§ 3. İngiltərə. Hannbver dövrünün sonu və Viktorian dövrünün başlanması.
İngiltərə Napoleon müharibələri dövründə. XIX əsr Böyük Britaniya üçün son dərəcə ağır proseslərlə başladı. Fransa ilə müharibə İngiltərəni çətin vəziyyətə salmışdı. 1806-cı ildə qüvvəyə minmiş “ Kontinental mühasirə” də dövləti son dərəcə çıxılmaz vəziyyətə sürükləmişdi. Dövlət borcu 450 milyon funt sterlinqi ötüb keçmişdir.
Nazirlər kabineti hələ də ayağa qalxa bilməyən və etirazlara hazırlaşan narazı təbəqələrə qarşı sərt və repressiv qaydada cavab verirdi. Belə ki, 1801-ci ildə qəbul edilmiş parlament aktı ilə İrlandiyanın özünüidarə və parlament çağırmaq hüququ əlindən alındı və icmalar palatasına kifayət qədər nümayəndə göndərmək haqqı qazandılar. Monarxiyaya qarşı sövdələşməyə görə 7 ilə kimi həbs cəzası verilir. 50-ən çox iştirakçısı olan yığıncaqlar qadağan edilirdi. Mətbuat orqanları hakimlərin nəzarətinə verilmişdir ki, bu da senzuranın tətbiqi demək idi. Hətta 1800-cü ildə iş günün qısaldılması və əmək haqlarının artırılmasını tələb edən dostluq cəmiyyətinin fəaliyyətinə də qadağa qoyulmuşdu. Lakin İngiltərə bu zor tətbiq etmə vəziyyətini də saxlaya bilmədi. Fransanın müharibədə qələbələr çalması qüvvələr nisbətini pozmuşdur. Minillik tarixi olan Venetsiya respublikası Napoleon Bonopartın istəyi ilə tarix səhnəsindən silinmişdi.
Aralıq dənizi hövzəsindəki İngilis hökmranlığının davam edəcəyi şübhə altına düşdü. Bütün bunlar isə İngiltərənin hakimiyyət strukturlarında qüvvələri səfərbər etmək həyəcanı oyatmışdır.
İkinci anti-fransız koalisiyasının (1798-cı il) dağılması nəticəsində İngiltərə yenə təklənmişdi. O, Aralıq dənizində mühüm strateji ada olan Maltanı tutmaqla bu təklənməyə cavab verdi. 1801-ci ildə fransız ordusu da Misirdə təslim oldu. Elə həmin ildə Admiral Horatsio Helson Kopenhagenə reyd etdi və limanda olan Danimarkanın hərbi gəmilərini yandırdı. Bununla İngiltərə Danimarka ilə müharibə aparmaq və dənizdə hegemonluğu da öz əlinə almaq istəyirdi.
Müharibədə fasilə yaranan vaxtı İngiltərənin hakimiyyət kabinetində Pitt hökumətini Addinqton hökuməti əvəz etmiş o, da 1802-ci ildə Amyendə Fransa ilə sülh müqaviləsi bağlamışdır. Müharibədə yorğun düşən və ikinci koalisiyanın dağılması bu sülhün İngiltərə üçün böyük əhəmiyyət kəsb etdiyini göstərdi. Həmin müharibəyə görə İngiltərə bir sıra güzəştlərə getməli idi. Belə ki, Trinidat və Seylon adalarından başqa bütün koloniyalarını itirirdi. İngiltərənin əlində olan müstəmləkələr Fransa, İspaniya və Hollandiyaya qaytarılırdı. İngilis əsgərləri Misiri tərk edirdi. Fransa ordusu isə Neapol krallığı və Papa vilayətindən çıxırdı. Lakin Reyn çayının sol sahilindəki torpaqlar Fransada qalırdı.
Amyen sülhü qısamüddətli barışıqla müşayiət olunurdu. Napoleon Pyemontu və Elba adalarını işğal etmiş, İsveçrəni tutmuşdur. İngiltərə isə Aralıq dənizindəki strateji nöqtə olan Malta adası ilə vidalaşmaq istəmirdi. Odur ki, 1803-cü ilin may ayında Fransa ilə döyüşlər yenidən başlandı. Hakimiyyətə təzədən Vilyam Pitt gəldi. O, bütün istedadlı nazırləri cəmləşdirməyə müvəffəq oldu.
