İMMUN SİSTEMİNİN PATOLOGİYASI.İmmunokompetent (limfoid) toxumanm fəaliyyətinin pozulması ilə əlaqədar olan patoloji dəyişikliklər immunopatoloji proseslər ad-lanır. Bunlara orqanizmin immun sisteminin anadangəlmə və qaza-nılma qüsurları (immun çatışmazlığı sindromalrı), allergik reaksiyalar və autoimmun proseslər aiddir.
İMMUN ÇATIŞMAZLIĞISİNDROMLARI.Orqanizmin immun sisteminin zəifliyi ilə əlaqədar olan patoloji proseslər immun çatışmazhğı sindromları adlanır. Onlar ilkin (birin-cili) və qazamlmış (ikincili) olmaqla, 2 qrupa bölünür. İlkin immun çatışmazlığı sindromlarma limfoid toxumanm inkişafmm müxtəlif də-rəcədə ləngiməsi ilə (hipoplaziya, aplaziya) əlaqədar olan irsi və ana-dangəlmə çatışmazlıqlar aiddir. Qazanılmış immun çatışmazlıqları isə ya fərdi inkişaf dövründə keçirilən xəstəliklərin, ya da dərman prepa-ratlarımn təsiri nəticəsində yaranır.