. Tezliklə Fransa da respublikanı tanıdı. Davamı olmayan müqavimətdən sonra Amerikanın ingilis müstəmləkələri də tabe oldular.

Müsadirə edilmiş torpaqların satışı nəinki xırda, eləcə də iri torpaq sahibkarlarını daha da möhkəmləndirdi. Bu, yeni iri torpaq sahibliyi təbəqəsi yaratdı. Bu təbəqə parlament üzvlərinin və ordunun yuxarı təbəqəsindən təşkil olunmuşdur. Elə bu vaxt ordu komandanlığı ilə parlament arasında narazılıq güclənmişdi. Ordu hakimiyyətə gəlməyə çalışırdı. Parlament hakimiyyəti heç kimlə bölüşmək istəmirdi. Kromvel isə parlamentin bu dağınıq siyasətindən istifadə edərək onu qovmağa hazırlaşdı və 20 aprel 1653 cü ildə silahlı dəstə ilə parlamentə gəldi. Olmuş bütün hadisələrdə onu günahlandıran nitqlə çıxış edib, parlamenti buraxdığını elan etdi.

Parlamentin qovulmasından sonra İngiltərənin yeni siyasi sistemi haqqında məsələ qalxdı. Bu məsələnin həllini Kromveldən gözləyirdilər. Kromvel isə burjuaziyanın və yeni zadəganların dayaq nöqtəsi hesab olunurdu. 4 iyun 1653 cü ildə independentlərin təklifi ilə qanunverici məclis toplandı. Kromvel deyirdi ki, Allah bu məclisə müraciət etmək üçün bizə çağırış edib. İngiltərə tarixində bu məclis kiçik parlament adlanırdı. Bu parlament komitələr yaratdı ki həmin komitələrdə dövlətin yenidən formalaşdırılması üçün layihələr hazırladı. 12 dekabr 1653-cü ildə isə kiçik parlament özünü buraxmaq haqqında qərar qəbul edərək hakimiyyəti Kromvelə verdi.

Beləliklə, respublika öz- özünə qəsd etdi. Geniş xalq kütləsi ondan uzaqlaşdı. Burjuaziya isə qorxusundan özü əmlakını və hakimiyyətini qorumaq üçün diktatura yaratmağa çalışırdı. Onlar bu vəziyyətin öhtəsindən gələcək şəxs sifətini isə general Kromveldə tapdılar.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin