Praktik psixoloqa verilən ixtisas tələbləri və onun əxlaq kodeksi.
Praktik psixoloqun fəaliyyətinin hüquqi-normativ bazası və fəaliyyətinin planlaşdırılması.
Praktik psixoloqun fəaliyyətinin etik prinsipləri.
Psixoloji xidmət kabineti.
Psixoloji xəritənin tərtibi.
1. Təhsildə sosial – psixoloji xidmətin mövzusu, məqsəd və vəzifələri.
Səriştəli psixoloq uşaqların psixi inkişafında baş verən dəyişiklikləri vaxtında qeydə almaqla, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə alan təlim və tərbiyənin optimal metod və vasitələrinin seçilməsi və səmərəli tətbiqində pedaqoji kollektivə kömək göstərmiş olur.
Psixoloji xidmətin təşkili hər bir cəmiyyətin ictimai-siyasi, sosial-mədəni vəziyyətindən və təhsil sisteminin inkişaf səviyyəsi ilə bağlıdır. Psixoloji xidmətin məqsədi – uşaqlann potensiallarının, qabiliyyətlərinin, maraq və meyillərin vaxtında aşkara çıxarılmasını və maksimum inkişaf etdirilməsini təmin etməkdən ibarətdir.
Təhsildə praktik psixoloji xidmətin vəzifələri ümumi və konkret olmaqla 2 əsas yerə ayrılır.
Praktik psixoloqun ümumi vəzifələri aşağıdakılardır:
Uşaqlarla iş zamanı hər bir yaş dövrünün potensial imkanlarının reallaşdınlmasını təmin etmək;
Uşaqlann maraq, qabiliyyət, meyil, əyləncə və həyat planlarının gerçəkləşdirilməsi üçün onların fərdi xüsusiyyətlərini inkişaf etdirmək;
Uşaq bağçasında, internatda, məktəbdə və s. uşağın normal inkişafı üçün əlverişli psixoloji iqlim yaratmaq;
Uşaqlarla yanaşı müəllimlərə, valideynlərə, tərbiyəçilərə psixoloji yardım göstərmək.
Məktəb psixoloqunun konkret vəzifələri aşağıdakılardır:
Psixoloji yardıma ehtiyacı olan uşaqlara kömək etmək.
2. Təhsildə psixoloji xidmətin əsas prinsipləri. Təhsil sistemində çalışan psixoloqun işi müəyyən prinsiplər üzərində qurulur. Həmin prinsiplər ümumi və xüsusi olaraq 2 qrupa ayrılır.
Təhsil sistemində psixoloji xidmətin ümumi prinsipləri bunlardır: