Burjua ideoloqu-Adam Smit. XVIII əsr İngiltərəyə burjua-siyasi iqtisadının böyük nümayəndəsi Adam Smiti (1723-1790) vermişdir. İngiltərənin kapitalistcəsinə inkişafı yeni iqtisadi nəzəriyyənin yaranmasına səbəb olmuşdur. A. Smit klassik ingilis siyasi-iqtisad məktəbinin əsasını qoymuşdur. Onun fəaliyyəti sənaye inqilabının başladığı il maşınlı sənayenin ilk addımları ilə bir vaxta düşmuşdür. A. Smit manufaktura istehsalını alqışlayırdı. O, 1776-cı ildə çap etdirdiyi “ Təbiət haqqında tədqiqatlar və xalqların varlanması səbəbləri” adlı əsas əsərində kapitalizmə xalqların sosial-həyat tərzini və dövlətin çiçəklənməsini təmin edən bir quruluş kimi baxmışdır. Bu kitabda o manufakturaların sənətkarlıq qarşısındakı ustünlüyünü təsdiqləmiş, kapitalist sahibkarlığının tam azadlığı uğrunda çıxış etmiş və sənaye və ticarətdəki bütün feodal qalıqlarının ləğvini tələb etmişdir. A. Smit çox düzgün olaraq qeyd etmişdir ki, ictimai var-dövlətin əsas mənbəyi əməkdir. Hansı ki, yalnız kənd təsərrüfatında deyil, həm də sənayedə sərf olunmuş əmək, ən əsası isə o əməyəin dəyər mənbəyi olması fikirininə də çox yaxınlaşmışdır. O, qeyd edirdi ki, dəyərin böyüklüyü istehsalda həmin mala sərf edilmiş əməyin miqdarı ilə olçülür. A. Smit hətta əlavə dəyər sistemi mənbəyini başa düşməyə yaxın olmuşdur: o hesab edirdi ki, gəlir və torpaq rentası fəhlə əməyinin məhsulundan çıxılandır, hansı ki, kapitalistin və torpaq sahibinin əmək sərf etməyi gəlirdir.