Mövzu: 2 Təhsildə sosial-psixoloji xidmətin mövzusu, məqsədi, vəzifələri və prinsipləri Plan



Yüklə 126,25 Kb.
səhifə3/10
tarix24.12.2023
ölçüsü126,25 Kb.
#193668
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 2

2. Aktual istiqamət – uşaqların tərbiyəsi işindəki məsələlər, davranışdakı pozuntular, ünsiyyət çətinlikləri ilə bağlı təxirəsalınmaz problemlər və vəzifələr müzakirə edilir.
3. Perspektiv istiqamət – çərçivəsində uşağın fərdi xüsu­siyyətlərinin nəzərə alınması ilə bağlı konkret proqramlar həyata keçirilir

Psixoloji xidmət sistemində psixoloqun peşə hazırlığı baxımından 5 əsas istiqamət mövcuddur: psixodiaqnostika, psixoloji konsultasiya, psixoprofilaktika və psixokorreksiya, psixoloji maarifləndirmə


1. Psixodiaqnostik istiqamət uşağın psixoloji müayinəsin­də peşəkar metodların tətbiqini nəzərdə tutur. Bu metodlar sıra­sında standardaşdırılmış test metodları və kliniki ekspert metodları 2 əsas qrup olaraq fərqləndirilir. Bunlarla yanaşı, mü­şahidə, sorğu, eksperiment kimi metodların da tətbiqi geniş yayılmışdır. Psixodiaqnostika üzrə ixtsaslamış psixolo­qun başlıca vəzifəsi uşaqların və yaşlı insanların psixologiyasını etibarlı diaqnostik müayinə metodları vasitəsilə qiymətləndirmək və tövsiyələr hazırla­maqdır.
2. Psixoloji konsultasiya Bu istiqa­mət özündə aşağıdakı xüsusi iş formalarını əks etdirir:

  1. Psixodiaqnostik müayinələrin nəticələrinə əsasən tövsiyələrin hazırlanması və dəqiq ifadə edilməsi.

  2. Psixoloji məsləhətlərə ehtiyacı olan şəxslərlə söhbət­lərin keçirilməsi.

  3. Psixoloji maarifləndirmə işini həyata keçirmək.

3. Psixoprofilaktikaxə­bərdarlıq xarakterli vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş işlərdir. Onların məzmununda uşağın inkişa­fında arzuedilməz nəticələrə gətirib çıxara biləcək halların qar­şısının alınması, məsələn, inkişafda ləngi­mə, pis adət və meyillərin təzahürü başlıca yer tutur.
4. Psixoloji korreksiya psixoloqun uşağa və yaşlıya birbaşa təsir göstərməsini nəzərdə tutur. Bu istiqamətdə çalışan psixoloq psixoterapiya, sosial-psi­xoloji treninq, autotreninq və s. təsir üsullarını mənimsəmiş olmalıdır.
5. Psixoloji maarifləndirmə – Yaşlıla­rın və uşaqların psixoloji biliklərə yiyələnməsini nəzərdə tutur. Bu sahə­də çalışan psixoloq uşaqlarda və valideynlərdə psixoloji bilik­lərin faydası haqqında təsəvvürlər formalaşdırır.

4. Praktik psixoloqa verilən ixtisas tələbləri və onun əxlaq kodeksi.
Praktik psixoloqun psixologiyanı yüksək nəzə­ri səviyyədə bilməsi ilə yanaşı, peşəkar fəaliyyət üçün zəruri olan psixodiaqnostika, psixoterapiya, psixokorreksiya, patopsixologiya, defektologiya, psixoloji məsləhətlər və s. bilik sahələ­rinə bələd olması gərəklidir. Psixoloqun işində uğurlu olması üçün riyazi statistika, proqramlaşdırma, kompyuterdə işləmək kimi zəruri biliklərə və onlardan istifadə etmək bacanqlarına da malik olmalıdır. O, həmçinin, insanları inandırmaq, diqqətləri özünə cəlb etmək bacanqlanna da malik olmalıdır.
Psixokorreksiya kliyentə praktik təsir göstərmək bacarığına əsaslanan mürəkkəb işdir. Ona gö­rə də praktik psixoloq sosial-psixoloji treninqlərin təşkili texnikasına bələd olmalıdır. Praktik psixoloq üçün çətin uşaqlarla iş sistemi diqqət və hazırlıq tələb edir. Uşaq evlərində, bağçalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün internat tipli məssisəslərdə, xüsusi internat məktəblərdə çalışan praktik psixoloqların fəaliyyyətinə xüsusi tələblər verilir. Belə müəssisə­lərdə çalışan psixoloqlar uşaqlara xüsusi diqqət və qayğı göstər­məlidirlər. Bu müəssisələrdə tərbiyə olunan uşaqlar qayğıya adi uşaqlardan da­ha çox ehtiyac duyurlar.
Praktik psixoloq təlim və tərbiyə ilə məşğul olan hər hansı şəxs tərəfindən uşağın hüquqları pozulduqda onun maraqlarını müdafiə etməli, uşağın inkişafına zərər vuran metodların tətbiqinin qarşısını almalıdır. Psixoloq səlahiyyətli inzibati idarəetmə orqanları tərəfindən uşağın taleyi ilə bağlı qərarların qəbulunda öz mövqeyini bildirməlidir. Məktəb psixoloqunun hüquqları sosial, mənəvi və hüquqi baxımdan müdafiə olunmalıdır. Onların hü­quqlarının sosial müdafiəsi təhsil sisteminə aid olan təşkilatlar tərəfindən (Praktik Psixoloqlar Assosiasiyası, Təhsil Şurasının Uşaq və Təhsil fondları, uşaqların təlim və tərbiyəsi mərkəz­ləri, KİV) təmin olunur.
Praktik psixoloqun əxlaq kodeksi bir sıra mənbələr əsa­sında hazırlanmışdır. Təhsildə sosial-psi­xoloji xidmətin artıq çoxdan fəaliyyət göstərdiyi ABŞ, Almani­ya, İspaniya, Kanada, Yaponiya və s. kimi ölkələrdə praktik psixoloqların əxlaq kodeksləri mövcud­dur:

  1. Uşağın şəxsi maraqları təlim-tərbiyə müəssisəsinin, yaşlıların və başqa uşaqların maraqları ilə ziddiyyət təşkil etdikdə, psixoloq əda­lətlə qərar verməlidir.

  2. Psixoloqun psixoloji xarakterli qərarları qətidir və idarəetmə orqanlarının rəhbərləri tərəfindən dəyişdirilə bilməz.

  3. Psixoloqun qərarlarını yalnız yüksək ixtisaslı psixo­loqlardan təşkil olunmuş komissiya dəyişdirmək hüququna malikdir.

  4. Uşaqlarla iş zamanı psixoloq vicdan və səmiyyət prinsipini rəhbər tutmalıdır.

  5. Psixoloq ona verilmiş hüquqlardan düzgün istifadə etməkdə məsuliyyət daşıyır.

  6. Psixoloq öz işini uşağın ləyaqətinə toxunmadan qurmalı, Beynəlxalq İnsan Hüquqları haqqında Bəyannamə, Uşaq hüquqlan haqqında Konvensiya ilə müəyyən edilmiş insan hüquqlarını müdafiə etməlidir.

  7. Psixoloq öz rəy və tövsiyələrində ehtiyatlı olmalıdır.

  8. Psixoloq uşağın psixoloji inkişafını məhdudlaşdıran tədbirlərdə iştirak etməməlidir.

  9. Psixoloq uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran halların qarşısının alınmasına səy göstərməlidir.

  10. elmi standartlara cavab verməyən metodların məcburi tətbiqi zamanı psixoloq lazımi şəxsləri xəbərdar etməlidir.

  11. Psixoloq peşə hazırlığı olmayan şəxslər tərəfindən psixoloji təsir metodlarının istifadə edilməsinin qarşısına almalıdır

  1. Yeniyetmə və böyük məktəbyaşlı uşaqlarla psixolo­qun fərdi məsləhətləri müəllimlər, valideynlər və ya onları əvəz edən şəxslərin iştirakı ilə keçirilməlidir.

  2. Yeniyetmə və gənclərin fərdi psixoloji müayinəsinin nəticələri haqqında məlumatı psixoloq yalnız uşağın özünün razılığı ilə üçüncü şəxsə verə bilər.

  3. 3-cü şəxslərə psixoloji müayinə­nin nəticələri haqqında yalnız o halda məlumat verə bilər ki, onlardan uşaqların zərərinə istifadə olunmasın.

  4. Psixoloq kliyentlərə yerinə yetirə bilməyəcəyi işlər barədə vədlər verməməlidir.

  5. Əgər uşağın müayinəsi baş­qa adamın tələbi ilə aparılırsa, psixoloq uşağın valideynlərinə bu barədə xəbər verməyə borcludur.

  6. Psixoloq peşəkar fəaliyətdə onunla əlaqədar olan şəxslərə diqqətlə yanaşmalı, peşə etikasını gözləməyin, sirri saxlamağın zəruriliyini əsaslandırmalıdır.

Psixoloq aşağıdakı hüquqlara malikdir:



  1. Müstəqil surətdə uşaqlarla və yaşlılarla aparılan işlə­rin başlıca istiqamətlərini ayırd etmək;

  2. Peşəsini uğurla yerinə yetirmək üçün lazımi şəraitin yaradılmasını müdriyyətdən tələb etmək;

  3. Müdriyyətin göstərişləri psixoloqun peşə fəaliyyəti­nin etik prinsiplərinə zidd olduğu hallarda, onların yerinə yetirilməsində imtina etmək;

  4. Sənədlərlə tanış olmaq;

  5. Tibbi və defektoloji müəssisələrə sorğu ilə müraciət etmək;

  6. Uşağın gələcək taleyini həll edən komissiyaların işində məşvərətçi səs hüququ ilə iştirak etmək.

  7. Tətbiq olunan yeni metodların səmərəliliyinin qiymətləndirilməsində iştirak etmək;

  8. Tədqiqat məqsədləri ilə məktəbdə qrup halında və fərdi şəkildə psixoloji eksperimentlər aparmaq;

  9. Elmi və elmi-kütləvi jurnallarda özünün iş təcrübəsini ümumiləşdirən məqalələrlə çıxış etmək;

  10. Psixoloji-pedaqoji biliklərin təbliği sahəsində iş aparmaq.



Yüklə 126,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin