Psixologiyanın mövzusu və vəzifələri



Yüklə 67,56 Kb.
səhifə1/8
tarix26.12.2023
ölçüsü67,56 Kb.
#197498
  1   2   3   4   5   6   7   8
Psixologiya


Psixologiya



  1. Psixologiyanın mövzusu və vəzifələri

Psixi proseslər
Psixi hallar
Psixi xassələr


Psixi proseslər – psixi faktın dinamikasını ifadə edir. Psixi proseslərə idrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül), emosional proseslər (sevinc, kədər, qəm, nifrət, məhəbbət) və iradi prosseslər (çətinliklərin aradan qaldırılması, davranışların tənzimlənməsi, qərar qəbul edilməsi və s.) aiddir.


Psixi hallar – psixi faktın nisbi davamlığını ifadə edir. Psixi hallar insanın psixi vəziyyəti ilə bağlıdır. Psixi halara şən əhval, dalğınlıq, affekt, ehtiras, stress, inamsızlıq, şübhə və s. Misal ola bilər.


Psixi xassələr – psixi faktın sabitliyi ifadə edir. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın əqli keyfiyyətlərini və emosional xassələrini də psixi xassəyə aiddir. Bunlar isə öz əksini fealiyyət və ünsiyyətdə tapır.

Bunların hamsına birlikdə psixika və ya psixi hadislərə deyilir. Psixi hadisələr heyvanlarda da təzhür edir. Buna görədə baxmayaraq ki, psixologya insanı öyrənir, eyni zamanda da heyvan psixologiyasını, onun dəyişməsini, təkamülünü, insan və heyvan psixologiyasının fərqini öyrənir. Psixologiyanın tədiqat vasitələri göstərir ki, psixika fealiyyət və ünsiyyət prosesində başlayır. Bununla yanaşı psixologiya elmi həm də fealiyyət və ünsiyyət psixoloji problemlərini öyrənir. Psixologiya psixikanın faktlarını, qanunauyğunluğunu və mexanizmini öyrənir.



  1. Psixologiyanın elmlər sistemində yeri və sahələri

Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biridir. Hal- hazırda insan elmi və fealiyyətinin hər sahəsəində psixologiya orada nüfuz edir. İndi ki, dövrdə istənilən sahədə insan münasibətlərinin səmərəliyi psixoloji biliklərin öyrənilməsində öz əksini tapır. Önəmli elm olan psixologiya digər elmlərlə vəhdət təşkil edərək fealiyyət göstərməkdədir. İnsan psixikasını və davranışlarını, sosial və mədni həyatda nələrə qadir olduğu haqqında məlumat toplayır. Psixologiyanın öyrənilməsində insan biologiyası, ali sinir sisteminin quruluşu və fealiyyəti haqqında biliklərə yiyələnməkdə tələb edir. Psixi hadisələr və mərkəzi sinir sistemi fealiyyəti arasındaki əlaqə haqqında ali sinir fealiyyətinin fiziologiyasında öz konkret əksini tapmışdir. Psixologiya cəmiyyətin tarixi və mədniyyəti ilə sıx bağlıdır. İnsanın fealiyyətinin əsasları ta qədimdən özünü biruzə verir. Belə ki, insan ilk əmək alətləri ilə tanışlıqdan başqayaraq bu günümüzə qədər keçdiyi sosial və məişət həyatı onun formalaşmasında xüsusi yer tutur. Müasir dövrümüzdə sosial psixologiya insan münasibətlərinin bütün sahələrində nüfuz edərək insanın sosial psixi xassələrinə necə iyiyələnməsinə aydınlıq gətirir.
Psixologiya feləsəfə elmi ilə ciddi elaqədədir. Çünki psixologiya sərbəst elm olmazdan əvvəl məhz felsəfə elminin bir sahəsi kimi formalaşmırdır. İnsanın psixoloji portretini təyin edilən zaman onun böyüdüyü mühit, çevrəsi, dünya görüşü və həyata baxış fəlsəfəsi nəzərə alınır. Şüur, təvkkül və digər psixi hadisələr insana andan gəlmə verilmir. Bunlar otonogenezdə( fərdi inkişaf prosesi) zamanı əldə olunur. Bu isə öz növbəsində psixologiyanın pedaqoqika elmi ilə bir başa əlaqəsidir. Pedoqoqika şəxsiyyətin inkişafının idarə olunması qanunlarını, psixologiya isə insan psixikasının inkişafı qanunlarını işləyib hazırlayır. Bu hər iki elmin qarşılıqlı əlaqəsini isə göstərən amillərdən biridə onların tətiqat üsullarındakı eynilikdir.
Psixika və dilçilik elmləridə qarşılıqlı əlaqədədirlər. Psixologiya və linkvistika nitqin psixologiyası müqayisədə psixolinqvistika özünün müstəqil tətiqat predmetinə malikdir. Psixolinqvistika nitq davranışının psixoloq və linqvisitlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinkvistika daha çox psixologiya “özününkü” hesab edir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şürun psixi funksiyaların xüsusiyyətlərinə yönəldir. Psixoliqvistika isə insanların nitq fealiyyətində nitq davranışında ifadə vasitələrini (verbal və qeyir-verbal) də nəzərə almağa çalışır. Psixolinqvistika XX əsrin 50-60-ci illərində meydana gəlmişdir.


  1. Yüklə 67,56 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin