Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Sarayevo qətli.1914-cü il iyul böhranı



Yüklə 0,52 Mb.
səhifə133/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   130   131   132   133   134   135   136   137   138
Yeni tarix müh

Sarayevo qətli.1914-cü il iyul böhranı. Gərgin beynəlxalq şəraitdə istənilən münaqişə müharibəyə çevrilə bilərdi.1911,1912 və 1913-cü illər böhranı ümümi müharibəyə gətirə bilərdi.Lakin bu illərdə dünya müharibəsi başlanmadı.1914-cü ildə baş verən böhran isə dünya müharibəsinə gətirib çıxartdı.İyulun 28-də Sarayevoda serb millətçilərinin “Gənc Bosniya” təşkilatının üzvü 18 yaşlı Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdi,hərbi təlimləri müşahidə etmək üçün Bosniya paytaxtına gələn Frans-Ferdinantı qətlə yetirdi.Avstriya-Macarıstan diplomatiyası bundan istifadə edərək Serbistanı darmadağın etmək qərarına gəldi.Avstriya-Macarıstanda başa düşürdülər ki,Serbistanla müharibəyə Rusiyada qoşula bilər.Rusiyanın müharibəyə girməsi isə Almaniyanı müharibəyə qoşardı.Almaniyanın müharibəyə qoşulması isə hərbi əməliyyatlara girməsinə gətirib cıxaracaqdır.Bu şəraitdə Avropa dövlətlərinin diplomatiyası qarşısında belə bir sual yarandı: Almaniya Avstriya-Macarıstanın Serbistana qarşı müharibəyə başlamasına və Avropa müharibəsinin törədilməsinə hazırdirmı?Almaniya diplomatiyası bu suala müsbət cavab verdi.İyulun 5-də Potsdamda II Vilhelm Avstriya-Macarıstan imperatorunun xüsusi nümayəndəsinin qəbul etdi.O,Avstriya-Macarıstanın Serbistana qarşı olan hərəkətlərini bəyəndi.Bunun ardınca II Vilhelm silahlı qüvvələrin rəhbərlərini çağırıb müharibə başlanacağı ehtimalı barədə onlara məlumat verdi.Alman diplomatiyası Avstriya-Macarıstanı nəinki müharıbəyə təşviq etdi, eyni zamanda onu hərbi əməliyyatlara başlamağa tələsdirdi.

Almaniya hökumətinin bu mövqeyini görən Avstriya-Macarıstan Serbistana ultimatum verdi.Ultimatum iyulun 23-də serb hökumətinə təqdim edildi.Ultimatumda antiavstriya təbliğatına qarşı mübarizə aparmaq üçün Serbistanın daxili işlərinə qarışmaq,qətli araşdırmaq üçün nümayəndələrin Bosniyaya gəlməsi,Serbistanın təzminat ödəməsi və s. məsələlər irəli sürüldü.Ultimatuma 48 saat müddətində cavab verməli idi.İyulun 25-də Serbistanın baş naziri Paşiç Avstriya-Macarıstan elçisinə cavab verdi.Paşiç serb hökumətinin ultimatumun bütün şərtlərini (yalnız Serbistana komissiyanın gəlməsindən başqa) qəbul etdiyini bildirdi.Qəbul edilməyən şərti isə Serbistan üçün təhqiredici hesab etdi.Avstriya-Macarıstan səfiri dərhal iki ölkə arasında diplomatik münasibətlərin kəsildiyini bildirdi.

Bu münaqişədə Rusiya prinsipial mövqe tutmaq və Serbistanı müdafıə etmək qərarına gəldi.Fransız diplomatiyası da Rusiyanı müdafiə etdi.

Avstriya-Macarıstan bəzi silahlı qüvvələrinə səfərbərliyi həyata keçirb iyulun 28-də Serbistana müharibə elan etdi.İyulun 29-da rus hökuməti qismən hərbi səfərbərlik elan etdi.

İyulun 29-a qədər alman diplomatiyası İngiltərənin birtərəf qalacağına ümid bəsləyirdi.Lakin həmin gün İngiltərənin xarici işlər naziri Qrey Almaniyanın Londondakı səfirinə birmənalı şəkildə bildirdi: “Əgər qitədə müharibə olarsa və ona Almaniya ilə Fransa qoşularsa ,İngiltərə də müharibəyə Fransa tərəfindən qoşulacaqdır”. İngiltərnin bu mövqeyini görən alman diplomatiyası Avstriya-Macarıstana Serbistanla kompromis tapmağı təklif etdi.Lakin Almaniya Baş qərargahının rəisi Kiçik Möltke kompromisin əleyhinə çıxaraq hərbi əməliyyatların başlamasına israr etdi.

İyulun 29-da alman hökuməti Rusiyadan hərbi hazırlığı dayandırmağı tələb etdi.Almaniyanın tələbinin yerinə yetirmədiyi təqdirdə alman hökuməti səfərbərlik keçirəcəyini bildirdi.İyulun 30-da rus və Avstriya-Macarıstan hökumətləri ümumi səfərbərlik elan etdilər.İyulun 31-də alman hökuməti Rusiyadan hərbi hazırlığı dayandırmağı tələb edən yeni ultimatum verdi.Rus hökuməti ona rədd cavbı verdi.Bundan sonra avqustun 1-də Almaniya Rusiyaya müharibə elan etdi.

Avqustun 3-də isə alman hökuməti Fransaya müharibə elan etdi.Şliffen planına uyğun olaraq alman orduları Belçikanın birtərəfliyini pozaraq onun ərazisindən keçib Fransaya soxuldular.

Avqustun 4-də İngiltərənin xarici işlər naziri Qrey Almaniyaya ultimatum verərək Belçikanın birtərəfliyinə hörmət göstərilməsini tələb etdi.Cavabı almayan İngiltərə avqustun 4-dən 5-nə keçən gecə Almaniyaya qarşı müharibəyə başladı.Beləliklə, birinci dünya müharibə başlandı.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin