Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə19/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   138
Yeni tarix müh

Dövlət idarəçiliyi:1870-ci ildə İngiltərə hakimiyyətinin gözlədiyi narahatsızlıq baş vermədi. Belə ki, həmin vaxt ölkənin birinci şəxsinin boşanma prosesi gedirdi. Kral III Georq ölənə yaxın ağlını itirmişdi. Bütün gününü kart oyunlarında keçiridi. 1810-cu ildən şahzədə-regent olan böyük Georq on ildən sonra taxt-taca sahib ola bildi. Gənclikdə yaraşıqlı olan Georq sonralar spirtli içkiyə aludə olaraq, kökəlmiş və karikaturaçıların hədəfinə çevrilmişdir. O, həm də mütləq monarxiya tərəfdarı olmaqla, əcdadlarının parlament kimi ziyanı bir təşkilatın yaradılmasında səhvə yol verdilkərini deyirdi. Taxt-tac üçün yararsız olan Georq hakimiyyətə gəldikdən sonra hökumət dağılmaq təhlükəsində qalmışdır. Əsas məsələ o idi ki, arvadı Korolinadan ayrı yaşayırdı. Georq taxt-tacda öz yerini tutmaq üçün Londona gəldi və nigahpozma mərəsiminə başladı. Hakimiyyət üçün sino gedən hakim partiya üçün bundan böyük hədiyyə ola bilməzdi. Bir neçə nazir, o cümlədən Kanninq istefa verdi. Parlamentdə hakimiyyətin tərəfdarlarının sayı azaldı, kabinet təhfil verildi. Georqu dilə tutaraq ona öz zəmanətin geri götürdülər. Karolina isə yenidən kabinetə qaytarıldı və orada da dünyasını dəyişdi.

Lord və onun həmkarları rahat nəfəs almağa başladılar. Sənaye müharibədən sonrakı böhrandan çıxarıldı. Formalaşmış hökumət ölkəni daha 15 il idarə etdi. Baş nazir özü görkəmli dövlət xadimi olmaqla, parlaq zəkaları birləşdirərək müxtəlif siyasi baxışlarla insanlara öz iradəsini qəbul etdirdi. Onunla bu kabinetdə Corc Kanninq, Robert Kaslri, Con Palmerston və Robert Pil kimi şəxsiyyətlər işləmişdir.

Dövlətin daxili qanunvericilik siyasəti sahəsində də br sıra işlər görmək lazım idi. Çünki, İngiltərə qanunları bir neçə yüzilliklər yaşadığından, indi artıq dəyişilməsinə ehtiyac var idi. Adi oğurluq üstündə ölüm hökmü fəaliyyətdə idi. Gələcək Daxili işlər naziri R. Pil əks xarakterli-cinayət hüququna mülayimlik gətirən aktların parlamentdə qəbuluna nail oldu. London və on yeddi şəhərin həbsxanaları mülkü hakimlərin sərəncamına verildi. Həbsxanaların işçi heyətinə məvacib təyin olundu, qadınlardan ibarət nəzarətçilər qrupu yaradıldı. Din xadimləri, həkimlər və digər xidmət adamları həbsxanalarda görünməyə başladı, məhbuslar isə ibtidai təhsil və dini tərbiyə almaq imaknı qazandılar. Londonda nizami polis alaylarının yaradılması da R. Pilin xidməti sayəsində olmuşdur.

Qısa bir müddətdən sonra əyalətlərdə də polis xidməti tətbiq edildi. 1819-cu ildə Lord Liverpul kabineti sosial qanunvericilik sahəsində də mühüm addımlar atdı. Tanınmış mütəfəkkir R. Ouenin təsiri ilə parlamentdə 9 yaşa qədər uşaqların işə götürülməsi barədə akt qəbul olundu, 16 yaşınadək fəhlələrin iş günü isə 10. 5 saata kimi qısaldıldı. Qanunların həyata keçirilməsinə nəzarət mülki hakimlərə həvalə olundu.

Vikont Robert Kaslri xarici siyasətində legitimçilik prinsipinə öz töhfəsini verərək Avropada problemlərin tənzimlənməsində xüsusi olaraq iştirak etdi. Lakin o, I Aleksandr tərəfindən hazırlanmış “Müqəddəs iitifaq”ın əsasnaməsini dəstəkləmədi. İngiltərənin hakim dairələri digər Avropa ölkələrində mütləq idarəçilik formalarından liberal-konstitusion idarəçilik formasına keçidə müdaxilə etməklə, maneçilik törətmək iştəmirdilər. ”Müqəddəs ittifaq”ı dəstəkləyən istəyən rekent-Georq isə bu ittifaqı tərifləyən məktub göndərmişdi.

1822-ci ilin avqust ayında zəifləyən Kaslri evdə nəzarətsiz qalan zaman bıçaqla damarlarını kəsib intihar etdi. Onu tanınmış siyəstçi C. Kanninq əvəz etdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin