Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Müharibənin başlaması və hərbi əməliyyatların gedişi



Yüklə 0,52 Mb.
səhifə135/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   130   131   132   133   134   135   136   137   138
Yeni tarix müh

Müharibənin başlaması və hərbi əməliyyatların gedişi. Bu müharibə bəşəriyyət tarixində İkinci Dünya müharibəsinə qədərki ən böyük müharibə olmuşdur. Bu adlandırma İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə "Böyük müharibə" və ya birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu:

"Atanta"da İngiltərə, Fransa və Rusiya, "Üçlər ittifaqı"nda isə Almaniya Avstriya-Macatıstan və İtaliya (1915-ci ildə Atantanın tərəfinə keçir) var idi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkət etdi. İtaliya da müharibə başlayacanda Almaniya və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hətbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin ölümlərin sayını daha da artırıdı.

Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Ferdinandın 28 iyun 1918-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən müharibənin baslanması üçün bəhanə oldu.

Avstriya-Macarıstan ordusunun baş komandanı, ershersoq Frans-Ferdinand Bosniyadakı manevrlərdə iştirak edirdi. İyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdini Sarayevoda öldürdü. Bunun qarşılığında isə Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi.

1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil oldu. Belqrad şəhəri bombardman edildi. Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə, yəni avqustun 1-də Almaniya Rusiyaya, avqustun 3-də isə Fransaya müharibə elan etdi. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikayada hücum etdi.

Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşuldular. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdilər. Lakin o, Avropaya qoşun göndərmədi, Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı.

1914-cü ildə Osmanlı dövləti "Üçlər İttifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. Suriya, Fələstin və Qafqazda yeni cəbhələr açıldı.

Müharibəyə girən dövlətlərin hər birinin hərbi əməliyyat üçün qabaqcadan hazırlanmış planı var idi. Almaniya uzun müddət alman baş qərargahına rəhbərlik etmiş və müharibədən az öncə vəfat edən rəhbərinin adı ilə adlandırılmış Şliffen planına əməl edirdi. Almaniyanın planı zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən Fransya keçərək fransız qoşunlarını əzmək, həm də onu Rusiyaya zərbə vurmaq üçün öz qoşunlarını bir yerə toplayanadək təslim olmağa məcbur etmək idi. Bundan sonra qısa müddətdə Rusiyanı da darmadağın etmək nəzərdə tutulurdu.

Alman qoşunlarının güclü qruplaşması Belçika ordusunu geri oturdu və Fransaya daxil oldu. Fransızlar və Fransanın Şimal sahilinə çıxarılmış ingilis korpusu daha üsstün olan alman qüvvələrinin təzyiqi altında geri çəkilməyə məcbur oldular. Alman ordusu Paris üzərinə yeridi. Almaniya imperatoru II Vilhelm payızda Fransanın təslim olacağını vəd edirdi. Fransanın başı üstünü ölüm təhlükəsi almışdı. Fransa hökuməti müvəqqəti olaraq paytaxtı tərk etdi. Rusiyada isə səfərbərlik ləng gedirdi. Fransa hökuməti təcili kömək üün Rusiyaya müraciət etdiyi zaman qoşunlarının cəbhə boyu düzülməsi, döyüş sursatı ilə təchiz olunması və cəmləşdirilməsi hələ başa çatdırılmamışdı. Buna baxmayaraq ruslar tələm-tələsik öz ordusunu hücuma göndərdi. Rusiyanın iki ordusu Şərqi Prussiya ərazisinə girdi, onun xeyli hissəsini tutdu və bu, Almaniyanın ordu komandanlığında narahatlığa səbəb oldu. Aıman komandanlığı iki piyada korpusunu və süvari diviziyasını tələsik Fransadan çıxararaq Şərq cəbhəsinə yolladı. Beləliklə, Fransaya hücum üçün nəzərdə tutulan ehtiyyat qoşunların bir hissəsi Şərqi Prussiyaya göndərildi. Tannenberq döyüşü adlanan döyüşlərdə Rusiya ordusu üç dəfə çox say üstünlüyünə malik olsa da, ağır məğlubiyyətə uğradıldı. Alman ordusunun itkiləri 12000 nəfər, Rusiya ordusunun itkiləri isə 17000 nəfər idi. Daha sonrakı döyüşlərdə alman ordusu rusları Mazur gölü yaxınlığındakı döyüşlərdə bir daha ağır məğlubiyyətə uğradaraq onları tamamilə Almaniya ərazasindən kənarlaşdırdı. Lakin Rusiyanın bir neçə ordusu cənubda hücumlarının davam etdirirdi. Rusiya qoşunları Avstriya-Macarıstan qoşunlarının müdafiə xəttini yararaq, onları geri oturtdu və Polşanın Polşanın Avstriyaya aid olan hissəsini və Qalçiyanı (Qərbi Ukrayna) tutdu. Lakin alman ordusu köməyə gələrək rus ordusunu burada da bir neçə ağır məğlubiyyətə uğradaraq onları geri oturdu. Rus ordusu böyük itkilər verdi, lakin Fransanı xilsa etdi.

Fransadan qoşunların bir hissəsinin çıxarılıb Şərq cəbhəsinə göndrəilməsi nəticəsində almanların Parisə getmək üçün qüvvələri çatışmadı. Onlar hücum xəttini qısaltmağa məcbur oldular və Parisin şimal-şərqində Marna çayına çatdılar. Burada onlar ingilis və fransızların bpyük qüvvələri ilə üz-üzə gəldilər. 1914-cü ilin sentyabrında baş vermiş Marna sahilindəki vuruşmada hər iki tərəfdən 2,5 milyon nəfərdən çox adam iştirak edirdi. Fransız və ingilis qoşunları hücuma keçdilər. Sentyabrın 9-da almanlar cəbhə boyu geri çəkilməyə başladılar. Onlar hücum edən düşməni yalnız Ena çayı sahilində dayandıra bildilər.

Beləliklə, Almaniyanın ildırımsürətli müharibə planı boşa çıxdı. Almaniya iki cəbhə uzun sürən ağır müharibə aparmalı oldu.1914-cü ilin axırına yaxın Qərb cəbhəsi Şimal dənizindən İsveçrə sahilinədək sabitləşdi. Əsgərlər səngərlərə çəkildilər. Manevr müharibəsi mövqe müahribəsinə çevrildi. Quruda müharibənin faktiki olaraq dalana düşməsi ilə əlaqədar olaraq hər iki yeni müttəqfiqlər axtarırdı ki, yeni cəbhələr açsın və ya hətta qüvvənin kiçik ittihamının əlavə olunması Macarıstana tezliklə Osmanlı İmperiyası qoşuldu. Axırıncının düşməni Rusiya İmperiyası və həmçinin 1913-cü il Balkan müharibəsində özünü Serbiya tərəfindən incidilmiş sayan Bolqarıstan idi. Daha mühümm perspektivə malik olan İtaliya idi. Lakin İtaliya İttifaq dövlətlərinə rəsmi olaraq üzv olmasına baxmayaraq, xeyli əvvəl bu ittifaqdan uzaqlaşmışdı və 1914-cü il böhranında iştirak etməmişdi. Hər iki tərəf İtaliya hökumətindən xahiş edirdi, onun özü də hər iki tərəflə sakitcə sövdələşməyə hazır idi. İtalyan ictimaiyyəti parçalanmışdı, ehtimal ki, xalqın əksəriyyəti sülhün saxlanılması istəridi, bunu həm katolik, həm də sosialist rəhbərlər məsləhət görürdülər. Qatı millətçilər öz irredantlarını, italyanlar yaşayan, lakin İtaliyaya tabe olmayan sərhəd regionları ələ keçirmək şansını götürdülər. İtalyan hökuməti Avstriya-Macarıstanla danışıqlara başladı, əgər Terentino və Cenubi Tirol təslim edilərsə, hücum edən Avstriyanın onlardan ıl çəkməsini təklif etdilər. Avstriya ilə axırda İtaliya özünə çox sərfəli şərtlər əsasında müharibəyə qoşuldu. 1915-ci il London məxfi müqaviləsi ilə Britaniya, Fransa, Rusiya və İtaliya razılığa gəldilər ki, əgər Antanta müharibədə qalib gəlsə İtaliya Terentinonu, Cənubi Tirolu, İstiriyanı, Triyest şəhərini və Dalmasiya adalarının bəzilərini alacaqdı. Əgər Türkiyə parçalansa, İtaliya Kiçik Asiyada Adaliyanı alacaqdı və əgər İngiltərə Fransa Almaniyanın Afrikadakı müstəmləkələrini tutsa, İtaliya, Liviya və Somalidə ərazi artımı əldə edəcəkdi. Qısaca, London müqviləsi ərazi ekspansiyasının müharibədən əvvəlki praktikasını davam etdirirdi.

Hər bir tərəf digərinin torpağında yaşayan milli azlıqları və narazı qrupları satın alırdı. Almanlar Rusiyanı sıxışdrımaq üçün Polşaya müstəqillik vəd etdi. Onlar Ukraynadakı yerli millətçiliyi hərəkətə gətirdilər. Belçikada isə almanpərəst flamand xalqının qiyamını qaldırdılar. Onlar Osmanlı sultanını xəlifə kimi inanırdılar ki, o, Şimali Afrikada müqəddəs müharibə elan etsin, ümid edirdilər ki, bu yolla hiddətləndirilən müsəlmanlar ingilisləri Misirdən, fransızları isə Əlcəzairdən qovacaqlar. Bu təşəbbüs uğursuz oldu. Alman agentləri İrlandiyada iş aparırdılar və bir irland millətçisi Rocer Keysment alman sualtı qayığında İrlandiyaya gəlib 1916-cı il Pasxa qiyamına hazırlıq gördü və başlanan qiyam Britaniya tərəfindən yatırıldı.

1915-ci ildə Almaniya və onun müttəfiqləri əsas zərbəni Rusiyaya qarçı yönəldərək onu tam məğluiyyətə uğratmaq və müharibədən çıxarmaq plannını hazrırladılar. Fevral-mart aylarında alman qoşunları hücuma keçdilər. May ayında qüvvə cəhətdən üstün olan Almaniya və Avstriya-Macarıstan qoşunları Qorlitsa ərazisində cəbhəni yardılar. Almanlar Varşavadan şimalda da hücuma başladılar və avqust ayında şəhəri tutdular. Onlar silah və sursat cəhətdən çox pis təchiz olunmuş rus qoşunlarını bir sıra ağır məğlubiyyətlərə uğratdılar. 1915-ci ilin payızında almanlar bütün Polşanı və Baltikanın bir hissəsini tutdular. Rusiya isə təkbaşına qalaraq bu döyüşlərdə 11 milyon əsgər itki (onların 3 milyonu düşmüşdülər) verdi. Çarizm Rusiya ordusunun təchizatının çox iqtisadiyyatını hərbi sənaye üçün işləməyə məcbur etdi. Bunun nəticəsində ordunun təchizatı nisbətən yaxşılaşdı, lakin imperiyanın iqtisadiyyatı tənəzzülə uğradı, ölkədə qida və geyim qıtlığı yarandı ki, bu da nəticədə 1917-ci ildə Oktyabr inqilabına və vətəndaş müharibəsinə səbəb oldu.

1915-ci ildə Almaniya İngiltərəyə sarsıdıcı zərbə vurmağa cəhd göstərdi. Almaniya İngiltrəyə lazımi xammal və ərzaq gətirilməsinin qarşısını almaq üçün ilk dəfə olaraq daha yeni silahdan- sualtı qayıqlardan istifadə etdi. Yüzlərlə gəmi məhv edildi, onların heyətləri və sərnişinləri həlak oldu. İngiltərə isə gəmiqayırmanı artırmaq və sürətləndirmək yolu ilə, habelə sualtı qarçı səmərəli müdafiə tədbirləri hazırlamaqla baçı üzərini almış təhlükəni aradan qaldırdı. Həmin ilin yazında Almaniya müharibələr tarixində ən yeni silah olan zəhərləyici maddələrdən istifadə etdi. Lakin bu silah yalnız taktiki müvəffəqiyyəti təmin etdi.

Almaniya Rusiyanı tamamilə gücdən saldıqdan sonra bütün diqqətini Fransaya qarşı yönəldi. 1916-cı il fevralın 21-də alman qoşunları Verden yaxınlğında cəbhənin bir hissəsində hücuma keçdilər. Alman komandanlığı burada çox böyük qüvvə toplamışdı. Hücum çox güclü artilleriya bombardmanı ilə başladı. Lakin alman piyadası hücuma keçdikcə gözlənilmədən fransızların qızğın atəşinə rast gəldi. Burada yarım il davam edən döyüşlərdən sonra almanlar yalnız cüzi irəliləyiş əldə edə bildilər. Həmin ilin iyul ayında Almaniyanın qüvvələrinin zəifləməsindən istifadə edən ingilis və fransız qoşunları Somma çayı sahilində hüxuma keçdilər. Burada qanlı vuruşmalar pazyızın axırına kimi davam etdi. Burada ingilislər və fransızlar tarixdə ilk dəfə olaraq tanklardan istifadı etdilər. onların texnikası indi almanların texnikasından daha üstün idi. Onlar burada ciddi müvəffəqiyyət əldə edə bilmədilər, lakin almanların Verden üzərinə təzyiqi zəiflədi və dekabrda alman qoşunları orada müadifıyı keçməli oldu. "verden qəssabxanası"nda bir milyona yaxın alman və fransız əsgəri və zabiti qırıldı.

1917-ci ilin aprelində ABŞ Almaniyaya qarşı müharibı elan etdi. LAkin Almaniya artıq gücdən düşmüşdü və ingilis və fransızların birgə qüvvələrinə qarşı müqavimət göstərə bilmirdi. Yaxınlaşmaqda olan qələbənin bəhrələrini ABŞ ilə bölüşdürmək istəməyən Fransa və İngiltərənin hakim dairələri cəhd edirdilər ki, ABŞ diviziyaları Avropaya gələnə qədər Almaniyanı məğlubiyyətə uğratsınlar. Lakin Almaniya və Avstriya-Macarıstan qoşunları 1917-ci ilin oktyabrında Kaporetto yaxınlığında italiyanların cəbhə xəttini yardılar, İtaliya ordusunun xeyli hissəsini darmadağın edib İtaliyanın ən mühüm mərkəzlərinə yaxınlaşdılar. Onların hücumu təcili olaraq avtomaşınlarla buraya gətirilmiş ingilis və fransız qoşunları tərəfindın dayandırıldı.

1914-cü il oktyabrın 20-də Rusiya Osmanlıya müharibə elan etdi. Bununla da Qfqazda hərbi əməliyyatlar başladı. Türk qoşunları Ənvər Paşanın komandanlığı altında Qars-Batum istiqamıtində Cənubi Qafqaza hücum etdi. Cənubi Qafqaza hücum etməklə yanaşı Cənubi Azərbaycan ərazisinə də girdilər. Ənvər Paşa və qərargahın hazırladığı hərbi plana əsasən Qafqazda rus qoşunlarına əsas zərbə Sarıqamış döyüşündə endirilməli idi. Əməliyyatda Ənvr Paşa rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 4 dekabr 1914-cü ildə başladı və 18 yanvar 1915-ci ilədək davam etdi. Çətin döyüşlərdə ağır itki verən türk qoşunu mğlun oldu. Canlı qüvvə və texnikasının çoxluğu rus qoşunu türk ordusunu Cənubi Azərbaycandan çıxartdı. Rusiyada yaşayan müsəlmən türkləri orduya çağırmırdılar. Bundan başqa çar hökuməti Azərbaycan türklərinin cəbhələrdə Osmanlı ordusuna qarşı vuruşmayacağndan ehtiyat edərək orduya çağırmırdı. 1916-cı ilin fevralında ruslar Ərzurumu, yazında isə Trabzonu işğal etdi.

1915-ci ilin aprelində Londonda Atanta dövlətləri İngiltərə, Fransa və Rusiya gizli razılaşma ilə İtaliayaya bir sıra ərazilər vəd edərək onu öz tərəflərinə çəkdilər. Atanta İtaliyanın hakim dairərlərinə ALmaniyanın və Balkanlarda İtaliya ilə maaraqları toqquşan Avstriya-Macarıstanın vəd edə biləcəyindən daha çox şey vəd etdi. İtaliya "Atanta"ya qoşuldu. 1915-ci ilin sentyabrında Bolqarıstan Avstriya, Almaniya və Osmanlı dövlətləri ilə ittifaqa girdi. 1916-cı ilin avqustunda Rumiya "Atanta" tərəfindən müharibəyə qoşuldu. 1917-ci ilin aprelində ABŞ Almaniyay müharibə elan etdi. ABŞ Rusiyanın məğlub olaraq müharibədən çəkilməsindən sonra onu müttəfiqləri olan Atantanın məğlub olacağından ehtiyat edirdi. Belə ki, ABŞ hökuməti və bankları Antanta dövlətlərinə çox böyük miqdarda kredit vermişdi. Əgər Atanta məğlub olsaydı onlar öz borclarını ödəyə bilməyəcəkdi və buna uyöun olaraq da ABŞ iqtisadiyyatı da tənəzzülə uğrayacaqdı. ABŞ ordusunun müharibəyə qoşulması Atanta qoşunlarında çox böyük ruh yüksəkliyi yaaratdı. Ümumiyyətlə 28 dövlətin qoşulduğu dünya müharibəsi hər iki tərəfdənə ədalətsiz, işğaçılıq müharibəsi idi.

1918-ci ilin yazında alman komandanlığı ABŞ-ın iri silahlı qüvvələri Avropaya gəlib çıxana qədər ingilis-fransız qoşunlarını darmadağın etməyə cəhd göstərdi. Alman komandanlığı əsgərləri inandırmağa çalışırdı ki, bu, həlledici və son döyüş olacaqdır. Beləliklə, Almaniya martın axırında hücuma başladı. Alman qoşunları böyük tələfat bahasına Parisə tərəf irəliləyə, xeyyli əsir ala və qənimət ələ keçirə bildilər. Lakin ABŞ qoşunlarının əsas hissələri gələnədək ingilis-fransız ordularını əzmək mümkün olmadı. Almaniyanın yalnız maddi ehtiyatları deyil, həm də insan insan ehtiyatları tükənirdi. Cəbhəyə artıq yeniyetmələri göndərməyə başlamışdılar. Əsgərlər əldən düşmüşdülər və vuruşmaq istəmirdilər, bəziləri isə ordudan qaçırdı. Alman qoşunlarının hücumu müvəffəqiyyətsizliyə uğradı və təşəbbüs Atantaya keçdi. İngilis-fransız orduları və artıq gəlib çıxmış ABŞ qoşunları fransız marşalı Foşun ümumi komandanlığı altnda hücuma başladılar. Onlar almanların cəbhəsini yararaq bir gündə 16 diviziyanı darmadağın etdilər. Vuruşmaq istəməyən alman əsgərləri əsir düşürdülər. Alman baş qərargahının faktiki rəhbəri olan general Lüdendorfun sözləri ilə desək, bu, dünya müharibəsi tarixində alman ordusunun ən qara günü idi. Almaniyanın silahlı qüvvələri Fransa-İngiltərə və Amerika qoşunlarının əsas hücumuna qarşı müqavimət göstərə bilmirdilər. İngiltərə-Fransa və Serbiya qoşunları Balkan cəbhəsində də hücum edirdilər. Bolqar ordusu əzildi və Bolqarıstan təslim oldu. İngilis-Fransız qoşunları Fələstində və Suriyada türk ordusunu məğlub etdikdən sonra Osmanlı imperiyası da təslim oldu. Avstriya-Macarıstan ordusunun əsgərləri vuruşmaqdan imtina edirdilər. Avstriya-Macarıstan imperiyası dağıldı. Onun ərazisində bir sıra müstəqil milli dövlət yarandı. 1918-ci il noyabrın 3-də Avstriya-Macarıstan komandanlığı Antantanın diqtə etdiyi barışığı imzaladı. Elə həmin gün Almaniyada inqilab başlandı. Noyabrın 9-da xalq monarxiyanı devirdi. Ölkə respublika oldu. Yeni hökumət yaradıldı. 1918-ci il noyabrın 11-də sübh çağı Kompyen meşəsində, general Foşun mənzil-qərargahında Almaniya ilə onun rəqibləri arasında sülh müqaviləsi imzalandı. Noyabrın 11-də saat 11-də ali baş komandanın qərargahının qarşısında duran siqnalçı "Atəşi dayandırın!" əmrini verdi. Bu siqnal bütün cəbhəyə çatdırıldı. Həmin anda döyüş əməliyyatları dayandırıldı. Birinci dünya müharibəsi başa çatdı.

Birinci Dünya müharibəsi 1918-ci ildə 11 noyabr Almaniyanın təslim olması ilə sona çatdı. Rusiyada 1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar. 3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya və İttifaq Dövlətləri ilə sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq dövlətləri" ilə sülh bağladı. 1918-ci il noyabrın 11-də isə Almaniya təslim oldu. Beləliklə, müharibə İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı.



1914-cü ildə Almaniya müharibəyə öz rəqiblərindən daha yaxşı hazırlaşmışdı. Lakin dünya müharibəsi İttifaq dövlətlərinin məğlubiyyəti illə başa çatdı. Antantanın canlı qüvvə və maddi resurslar cəhətdən üstünlüyünün həlledici əhəmiyyəti oldu. Amerika Birləşmiş Ştatları da Antanta tərəfində idi. Almaniya, Rusiyada, Avstriya-Macarıstanda və Osmanlı imperiyalarında mövcud olan quruluş dünya müharibəsi sınaqlarından çıxmadı və dördü də dünyanın siyasi xəritəsindən silindi. ABŞ, İngiltərə və Fransa imperialistləri özlərinin başlıca rəqiblərinin darmadağın edilməsinə nail oldular və dünyanın yenidən bölüşdürülməsinə başladılar. İmperializmin doğurduğu bu müharibə milyonlarla adamı məhv etdi və çox böyük maddi zərər vurdu. Öldürülənlər və yaralardan ölənlər azı 10 milyon, yaralananlar isə 20 milyon nəfərdən çox idi. Bundan əlavə, çox sayda isan aclıq və xəstəlikdən dünyasını dəyişmişdi. 1914-1918-ci illərdə müharibədə vuruşan başlıca dövlətlərin milli sərvətinin orta hesabla üçdə bir hissəsi məhv olmuşdu. Bütöv kəndlər və şəhərlər yer üzündən silindi, çox sayda dəmiryollar, körpülər, fabrik və zavodlar dağıdıldı. Müharibə bir çox Avropa ölkəsinin sənayesinin, kənd təsərrüfatının və mailiyyəsinin dağılmasına səbəb oldu. 1772-1913-cü illərdəki müharibələrinin hamısının birlikdə vurduğu ziyan 6 milyard dollar (1913-cü ilin qızıl dollar hesabı ilə) təşkil etmişdisə, Birinci Dünya müharibəsi 80 milyard dollar məbləğində ziyan vurmuşdu. Bu soyğunçuluq müharibəsinin müsbətləri və onun nəticlərinin bütün ağırlığı zəhmətkeş kütlənin üzərinə düşmüşdü.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin