Mövzu: 2 Təhsildə sosial-psixoloji xidmətin mövzusu, məqsədi, vəzifələri və prinsipləri Plan



Yüklə 126,25 Kb.
səhifə10/10
tarix24.12.2023
ölçüsü126,25 Kb.
#193668
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 2

8. Psixoloji xəritənin tərtibi.
İnsanlararası münasibətlərin öyrənil­məsi yolu ilə psixoloq hər bir şagirdin psixoloji portretini yaratmış olur. Psixoloqun fəaliyyətinin nəticəsi olan bu sə­nəd hər bir şagird üçün tərtib edilir və fərdi-psixoloji xəritə ad­lanır. Psixoloji xəritə hər bir şagird haqqında bir dəfə tərtib olunur və ona şagirdin orta təhsil müddətində əlavələr edilir.
Psixoloqun tərtib etdiyi fərdi-psixoloji xəritə təxminən aşağıdakı bölmələrdən ibarət ola bilər:

  1. Ailə, şagirdin valideynlərinin adı, soyadı və atasının adı. Uşaqla birgə yaşayan qohumlar və ailə üzvləri. Onların yaşı, təhsili, vəzifəsi və iş yeri. Ailənin mənzil şəraiti, maddi vəziy­yəti və digər xüsusiyyətləri;

  1. Şagirdin fiziki inkişafı və sağlamlığı, fiziki qüsurların olub-olmaması, sağlamlıq durumu;

  2. Temperament və xarakter xüsusiyyətləri;

  3. Psixi və emosional proseslərin xüsusiyyətləri və inkişafı;

  4. İdrak və təlim qabiliyyət və bacarıqlarının xüsusiyyətləri və inkişafı;

6. Özünüqiymətləndirmə və iddia səviyyəsi;

  1. Maraqlar və meyillər. Məktəbdə, maraq kurslarında və bölmələrdə və s. məşğələlər;

  2. Davranışın xarakterik xüsusiyyətləri;

  3. Şagirdin yaşıdları və yaşlılarla münasibətləri;

  4. Şagirdin təlimə münasibəti və təlim uğurları;

  5. Şagirdin peşəyönümü və peşə maraqlan;

  6. Şagirdin şəxsiyyətinin digər xüsusiyyətləri;

Fərdi-psixoloji xəritənin qeyd olunan bölmələri şərtidir və ona əlavələr də edilə bilər. Göstərilən hər bir bölməyə aid məlumatların əldə edilməsi məqsədilə psixoloq müxtəlif me­tod və metodlardan istifadə edə bilər. Məsələn,
1. “Mənim yaxşı və pis xüsusiyyətlərim”, “Mən kim olmaq istəyirəm”, “Mənim həyat idealım” və s. mövzularda inşalar;
2. Şagirdlərin müxtəlif fəaliyyət növlərinə və tədris fənləri­nə münasibətini, maraq və meyillərini, dərk edilmiş motivlərini müəyyən etmək üçün anket sorğuları;
3. Özünüqiymətləndirmə. Şagirdə özünün icra etdiyi tədris işlərini qiymətləndirmək təklif olunur;
4. Sərbəst tapşırıqlar. Şagirdə verilmiş tapşırıqlardan, məsələ və misallardan istənilən sayda və istəni­lən xarakterdə olan sərbəst olaraq seçmək təklif olunur. Seçi­min xarakterinə və sayına görə şagirdin bir çox xüsusiyyətlərini müəyyən etmək olar.
Bundan başqa, psixoloq müxtəlif psixodiaqnostik metodlardan, xüsusilə psixoloji testlərdən istifadə etməklə hər bir şagirdin psixoloji xüsusiyyətlə­ri haqqında məlumat əldə edə bilər.
Şagirdin psixoloji xəritəsi təxminən ildə 2 dəfə doldu­rulur. Psixoloq hər bir şagird haqqında əldə etdiyi məlumatları fərdi-psixoloji xəritələrə qeyd etməzdən əvvəl fakt və məlu­matların obyektiv və etibarlı olması üçün həmin sinifdə dərs deyən müəllimlər və sinif rəhbərləri ilə birgə pedaqoji-psixoloji konsilium keçirməlidir. Konsiliumlar ayn-ayn siniflərdə tərbi­yə işinin vahid sistemini, zəruri korreksiya-inkişafetdirici proq­ramların tərtibi, sinif-şagird kollektivinin gələcək inkişaf pers­pektivlərini müəyyən etmək baxımından da faydalıdır.


Yüklə 126,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin