Mövzu: Qədim Azərbaycanda xristian dini



Yüklə 219,15 Kb.
səhifə1/3
tarix21.04.2017
ölçüsü219,15 Kb.
#15031
  1   2   3
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Tarix fakültəsi əyani şöbəsi III kurs, 302-

qrup tələbəsi Əliyeva Arzunun Dinlər

Tarixi fənnindən

Sərbəst İşi

Bakı 2014

Mövzu:

1.Qədim Azərbaycanda xristian dini

2.Caynizm və siqhizm

3.Qeyri-ənənəvi dinlər

4.Şəriət bayramları haqqında

5.Müsəlman nigahı

1

1.Qədim Azərbaycanda xristian dini

Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. Qafqaz Albaniyasında xristianlıq  eramızın 54 - 57 -ci illərində apostol Müqəddəs Yeliseyin  təbliğ fəaliyyətindən sonra yayılmışdır. Bu səbəbdən Alban kilsəsi  apostol kilsəsi adlandırılır. Qafqazda , eləcə də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri alban kilsəsidir.

Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə görə, eramızın ilk əsrlərinin başlanğıcında yerusəlimdən, Suriyadan ilk xristian missionerləri, həvariləri  (apostolları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı. Yenə də alban ənənəsi xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin  və Müqəddəs Faddeyin şagirdi Müqəddəs Yeliseyin  adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın  adları ilə bağlıdır.

Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.

313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın 2 yayılmasının qrekofil dövrüadlanan yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Sinayda aşkar edilmiş "Alban yazısında və Alban dilində" leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.

451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. V-VI əsrlərdə ölkə əpazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. VI əsrin sonu - VII əsrin əvvəllərində Alban kilsəsi diofizitliyi qəbul edir.

Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. X-XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir.

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır.



3

Pravoslavlıq. Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır.

Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı.



Katolisizm. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. Hazırda Bakıda Roma-katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrılmışdır. 22-23 may 2002-ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda rəsmi səfərdə olmuşdur.

Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ XIX əsrin ikinci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də XIX əsrin əvvəllərində Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar sayılmalıdır. O vaxt ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün 4

sorğu-sualından yaxa qurtarmağa çalışırdılar. 1819-cu ilin əvvəlində Azərbaycanda 209 alman ailəsi vardı. Bakıda İncilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899-cu ildə icmanın üzvləri şəhərdə öz məbədlərini - kirxanı (indiki Kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda (indiki Xanlar) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə Lüteran kilsəsinin keşişləri başqa dini icmaların nümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994-cü ildə lüteran icması Bakıda yenidən fəaliyyətə başlamışdır.



5

2.Caynizm və Siqhizm

Caynizm — e.ə. VI əsrdə Hindistanda yaranmış qeyri-ortodoksal qədim hind dini.

Hindistana mənsub olan bir din olaraq, caynizm e.ə. VI əsrdə ortaya çıxmışdır. Caynizm milli bir xarakterə sahib olub, Hindistandan kənara çıxmamışdır. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar, Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 milyona çatır.

Caynizm "qalib" mənasında olan Cina və ya "böyük qəhrəman" mənasında olan Mahavira ləqəbli bir şahzadə olan Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır.

Caynizm doktrinası əsasən Tirtankara deyilən keçid edən, keçid tapan və yol göstərən olaraq Mahaviraya sitayişdir. Mahaviranın Nirvanaya çatması caynist təqviminin başlanğıcı olmuşdur. Onun Budda ilə eyni dövrdə yaşadığı üçün inancları və əsərləri arasında oxşarlıqlar vardır. Hər ikisi brahmanlara, onların ayin üsullarına düşmən olub, qatı kast sisteminə və qanlı qurbanlara qarşıdırlar. Lakin buddimzlə caynizmin arasında fərqlər də vardır. Belə ki, caynistlər zühdə daha çox əhəmiyyət verərək nəfsə işgəncə edirlər. Halbuki, buddistlər bu məsələlərdə daha mülayimdirlər. Başqa bir tərəfdən isə caynistlərin insan heykəlləri çilpaqdır. Caynistlər brahmanlaraın məbəd ayinlərdəki yerini inkar etmirlər.

Caynizmin təməlində "Ahimsa" yəni heç bir canlıya qarşı şiddət tədbiq etməmək durur. Bu səbəbdən caynistlər kənd təsərrüfatı ilə məşğul olmurlar. Onlar daha çox tədris və ticarətdə çalışırlar. Dindar caynistlər daima pəhriz saxlayırlar və yeməkdə ancaq meyvə və tərəvəz istifadə edirlər. Çox qatı vegeterian olduqları üçün hətta içdikləri suyu və havanın təmiz olması üçün ağızlarında tənzif daşıyırlar. Cayna Budda kimi tanrı üzərində durmasa da, bəzi caynist məzhəblərində tanrı inancı var. Həmçinin məbədlərdə də tanrı heykəlləri qoyulur. Lakin XV əsrdə Sthanakavasi məzhəbi bu heykəllərə qarşı çıxaraq onları məbədlərdən çıxarmışlar.

6

Caynizmdə əsas iki məzhəb vardır: Hava geyinənələr (Diqambara) və Ağ geyinənlər (Svetambara). Birinci məzhəb mənsubları Mahavira kimi tamamən çilpaq olmağa üstünlük vermişlər. Daha sonra müsəlmanlar onları beldən aşağı libas geyməyə məcbur etmişlər. Bu məzhəbə görə qadınlara mənəvi qurtuluş yolu yoxdur. Lakin Mahavira qadınlara da qurtuluş yoluna izin vermişdir. Digəri isə ağ libaslarda gəzirlər. Hər iki məzhəb qurtuluş yoluna inanır, hər cür maddi şeyi inkar edirlər.

Müqəddəs kitabları isə əsasən Mahaviranın vaazlarıdır. Bu vaazlar əvvəl şifahi olaraq caynistlər tərəfindən yayılırdı. Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və ya "Siddhanta" adlı bir kitab halında toplanmışdır. Bu kitabda caynizmin əsas müddəaları, əfsanələr, rahiblərin riayət edəcəyi qaydalar yer almışdır. Həmçinin əxlaq, ibadət məsələlərinə və Mahaviranın fəlsəfi görüşlərinə bu kitabda rast gəlmək olar. Hava geyinənlər məzhəbi bu kitabı müqəddəs mətn kimi qəbul etmirlər. Onlara görə bu kitab səhih deyildir.

Caynistlərin əxlaq prinsipləri Mahaviraya aid edilən müqəddəs mətnlərdə yer almışdır. Əxlaq şərtləri rahib olmayanlarda belə çox sərtdir. Bu şərtlər beşdir:

Öldürmə Yalan danışma Oğurlama Mal sevgisində olma Mümkün qədər cinsi əlaqədən uzaq dur.

Zühdə aparan digər şərtlər isə rahib və rahibələr üçündür. Onlar çox ciddi zühd həyatına sahibdirlər. Caynist camaat rahib və rahibələri yeyecək və geyəcəklə təmin etməlidirlər. Dindar caynistlər davamlı oruc tutmaqla özlərini ölümə məhkum edirlər.

Caynistlərə görə onlar ölümsüz və əbədidirlər. Bu aləmin qurucusu yoxdur, aləm əbədidir. Lakin cənnət və cəhənnəm anlayışı vardır. Cənnət ancaq tanrılar üçündür, cəhənnəm isə ən üst bölümün aşağısındadır. Təkrar bu dünyaya gəlmə zəhmətindən qurtaranlar göy aləminin üzərindədirlər. 7

Caynistlərin ibadətləri gözəl inşa edilmiş məbədlərdə keçirilir. Burada rahib və rahibələr çılpaq, ayaqda və bardaş quraraq müqəddəs mətnlər oxuyub ruh və bədənlərini təmizləyirlər. Bundan başqa ilahilər söylənilir, tövbə edilir. Heç bir canlını öldürməməyə söz verirlər. Caynistlərin heyvan xəstəxanaları da çoxdur. Məbədlərdə coxsaylı tanrı heykəlləri vardır. Onların önlərinə meyvə-tərəvəz və çiçəklər qoyulur. İbadətlər rahiblər tərəfindən deyil, gələn xalq tərəfindən idarə edilir.



Siqhizm — XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun təlimləri və fikirləri əsasında formalaşmış monoteistik din. Siqhizm din kimi 1500-cü ildən etibarən yaranmışdır. Dünyadakı böyük dinlərdən biri hesab olunan Siqhizmin hal-hazırda 23 milyon nəfər ardıcılı vardır. Siqhizm sözü Sih sözündən yaranmışdır. Sih sözünün tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara sihlər deyilir.

Siqhizmin iki əsas istiqaməti vardır:

Vahid tanrıya inanmaq. Sihlərin müqəddəs mətinlərinin açılışı iki sözdən ibarətdir və bu sözlər Sih inancının təməlini təşkil edir.

Siqhimzə inananlar On Sih Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir.

Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənmişdir. Əsasən İslama yaxın olduğu güman olunan Siqhizmdə hər iki dinə aid olan bir çox adətlər vardır. Sihlərin fikirlərincə On Sih Qrusu Allahdan bir başa təlimatlar almış və bunların əsasında hərəkət etmişdilər.

Siqhizm dininin qurucusu Quru Nanak Dev (1469-1538) Talvandi (Pakistanın Lahor əyaləti) şəhərində anadan olmuşdur. Atası Katri köklü Hindu nəslindən idi. Bibi Nanak adlı özündən yaşca böyük bacısı vardı. Bacısının Quru Nanak Devdə Tanrının nurunu gördüyü ancaq bu sirri heç kimə açmadığı ehtimal olunur. Buna baxmayaraq Quru Nanak Devin ilk ardıcılı onun bacısı Bibi Nanak olmuşdur. Quru Nanak Dev həyatı daha dərindən anlamaq və kəşf etmək üçün evini tərk etmişdir. Səfərləri zamanı müxtəlif inanclı insanlarla qarşılaşmış, 8

onlarla dini müzakirələr aparmışıdır. Bu səfərlər zamanı, bir gün tanınmış alim Kabir ilə qarşılaşdığı ehtimal olunur. 1538-ci ildə Quru Nanak Dev öz davamçısı kimi, oğlu Lehnayı təyin etmişdir. Lehna Siqhizm dininin ikinci qurusu hesab olunur. Bhai Lehnaya Quru Anqad adı verilmişdir. Quru Amar Das1552-ci ildə 73 yaşında olarkən Sihlərin üçüncü qurusu olmuşdur. Onun quru olduğu dövrdə Qoindval Siqhizm dinin əsas mərkəzinə çevrilmişdir. 1574-cü ildə 95 yaşında vəfat edən Quru Amar Das dördüncü quru kimi ögəy oğlu Jethanı təyin etmişdir.

Jetha Quru Ram Das adını almışdır. Quru Ram Das sonralar Amritsar olaraq adlandırılacaq Ramdaspur şəhərinin əsasını qoymuşdur. 1581-ci ildə Quru Ram Dasın sonuncu oğlu Quru Arcan beşinci quru olaraq fəaliyyətə başlamışdır. Qızıl Məbədin inşası beşinci quru Quru Arcan Devbaşlatmışdır. Eyni zamanda Quru Arcan Dev Quru Qrant Sahib adlı Siqhizm dinin müqəddəs kitabınıda hazırlatdırmışdır. 1604-cü ildə beşinci quru Sihlərin ilk müqəddəs mətni olan Adi Qrantı hazırlatdırmışdır. 1606-cı ildə Moğollar Quru Arcan Devə Quru Qrant Sahib kitabına bəzi əlavələr etmək barədə təziq göstərmişdilər. Ancaq Quru Arcan Dev müqəddəs kitaba şəxsi fikirlərin əlavə edilməsini günah hesab etmiş və bundan imtina etmişdir. Bu səbəbdən həmin ildə Quru Arcan Dev Monqollar tərəfindən öldürülmüşdür.

Quru Har Qobind Sihlərin altıncı qurusu olaraq fəaliyyətə başlamışdır. Quru Har Qobind ilk dəfə olaraq üstündə silah gəzdirməyə balamışdır. Əsasən iki ədəd qılınc gəzdirən Quru Har Qobind Sihlərin hərbi hazırlığına böyük önəm verirdi. Altıncı qurunun hakimiyyətindən etibarən Sihlər arasında hərbi birləşmələr yaradılmışdır. 1644-cü ildə Quru Har Ray yeddinci quru elan olunmuşdur. 1661-ci ildə isə Quru Har Krişan səkkizinci quru olaraq fəaliyyətə başlamışdır. 1665-ci ildə isə Quru Teq Bahadur doqquzuncu quru kimi fəaliyyətə başlamışdır. Quru Teqh Bahadurun 10 illik quruluq fəaliyyətinə 1675-ci ildə Kəşmirdən gələn hərbi dəstələr son qoymuşdur. 1675-ci ildə Aurangzeb doqquzuncu quru olan Quru Teq Bahaduru kütlənini önündə edam 9 etdirmişdir. Onuncu və sonuncu quru olan Quru Qobind Sinq sihləri birləşməyə çağırmışdır. Siqhizm qurularının hər biri eyni dərəcədə müqəddəs hesab olunur. Ancaq beşinci quru olan Quru Arcan 1604-cü ildə ilk dəfə olaraq Siqhizmin müqəddəs kitabı Quru Qrant Sahibi hazırlatdırmışdır. Buna görə Quru Arcan digər qurulara nisbətən daha çox hörmət və ehtirmala anılır.

Siqhizm on quru (müəllim və ya ustad) tərəfindən 1469 - 1708-ci illərdə yaradılmışdır. Hər bir quru özündən sonra gələn quruya yeni nəsihətlər və təlimlər bıraxmışdır. Bu şəkildə Siqhizm qurular dəyişdikcə dahada zənginləşmişdir. Quru Nanak Dev siqhlərin ilk, Qobind Sinqh isə insan qiyafəsində olan son qurudur. Qobind Sinqh ölüm yatağında olan zaman Quru Qrant Sahibi son və mütləq quru elan etmişdir. Quruların eyni ruha (jot) lakin müxtəlif bədənlərə sahib olduğu inancı Siqhizmin əsasını təşkil edir.

Sikhlərin bütün dünyada sayları təxminən 23 milyon nəfərdir və sayına görə Siqizm dünyada beşinci ən böyük dindir. Təxminən 20 milyon Siqh Hindistanda, bunun da böyük bir qismi Pəncab əyalətində yaşayır. Bu say ilə Siqhizm Hindistanın dördüncü ən böyük dinidir. Böyük Britaniya,KanadaAvstraliya, cənubi və şərqi Afrikada və ABŞ-da əhəmiyyətli sayda Sikh yaşayır. Ayrıca Malayziya və Sinqapurda da əhəmiyyətli azlıq olaraq mövcuddurlar. Saçlarını və saqqallarını doğuşdan etibarən heç kəsməyən Sikhlərin ən diqqətə çarpan xüsusiyyəti başlarına taxdıqları torfunlarıdır.

10

3.Qeyri ənənəvi dinlər


Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin, dinlərin olması barədə adətən ümumi danışılır. Əslində isə ölkədə qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları, ənənəvi olmayan qeyri-İslam təriqətləri və qeyri-ənənəvi dinlər var. 

Bəhailik. Bəhai dini XIX əsrin ikinci yarısında İranda yaranıb. Seyid Məhəmməd adlı şəxs 12-ci imamın babı (qapı), yəni nümayəndəsi olduğunu iddia edir. Sonra isə daha da irəli gedərək 12-ci imam – Mehi olduğunu elan edir. Bab yazıdığ “Bəyan” adlı kitabında öz düşüncələrini açıqlayıb.
“Həzrət Bab” adı ilə məşhurlaşan Seyid Əli Məhəmməd ətrafına müəyyən qədər tərəfdarlar toplasa da, hakimiyyət tərəfindən kəskin münasibətlə üzləşir. 1842-1852-ci illərdə Babilər üsyanı olur. Üsyan yatırılır və İran hakimiyyəti Seyid Əli Məhəmmədin edamına qərar verir. Sonralar onun çağ qalan davamçılar yolunu davam etdirirlər.
Bəhai dinində üç namaz mövcuddur, mömin həmin namazlardan biri seçib qılır. Bəhai qibləsi İsraildəki Əkka şəhərində yerləşir. Bəhailər müsəlmanlar kimi oruc tutaraq səhər günq çıxandan axşam gün batana qədər yemir, içmir. Ancaq onlar orucu martın 2-dən 20-dək 19 gün müddətində tutur.
Bakı və Sumqayıt da daxil olmaqla ölkədə bəhailərin iki dini icması və bir mərkəzi fəaliyyət göstərir. Hər üç qurum “Dini etiqat azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərə qədər qeydiyyatdan keçib. Qanuna əlavə və dəyişikliklərdən sonra isə onlardan biri təkrar qeydiyyatdan keçib.

Krişnazim. “Beynəlxalq Krişna şüuru cəmiyyəti” (Hare Krişna) hinduizm ənənələrinə uyğun Şərq kultudur. Cəmiyyət “İlahi A. Ç. Bxak-tivedanta Svami Prabxupada” (əsl adı Abxai Şaran De) tərəfindən yaradılıb. Bu hərəkat dünyanın bir çox ölkəsində, eləcə də Amerika və Qərbi Avropada geniş yayılıb.
Krişnaizm kütləyə hinduizm fəlsəfəsini yeritmək üçün yaradılıb. 11

Hinduizmdə Tanrı simasız və görünməzdir. Krişnaçılar isə Tanrını şəxsləndirib və Krişna kimi şəxsləndirilmiş Tanrının simasına sitayiş edirlər.


Krişna tərəfdarlarının həyat tərzi çox sərtdir. Onlar ət, balıq yeyə bilməz, Krişnaya aid olmayan söhbətlər apara bilməzlər. Qəzet və jurnal oxumaq, televizora baxmaq isə qəti qadağandır. Qohumlarla, dostlarla əlaqələr çox nadir hallarda baş verir. Krişnaçının şəxsi mülkü ola bilməz. Şagirdlər məbəd təklif edən yeməkdən və yaşayışdan tam asılıdırlar. Krişnaçılar Hindistandan gətirilmiş palçıqdan bədənlərinə hər gün 13 işarə vururlar.
Kişilər peysərində bir dəstə tük saxlayaraq başlarını qırxmalıdırlar və s.
Azərbaycanda krişnaçılar “Bakı şüuru” dini icmasında bir araya gəliblər. İcmanın fəaliyyət dairəsi əsasən Bakı şəhəridir.

Munçuluq. Rəsmi adı Dünya Xristianlığının Vəhdəti uğrunda Müqəddəs Ruh Cəmiyyəti olan və “Vəhdət kilsəsi” kimi tanınan munçuluq bu gün dünyada aktual dini cərəyanlardan birinə çevrilib. Cərəyanın banisi San-Myen Mun 1920-ci ildə Şimali Koreyada kəndli ailəsində dünyaya gəlib. Sonradan – 1950-ci ildə Cənubi Koreyaya gedib. O, Cənubi Koreyada başlatdığı dini hərəkatını yaymaq üçün dünya səyahətinə çıxıb, 1965-ci ildə çıxdığı ilk səyahət 40 ölkəni əhatə edib. İkinci səyahətə isə 1969-cu ildə çıxıb. 1971-ci ildə ABŞ-a köçüb. 1992-ci ildə o, özünü yeni bəşəriyyətin “Həqiqi Atası” adlandırıb. Onun fikrincə, 1993-cü ildə dünya üçün Mun dövrü gəldiyini bəyan edib.
Cərəyan maddi qaynaq əldə etməkdən ötrü ticarət işinə başlayaraq balıqçılıq və müalicəvi bitki kökləri biznesindən zənginləşmək imkanı əldə edib. 80-ci illərin əvvəllərində isə “Vəhdət kilsəsi” artıq bir çox ölkədə müxtəlif sənaye müəssisələrinə sahib idi. Bu biznes şəbəkəsinə müxtəlif istehsal və xidmət sahələrilə bağlı müəssisələri birləşdirən 150 korporasiya daxildir.
Munçuluq bir tərəfdən sərmayə qazanmaq üçün çalışıb, digər tərəfdən isə elm, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərib. Ali təhsil tədqiqatları üçün iki “İlahiyyat məktəbi” yaradılıb. Onlar KİV sahəsində də fəaliyyət göstərərək Tokio, Nyu-York və Vaşinqtonda qəzet və 12 jurnallar təsis ediblər, informasiya agentliyi yaradıblar.
Munçular xristian terminologiyasını öz dini təlimlərinə uyğunlaşdırıblar. Yəqin buna görədir ki, xristianları birləşdirmək cəhdlərinə baxmayaraq, onlar ənənəvi mənada xristian sayılmırlar. Munun tərəfdarları “təslis” inancını, İsa Məsihin çarmıxa çəkilməsini onun missiyasının iflasa uğraması kimi qiymətləndirirlər. Yazdığı əsərlərin əksəriyyətinin Koreya dilindən Qərb dillərinə tərcümə olunmaması Munun dünyagörüşünü dəqiq tədqiq etməyə mane olur.
“Vəhdət hərəkatı” San-Myen Munun fikirlərini yaymaq məqsədi daşıyan və onun yaratdığı bir sıra dini, siyasi-ictimai və mədəni təşkilatların birliyidir. “Vəhdət hərəkatı”na bir sıra fond, təşkilat, federasiya və assosiasiyalarla yanaşı, dəzgəhqayırma, gəmiqayırma, balıq emalı, hərbi silah və texnika istehsal edən müəssisələr də daxildir. Cərəyanın xüsusən təhlükə doğuran cəhətlərindən biri də ölkə daxilində siyasi hakimiyyəti və ölkəni idarə edən iqtisadi mənbələri ələ keçirməyə can atmaqdır.
SSRİ dağıldıqdan sonra munçuların fəaliyyəti digər postsovet məkanlarında olduğu kimi, Azərbaycanda da yayılmağa başlayıb. Azərbaycanda əsasən qocalar, kimsəsizlər və uşaq evlərinə yol tapan munçular keçirdikləri “xeyriyyə tədbirləri“ altında Mun ideyalarını yaymağa çalışırlar. Munçular əsasən gəncləri öz tərəflərinə çəkməkdən ötrü onları maraqlandıra biləcək seminarlar təşkil edib, müəyyən psixoloji testlər vasitəsilə meyarlarına uyğun gələnləri sıralarına qatırlar.

İbrahimilik. İbrahimilər təriqətinin təməli XIX əsrin əvvəllərində Hindistanda yaşamış Əhməd Qədyan adlı şəxs tərəfindən qoyulub. Onlar özlərini İbrahim peyğəmbərin davamçıları adlandırıb, Məhəmməd Peyğəmbərin (s.) hədislərini qəbul etməyib, “Qurani-Kərim”ə İslamda qəbul olunduğundan fərqli təfsir veriblər. Sonralar bu təriqət Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Ehtimallara görə, təriqətin yaranmasında İngiltərə xüsusi xidmət orqanlarının müstəsna xidmətləri olub.
Bu təriqətin Azərbaycanda ilk özəyini ixtisasca riyaziyyat müəllimi olan Ələsgər Musayev yaradıb. O, hələ Sovetlər dönəmində şiə kimi 13 fəaliyyətə başlayıb, sonralar vəhabiliyə meyllənib. 1995-ci ildə isə fəaliyyətində kəskin dəyişiklik edərək İbrahimilər adlı qeyri-İslam təriqətini yaradıb.
İbrahimilər (sonralar Ələsgər Musyevin adına uyğun olaraq “ələsgərilər” adlandırıblar) ibadətlərini Azərbaycan dilində icra edir, dinlərini İbrahim Peyğəmbərin dini adlandırır, milliyyətcə azərbaycanlı deyil, İbrahim millətindən olduqlarını söyləyirlər.
Ələsgər Musayev 1996-cı ildə Suraxanı rayonunun (Bakı) Əmircan qəsəbəsində “Şeyx Nizaməddin” məscidi dini icmasını yaradıb və qeydiyyatdan keçirib. İki il sonra “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarını pozduğuna görə icmanın dövlət qeydiyyatı ləğv edilib.
Daha sonra Ələsgər Musayev özünü peyğəmbər elan edib, ətrafına topladığı həmfikirlərini isə ümmət adlandırıb. Təriqət üzvləri qiblə kimi Məkkəni deyil, Əmircan qəsəbəsində yerləşən “Şeyx Nizaməddin” məscidini seçiblər.
Təriqətin əsas dini kitabı Ə.Musayevin Azərbaycan dilinə tərcümə etdiyi “Quran”dır. İcma üzvləri öz qazanclarının beşdə biri qədər zəkat verir, bu isə icmanın büdcəsini formalaşdırır. İbrahimilər şeytanı mələk adlandırır, ona lənət etməyi isə günah sayırlar.
İbrahimilər çoxarvadlılığı məqbul sayır, 9-10 yaşlı qızlarla ailə qurulmasını təqdir edirlər. Onlar ilin istənilən günündə cəm halında yığışaraq “qədr gecələri” keçirirlər. Bu zaman icma üzvü olan qadınlar və azyaşlı qızlar kollektiv şəkildə özlərini icma rəhbəri və ya digər icma üzvlərinə “hədiyyə” edərək, intim əlaqəyə girmə ritualını həyata keçirirlər.
Bu və digər səbəblərdən Ələsgər Musayevin fəaliyyəti yerli dindarların hiddətinə səbəb olub, 1998-ci ildə icma üzvləri döyülərək Əmircan qəsəbəsindən qovulublar. Bundan sonra Ə.Musayev Mərdəkan qəsəbəsindəki bağ evinə köçərək fəaliyyətini orada davam etdirib. O, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmasına və yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girdiyinə görə bir müddət həbsdə olub. Belə ki, o, yaşadığı qadının qızı da daxil olmaqla, 3

14

azyaşlı qızla qeyri-rəsmi evlənəndən sonra tutulub. İstintaq zamanı o,



hərəkətini dini baxışları ilə izah etməyə çalışıb (onun “kəbinli arvad” adı altında cinsi əlaqəyə girdiyi qızlardan biri ürək xəstəsi olduğundan ölüb. Həmin qız Ə.Musayevin arvadlarından birinin 11 il əvvəl ölmüş anasının qəbrində basdırılıb). Lakin azadlığa çıxan kimi fəaliyyətini yenidən bərpa edib.
Ələsgər Musayevin qardaşı oğlu Əlixan Musayev “Nərimanov dindarları” dini icmasının aktiv üzvlərindən olub, sonradan o həm icmadan, həm də “Əbu bəkr” məscidindən uzaqlaşdırılıb.
Hazırda icmanın əsas özəyi Bakıda fəaliyyət göstərir, həmçinin, bölgələrdə, əsasən də Bərdə, Xaçmaz, Salyan və Qubada təbliğat aparırlar. Onların başqa maraqlı özəlliyi də var: ölüyə yas keçirilmir, ağlaşma qadağandır, qəbrin üzərinə ad yazılmır və s.


Yüklə 219,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin