Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Dünyanın siyasi mənzərəsində yeni dəyişikliklər



Yüklə 0,52 Mb.
səhifə137/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   130   131   132   133   134   135   136   137   138
Yeni tarix müh

Dünyanın siyasi mənzərəsində yeni dəyişikliklər. Birinci Dünya müharibəsindən sonra fəhlə, demokratik və milli-azadlıq hərəkatları da gücləndi. Oktyabr çevrilişinin təsiri ilə müharibədən sinra Avropanın bir sıra ölkə və vilayətlərində Rusiyadakı kimi sovet modelli hakimiyyət qurumları meydana gəldi. 1919-cu ilin martında dinc yolla Macarıstanda Sovet respublikası quruldu. O, hətta bir sıra sosialist tədbirləri də həyata keçirməyə nail oldu. Bu respublika cəmi 133 gün yaşadı. 1919-cu ilin aprelində Bavariyada sovet hakimiyyəti quruldu. O, təqribən 22 gün fəaliyət göstərdi. 1919-cu ilin iyununda Sloveniyada da sovet respublikası yaradıldı. Onun da pmrü çox az oldu. 1920-ci ilin əvvələrində İtaliyanın Turina şəhərində sovetlər meydana çıxdı. Həmin sovetlər bir aydan çox yaşadı. Lakin Avropa şəraitində yaradılmış rus modelli sovet hökumətlərinin hamısı tezliklə süqut etdilər. Onlar, hələ o zaman yaşamağa qadir olmadıqlarını göstərdilər. Demokratik və milli-azadlıq hərəkatlarının yeni vüsət alması da Cahan müharibəsinin mühüm ictimai-siyasi nəticələirndən idi. Oktyabr çevrilişindən və dünya müharibəsindən sonra İranda, Türkiyədə, Əfqanıstanda, Çində, Hindistanda, Misirdə, Latın Amerikasının bəzi ölkələrində, habelə Rusiyanın milli əyalətlərində, o cümlədən Cənubi Qafqazda milli-azadlıq və demokratik hərəkatlar gücləndi. 1918-ci ildə Mərkəzi Asiyada Türküstan respublikası, Cənub Qafqazda müstəqil Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları yaradıldı. 1919-cu ildə Çində müstəmləkəçiliyə qarşı "4 may" hərəkatı başladı. Hindistanda M.Qandinin başçılığı ilə milli-azadlıq hərəkatı genişləndi. Əfqanıstanda müstəqillik uğrunda mübarizə yüksəldi. 1918-ci ilin payızında Misirdə milli burjuaziyanın başçılı1 etdiyi Vadistlər (xüsusi nümayəndəlik) hərəkatı başladı. Afrikanın Şimalında-Əlcəzairdə, Tunisdə, Mərakeşdə azadlıq hərəkatı yüksəldi. 1919-cu ilin əvvəllərində Argentinada ingilis müstəmləkəçilərinə qarçı güclü fəhlə çıxıçları baş verdi. Beynəlxalq sosialist hərəkatında, bolşevizmin meydana gəlməsi ilə əsası qoyulan parçalanmasını sürətləndirdi. Dünyanın bir sıra ölkələrində sosial-demokratiya partiyalarının sol qanadları zəminində kommunist partiyaları və təşkilatları yaradıldı. Nəhayət, 1919-cu ilin martın əvvəllərində yeni, III Kommunist İnternasionalı təşkil edildi.

1919-1920-ci illərdə Bern (1919-cu il), Lyusern (1919-cu il) və Cenevrə (1920-ci il) konfranslarında Birinci Dünya müharibəsi illərində parçalanmış II İnternasional yenidən bərpa edildi. 1921-ci ilin fevralında isə Vyanada sosialist hərəkatının mərkəz istiqamətini təmsil edən II İnternasional təsis edildi (O, 1923-cü ilə kimi fəaliyyət göstərmişdi).

Birinci Dünya müharibəsinin ictimai-siyasi nəticələrindən biri də dünyada sülhü qorumaq məqsədi güdən Millətlər Cəmiyyətinin yaradılması idi. Bu beynəlxalq təşkilata 43 dövlət daxil idi. Keçmiş SSRİ Millətləri Cəmiyyətinə 1934-cü iliin sentyabrında qəbul edilmişdi.

Beləliklə, beynəlxalq sosialist hərəkatında XX əsrin əvvəllərində bolşevizmin meydana gəlməsindən etibarən başlamış ideya qarşıdurması ilə tamamlandı. Bu, sözsüz ki, beynəlxalq sosialsit hərəkatı üçün, dünya sivilizsiyası və dünya birliyi üçün çox ciddi zərbə olmuş, sonrakı kəskin qarşıdurmalara zəmin vermişdi. Oktyabr çevrilişindən SSRİ-nin süqutuna kimi keçən dövr ərzində dünyada, sosialist və fəhlə hərəkatında cərəyan edən ab-hava buna inkaredilməz sübutudur.

Birinci dünya müharibəsinin ictimai-siyasi nəticələrəindən biri də sosial-liberalizmə, liberal-demokratizmə, totalitar-avtoriar, alternativ kapitalizmə, alternativ totalitar-avtoritar sistemlərin yaradılması idi. Bunlar XX əsrin əvvəllərində kapitalizmin ziddiyətlərinin kəskinləşməsinə cavab olaraq formalaşmış təlim və cərəyanlar-bolşevizm və faşizm zəminində meydana çıxmıdılar. Bolşevizmin proleritariat diktatrurası və faşizmin güclü dövlət ideyaları sosial-liberalizmə totalitar-avtoritar alternativin nəzəri əsasını təşkil edirdi. Bolşevizm sinfi mübarizə və siniflilik konsepsiyasını rəhbər tutmağı, istehsal vasitələrini ictimailəşdirməyi, planlı dövlət iqtisadiyyatı yaratmağı, tək ideologiyalılığı və tək partiyalılığı bərqərar etməyi, sosializm və komunizm cəmiyyəti qurmaqla sosial bərabərlik prinsipləri həyata keçirməyi elan edən ictimai-siyasi hərəkat idi. Onun yaradıcısı vı ideya rəhbəri V.İ.Lenin olmuşdur.

Birinci dünya müharibəsi bolşevizmin real gerçəkliyə çevrilməsində mühüm mərhələ olmudur. 1917-ci ilin oktyabrın 25-də silahlı üsyan nəticəsində o, Rusiyada hakimiyyətə gəlmişdi. Beləliklə, hələ vaxtı ilə K.Marks və F.Engels tərəfindən irəli sürülmüş proletariat diktatrurası, sosializm və kommunizm ideyaları Rusiyada reallaşmağa başlanmışdı. Bu hadisədən sonra dünya kommunist inqilabı xülyası yaşayan və mübarizə aparan kommunist hərəkatı inkişaf etmişdi. XIX əsrin ortalarında cəmi 200 nəfər üzvü olann kommunist hərəkatı XX əsrdə ümumdünya hərəkatına çevrilmişdi. XX əsrin 80-ci illərin sonu üçün onun sıralarında 80 milyona qədər adam birləşmişdi.

Birinci dünya müharibəsindən sonra formalaşan ictimai-siyasi hərəkatlardan biri də faşizm idi. 1919-cu ilin yanvarında Almaniyada nasist, həmin ilin martında isə İtaliyada faşist təşkilatları yaranmışdı. Onlar ictimai-siyasi hərəkat kimi faşizm adlandırmışdılar. Faşizm sinfi mübarizə prinsipini rədd edən, milli birlik naminə sinifləri və sosial təbəqələri əməkdaşlığa çağıran, vətəndaş həmrəyliyini, millətçiliyi, irqçilyi təbliğ edən, liberal demokratizmin alternativi olaraq "siniflər fövqündə" duran güclü totalitar-avtoritar dövlət yaratmaq istəyən, marksizmin, kommunizmin, sovetizmin, sionizmin və passifizmin qaqtı düşməni olan ictimai-siyasi hərəkat idi. Onun ideologiyasının hazırlanmasında A.Hitlerin, A.Rozenberqin, D.Centilin, B.Mussolinin, O.Moslinin əsər və deyimlərinin mümhüm rolu olmuşdu.

1922-ci ilədə İtalyada faşistlər və 1933-cü ildə isə Almaniyada nasistlər hakimiyyətə gələrək güclü diktatura yaratmışdılar. Artıq XX əsrin 30-cu illərin ortaları üçün Avropada və Rusiyada liberal-demokratizmə elternativ faşist və sovet modelli totalitar-avtoritar rejimlər bərqərar olmuşdu.

İtaliyada faşist Almaniyada nasist, Portuqaliyada, İspaniyada və b. Avropa ölkələrində yaranmış, bu növ hibrid rejimləri totalitar-avtoritar rejim adlandırdılar. Habelə, XX əsrin 20-ci illərindən 50-ci illərin birinci yarısına (İ.Stalinin ölümünə qədər) kimi SSRİ-də mövcud olmuş bolşevik və ikinci dünya müharibəsindən sonra xalq demokratiyası adlandırılan rejimlər kapitalizmə alternativ totalitar-avtoritar rejimllər idilər.

Faşistləri və bolşevikləri ənənəvi mühazifəzarlıqdan və liberallardan fərqləndirən cəhət istənilən problemlərin həllində zor yolunu göstərməlidir. Onlar zor yolu ilə dünyanı yenidən qurmaq niyyətində idilər. Onların hər ikisi kapitalizmə qarşı çıxırdılar. Onlara görə kapitalizmə xas olan azad rəqabət millətin, xalqın birliyini parçalayır. Faşistlər kommunsitlərin sinfi mübarizə təlimini də bu mövqedən izah edirdilər.

Bunula yanaşı faşistlər sosialistlərdən bəzi ideyaları əxz etdiklərindən özlərini sosialist adlandırıdılar. İdeya-siyasi cəhətdən faşistləri sağlar, sosialistlər isə sollar hesab olunurdular. XX əsrin 20-30 illərində bir çox müəlliflər faşizm sosializmlə, bolşevizmlə eyniləşdirir, bir ideyadan- sosializmdən bəhrəndiklərini göstərirdilər. Hətta onlar alman nasizminin bir çox əlamətlərinin, xüsusən bütün sahələrin dövlətin əlində cəmləşməsini, vahid partiyalı totalitar cəmiyyət və avtoritar dövlətin qurulmasını, bolşevizmin strukturuna uyğun siyasi təşkilat yaradılmasını bolşevilklərdən əxz etdiklərini bildirirdilər. Onlar hesab edirdilər ki, siyasi mübarizə, hakimiyyəti ələ almaq və idarə etmək metodlarında faşistlərlə boşeviklər arasında müəyyən oxşarlıq var idi.

Qeyd etmək lazımdır ki, faşizm və bolşevizmin müəyyən oxşar cəhətləri olduğu kimi, əsaslı fərqli cəhətləri də var idi. Belə ki, bolşevizm siniflərə, sinfi mübarizə nəzəriyyəsinə üstünlük verirdisə, faşizm millət və irqçilik konsepsiyasını əsas götürürdü. Faşistlər və nasional sosialistlər siyasətin və ideologiyanın həlledici roluna üstünlük verəsələr də, dövlətin möhkəm nəzarəti altında istehsal vasitələri üzərində xüsusi mülkiyyəti və bazar iqtisadiyyatını saxlayırdılar. Bolşeviklər isə nəzəriyyədə bazisə və ya iqtisadiyyata həlledici yer verməklə istehsal vasitələrini ictimailəşdirmək yolu ilə gedirdilər.

Əgər nasional sosializm demokratiya və liberalizm ideyasını qəbul etmirdisə, sovet rejimi partiya rəqabətini aradan qaldırmaqla "həqiqi demkratik" prinsipləri həyata keçirmək niyyətində olduğunu elan edirdi.

Bolşevizm tarixdə ən ədalətli və xoşbəxt cəmiyyət-kommunizm cəmiyyəti qurmaq nəzəriyyəsini rəhbər tuturdu. Faşizm isə siniflər fövqündə duran milli ruhun təcəssümü olan güclü dövlət yaratmaq niyyətində idi.

Faşizmlə bolşevizmin oxşar cəhətlərinə gəldikdə, onlar hər ikisi iki əsrin qovşağında, xüsusən XX əsrin ikinci onilliyində mövcud həyat tərzinə alternativ kimi meydana çıxmışdılar. Onların hər ikisi XX əsrin ikinci və üçüncü onilliklərində mühüm faktora çevrilmişdilər.

Faşizm və bolşevizm bir-birinə yaxın və ya ümumi cəhətlərə də malik idilər. Hər sahəni əhatə edən vahid maəqsəd (mahiyyətcə onlar bir-birindən fərqlənsə də); vahid bir partiyanın hökmranlığı; hamı üçün məcburi olan vahid ideologiyanın olması; məqsədə çatmaq məsələlərinin və metodlarının oxşarlığı; partiya, dövlət və siyasiləşəməsi; fiziki və mənəvi terror bu qəbilədəndirlər.

Faşizm özünü, qeyri-marksist sosializmin millətçiliklə birləşdirilməsi, liberalizmə, demokratiyaya və marksizmə əks olan bir hərəkat kimi göstərmişdi. O, dövlətə xidmət üçün iqtisadi planlaşdırmanın və dövlət iqtisadiyyatının, habelə xüsusi mülkiyyətin səfərbər edilməsinin tamamilə yeni imkanlarını aşkar etmişdi.

İctimai-siyasi hərəkat kimi faşizm müxtəlif ölkələrdəə müxtəlif adlarda təzahür etmişdi. Lakin ideyaca demək olar ki, eyni mahiyyət daşımışdılar. Onlar faşizm adı ilə tanınsalar da, aralarında müəyyən fərqlər də olmuşdur. Məsələn, beynəlqxalq faşizmin klassik forması klassik forması olan nasistlərə ifrat millətçiliyin irqçilik ideyaslnl əsas götürmüşdülər. Onlara görə dünyada yaşamağa və ağalıq etməyə yalnız "ari" irqlər qadirdilər. Nasistlərdən fərqli olaraq İtalyan faşistləri bioloji antisemitizmin və sosial darvinizmin qatı tərəfdarı olmamış, korporativ cəmiyyət qurmağı üstün tutmşudular. Qeyd edək ki, erməni daşnaklar da irçilikdə nasistlərdən geri qalmırlar.

Kapitəlizmə totalitar alternativ təzahürü olan faşizm və sosializm XX əsrdə müəyyən zaman kəsiyi ərzində özlərinə məxsus istiqamət və meyilləri gerçəkəşmişdilər. Onlar liberal demokratizmə alternativ olan Ümumavropa, ümumdünya fenomeni kimi çıxış etmişdilər. Lakin faşizm ikinci dünya müharibəsində, bolşevizm isə XX əsrin 90-cı illərində iflasa uğramışdı.

Beləliklə, ciddi ictimai-siyasi nəticələrə gətirib çıxarmış Birinci dünya müharibəsi dövrü dünyanın siyasi tarixinidə mühüm mərhələ təşkil etmişdi. O, XX əsrin sonrakı dövrlərində çətin, ziddiyətli və rəngarəng sosial-siyasi inkişaf üçün maddi-mənəvi zəmin vermişdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin