Mövzu: Qədim Azərbaycanda xristian dini



Yüklə 219,15 Kb.
səhifə2/3
tarix21.04.2017
ölçüsü219,15 Kb.
#15031
1   2   3

Vəhabilik. Cabir İskəndərli “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” kitabında yazır ki, müasir cəmiyyətdə İslam sünni təriqətinin cərəyanlarından biri kimi tanınan vəhabilik XVIII əsrin ortalarında Ərəbistan yarımadasının mərkəzi ərazilərindən olan Nəcddə meydana çıxıb və tezliklə bölgədə güclü, siyasi hərəkata çevrilib. Bu cərəyanın yaranması XIV əsrin din alimlərindən olan ibn Teymuriyyənin müəllifi olduğu “İslamın təmizlənməsi və ilkin ənənəvi İslama qayıdış” konsepsiyasını genişləndirmiş Məhəmməd İbn Əbdülvəhab ilə bağlıdır. Vəhabilik cərəyanın qurucusu sayılan Məhəmməd İbn Əbdülvəhab İbn Süleymanın (1703-1792) uzun səyahətləri (Bəsrə, Bağdad, Qum, İsfahan, Həmədan, Dəməşq, Qahirə) və İlahiyyat elmilə təkidlə məşğul olması onun dünya görüşünün formalaşmasında böyük rol oynayıb. 
O, İslam dinini “Quran” və Peyğəmbərin sünnəsi özülünə qaytarılması zərurətini irəli sürüb. Onun fikirləri Nəcddəki dindarlar tərəfindən yaxşı qəbul edilmədiyindən Əbdülvəhab anadan olduğu doğma əl-Üyeynə qəsəbəsinə qayıdır. Buraya gəldiyi gündən qəsəbənin əmiri Osman ibn Müəmmar, eləcə də çox görkəmli ərəb şeyxləri ilə dostluq əlaqələri qurmağa nail olur. Əbdülvahab yerli əmir Osman ibn Müəmmara belə bir təklif verir ki, əgər fikirlərini yaymaqda ona kömək

15

edərsə, Allahın yardımı ilə Əmiri Nəcd ərazisinin hakimi elan edəcək. Artıq həmin dövrdə müəyyən qədər təşkilatlana bilmiş vəhabilər bütpərəstliyə qarşı mübarizə adı altında səhabələrin, mötəbər övliyaların, tanınmış şeyxlərin qəbirləri üzərində ucaldırmış türbələr sökür, müsəlmanların müqəddəs saydıqları yerləri – ziyarətgahları, pirləri, məqbərələri dağıdırdılar.


Vəhablərin hərəkətləri bir çox qəbilə başçılarını narahat edirdi. Onlar yeni təlimlə barışa bilmir, buna qarşı sərt müqavimət göstərirdilər. Osman ibn Müəmmarın himayəsi altında özünü o qədər də təhlükəsiz hesab etməyən Məhəmməd İbn Əbdülvəhab Əmir Məhhəməd ibn Səudun (1726-1765) hakimiyyəti altında olan Dəryə şəhərinə köçür. 1744-cü ildə ibn Səud vəhabiliyi qəbul edir və Əbdülvəhabla “Dəriyyə ittifaqı” adlı bir ittifaq bağlayır. Yeni ittifaqın açdığı imkanlar sahəsində ibn Əbdülvəhab öz təlimini təbliğ edir, ətrafına ardıcıllar toplayır, ibn Səud isə şan-söhrət qazanaraq Ərəbistanı öz hakimiyyəti altında birləşdirmək fürsəti qazanır. Həmin vaxt Əbdülvahabın dediklərini qəbul etməyən müsəlmanlara “kafir” damğası vurulurdu. İbn Səudun başqa əmrlikləri Səudilər dövlətinə tabe etməsi üçün başladığı qarşıdurmalar isə xüsusi amansızlığı ilə fərqlənirdi. XVIII əsrin 40-cı illərinin ortalarından etibarən Əbdülvahab açıq-aşkar siyasi mübarizəyə qoşulur. Onun təlimi Ali-Səud sülaləsinin Ərəbistan yarımadasında apardığı mübarizənin bayrağına çevrilir. Təxminən 20-25 il ərzində bir çox əmrliklər Ali-Səuda həvalə edilir. Məhəmməd ibn Əbdülvahabın vaxtında onun dediklərini qəbul etməyən müsəlmanlara “kafir” damğası vurlurdu. Onun sağlığında və ölümündən sonra bir sıra dəhşətli cinayətlər edildi: insanlar öldürülür, məqbərələr qarət edilir və s. Məsələn, 1802-ci ildə baş vermiş dəhşətli cinayət: Nəcəfdə şiələrlə baş verən bir mübahisə nəticəsində bəzi vəhvabilərin öldürülməsini bəhanə edərək Əbdüləziz ibn Səudun başçılığı altında 1802-ci ildə (Məhərrəm ayının 10-u, yəni Aşura günü) Kərbəlanı ziyarət edən minlərlə insan qılıncdan keçirildi və Həzrət Hüseynin (ə.) məqbərəsi qarət edildi...

Bütün bu qeyd olunanların davamı haqda tarixi mənbələrdən daha ətraflı məlumat toplamaq olar. Bu istiqamətdə son olaraq bildirək ki, baş



16

verənlər 18 sentyabr 1932-ci ildə Səudilər nəslinin nümayəndələrindən olan Əbdüləzizin hazırkı Səudiyyə Ərəbistanı Krallığının əsasını qoyması ilə sonuclandı (ölkənin adındakı “Səudiyyə” sözü məhz Səudilər nəslinin adıyla bağlıdır). Yekun olaraq demək olar ki, Məhəmməd ibn Əbdülvəhabın yaratdığı təriqət özünə davamçı yığmağa, Səudilər nəslinə isə XVIII əsrdən başlayaraq genişlənməsi XX əsrdə başa çatmış, ömrü hələ də davam edən bir hakimiyyət qazandırdı. Səudiyyə Ərəbistanı vəhabiliyin beşiyi sayılsa da, sonralar Məhəmməd ibn Əbdülvahabın davamçıları digər müsəlman ölkələrdə, hətta qeyri-İslam öldkələrində də təbliğatlarını yaymağa başladı. Bu təbliğat indinin özündə də davam edir, davamçılar missionerliklə vəhabiliyi yayır. Vəhabilik isə erkən İslam dövrünün qayda-qanunlarına qayıtmağı, təkallahlılıq prinsipinə ən ciddi şəkildə riayət etməyi, müqəddəslərə və müqəddəs yerlərə sitayişdən, başqalarından götürülən yeniliklərdən imtina etməyi təbliğ edən dini-siyasi cərəyandır. Bu cərəyanın tərəfdarlarının xarici görünüşü isə başqalarından qısa şalvar geymələri və uzun saqqal saxlamaları ilə fərqlənir.


Bu cərəyan Azərbaycanda var. Ölkə cəmiyyətində vəhabiliklə bağlı maraq, daha çox isə qorxu var. Maraq bəlkə də vəhabilərin öz adlarını belə etiraf etməkdən çəkinmələrilə bağlıdır. Qorxu isə yəqin onla bağlıdır ki, bir sıra hallarda bu cərəyanın adının qarşısına “radikal” sözü də əlavə olunur: radikal vəhabi, radikal vəhabi qruplaşması və s.
Vəhabilər isə özlərinin nəinki radikal, heç adicə “vəhabi” adlandırılmasının da qəti əleyhinədir. Onlar özlərinə “sələfi”, yaxud “əhli-sünnə və cəmaət” deyir və məhz belə adlandırılmasını istəyir.
Qamət Süleymanov Azərbaycandakı, özlərinin təbirincə desək, sələfilərin lideridir. Ancaq o, özünü tərəfdarlarının lideri yox, sadəcə “Əbu Bəkr” məscidinin imamı sayır. Həmin məscidin ki, 2008-ci ildə orada terror hadisəsi baş verdi, məscid partladıldı. Həmin vaxtdan indiyədək “Əbu Bəkr” məscidi hələ də bağlıdır. Qamət Süleymanovun vəhabiliklə bağlı, daha doğrusu vəhabiliyin ümumiyyətlə olmaması ilə bağlı öz arqumentləri var: “Ümumiyyətlə, İslam dinində vəhabilik adlı firqə yoxdur. Sadəcə, başqa təriqətdə olanlar - hansı ki onlar dindən əlavə özlərindən uydurma şeylər çıxarıblar – bu sözü atıblar ortaya. 17 Bunun yayılmasının səbəbi isə dini savadsızlıqdır. Çünki Azərbaycanda dini maarifləndirmə sıfır səviyyəsindədir”.
Qamət Süleymanov əslində Allahın adlarından birinin də Vahab olduğunu deyir: “Əslində, vəhabi insan adından, yəni Məhəmməd Əbdülvahabın adından götürülən söz deyil. Vəhabi – tək Allaha ibadət edən deməkdir. Biz vəhabi deyilik. Əgər vəhabi olsaydıq bunu deyərdik. Axı niyə də deməyək? Biz heç kimdən qorxmuruq”.
“Dini etiqad və vicdan azadlığı haqqında” qanuna edilən əlavə və dəyişiklikdən sonra Qamət Süleymanovun rəhbəri olduğu “Nərimanov dindarları” dini icması dövlət qeydiyyatından keçməyib (buna qədər onların dövlət qeydiyyatı var idi).
Yeri gəlmişkən, Qamət Süleymanov əvvəlcə Sudanda (bu Afrika ölkəsi vəhabiliyin yayıldığı yerlərdən biridir), sonra isə Səudiyyə Ərəbistanında (bu ölkə isə yazının əvvəlindən göründüyü kimi, vəhabiliyin beşyidir) təhsil alıb. Maraqlıdır ki, o, hələ ilk dəfə Sudana gedəndə artıq sələfi imiş: “1992-ci ildə Sudana getmişəm. Ancaq hələ Bakıda olarkən - 1988-ci ildə, 18 yaşımda sələfi oldum. Həmin vaxt cürbəcür firqələr var idi. Eşitdim ki, sələfi əqidəsi də var. Oxuyandan sonra gördüm ki, bu əqidədə sırf din təbliğ olunur, artıq şey yoxdur, bəyəndim. Elmimi artırandan sonra da arxayın odum ki, haqq yolu budur”.
Qamət Süleymanov vəhabilərin (özlərinin təbirincə desək sələfilərin) görünüşünün fərqli olmasını isə belə əsaslandırır ki, əslində digər təriqətlərdə saqqal saxlamaq var, lakin onlar buna əməl etmir: “Məsələn, sufilərdə, şiələrdə də saqqal saxlamaq var, şalvarın qısa olması var. Ancaq onlar saqqal saxlamır, şalvarlarını da qısa eləmir. Sələfilər isə edir”.
Sual çıxır: niyə? Axı məsələn, şiəlikdə uzun saqqal saxlamaq tələb olunursa, onlar niyə saqqallarını uzatmır? Qamət Süleymanov sualı belə cavablandırır: “Mən oxuyuram, Allah və rəsulun qanunu var, belə olmalıdır. Mən, sadəcə, qanuna tabe oluram”.
Cabir İskəndərli “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” kitabında vəhabliyə yaxın olan və cinayət törətmiş təşkilatlar barədə yazıb. Məsələn, qeyd olunub ki, 1999-cu ildə Azərbaycanın 18 təhlükəsizlik orqanları bir sıra ağır cinayətlər törətdiyinə görə vəhabiliyə yaxın olan “Ceyşullah” (“Allahın ordusu”) təşkilatının 14 üzvünü həbs edib. Onlar Azərbaycan Ekstrasenslər Birliyinin sədri Etibar Erkin və iki oğlunu qətlə yetirməkdə, Avropa Yenidənqurma və İnkişaf Bankının ofisini qarət etməkdə və “Krişna şüuru” dini icmasının Bakı qərargahını partlatmaqda məhkəmənin hökmü ilə təqsirləndirilərək, həbs olunublar.
Qamət Süleymanov isə deyir ki, məsələn, sünnilərdən ibarət hansısa quldur dəstəsi bir cinayət törədirsə, bu, bütün sünnilərin cinayətkar olması anlamına gəlməməlidir: “Cinayəti şiə də, sünni də, başqaları da törədə bilər. Biz belə şeylərin əleyhinəyik. Ona görə də məhz biz terrora məruz qaldıq (O, sonuncu cümləni “Əbu Bəkr” məscidinin partladılmasını nəzərdə tutaraq deyir – P.A.)”. Qamət Süleymanov vəhabilərlə bağlı olduğu iddia edilən və bir sıra cinayətlər törətmiş “Ceyşullah”, həmçinin “Hizbu-t-təhrir” təşkilatlarının əleyhinə olduqlarını söyləyir.
Cabir İskəndərlinin kitabından: “…Digər məscidlərdən fərqli olaraq “Cümə” məscidi günün 24 saatı vəhabilərin üzünə açıq oldu. Bura onların həm ibadət, həm də görüş yerinə çevrildi. Çeçenistan, Dağıstan, Özbəkistan və digər respublikalardan gələn vəhaiblərlə görüşlər məhz bu məsciddə keçirildi. Məscidə toplaşanlar arasında “Çeçen press” agentliyinin bülletentləri yayılırdı…”
Qamət Süleymanov deyir ki, məscidin 24 saat açıq olması normaldır, çünki məscid Allahın evidir: “O ki qaldı çeçenlərin bizim məscidə gəlməsi, onlar başqa məscidlərə də gedirdilər. Ancaq hansısa bülleten yayılmırdı, təbliğat aparılmırdı. Bunlar hamısı qərəzli mövqedir, cəfəngiyyatdır”.
Əhalinin vəhabi kimi tanıdığı, özlərinə isə sələfi deyən şəxslərin Azərbaycandakı sayı barədə dəqiq məlumat yoxdur. Ancaq onların sayının on minlərlə olduğunu təxmin etmək olar. Çünki vəhabilərin təbliğat və idarəçilik metodları çox sadə və effektlidir: İdeologiyanı mənimsəyən şəxslər digərlərini də bu yola dəvət edirlər. Hər yeni cəlb olunan şəxs yeni adamlarla ünsiyyətə yaradır. Əvvəl ailə üzvləri, sonra qohumlar və qonşularla müvafiq söhbətlər aparılır, onlar qrupun yeni

19

üzvlərinə çevrilirlər. Beləliklə, vəhabi şəbəkəsinin zəncirvari həlqəsi formalaşır (bu cümlələrdən sonra yazının əvvəlindəki “20 yaşlı oğlan necə vəhabi oldu” yarımbaşlığındakı sonuncu abzası oxusanız daha çox şey aydın olacaq). Vəhabiliyin yayılması üçün müxtəlif adlar altında ayrı-ayrı mənbələrdən (məsələn, Küveyt İslam İrsinin Dirçəlişi Təşkilatı kimi) hesabına pul vəsaitləri də cəlb olunur.


Yehova şahidləri.Deyilənə görə bu inancın qurucusu Amerikalı papaz Charles Russel olub..1872-ci ildə bunu qurub 1916-cı ildə vəfat etmişdir.
Russel, satışa çıxardığı bir buğdanın çox çox məhsul verəcəyini, bu buğdanın mucizeli olduğunu elan etdi. Bu yalana inananlar bir ovuc buğdanı 60 dollara alaraq əlavə idilər. Lakin istənilən məhsulu alamayanlar, dolandırıldıklarını anlayanlar məhkəməyə verdilər. Məhkəmədə bu buğdanın digər buğdaylardan fərqi olmadığını etiraf etdi və məhkum oldu.
Evladlıq qızı Rose Bolyə təcavüz etdiyi üçün arvadı Mariya Frensis tərəfindən məhkəməyə verilmiş və məhkəmədə günahını etiraf edərək hökm verilmişdir.. Məhkəmə, Russelin yalan yerə and içən bir yalançı olduğuna dair də bir hökm vermişdir.
Bu din bir zamanlar Russelizm adıyla anılmış və bir cins Luthercilik olaraq görülmüşdür. Məqsədləri tanrının nəzarətində Həzrəti İsanın liderliyində bir dünya krallığı, tək tip cəmiyyət nizamı qurmaqdır. Yehova şahidləri 1917-1928 illəri arasında inanclarında 148 qədər dəyişiklik etdilər. Qarmaqarışıq bir inanc sistemi halına gələn Yehovacılık, həqiqi Xristianlıq iddiası ilə ortaya çıxmasına və Yəhudiliklə Xristianlıq qarışığı kimi görünməsinə baxmayaraq onlardan tamamilə fərqli bir inam halına gəldi.
Yehova: Bu sözünün əsli Yahvedir. Rəbb İsraillilərin milli ilahlarının adıdır. Bu din, əvvəllər "Russel təriqəti" adı ilə çalışırdı. 1931-ci ildə "Yehova şahidləri" adı ilə meydana çıxdı. Dörd incili əsas götürürlər.
(İsanın dünya krallığı başladı) deyərək, dövlətlərin sonunun yaxınlaşdığını, tarixlər verərək ortaya atmışlar. Bu tarixlər, 1914, 1918, 1925 və 1975-dir. Təbii hamısı də puça çıxmışdır. 20
Yehovacılar, yeni şərhlərlə ayrı bir axın, ayrı bir Xristianlıq dini şəklində görünərlər. Bəzi xristianlar (İsa üç tanrıdan biridir) deyərlər. Yehovacılar üçün tək tanrı Yehova deyərlər isə də, (İsa, Yehova oğludur, üstün bir varlıqdır) deyərlər. Həzrət-i İsanı tanrı olmaqdan çıxarmaları və ruhu qəbul etməmələri katolik, Pravoslav və protestantları hirsləndirmişdir..
Yehovacılara görə də, digər xristianlar kimi, hər bir uşaq günahkar doğular. Inanclarını aşılamaq üçün, Hıristiyanlıklarını gizləyərlər. Yehova yerinə "Allah" və digər İslami terminləri istifadə edərlər. Bunlara ancaq cahillər qanayar, dinini bilən heç bir müsəlman qanmaz. Bunlar axirətə inanmayan da. Cənnətin dünyada olacağına, Həzrəti İsanın oradakı krallığına inanarlar. Ruhun ölməzliyinə inanmazlar. Üçləmə əqidəsini şərh, bəzi xristian məzhəblərdən fərqli olmaqla birlikdə, onu rədd etməz. Dünya onlara görə bakidir. Özlərini bir millətə və vətənə bağlı hiss etməzlər. Xristianlıq əqidəsini mənimsəyər. Hətta özlərini zadəgan Xristian olaraq tanıtırlar.
Bayrağa qarşı çıxırlar, milliyyət və vətən sevgisini rədd edərlər. Vətən bütövlüyü, vətən müdafiəsi və əsgərlik etməyə qarşıdırlar. Zina xaricində hər hansı bir səbəblə boşanmağa və İncillərə zidd olduğunu irəli sürərək qan nəqlinə qarşı çıxırlar.
Şirin, oxşayıcı dillərlə gəncləri aldatmağa, Xristian etməyə çalışırlar. Müxtəlif yollarla ələ keçirdikləri ünvanlara broşura və kitab göndərirlər. Qəşəng, bəzəkli geyinmiş gözəl qızlar, qapı-qapı gəzərək, evlərə bu kitab və broşuralar buraxırlar. Yəhudilik xaricində bütün dinləri düşmən bilərlər. Idarəçilərin dərhal hamısı Yəhudidir. Yəhudilərin 19 kitabını bunlar da müqəddəs qəbul edərlər. 144 min seçmə Yəhudinin dünyanı yönlendireceğine, Cənnətin dünyada olacağına, Həzrəti İsanın dünyadakı Cənnətdə krallıq kuracağına, Yehovacıların xaricində hər kəsin ölüb bir daha dirilmeyeceğine və ölən Yehovacıların diriləcəyinə və bir daha ölməyəcəyinə inanarlar. Hər bir uşaq günahkar doğular deyərlər.
Bunlar, bir çox yöndən Selefiyecilere (Necdilere) bənzərlər.
Bəziləri belədir:
1 - Yehovacılar, "İlk Xristianlar kimi, İncillərə inanaq" deyərlər. 21 Selefiyeciler də, "Yalnız Qurana inanaq" deyərlər.
2 - Yehovacılar da, selefiyeciler də məzhəbə, təriqətə qarşıdırlar. Selefiyeciler, bir çox təsəvvüf böyüyünə kafir deyirlər.
3 - Yehovacılar, ilk Xristianların yolunda olduqlarını söyləyirlər. Selefiyeciler də eyni məntiqlə ilk müsəlmanların yolunda olduqlarını söyləyirlər. (Sələf, ilk müsəlmanlar mənasına gəlir.)
4 - Yehovacılar Cəhənnəmi inkar edirlər. Selefiyeciler də, Pirler olan İbn Teymiyyə kimi Cəhənnəm sonsuz deyil deyərlər.
5 - Yehovacılar, Allah insan kimi düşünər deyərək "Tanrının düşüncəsi" təbirini istifadə edərlər. Selefiyeciler də, "Kur'ani düşüncə, İslam düşüncəsi" kimi təbirlər istifadə edərlər. Halbuki, islamı bir düşüncə olaraq qəbul etmək küfrdür.
6 - Yehovacılar da Selefiyeciler də, Allah göydə deyərlər.
7 - Yehovacılar ruha inanmaz, "elektrikə bənzəyən kişiliksiz bir qüvvət" deyərlər. Bəzi selefiyeciler də mələklərə, külək, təbiət qüvvələri deyərlər.
8 - Yehovacılar, ad günü kutlamazlar. Ad günü kutlamasına varlıqlara tapınmaq deyərlər. Selefiyeciler də ad günü olan mevlid bidət sayar, Peyğəmbərə itaət deyərlər.
9 - Yehovacılar, qədərə iman gətirməzlər. Selefiyecilerin bir qismi də qədərə inanmaz.
10 - İncilləri işlərinə gəldiyi kimi şərhlər, Yehovacı keçmə kafir deyirlər. Selefiyeciler də, Quranı işlərinə gəldiyi kimi şərhlərlər. Selefiyeci keçmə müşrik deyirlər.
İbn Səba, bir Yəhudinin, xristianlığı pozan Pavlos da Yəhudinin. Selefiyecilerin Yehovacılara bənzəmək təsadüf deyil. Hər xarab firqənin altında, bir yəhudi və ya İngilis barmağı vardır. Hər daşın altında onlar gizlidir.

22

4.Şəriət bayramları haqqında



Qurban bayramı-İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi iləZilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.

Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin

23

bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!



Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilmişdir. İslama görə, qurban "Allaha yaxınlaşdıran şey" mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir.

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

24

Qurbanı və ya qurban ibadətini ifadə etmək üçün bir sıra İslami terminlərdən istifadə edilir. Onların arasındakı müəyyən məna fərqləri vardır:



Zəbh: İbrani dilində "Zəbah" kəlməsi ilə oxşar olan "zəbh", "heyvanları qurban bayramı günündə qurban niyyətiylə və ya adi günlərdə yemək üçün kəsmək" mənasındadır. Nəhr: Bu sözün hərfi mənası "boynun şahdamarını kəsmək" deməkdir ki, bu da dəvə qurban edilərkən sinəsinə bıçaq və s. sancmaq mənasında işlədilmişdir. Çünki bu cür kəsmək şəkli digər kiçik heyvanları kəsməkdən fərqlidir. Qurban: İbrani dilində "gorban" kimi, "Allah üçün verilən hər hansı bir qurban" mənasına gəlir. Udhiyyə: "Udhiyyə" kəlməsi Quranda keçməsə də, hədis kitablarında keçir və "kitab başlığı" kimi də işlədilir. Hədy: "Allaha mənəvi cəhətdən yaxınlaşmaq məqsədilə və ya həcc vaxtı ehram qadağası pozulduğu üçün Kəbəyə aparılan və ya özü yaxud pulu göndərilən qurban" deməkdir. Mənsək: "Qurban ibadəti"ni ifadə etmək üçün işlədilir.

"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir".

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".

İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud 25 da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı

26


sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Ramazan bayramı - “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”

(Əl Bəqərə surəsi, 183-cü ayə)

Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “ehya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Islamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs Qurani Kərimin “Qədir” surəsində qədir gecəsi haqqında belə yazılmışdır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.

Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici

27

tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, “(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Insanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər: hilalı görəndə oruclarını başa vurmuşlar. Iki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək  bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.



Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan yaranmışdır. Bu təqvimə əsasən ilin uzunluğu 354 gün sürür. Ikinci xəlifə Ömərin dövründə qərara alındı ki, tarixləri Məhəmməd peyğəmbərin (S.Ə.S) Məkkədən Mədinəyə hicrəti ilindən hesablasınlar. Beləliklə, Məhərrəm ayı ilə başlanan hicri-qəməri təqvimi yarandı. Bütün müsəlman ibadətlərinin, bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir. Ay təqvimi Günəş təqvimindən 10-11 gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün irəli keçir.

Ay təqvimində də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş təqviminə nisbətən yerini dəyişir. Bizim Günəş təqviminə alışmış şüurumuz haradasa qeyri-müəyyənlik görür. Islam bayram və ayinlərinin müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır.

Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Insan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir.

Ramazan ayında fani varlıqlar sanki savaş meydanına çevrilir. İmanla nəfs bu meydanda çarpışır. Nəfs hər imanlı işi udmaq, yeyib-içmək istəyir, pis vərdişlərin davamını diləyir. Inanclar mətanətlə buna qarşı çıxır, dil yalandan, göz və könül haramdan uzaqlaşır.

Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adam sürmə 28

çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (S.Ə.S) buyurur ki, Ramazan ayı gələndə isə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.

Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

“Qabusnamə”nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır: “Ey oğul!... bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.

Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın”.

Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur. Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. Islam qaydalarına əsasən

29

yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Bu ibadət ayini ilə bağlı Məhəmməd peyğəmbərin (S.Ə.S) xeyli hədisi vardır. Həmin hədislərin birində deyilir ki, Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa- o, Allah üçündür, əvəzini də Allah verir.



Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başlandı.


Yüklə 219,15 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin