Hər bir elm kimi psixologiya öz inkişaf dövrünü bir necə mərhələdən keçib bunlar:
Elmə qədərki dövr: qədim dövrüdən başlayaraq b.e.ə VII – VI əsr. Bu dövrə psixika ruh adlanırdı və özünü əfsanələrdə, miflərdə, totemlərdə öz əksi tapırdı.
İlkin elmi təsəvvürlər: b.e.ə VI – XVIII əsrin sonuna qədər. Təbii elmlər ilə əlaqədədir. Yəni psixologia fəlsəfənin bir sahəsi olaraq inkişaf edirdi. İnsan öz özünü müşahidə edir və özü haqqında qeydlər aparırdı.
Psixologiya rəftar elmi olaraq inkişafına davamı XX əsrdə başladı. Bu dövrdə psixologiya insanı müşahidə edir. İnsanı ətraf ilə rəftərını, özünü necə aparmağını və insanın reaksiyalarını öyrənirdi. Hətta bəzi motivlərin rəftara təsirini öyrənmədilər.
XX əsrin sonu XXI əsrin əvvəlində: psixologiya artıq insanın dünyaya material baxışlarını öyrənməyə başladı.
Qədim dövrə alimi olan Platon psixologiyanın ruh elmi olaraq ruhanılık, saflıq və ilahilik adlandırmışdır. Yəni ruh və cisim bir-birinə təzad təşkiil edir.
Sokratisə bələ bir deviz irəli sürmüşdür “özünü tanı” yəni özünü müşahidə et hər hansı bir vəziyyətdə necə və nə cür reaksiya verirsən və nələri etməyə qadirsən.
Aristotel isə öz növbəsində psixologiya elmini sistemləşdirmə cəht etmişdir. Yəni Aristotelin fikrincə ruh və cismin bir – biri ilə birbaşa əlaqadə olduğunu demişdir. Aristotel psixologiyanın bir necə probleminidə araşdırmışdır. Bunlar psixi aktivlik, təsəvür, psixoloji hiss etmə, psixi obraz, psixoloji assosasiya yəni qarşılıq və kontrastlik.
Hipokrat isə psixologiyanın beyin ilə əlaqəsi olduğuna görə onu tibb ilə əlaqələndirmişdir.
İntibah dövründə psixologiyanın yaradıcılıq psixologiya meydana gəldi və şəxsiyyət psixologiyası formalaşmağa başladı. Bu dövrdə psixologiya daha çox eksperementlər etməyə başladı.