Psixofiziolgiya
Məktəbəqədər
yaş dövrü uşağın həm fi ziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsin də
inkişafının keyfiyyətcə dönüş dövrüdür. Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə diqqəti
cəlb edir. 3-6 yaşlı uşağın boyunun, çəkisi nin artmasında nəzərə çarpacaq dəyişiklik baş ve rir.
Buna baxmayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da
onun əl və ayaq əzələlərində hələ sümüklənməmiş qığırdaq lar qalır. Uşağın skeleti əsasən
qığırdaq toxuma lardan ibarət olur. Ona görə də lazımi tələblərə əməl olunmadıqda uşağın
qaməti düzgün inkişaf etmir.
Bununla yanaşı olaraq nitqin, böyüklərlə və həmya şıdları ilə ünsiyyətin və müxtəlif fəaliyyət
növlərinə cəlb olunmanın təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. Bütün
bunlar uşa ğın sosial şəraitə və həyatın tələblərinə uyğunlaş masına imkan verir.
Məktəbəqədər dövr uşağın fəaliyyətin subyekti kimi formalaşmasının ilkin mərəhələsi kimi
özünü göstərir. Məqsədəyönəlişliyin əsası qoyulur. Böyük lərin qiymətləndirməsi və
nəzarətinin təsiri altın da bağça yaşının sonunda uşaqlar öz hərəkət və fəa liyyətlərindəki
qüsurları hiss etməyə başlayırlar. Bununla əlaqədar təqlid obyektləri dəqiqləşməyə baş layır.
Məktəbəqədər yaş dövründə həm ümumi, həm də xüsusi qabiliyyətlərin formalaşması
imkanları ya ranır və özünü göstərməyə başlayır.
Uşağın psixi inkişafında oyunun rolu. Bağça yaşı dövründə oyun uşaqların əsas fəaliyyəti olur.
Bu yaş dövründə uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.
Adətən, məktəbəqədər yaş dövrünü üç yarımdövrə ayırırlar: kiçik bağça yaşı dövrü (3-4 yaş),
orta bağça yaşı dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş).
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Learn more
Kiçik bağça yaşlı uşaqlar, adətən, hələ təklikdə oynayırlar. Əşyavi və quraşdırma oyunlarında
onlarda qavrayış, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər inkişaf edir. Tədricən orta
bağça yaşı dövründə uşaqlar birgə oyuna keçməyə başlayırlar, oyunlarda daha çox uşaq
iştirak edir. Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən
süjetli-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mühüm
rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yaşlılarla ün siy yət saxlamaq, həyatı başa
düşmək, ətrafdakıları təqlid et mək, bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm
vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı dəyişikliklə gətirib çıxarır. Oyun
şəra itində və onun köməyi ilə uşaqlarda diqqət, qavrayış, xüsusilə müşahidəçilik, hafizə,
təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur. Bununla yanaşı olaraq
didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan
qaldırılması işində də əsas lı rol oynayır.
Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı oyunlardan daha çox istifadə edirlər.
Bu dövrdə həmin oyunlar özlərinin mövzularına, qaydalarının müxtə lifliyinə görə kiçik bağça
yaşı dövründə istifadə olunan oyunlardan fərqlənirlər. Burada kiçik bağça yaşı dövründən
fərqli olaraq oyunda təbii şəkildə istifadə olunan əşyalar şərti olaraq dəyişdirilir, nəticədə
simvolik oyun xarakteri alır.
Rollu-qaydalı oyunlardan istifadə edilməsi uşaqlarda iradənin inkişafına güclü təsir gös tərir.
Adi şəraitdə bir yerdə dura bilməyən uşaq bu cür oyunlar zamanı öz rolunu axıra qədər yerinə
ye tirməyə, qaydaya əməl etməyə məcbur olur. Oyun prose sində uşaqlar qarşılıqlı
münasibətlərin hə- yata ke çirilməsinə əməl etməyə alışırlar. Rollu oyun pro sesində ilk dəfə
olaraq uşaqda liderlik özünü gös tərir, təşkilatçılıq bacarıq və vərdişləri inki şaf etməyə başlayır.
Oyun eyni zamanda uşaqlarda bir sıra qabiliyyətlərin aşkara çıxmasına imkan verir. Bütün
bunlarla yanaşı olaraq uşaqlar sadə əmək tapşırıqlarını icra edərkən də çox vaxt onlara oyun
xarakteri verir və bu yolla bəzi sadə əmək baca rıqlarına da yiyələnirlər.
İdrak prosesləri və nitqin inkişafı. Məktə bəqədər yaş dövründə uşaqlarda idrak prosesləri və
nitqin inkişafında əsaslı dəyişiklik baş verir.
Məktəbəqədər dövrdə uşaqların qavrayışının ixtiyari növünün inkişafı üçün şərait yaranır.
Burada oyunun rolu böyükdür.
Uşaqlar cismin formasını, ölçüsünü, tutduğu yeri qavramağa alışırlar. Bu onlarda məkan
qavra yışının inkişafı kimi özünü göstərir. Məktəbə qədər yaşlı uşaqlar ilk vaxtlar ən çox
formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər. Eyni zamanda obyektlərin böyüklüyünü
qavrama bacarığı da özünü göstərir. Bağça yaşının sonunda uşaqlar onla rı maraqlandıran
obyektlərin xassələrini daha tez müəyyənləşdirmək, bir əşyanı başqasından fərqlən dirmək,
onların arasında mövcud olan əlaqə və münasibətləri aşkara çıxarmaq imkanı əldə edirlər.
Nəticədə zahiri perseptiv işlər əqli işlərə çev rilməyə başlayır. Psixoloqlar belə qənaətə gəlmiş ‐
lər ki, (L.A.Venqer) qavrayışla bağlı olan qabiliy yətlərin əsasını perseptiv işlər təşkil edir. Bu
cür qabiliyyətlərin keyfiyyəti uşağın xüsusi persep tiv etalon sistemini mənimsəməsindən
asılıdır. Qavrayış zamanı bu cür etalonlar həndəsi füqurlar, rənglər və s. ola bilər.
Böyük bağça yaşı dövründə uşaqlarda ətraf aləmin qavranılması genişlənir və dərinləşir. Bu
dövrdə qavrayış uşaqlara yaşlıların həyatına qoşulmağa, nüfuz etməyə imkan verir. Bununla
bərabər böyüklərlə ünsiyyət qavrayışın məzmununu zənginləşdirir.
Tədricən bağça yaşı dövründə ixtiyari qavrayış inkişaf edir, müşahidə və müşahidəçilik özünü
göstərməyə baş layır. Böyüklər, tərbiyəçilər uşaqların qarşısına məqsəd qo yur, onları ətraf
aləmdəki daha mühüm cəhətləri qavramağa yönəldir, onlara müşahidə etməyi öyrədirlər.
Məhz buna görə də böyük bağça yaşlı uşaqlar öz qavrayışlarını daha uzun müddət idarə edə
bilirlər.
Bağça yaşı dövründə uşaqlarda qavrayışın, müşahi dəçiliyin inkişafında oyun aparıcı fəaliyyət
növü kimi xüsusi əhəmiyyət kəsb edir. Bu cür oyunlar içərisində didaktik oyunlar xüsusi yer
tutur. Bu dövrdə uşaqlarda qavrayışın inkişafında rəsm, yap ma, quraşdırma da mühüm rol
oynayır. Uşaq nəyisə çək mək, nəyinsə füqurunu yapmaq üçün birinci növbədə onu diqqətlə
müşahidə etməli, onun konturunu, rəngini müəy yənləşdir məli olur. Bütün bunlar uşağı
müşahidə etməyə təhrik edir, ixtiyari qavrayışın inkişafına təkan verir.
Bağça yaşı dövründə qavrayışla yanaşı olaraq diqqətin təkmilləşməsi prosesi də baş verir. Bu
yaş dövrünün əvvəlində uşaqlarda diqqəti zahirən cəlbedici cisimlər cəlb edir. Bu dövrdə hələ
uşaqda qavradığı obyektə maraq üstünlük təşkil edir. Başqa sözlə, diqqət qeyri-ixtiyari
xarakter daşıyır.
Bağça yaşının sonunda diqqət öz inkişafının daha yüksək səviyyəsinə çatır. Böyük bağça yaşlı
uşaqlarda diq qətin inkişafı yeni maraqların meydana gəlməsi, dünya görüşünün genişlənməsi,
uşağın ailə həyatında və bağçada yeni şəraitə daxil olması, yeni fəaliyyət növlərinə
yiyələnməsi ilə sıx bağlı olur. Böyük bağça yaşlı uşaq gerçəkliyin əvvəllər onu cəlb etməyən
cəhətlərinə diqqət yetirməyə başlayır. Uşağın ünsiyyət sahəsinin genişlənməsi, marağının
zənginləşməsi ilk növbədə qeyri-ixtiyari diqqətin daha yüksək inkişaf səviyyəsinə qalxmasına
səbəb olur.
Bu dövrdə qeyri-ixtiyari diqqət əsas yer tutsa da ixtiyari diqqətin meydana gəlməsi üçün də
şərait yaranır. Burada qeyri-ixtiyari diqqətdən ixtiyariyə keçid üçün uşağın diqqətini idarə
etmək vasitələri mühüm rol oynayır. Ona görə də uşağa onu əhatə edən cisim və hadisələrin
xassə lərini, fərqli xüsusiyyətlərini, əsas əlamətlərini görməyi öyrətmək lazım gəlir. Qavrayışda
olduğu kimi, bağça yaşlı uşaqlarda ixtiyari diqqətin inkişafında da oyun mühüm əhəmiyyət
kəsb edir. Oyun qaydalarına əməl etmək uşaqdan öz diqqətini mərkəzləşdirməyi tələb edir. Bu
yaş dövründə diqqətin ən yüksək davamlılığı oyun prosesində baş verir. Başqa fəaliyyət
növləri də uşağın diqqəti olmadan səmərəli şəkildə həyata keçə bilməz. İxtiyari diqqətin mey ‐
dana gəlməsində nitq də mühüm rol oynamağa başlayır.
Psixoloji tədqiqatlar göstərmişdir ki, uşaqlarda ixtiyari diqqətin inkişafına öz-özünə hündürdən
fikirləşmək xeyli kömək edir. Təcrübə göstərmişdir ki, əgər 4-5 yaşlı uşaqlardan daima nə
edəcəyini hündürdən deməyi tələb etdikdə, onlar ixtiyari olaraq və daha uzun müddət öz diq ‐
qətlərini hər hansı bir obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər.
Məktəbəqədər yaşın sonuna doğru uşaqda tədricən öz diq qətini idarə etmək imkanı, onu az
və çox dərəcədə müstəqil təşkil etmək bacarığı özünü göstərir.
Bağça yaşı dövründə uşaqların hafizələri də tədricən qeyri-ixtiyari yaddasaxlamadan ixtiyari
yaddasaxla ma ya keçidlə səciyyələnir.
Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, xüsusi olaraq mnemik əməliyyat
aparılmasına hazırlanma dıqda, başqa sözlə təbii şəraitdə kiçik və orta bağça yaşlı uşaqlarda
yaddasaxlama və yadasalma qeyri ixtiyari xarakter daşıyır. Böyük bağça yaşı dövründə eyni
şəraitdə tədricən materialı qeyri-ixtiyari yaddasaxlama və yadasalmadan ixti yariyə keçid baş
verir. Beləliklə bağça yaşının sonunda uşaqlarda yaddasaxlama və yadasalma tədricən ixtiyari
xarakter daşımağa başlayır. Bağça yaşının əvvəlində qeyri-ixtiyari görmə-emosional hafizə
üstünlük təşkil edir.
İxtiyari hafizənin inkişafı uşaqların qarşılarına yaddasaxlama və yadasalma ilə bağlı xüsusi
mnemik məq səd lərin qoyulması ilə sıx bağlı olur. Bunun üçün oyun fəaliyyətindən istifadə
daha səmərəli nəticə verir. Bir qayda olaraq ixtiyari hafizə böyüklərin tərbiyəvi təsiri sayəsində
inkişaf edir. Əvvəlcə yaşlılar uşağın qarşısında nəyisə yaddasaxlama və yadasalma məqsədini
qoyur, sonra bu cür məqsədi uşaq özü öz qarşısına qoyur.
İlk dövrlər ixtiyari yaddasaxlama təkmilləşmiş xarakter daşımır. Uşaq hələ yaddasaxlamanın
səmərəli yollarını bilmir. Lakin bağça yaşının sonuna doğru uşaq tədricən bəzi sadə
yaddasaxlama və yadasalma priyom larından istifadə etməyə başlayır. Məsələn, uşaq
materialı diqqətlə qavrayır, onu anlamağa, başa düşməyə çalışır, bir neçə dəfə təkrar edir,
mümkün olan əlaqəni yaratmağa çalışır və s. Təcrübə göstərir ki, böyük bağça yaşlı uşaqlar
anladıqları, başa düşdükləri sözləri daha yaxşı yadda saxlayırlar.
Nitqin və təfəkkürün inkişafı ilə əlaqədar olaraq bağça yaşının sonunda əyani-obrazlı hafizə ilə
yanaşı, sözlü-məntiqi hafizə də inkişaf edir. Belə ki, uşaq təkcə konkret, emosional cəhətdən
zəngin, əyani materialları deyil, sözün özünü, sözlə ifadə olunan materialları da yaxşı yadda
saxlayır. Bağça yaşının sonunda hafizənin möhkəmliyi, davamlılığı artır. Uşağın maraqlandığı,
onun üçün mühüm əhəmiyyət kəsb edən materiallar uzun illər onun hafi zəsində hifz oluna
bilir. Təsadüfi deyildir ki, ən dəqiq və aydın təəssürat, xatirə həmin dövrə aid olur.
Bağça yaşı dövründə uşaq təxəyyülü də özünə məxsus xüsusiyyətləri ilə fərqlənir. Bağça
yaşının birinci yarısında uşaqlarda təxəyyül reproduktiv xarakter daşıyır. Uşaqların təxəyyül
surətləri əl də etdikləri təəssüratların obrazlar şəklində me xaniki canlandırmaları şəklində
özünü göstərir. Bu cür təxəyyül surətləri əqli deyil, emosional əsas lar, emosio nal təəssürat
əsasında yaradılır. Bütövlükdə bağça yaşlı uşaq ların təxəyyülləri olduqca zəif olur. Təxəy yülün
ayrı-ayrı xüsusiyyətləri böyük bağça yaşı dövründə daha səmərəli şəkildə inkişaf etməyə baş ‐
layır. Bağça yaşı dövründə bərpaedici təxəyyül surət ləri xeyli inkişaf etsə də hələ solğun olur,
uşaq qarşıya qoyulmuş məqsədə uyğun, dəqiq surətlər yarat maqda çətinlik çəkir. Bu da
uşağın həyat təcrübəsi nin azlığı, təəssüratlarının zəifliyi, müvafiq bi liklərin məhdudluğu ilə
bağlıdır. Bağça yaşı dövründə uşaqlarda yara dıcı təxəyyülün inkişafı da özünü göstərir. Uşaq ‐
larda ilkin yaradıcı təxəyyül surətlərinin meydana gəlməsi onların fəaliyyəti ilə sıx bağlı olur.
On lar oyun zamanı, hər hansı bir nağılı və ya hekayəni söyləyərkən buraya özlərinin əlavələrini
də edirlər.
Bağça yaşlı uşaqların təfəkkürü əsa sən əyani-əməli xarakter daşıyır, icra etdikləri işlərlə, dərk
etdikləri konkret cisim və hadisə lərlə bağlı olur. Uşaqlar ilk ümumiləşdirmələri əsasən zahiri
oxşar əlamətlərə görə aparırlar. Nit qin inkişafı ilə əlaqədar olaraq ümumiləşdirmə ləri mühüm
əlamətlər əsasında aparmaq meyli yüksə lir. Bağça yaşı dövrünün əvvəllərində uşaqlar hadi ‐
sənin mahiyyətini başa düşə bilmədiklərinə görə bəzən qəribə, həqiqətə uyğün olmayan
hökmlər irəli sürür, düzgün olmayan nəticələr çıxarırlar. Bu dövrdə uşaqlarda təfəkkürün
inkişafı əyani-əməli, əyani-obrazlı və sözlü-məntiqi təfəkkür istiqamə tində gedir. Bağça yaşının
sonunda uşaqlarda sözlü-məntiqi təfəkkürün inkişaf etməyə başlaması artıq onlarda sözlərə
istinad etməyin və mühakimə məntiqi ni anlamağın meydana gəldiyini göstərir.
Bağça yaşı dövrdə uşağın nitq inkişafında da əsas lı irəliləyiş baş verir.
Bağça yaşı dövründə uşaqların nitqi daha əlaqəli xarakter daşımaqla dialoq forması əldə edir.
Erkən uşaqlıq dövrü üçün xarakterik olan nitqin situativliyini bu dövrdə kontekstli nitq tutmağa
başlayır ki, bu da dinləyicidən situasiya haqqında müvafiq izahat tələb etmir. Əvvəlki dövrə
nisbətən bağça yaşlı uşaqlarda daha mürəkkəb, müstəqil nitq forması olan müfəssəl (geniş)
monoloji ifadə forması təzahür və inkişaf edir. Bu dövrdə nitq inkişafının digər sahələrində də
irəliləyiş baş verir. Hər şeydən əvvəl uşağın söz ehtiyatı artır, təxminən 3000-4000-ə çatır.
Bunlardan xeyli hissəsi (təxminən 1500) passiv söz ehtiyatı olur. Uşaqlarda nitqin fonetik və
qrammatik cəhətdən inkişafı baş verir. Bütün bunlara baxmayaraq həmin dövrdə bəzi uşaqlar
bəzi səsləri, məsələn, r , l, ş səslərini tələffüz etməkdə çətinlik çəkirlər. Belə qüsurlar uşağın
nitq orqanları inkişaf etdikcə, düzgün təlim-tərbiyə sayəsində tədricən aradan qalxır.
Sonuncu redaktə 5 il əvvəl 94.20.184.54 tərəfindən edilib
Vikipediya
Məktəbəqədər yaş dövründə dialoji nitqin inkişafı və təkmilləşməsi ilə yanaşı, monoloji nitq də
inkişaf etməyə başlayır.
Mənbə — "
https://az.wikipedia.org/w/index.php?
title=Psixofiziolgiya&oldid=3862553
"
Dostları ilə paylaş: |