Sənaye inqilabının başlaması və başa çatması. XVIII əsrin ortalarında artıq ingiltərədə sənaye çevrilişi üçün zəmn yaranmışdı. Bu yalnız yığılmış kapital deyil, həm də günəmuzd fəhlə qüvvəsi, kəndlilərin və sənətkarların var-yoxdan çıxması idi. Yuna və digər kənd təsərrüfatı mallarına tələbatın artması aqrar inqilabın daha çox genişlənməsinə səbəb oldu.
İcma torpaqlarının çəpərlənməsi kəndlilərin (jomenlər) əksəriyyətini (kopiqolderləri) tam var-yoxdan çıxartdılar. Kəndlilərin sayı tez bir zamanda azaldı. İcma otlaqlarından məhrum olan kəndlilər yaşamaları üçün lazım olan heyvanları saxlaya bilmirdilər. İcma meşələrinin və digər vasitələrin itirilməsi təsərrüfatın aparılması üçün böyük çətinliklər yaradırdı. Xüsusən də kəndlilərin 90%-ni təşkil edən xırda yomenlər da ziyan görmüşdülər. Kndlilərin ziyan görməsi onların lendlordlar (mülkədarlar) tərəfindən torpağdan qovulması isə başa çatdı. XVIII əsrin ortalarında çəpərləmələr daha da gücləndi. Təkcə 20 il ərzində (1760-1780) parlament çəpərləmələr haqqında mindən çox bill qəbul etmişdir. XVIII əsrin ikinci yarısı və XIX əsrin əvvəllərində İngiltərədə 3 milyon akrdan 47 çox icma torpağı çəpərlənmişdir. 1800-cü ildə parlament tərəfindən ümümi çəpərləmələrin ləğv edilməsi haqqında qəbul edilmiş bill bu prosesə son qoydu. Beləliklə, XVIII əsrin sonunda İngiltərədə kəndlilər bir sinif kimi yox olmuşdu. Onların zorla torpaqdan qovulması nəticəsində iri torpaq sahibliyi olan lendlordlar tez bir zamanda böyüyərək və kapitalist fermer təsərrüfatının genişlənməsinə səbəb olmuşdu. Lendlordlar xırda icarədarları qovaraq, torpağı uzun müddətə iri fermerlərə icarəyə verdilər. Təsərrüfatda günəmuzd fəhlələrin (batrakların) əməyindən geniş istifadə edirdilər. Lendlordlar və kapitalist fermerləri tezliklə varlandılar. Beləliklə, İngiltərədə xvı əsrdə başlanmış aqrar inqilab əsasən xvııı əsrin ikinci yarsında başa çatmış oldu.
XVIII əsrin 60-cı illərinin əvvəllərində İngiltərədə manufakturadan maşınlı fabrik-zavod istehsalına keçid üçün şərait yarandı. İri sahibkarlar olan manufaktura sahibləri və tacirlərin əlində böyük kapital cəmlənmişdir. Kəndlilərin isə torpaqsız qalması ehtiyat muzdlu fəhlə qüvvəsinin yaranmasına səbəb olmuşdur. Eyni zamanda burjuaziya müstəmləkələrdəki xammala da sahib idi.
Manufaktura istehsalı daxili və xarici bazarlarda sənaye məhsullarına artan tələbatı ödəyə bilmirdi. Odur ki, əl əməyini maşın istehsalına dəyişmək lazım idi. Əməyin istehsal gücünün təmin olunması üçün də şərait var idi.
İngiltərədə sənaye çevrilişi XVIII əsrin 60-cı illərində başladı. Bu vaxt aqrar inqilab artıq qurtarmaq üzrə idi. Maşın istehsalına keçid əvvəlcə bütün yüngül sənayeni əhatə etdi. Belə ki, adətən kapitalist sənayeləşdirilməsi yüngül sənayedən başlayır. bu sahənin mexanikləşdirilməsi ağır sənayeyə nisbətən daha az kapital qoyulmasını tələb edir.
Hələ 1733-cü ildə sənaye çevrilişinə təxminən 30 il qalmış Con Key toxucu dəzgahını mexanikləşdirdi, sürətlə ip əyirən cəhrəni ixtira etdi. 1764-cü ildə şimali Lankaşirdən olan toxucu Ceyms Harqrivms mexaniki toxucu dəzgahı ixtira etdi. Bu dəzgah eyni zamanda 16-18 sapı əyirərək dolayırdı. Harqrvis öz qızının adı ilə bu cəhrəni “Cenni” adlandırdı.
1767-ci ildə dəllək Riçard Arkrayt su ilə işləyən mexaniki əyrici maşın ixtira etdiyini elan etdi. Həqiqətdə isə Arkrayt həmin maşının ixtiraçısı deyildi. Belə ki, o, həmin maşının layihəsini ixtiraçı Haysdan oğurlamışdır. ”Cenni” cəhrəsindən fərqli olaraq Arkraydın maşını əl ilə deyil, su ilə hərəkətə gətirilirdi. 1771-ci ildə Arkrayt İngiltərədə ilk olaraq Derbi yaxınlığında su ilə hərəkətə gələn maşınla təchiz olunmuş fabrik qurdu. Lakin onu da qeyd etmək lazımdır ki, tarixdə ilk əyirici fabrik 1760-cı ildə Rusiyada Rodion Qlinko tərəfindən qurulmuşdur.
1772-ci ildə “Cenni” cəhrəsi ingilis mexaniki K. Vud tərəfindən mükəmməlləşdirildi. O, cəhrəni hərəkətdə olan arabaya yerləşdirdi.
Maşınların ixtirası sürətlə artdıqca, toxuculuğun geridə qalması müşahidə edilirdi. Odur ki, maşınlı toxuculuğa keçid qaçılmaz idi. Beləliklə, istehsalın bir sahəsində baş vermiş inqilab istehsalın digər sahələrində də inqilabın baş verməsini tələb edirdi.
1785-ci ildə kənd dindarı Edmund Kartrayt mexaniki toxucu dəzgahı ixtira etdi. Bir neçə ildən sonra isə toxuculuq fabriki qurdu. Hələ 1777-ci ildə tül istehsalı üçün maşın ixtira olundu. Bununla da tül istehsalı sənayenin əsas sahəsindən birinə çevrildi. Toxuculuq sənayesinin inkişafında böyük əhəmiyyəti olan ixtira isə 1793-cü ildə samandan pambıq-parça məhsulunu ayıran maşının ixtirası idi. Bu maşının yaradıcısı isə amerikalı E. Uitni idi.
Maşınlı istehsalın sonrakı inkişafı universal mühərrikin yaradılmasını tələb edirdi. Su belə mühərriki əvəz edə bilmirdi. Çünki, su ilə hərəkətə gətirilən mühərrik suyun gücündən istifadə oluna bilərək müəyyən edilmiş yerlərdə qurulmalı idi. 1784-cü ildə alim-mexanik Ceym Uatt (kapitalist Boltonun müəssisəsində çalışmışdır) iyirmi illik əməyinin nəticəsi olaraq buxarla hərəkətə gələn mühərrik ixtira etdi. bu maşın eyni zamanda çoxlu işlək mexanizmləri hərəkətə gətirirdi. Artıq 1785-ci ildə Uattın buxar maşını əyirici maşının mühərriki kimi istifadə olunmağa başladı. Bu maşının ixtirası İngiltərədə sənaye inqilabının sonrakı inkişafı üçün böyük əhəmiyyət kəsb etmişdir. Buxarla işləyən mühərrikin yaradılmasına ilk cəhdlər isə XVIII əsrin 60-cı illərində olmuşdur. Rus texniki İ. İ. Polzunov istiliklə işləyən porşenli maşınının layihəsini hazırladı. Həmin mühərrikin fasiləsiz işləməsi isə onun iki silindirlə təchiz olunmasından sonra mümkün oldu. Lakin bu mühərrik çar Rusiyası kimi mütləqiyyətin hökm sürdüyü bir ölkədə tətbiq oluna bilmədi.
Buxar və digər maşınların ixtira olunması kömürün və dəmir filizinin çıxarılmasının artmasını, dəmirin və poladın keyfiyyətinin yaxşılaşmasını tələb edirdi. XVIII əsrin sonlarında metallurgiya sənayesində mühüm bir ixtira baş verdi. 1784-cü ildə metalurq Kort tökmə yolu ilə döyülmüş dəmirin alınması yolunu tapdı. Bundan sonra əmək məhsuldarlığı 15 dəfə artmış oldu.
XVIII əsrin sonlarında İngiltərədə maşın istehsalı əhəmiyyətli dərəcədə yüksəldi. 1800-cü ildə İngiltərə sənayesində artıq ümümi gücü 5 min at gücünə bərabər 300 buxar maşını var idi. Maşınların ilk dövrlərdə istehsalı maşın quraşdırma emalatxanalarında mümkün olurdu. Lakin maşınlara tələbatın artması və nisbətən mürəkkəb maşınların meydana gəlməsi tələb edirdi ki, maşın istehsalı manufaktura istehsalına keçsin. Sənaye inqilabı tələb edirdi ki, maşın maşınla istehsal olunsun. Artıq xıx əsrin əvvəllərindən maşınqayırma sahəsi maşınlaşdırılmağa başladı. Beləliklə maşın istehsalına uyğun yeni texniki baza yaranmağa başladı.
Sənaye inqilabının inkişafı rabitə və nəqliyyat vasitələrinin də köklü surətdə dəyişməsini tələb edirdi. XVIII əsrin sonlarında İngiltərədə şosse yollarının və kanalların tikintisi sürətləndi.
Dostları ilə paylaş: |