Fransa ordusunun La-Manş boğazını keçməklə hücüm etmək qorxusu var idi. Lakin admiral Nelson İngiltərəni bu təhlükədən qoruya bildi. 1805-ci il 21 oktyabr tarixində admiral Nelson öz həyatı bahasına Trafalqar burnu yaxınlığında İspaniya ilə Fransanın birləşmiş donanmasını darmadağın etdi. Elə həmin ildə də üçüncü anti-farnsız koalisiyası yaradıldı. Buna baxmayaraq regionda vəziyyət son dərəcə gərgin idi. Avstriyalılar Ulmedən geri çəkilərək, Vyanadan çıxdılar. Rus-avstriya qoşunları da Austerlis yaxınlığındakı döyüşdə məğlub oldular. Odur ki, çıxılmaz vəziyyətdə qalan Avstriya sülh müqaviləsi bağlamağa məcbur oldu. İngiltərənin baş naziri Pett bu qədər uğursuzluqlara dözə bilməyib 46 yaşında vəfat etdi. Napoleon isə ardıcıl olaraq qələbələr qazandı. 1806-cı ildə Prussiyanı dağıtdı, 1807-ci ildə isə Rusiya onun üçün ağır olan Tilzit müqaviləsini imzaladı. Böyük Britaniyanın dənizlərdə hegemonluğuna zərbə vurmaq, onun iqtisadiyyatını zəiflətmək üçün 1806-cı ildə Napoleon Berlində olarkən “Kontinental mühasirə” haqqında dekret imzaladı. Bu dekretə görə Britaniyadan asılı və onunla müttəfiq olan ölkələrə (Rusiya kimi) İngiltərə ilə ticarət etmək qadağan edilirdi. Bu qərar İngiltərəni Avropanın xammal mənbələrindən və bazarlarından məhrum etdi. Bu halda İngiltərə acınacaqlı bir vəziyyətə düşdü.
Lakin bu vəziyyət çox sürmədi. Napoleonun qəsbkarlıq müharibələrinə qarşı Avropa xalqlarının səbri tükənməyə başladı. 1808-ci ildə Napoleon İspaniyaya soxularkən gclü xalq müqaviməti ilə qarşılaşdı. General Uelslinin komandanlığı altında İngiltərə ordusu da Napoleona qarşı döyüşən İspanlara kömək etmək üçün Priney yarımadasına çıxarıldı. Bu kampaniyanın uzun çəkməsinə rəğmən əməliyyat müvəffəqiyyətlə başladı. Lakin Rusiyanın Fransa ilə müttəfiqliyə məcbur edilməsi yenidən böhrana səbəb oldu. Kontinental mühasirə isə Avropanın ayrı-ayrı regionları arasında yaranmış qarşılıqlı gəlir gətirən münasibətləri qırmaq üçün bir cəhd idi. Lakin bu siyasət iflas etdi. Buna baxmayaraq İngiltərə istehlakçılarına böyük zərbə vurulmuşdu. Bir kvarter (290 litr) buğdanın qiyməti 1809-1810-cu illərdə 75 şillinqdən 130 şillinqə qalxmışdı. Belə bir vaxtda ölkədə yeni bir hərəkat-Lüdittlər (toxucuların) hərəkatı başladı. Onlar dəzgahları sındıraraq, dilsiz-ağızsız maşınların onları var-yoxdan çıxardığını deyirdilər. Ludditləri katorqa və ölüm cəzası gözləyirdi. Lakin lordlar palatasında onları bir səs müdafiə etmək üçün ucaldı. Bu səs tanınmış şair Bayronun səsi idi.
Əlbəttə ki, Priney yarımadasında Napoleonun qüvvələrini məhv etmək mümkün deyildi. Həyati əhəmiyyətli mərkəzlərin ələ keçirilməsi də müvəffəqiyyətsizliklə nəticələnmişdi. Düzdür, Almaniya sahillərindəki Helqoland adalarında möhkəmlənmək mümkün olsa da, Vaixaren adasına göndərilən ekspedisiyasının taleyi (1803-cu ildə 40 min əsgər və zabiti) fəlakətlə nəticələndi.
Vəziyyətdən çıxış yolu isə yeni komissiyanın yaradılması idi ki, bu da Rusiyasız başa gələ bilməzdi. Çünki Tilzit müqaviləsindən sonra İngiltərə və Rusiya müharibə vəziyyətində idi. İngiltərə özünün xarici siyasətində düşmənə qarşı son dərəcə ehtiyyatlı və ağıllı siyasət aparırdı. Hətta Aralıq dənizində olan admiral D. P. Senyavinin komandanlığı altında rus eskadrası Portuqaliyada Taxo çayı mənsəbində ilişib qalarkən, İngiltərə flaqmanı əməliyyatı elə aparmışdır ki, rus dənizçiləri ingilislərdən inciməmişdir. 1812-ci ilin iyununda Napoleon müharibəsindən çox böyük əziyyət çəkən İngiltərə bir qədər rahatlandı. Fransız qaşunları Rusiyaya soxuldu. İngiltərə ilə Rusiyanın təkbətək vuruş dövrü sona yetdi. Rusiya, İngiltərə, Prussiya, Avstriya və İsveçin yenidən birləşmiş qüvvələri Fransa ordusundan güclü idi. 1814-cü ilin aprel ayında taxt-tacdan kənarlaşdırılan Napoleon Bonopart Aralıq dənizindəki Elba adasına göndərildi.
Müharibənin qurtarması sənayenin zəifləməsi üçün şərait yaratdı. Ordu və donanmanın silah və sursat , paltar və ərzaqla təmin olunması çox çətin idi. Müttəfiqlərə ayrılan maliyyə yardımı ilə müəyyən olunurdu, lakin silah, top, barıt, hərbi geyim və çəkmə şəklində göndərilirdi. Kontinental mühasirə İngiltərəni xarici xammal mənbəyindən məhrum etmişdir ki, bu da onun özü-özünü təmin etməklə, xüsusən də taxılçılığın inkişafına təkan verdi. Çörəyə olan ehtiyac fermerləri atılmış torpaqları əkməyə məcbur etdi. Lakin bu da əlavə xərclər tələb edirdi. Vəsait çatışmamazlığı olduqda isə fermerlər banklardan borc götürürdülər. Beləliklə, lendlordlar və icarədarlar sürətlə inkişaf etdi. Lakin bu da tezliklə iflas etdi. Baltik və Şimal dənizləri limanlarından ucuz qiymətə taxıl almağa başlandı. Nəticədə taxılın qiyməti aşağı düşməyə başladı. Taxıl istehsalçıları panikaya düşdü. Region dövlətləri İngiltərə mallarının qarşısını gömrük divarları vasitəsilə kəsir və özlərinin təsərüfatlarını yaradırdılar.
Parlamentdə hakimiyyət torpaq maqnatlarına və kənd centilmenlərinə məxsus olduğundan onlarda öz maraqlarını qanunvericiliklə qoruya bilirdilər. onlar parlamentdə hökmran olmaqla ölkəyə gətirilən buğdaya yüksək məbləğdə rüsüm alınması haqqında qanun verilməsinə nail oldular. Bu qanun faktiki olaraq ölkəyə taxıl gətərilməsinin qarşısını aldı. Bundan sonra torpaq sahibləri daxili bazarda monopoliyanı ələ keçirməklə kənd təsərrüfatı məhsulları üzərində qiymətin qoyulmasında əsas söz sahibi oldular. ”Çörək qanunu” zəhmətkeş təbəqənin vəziyyətinə çox pis təsir göstərdi. Onlar sənaye burjuaziyasının maraqlarına da güclü zərbə vurdular. Bir tərəfdən müəssisələrdə lazım olan yerli xammalın qiyməti qalxdı, digər tərəfdən isə fəhlələr əmək haqqını artırılmasını tələb etdilər. Burjuaziya isə çalışırdı ki, proteksionist siyasət yeridərək fəhlələrin əmək haqqının malla ödəmək sistemini tətbiq etsin. Bundan əlavə, fəhlələri müxtəlif formalarda cərimə etmək hərəkatı genişləndi. Bəzən cərimələr əmək haqqının 30-40 faizini təşkil edirdi.
Ölkədə vəziyyət pisləşirdi. Geniş xalq kütləsi radikalların (rəhbərləri Vilyam Kobbet idi) apardıqları təblığat kompaniyasına həvəslə qoşulurdu. Xalqın yoxsul olmasının səbəbini yarıtmaz idarəçilikdə görən Kobbet hesab edirdi ki, bunu yalnız ölkənin demoktatikləşməsi yolu ilə aradan qaldırmaq olar. Eləcə də keşişlərə ümumi seçki hüququnun verilməsi və hər il İcmalar palatasına gizlin yolla seçkilər keçirilməsini istəyirdi.
Tez bir zamanda böyüyən Hemdemp klubları adlandırılan radikalların sayı 100 min nəfərə çatdı. Onların tələblərindən ibarət olan petisiyaya imza toplanması çox müvəffəqiyyətlə keçdi. 1817-ci ilin yanvarında Londonda olan tağ və lövbər klublarının iclası keçirildi. Onlar səlahiyyətli nümayəndələri Vestmistteri əhatəyə almaqla petisiyanı parlament binasına gətirdilər. Hökumət isə əksinə xalqı qiyama çağıran cəmiyyətlərə, onların fəaliyyətlərini qadağan edən aktla cavab verdi. Hottinheym radikallarının qəbul etdikləri Londona yürüş haqqında sadəlöhv qərarları uğursuzluqla nəticələndi. onlar hesab edirdilər ki, əhalinin narazı hissəsi onlara qoşulacaq və hərbiçilər də atəş açamayacaq. Beləliklə onların pis silahlanmış dəstələri tərksilah edildi. Lakin burjua-radikal elementləri, sənətkarların və fəhlələrin ixtisaslaşmış hissəsi seçki islahatlarının keçirilməsini tələb etdilər. Ölkənin şimal və mərkəzi rayonlarında baş vermiş nümayişlərdə radikallar alovlu nitq söyləyərək seçki sistemində dəyişikliklərin olunmasıeı, ”çörək qanunu” nun dəyişdirilməsini tələb edirdilər. Nümayişlərə minlərlə fəhlə gəldi. Belə kütləvi mitinqlərdən biri 1819-cu il 16 avqust tarixində Mançestrdə Müqəddəs Pyotr meydanında olmuşdur. bu nümayişə 75 min adam cəmləşmişdir ki, radikalların ən məhşur natiqləri olan Hent və Bemfordu dinləsinlər. Lakin Hent tribunaya qalxmaq məqamında kütlə içərisinə atlı və piyada qoşun hissələri yeridildi. Onlar nümayiş iştirakçılarını əzməyə başladılar. Nəticədə 11 nəfər öldürüldü, 400 nəfər isə yaralandı.
Lakin hakimiyyətin represiyalarına baxmayaraq, burjuaziyanın demokratik hissəsinin islahat uğrunda mübarizəsi davam edirdi. İqtisadi cəhətdən möhkəmlənən burjuaziya qərarlı şəkildə xalq kütləsini müdafiə edirdi. İslahatların ən talantlı təbliğatçılarından biri publisist Kobbet idi. O, qəti şəkildə inanırdı ki, vergilərin ləğv edilməsi və fəhlələr üzərinə basqıların aradan qaldırılması yalnız parlament islahatlarının köməyi ilə ola bilər. Onun qəzeti olan “ Siyasi müşahidəçi” Kobbetin əsas təbliğat vasitəsi idi. 20-ci illərdə fəhlələrin, parlament uğrunda mübarizəyə qoşulmuş burjuaziyanın siyasi təşkilatları meydana gəlməyə başladı. Londonda Pleysin başçılığı ilə yaradılmış belə təşkilat “Milli siyasi assosiasiya” oldu. Birminheymdə isə onun analoqu olan və bankir Tomas Artvudun rəhbərliyi ilə yaradılmış “Siyasi ittifaq” təşkilatı idi. Onların tələbi isə müəyyən mülkiyyətə sahib olanlara seçki hüququnun verilməsi idi.
İslahat uğrunda hərəkat kənd rayonlarında mübarizənin güclənməsi ilə kəskin xarakter aldı. 1830-cu ildə muzdurların nümayiş hərəkatı bütün Cənubi İngiltərəni büründü. Mübarizə başqa formada aparılırdı: gizli ovçuluq (torpaq sahiblərinin meşələrində) , fermerlərin mülklərini yandırmaq, maşınları sındırmaq və. s
Dostları ilə paylaş: |