VIII mühazirə : İngiltərə XVIII əsrin sonundan XIX əsrin 70-ci illərinə qədərki dövrdə
İngiltərənin xarici siyasəti. XVIII əsrdə İngiltərənin hakim sinifləri qəsbkar xarici siyasət yeridirdilər. İngiltərə müstəmləkələr və ticarət yolları uğrunda müharibələrdə iştirak edərək müstəmləkə imperiyası yaratmaq uğrunda fəal mübarizə aparmışdır. Ticarət və dənizdə hegemonluq üçün daim can almışdır. Müstəmləkələrin tutulması və onların var-dövlətinin alınması ingilis burjuaziyasının əlində böyük miqdarda kapital cəmlənməsinə və sənaye istehsalının inkişafı şərait yaratdı. Qəsbkar xarici siyasət viqlərin dövründə xüsusilə güclü olmuşdur. Müstəmləkələr tutmaq sahəsində XVIII əsrdə İngiltərənin Avropadakı ən böyük rəqibi isə Fransa idi.
1701-1714-cü illərdə İngiltərə dərin böhran şəraitində olmasından istifadə edərək İspaniya taxt-tacı uğrunda müharibədə iştirak etmişdir. Avropa dövlətləri bu müharibəni İspaniyanın, Niderlanddakı və Amerikadakı torpaqları uğrunda aparırdılar. Müharibəyə səbəb isə ümümi olaraq İspaniya kralı II Karlın ölümü ilə habsburqlar sülaləsinin hakimiyyətinin başa çatması olmuşdur.
Feodal- mütləqiyyət Fransasının israrlı təkidi ilə II Karl İspaniya taxt-tacını Fransa kralı XIV Lüdovikin nəvəsi Fransa taxt-tacının varisi olan Anjuyanlı Fillpə vəsiyyət etmişdir. Hansı ki, onun anası İspaniya şahzədəsi olmuşdur. Fransanın Avropada nüfuzunun güclənməsi qorxusu artırdi ki, buna qarşı da İngiltərə, Hollandiya, Avstriya, Danimarka, Portuqaliya və bir sıra alman dövlətləri çıxırdı. Onlar da İspaniya taxt-tacına özlərinin təsir dairələrində olan Avstriya hersoqu Karl Habsburqu irəli sürürdülər ki, o da İspaniya kralları ilə qohum idi.
Müharibənin gedişində İngiltərə yeni müstəmləkə , dəniz gücünün artırılması və Avropada nüfuzunun genişlənməsi uğrunda çalışırdı. Hətta İngiltərə , Hollandiya, Avstriya bir sıra alman dövlətləri, Danimarka və Portuqaliyanın da daxil olduğu antifransa koalisiyasına başçılıq edirdi. Müharibədə Fransanın tərəfində isə İspaniya və Bavariya iştirak edirdilər.
Müharibənin ilk illərində hersoq Malberonun başçılığı ilə İngiltərə ordusu İspaniya Niderlandındakı və alman dövlətlərindəki Fransız ordusu üzərində bir sıra qələbələr çaldı. Lakin müharibə uzandı. Odur ki, İngiltərə böyük miqdarda maddi vəsait itirməli oldu. Bu da ölkənin maliyyə vəziyyətinə ağır nəticələr gətirdi. İngiltərənin dövlət borcu sürətlə artdı. 1714-cü ildə artıq 23 milyon fund-sterlinq təşkil edirdi. 1710-cu ildə isə torilərin hakimiyyətə gəlməsi ilə vəziyyət bir qədər dəyişdi. Yəni müharibənin başa çatması tezləşdi.
1713-cü ildə İngiltərə Utrextdə Fransa və İspaniya ilə sülh müqaviləsi imzaladı. Qələbənin nəticəsi olaraq İngiltərə özünün müstəmləkə təsirini genişləndirdi. Utrext sülhünün nəticələrinə görə Fransa Nyufaundeld adasını, Kanadada Hudzon hövzəsindəki geniş əraziləri güzəştə getməli oldu. İspaniya taxt-tacı isə bəzi şərtlərlə (İspaniya və Fransa tacı heç vaxt bir nəfərin əlində olmamalı idi) Burbonlara verildi. İspaniya da böyük strateji əhəmiyyət daşıyan Hibraltar qalasını İngiltərəyə verdi. Bunlardan əlavə İngiltərə İspaniyanı onun Amerikadakı torpaqlarında ingilis tacirlərinə qul alveri etməsi haqqında hüquq verilməsi üçün kontrakt bağlamağa məcbur etdi. Kontrakta görə, 30 il müddətində İngilis tacirlərinə İspaniyanın Amerikadakı müstəmləkələrinə ildə 4800 zənci qul gətirməsinə icazə verilirdi.
İngiltərə ilə Fransa arasındakı uzunmüddətli müharibə - yeddillik (1756-1763) müharibə də ləhh olunmuş oldu. Həmin dövrdə İngiltərənin xarici siyasətinə viqlərin lideri və ingilis burjuaziyasının maraqlarının müdafiəçisi Böyük Vilhelm Pitt başçılıq edirdi (sonradan ona qraf Çatam titulu verilmişdir). O, 1757-1761-ci illərdə İngiltərənin Xarici İşlər və Hərbi Naziri olmuşdur. Yeddillik müharibədə İngiltərə Prussiya ilə ittifaqa girərək Fransaya qsrşı döyüşürdü. Müstəmləkə uğrunda İngilis və Fransız orduları arasında ən gərgin döyüşlər Hindistan və Kanadada baş vermişdir.
XVIII əsrrin ortalarında Hinsitanda İnguiltərənin “Ost-Hind” və Fransanın “Hər iki Hindistan” kompaniyaları arasında çəkişmələr daha da gücləndi. Bu formal və tam silahlanmış şirkətlər Hindistanın əsas məntəqələrini işğal etmişdilər. Yeddiillik müharibə qabağı Fransa şirkəti Hindistanda daha çox çəkiyə malik olmaqla Banqladeş və digər knyazlıqları öz hakimiyyəti altına sala bilmişdir. 1756-cı ildə ingilis müstəmləkəçiləri fransızlar tərəfindən Kəlküttədən qovulmuşdur. Həmin vaxt “Ost-Hind” şirkətinin general-qubernatoru Klayv öz ordusunu Banqladeşə doğru yönəldərək benqal ordusunun hərbi rəislərini də öz tərəfinə çəkə bilmişdir. 1757-ci ildə baş vermiş Plessi döyüşündə fransız ordusu və benqal ordusunun bir hissəsi Klayvın ordusu tərəfindən əzildi. Bundan sonra Banqladeş İngiltərənin nəzarəti altına düşdü, 1761-ci ildə isə İngiltərə ordusu Pandisierini tutaraq, Karnatik knyazlığına sahib oldu. Kanada da baş vermiş döyüşlərdə Fransa ordusu məğlubiyyətə uğradı.
1763-cü ildə İngiltərə Fransa və İspaniya ilə Parisdə sülh müqaviləsi bağladı. Bu müqavilə İngiltərənin müstəmləkə ərazisinin genişlənməsinə səbəb oldu. Fransa Kanada və Ost- İndiyadakı mülklərini (beş sahil şəhərlərindən başqa) İngiltərəyə verdi. İngilis müstəmləkəçiləri Banqladeşdə, Mədrəsdə, Karnatikdə ağalıq etməyə başladılar: Benares, Heydərabad və Aud kimi hind knyazlıqları tezliklə İngiltərədən tam asılı vəziyyətə düşdülər.
İngilis müstəmləkəçiləri Hindistandan İngiltərə sənayesinin inkişafı üçün lazım olan xammal (pambıq, indiqo) gətirirdilər. Bundan əlavə ipək parça, qızıl və qiymətli daşlar da gətirilirdi. Məhz həmin dövrdə İngiltərədə istehsal olunmuş sənaye mallarının Hindistana aparılmasıda artdı. Bu da Hindistanda sənətkarlığın zəifləməsinə səbəb oldu. Təkcə 1770-ci ildə İngiltərədən Hindistana 14 milyon funt-sterlinq dəyərində məhsul aparılmışdır.
Dostları ilə paylaş: |