Mövzu: 2 Təhsildə sosial-psixoloji xidmətin mövzusu, məqsədi, vəzifələri və prinsipləri Plan


Praktik psixoloqun fəaliyyətinin hüquqi-normativ bazası və fəaliyyətinin planlaşdırılması



Yüklə 126,25 Kb.
səhifə4/10
tarix24.12.2023
ölçüsü126,25 Kb.
#193668
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 2

5. Praktik psixoloqun fəaliyyətinin hüquqi-normativ bazası və fəaliyyətinin planlaşdırılması.
Praktik psixoloqun təhsil müəsisəsində fəaliyyəti 3 tip sənəddə əks olunur: normativ sənədlər; xüsusi sənəd­lər; təşkilati-metodik sənədlər.
1. Normativ sənədlər praktik psixoloqun təhsil müəssisə­sində peşə fəaliyyətinin normativliyini və standartlarını göstərən sənədlərdir. Bunlar aşağıdakı­lardır:

  • Təhsil haqqında Qanun;

  • BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası;

  • Təhsil sistemində psixoloji xidmət haqqında “Əsasna­mə”;

  • Praktik psixoloq haqqında “Əsasnamə”;

  • Praktik psixoloqun ixtisas xarakeristikası (vəzifə haq­qında təlimat və mütəxxsisin standartı);

2. Xüsusi sənədləşdirmə psixoloqun işinin keyfiyyətini qiymətləndirməyə imkan verir. Xüsusi sənədləşdirməyə daxildir: psixoloji rəylər; korreksiya xəritələri; psixi inkişaf xə­ritəsi; diaqnostik müayinə protokolları; psixoloji xasiyyətnamələr; psixoloji rəylərdən çı­xarışlar və s.
Qeyd olunan sənədlərdən rəylər, korreksiya xəritələri və müayinə protokolları məxfi, digərləri isə açıq, sərbəst sənəd hesab edilir ki, psixoloq onlar əsasında maraqlanan şəxslərə müəyyən məlumatlar verə bilər.
Normativ sənədlər direktiv sənədlər kimi də qeyd olu­nur. Direktiv sənədlərdə təhsil müəssisələri və iştirakçıların hü­quq və vəzifələri, fəaliyyət sahələri, prinsipləri, funksiyaları sistemləşdirilir. Hazırda məktəb psixoloqlarının istifadə etdik­ləri sənədlər siyahısı rəsmi qaydada təsdiq edilməmişdir. Təq­dim olunan sənədlər tövsiyə xarakteri daşısa da dünyanın bir sıra ölkələrində məktəb psixoloqlarının iş təcrübəsində uğurla istifadə edilir.
Məktəb psixoloqunun təlimati sənədləri: Psixoloji xarakteristika praktik psixoloqun fəaliyyətinə aid sənədlərdən biridir, uşaqların psixi inkşafının səviyyəsini əks etdirir. Psixoloji xa­rakteristikanın tərtibi üçün müxtəlif nümunələr vardır. Burada psixoloq uşağın intellektual, fərdi-psixoloji xüsusiy­yətlərinin obyektiv təhlilini verir, bütövlükdə isə ümumi və xüsusi qabiliy­yətləri haqqında ümumi qeydlər edir.

Yüklə 126,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin