Hərəkət üzrə fəaliyyət prinsipi. Psixoloq kommersiya məqsədi üçün yaradılmış psixoloji cihazların, kitabların və digər növ məhsulların yararlılığı və qanuni yolla əldə edilməsinə görə cavabdehdir.
7. Psixoloji xidmət kabineti. Məktəbdə praktik psixoloq üçün o qədər də böyük olmayan, mütənasib ölçülü, 10-12 nəfərin yerləşə biləcəyi təxminən 25-30 kv metr sahəsi, təbii və süni işıqlandırılması normal olan kabinet olmalıdır. Kabinet uşaqlarla fərdi və qrup halında söhbətlərin aparılması, diaqnostika və korreksiya üzrə işlərin yerinə yetirilməsinə xidmət etməlidir.
Psixologiya kabineti praktik psixoloqun gündəlik iş yeridir. Yaxşı olar ki, psixologiya kabineti məktəb binasımn I mərtəbəsində inzibati və təsərrüfat, həmçinin idman və musiqi otaqlarından aralıda, səs-küysüz bir yerdə olsun.
Otağın rəngləri sakitləşdirici mavi, yaşıl və ya sarı rəng çalarlarına uyğun olmalıdır. Bu rəng tonları iş şəraitinə uyğunlaşma üçün münasib hesab olunur. Otaqda canlı dekorativ otaq bitkilərinin olması önəmlidir. Psixoloqun iş otağı heç də müəssisə işçiləri üçün istirahət və əyləncə yeri deyil. Burada uyğun avadanlıqların, mebel və invertarların olması vacibdir.
Psixoloqun iş yerində 3 əsas zona aynlmalıdır.
I zona uşaqlarla iş zonasıdır. Burada uyğun mebel və avadanlıqlar, stimul yaratmaq üçün yaşauyğun diaqnostik, korreksiyaedici materialların, köməkçi materialların, həmçinin texniki materialların olması vacibdir.
IIzona yaşlılarla qarşılıqlı fəaliyyət zonasıdır. Burada kommunikativ fəaliyyət üçün gərəkli olan vasitələr, yumşaq divan və ya kreslolar, diaqnostik-korreksiyaedici metodikalar və testlər kimi stimul materialları, psixologiyaya aid müxtəlif ədəbiyyatlar və informasiya yerləşdirilir.
III zona psixoloqun təşkilatı-planlaşdırma və interpretasiya üzrə işinin təşkilinə xidmət edən vasitələrlə təchiz edilir. Bu zonada mebel və avadanlıqlar, imkan daxilində kompyuter və çap vasitələri, yazı masası və oturacaqlar, normativ, xüsusi və təşkilati-metodik sənədlər, elmi-nəzəri ədəbiyyatlar və dövrü çap məhsulları, müxtəlif proqram və layihələr, korreksiyaedici proqramlar, diaqnostik və korreksiya işlərinin nəticələri, psixoloji testlər bankı haqqında məlumatlar, psixoloji xəritələr, psixoloqun iş vaxtının xronometrajı və qrafiki, illik və aylıq iş planları, psixoloji xasiyyətnamə və rəylər, psixoloji sorğu və görülən işlərin qeydiyyat jurnalları, yekun hesabatlar, diaqnostik müayinənin nəticələri haqqında rəylər və s. saxlanılır.