Məsuliyyət prinsipi. Psixoloq öz işində obyektivliyə, düzgünlüyə böyük əhəmiyyət verməlidir.
Səriştəlilik prinsipi. Yüksək peşə səriştəliliyi psixoloqun vəzifəsi, cəmiyyətin maraqları baxımından onun qarşısında duran öhdəlikdir.
Əxlaqi və hüquqi standartlar prinsipi. Psixoloq öz fəaliyyətində cəmiyyətdəki sosial normalara və əxlaqi tələblərə hörmətlə yanaşmalı, əxlaqi və hüquqi standartların pozulması hallarına yol verməməlidir.
Yanlış təsəvvürlər prinsipi. Psixoloq təhsil aldığı və ya daxil olduğu ali məktəb, yaxud təşkilat və cəmiyyət adından çıxış etməklə yanlış təsəvvürlər yaradılması meyillərindən uzaq olmalıdır.
Mətbuat üçün bəyanatlar prinsipi. Psixoloq işinin tətbiqi sahələri ilə bağlı mətbuat üçün bəyanatlar verərkən obyektiv və dəqiq olmalı, sensasiya doğuracaq yanlışlığa yol verməməlidir.
Konfıdensiallıq prinsipi. Psixoloq peşə sirrini qorumalı, fərd haqqında məlumatların gizli saxlanılmasım təmin etməli və bu barədə zəmanət verməlidir.
Müraciət rifahı prinsipi. Psixoloq iş apardığı adamın və ya qrupun mənafeyini müdafiə etməli və onun toxunulmazlığına hörmət bəsləməlidir.
Qarşılıqlı münasibət prinsipi. Psixoloq müraciət edəni qarşılıqlı münasibətlərin əsas cəhədləri haqqında məlumatlandırır və onu bu münasibətlərə qoşulmağa yönəldir.
Şəxssiz xidmət prinsipi.Diaqnostik, müalicə və ya məsləhət məqsədilə həyata keçirilən psixoloji xidmət yalnız peşəkar münasibətlər kontekstində həyata keçirilməlidir. Müayinənin nəticələri və ya verilən tövsiyələr onun peşəkar nüfuzuna ziyan vurmamalı, mətbuat və ya digər KİV ilə yayılmamalıdır.
Xidmət haqqında elan prinsipi. Psixoloq peşəkar xidmətlə məşğul olması barədə müxtəlif informasiya vasitələrində peşəkarlıq səviyyəsi, diplomun statusu, ünvan, telefon nömrəsi, iş vaxtı və göstərilən xidmət növü haqqında məlumatlar verə bilər.