Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Amerika ordusunun qələbə çalması. Müharibənin başa çatması



Yüklə 0,52 Mb.
səhifə8/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   138
Yeni tarix müh

Amerika ordusunun qələbə çalması. Müharibənin başa çatması. Təzə yaranmış ABŞ ilə müharibə aparmaq üçün İngiltərə güclü donanma toplayaraq üsyan etmiş müstəmləkələrin dənizdən mühasirəsini elan etdi. İngilis gəmiləri topları ilə sahilyanı rayonlarda öz ordularının əməliyyatlarını gücləndirirdilər. İngiltərənin böyük ordusu olmasa da, maliyyə vəsaitləri imkan verirdi ki, ödənişli olaraq öz əsgərlərini xaricilərə verməyi daha gəlirli hesab edən alman knyazlarından 29 min muzdlu döyüşçü alsınlar. Hətta amerikalılara qarşı Hannover ordusu da göndərilmşidir. İngilis ordusunun müharibənin əvvəlində sistemli olaraq hərtərəfli təmin olunması Amerika ordusu üçün-ciddi təhlükə idi. 30 minlik Kral ordusuna qarşı C. Vaşinqton 18 min nəfərlik ordu çıxarda bilmişdir.

Müstəmləkələrin ordusu Boston şəhərini mühasirədə saxlayırdı. 1776-cı ilin mart ayında şəhər azad edildi. Gəmilərə yüklənən kral ordusu general Qounun rəhbərliyi ilə Nyu-York istiqamətində hərəkət edərək oranı zəbt etdilər. Belə olduqda C. Vaşinqton inqilabi ordunu Trenton istiqamətində hərəkətə gətirdi və gözlənilmədən ingilis ordusuna güclü zərbə endirdi. 1777-ci ilin yayında isə ingilis ordusu öz donanmalarının köməyi ilə Filadelfiyanı zəbt etdilər.

Müharibənin gedişində təzə yaranmış Amerika ordusu və xalqı böyük çətinliklərdən keçdi. Onların silah-sursatı, ayaqqabı və isti paltarı, eləcə də ərzağı çatışmırdı. Ölkədə alverçiliyin artması və kağız pulun buraxılması bahalaşmaya səbəb olmuşdur. 1777-ci ildə qiymətlər bir neçə dəfə qalxmışdır.

Kral ordusuna qarşı aparılan hərbi əməliyyatlar zamanı həm də ölkədə vətəndaş müharibəsi kəskinləşmişdir. Sahilyanı rayonlarda, əsasən də Nyu-York və Corciya ştatının cənubunda çoxlu sayda loyalist cəmlənmişdir ki, onlar da torpaq aristokratiyası ilə əlaqədə olmaqla İngiltərə ilə ticarətdə maraqlı idilər. Loyalistlər həmişə ingilislərə məlumatlar ötürür, özlərinin silahlı dəstələrini yaradır və yaxud ingilis ordusunda quluq etməyə gedirdilər. Hətta bir çox yerlərdə onlar vətənpərvər insanların evlərini yandırır və ailəsini doğrayırdılar. Bütün ölkə boyunca loyalistlərlə mübarizəni isə yaradılmış Təhlükəsizlik Komitəsi aparırdı.

İngilislər isə tez-tez hinduları müstəmləkələr qələbə çalarsa onları daha da qərbə sıxışdıracaqları ilə qorxudaraq öz tərəflərinə çəkə bilmişdilər. Sonralar isə bir neçə min zənci-qul hətta konqres tərəfindən plantatorlardan satın almaqla orduya cəlb olunmuşdu. Hətta zənci-qadın Debora Hanet 17 ay kişi paltarında alayların birində döyüşərək mükafatlandırılmışdır. Lakin Konqresin quldarlığı ləğv etməməsi daha geniş zənci kütləsinin müstəqililk uğrunda mübarizəyə qoşulmasını əngəlləyirdi.

İngilislərin başlıca məqsədi Yeni İngiltərənin Cənub ştatları ilə əlaqəsini kəsmək və inqilabi ordunu dağıtmaq idi. Bunun üçün general Qoyunun ordusu ilə birləşdirmək üçün şimaldan – Kanadadan general Berohoynun ordusu hərəkətə keçdi. Lakin ingiilslərin bu manevri inqilabi ordu tərəfindən öyrənildi və Berohoynun ordusu Saratoqoda Amerika ordusu tərəfindən mühasirəyə alındı. Oktyabr ayında isə Berqhoynun altı minlik ordusu təslim oldu.

Saratoqodakı qələbə müharibədə dönüş üçün başlanğıc oldu. Bu qələbə beynəlxalq münasibəti amerikalıların xeyrinə dəyişdi. Saratoqa qələbəsi haqqında məlumat alan Fransa hökuməti 1778-ci ilin 6 fevral tarixində Amerika ilə müttəfiqlik və ticarət haqqında müqavilə bağladı. Fransa kapitalistləri, əsasən də məşhur yazıçı və iri kommersant Bomeruunin ticarət evi müstəmləkələri silah, barıt və topla təmin edirdi. Hətta Fransa hakimiyyəti C. Vaşinqtona 21 milyon livrlik istiqraz da verdi. Tezliklə İspaniya ilə də belə müqavilə bağlandı. Həm də Fransa İngiltərəni zəiflətmək məqsədi ilə gizlincə Birləşmiş Ştatlara köməklik edirdi. Üç ildən sonra İngiltərəyə qarşı daha iki – İspaniya və Hollandiya da döyüşürdü. Artıq müharibə bir neçə materik və okeana yayılmışdı. Odur ki, İngiltərə Britaniya adasına hücum olacağından ehtiyat edirdi. 1780-ci ildə Rusiyanın təşəbbüsü ilə “Neytrallar liqası” yaradıldı. Neytral ölkələr isə döyüşən tərəflərə öz gəmilərində silahdan başqa hər bir şey gətirə bilərdilər.

Birləşmiş Ştatların Konqresi Fransa və İspaniya ilə ittifaq yaratmağa çalışırdı. Bu məqsədlə B. Franklin Avropaya göndərildi. XVI Lüdovik hökuməti və İspaniya sarayı mütləqiyyət xarakterli daşımalarına baxmayaraq Amerika koloniyalarının İngiltərədən ayrılmasını istəyirdiləр. Onlar İngiltərə ilə köhnə müstəmləkə haqq-hesabını çürütməyə və Amerikada itirdikləri mülkiyyətin bir hissəsini qaytarmağa çalışırdılar.

İngiltərə iлə Fransa arasında müharibə başlandı. 1778-ci ilin iyul ayında Amerikaya ilk fransız ordusu gətirildi. Onların əsas məqsədi Kanadanı geri qaytarmaq olduğuna görə Amerika ordusuna kömək etmirdilər. Hətta onlar heç bir hərbi əməliyyat getməyən Bostona doğru hərəkət etdilər. 1780-ci ildə Fransa İngiltərə ilə gizli müqavilə bağlamaq istəsə də İngiltərə bu təklifi rədd etmişdir. 1781-ci ilin payızında C. Vaşinqtonun Amerika ordusu Roşanbo və Lafayetin başçılığı ilə Fransa ordu hissələri general Kornyolisin komandanlığı ilə iri ingilis ordusunu Yorqtaında mühasirəyə aldılar. Dənizdən şəhərə Fransa eskadrası yaxınlaşdı və oraya İngiltərə donanmasını buraxmadı. 1871-ci il 19 oktyabr tarixində ingilis ordusu təslim oldu. Bu da demək olar ki, faktiki olaraq Amerika materikində müharibənin qurtarması idi. Parisdə başlanmış mürəkkəb və uzun çəkən sülh danışıqları 1778-ci ildə Fransanın, 1779-cu ildə İspaniyanın, 1780-ci ildə isə Hollandiyanın İngiltərəyə qarşı müharibəyə girməsi Amerikalıların istiqlaliyyət mübarizəsinə xeyli kömək etmişdir. Bir neçə cəbhədə döyüşən İngiltərə özünün silahlı qüvvələrini bölüşdürməyə məcbur olmuşdur.

Digər tərəfdən, Rusiyanın “Silahlı bitərəflik” bəyənnaməsini elan etməsi İngiltərənin beynəlxalq vəziyyətini daha da ağırlaşdırmışdır. Bəyannamə 1780-ci ilin 28 fevral tarixində elan edilmşidir. Bu prinsip bitərəf ölkələrin dəniz ticarətini mühafizə edirdi.

Amerikada müstəmləkələrə qarşı müharibə aparmaq üçün İngiltərənin təklifini də Rusiya rədd etmiş və öz siyasətini müdafiə etmək üçün Aralıq və Şimal dənizlərinə Eskadra göndərmşidir. Beləliklə, Beynəlxalq hüquqda yeni prinsipin əsası qoyulmuşdu.

İngiltərə nümayəndələri və Bİrləşmiş Ştatların Fransadakı səfiri Franklinin başçılığı ilə Amerika nümayəndələrinin apardıqları danışıqlar 1782-ci il noyabrın 30-da ilkin sülh-müqaviləsinin – 1783-cü ildə sentyabrın 3-də isə Versalda qəti müqavilənin bağlanması ilə başa çatdı. Beləliklə, Amerika Birləşmiş Ştatları İngiltərə tərəfindən müstəqil dövlət kimi tanındı. Alleqan dağlarından Missisipi çayına qədər olan ərazi ABŞ-ın sərhədlərinə daxil edildi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin