FəSİl antena qəFƏSLƏRİ



Yüklə 0,54 Mb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü0,54 Mb.
#44950
  1   2   3   4   5
3.6.antena q-f-sl-ri v onlarin istiqam-tl-nm xass-


FƏSİL 2. ANTENA QƏFƏSLƏRİ
Bəzi hallarda antenanın dar istiqamətlənmə diaqramına və böyük istiqamətlənmiş təsir əmsalına (İTƏ) malik olması, yəni onun şüalandırılan elektromaqnit dalğalarını ensiz dəstə daxilinə cəmləməsi tələb olunur. Bu problemi həll etmək üçün zəif istiqamətlənmiş şüalandırıcılar sistemindən istifadə olunur. Müəyyən qayda üzrə yerləşdirilən şüalandırıcılar elə oyadılır ki, lazım olan istiqamətdə onların yaratdıqları sahələr sinfaz, digər istiqamətlərdə isə kəskin qeyri-sinfaz olur. Bu halda sahə gərginliyinin tələb olunan istiqamətdə artması onun digər istiqamətlərdə azalması hesabına baş verir. Aydındır ki, ensiz istiqamətlənmə diaqramının alınmasının bu üsulu antenanın qabarit ölçülərinin artırılmasını tələb edir.

Belə şüalandırıcılar sistemindən biri antena qəfəsidir. Bir-birindən müəyyən məsafədə yerləşdirilmiş və fəzada eyni cür oriyentirlənmiş identik şüalandırıcılar sisteminə antena qəfəsi (AQ) deyilir.

Konstruksiyasından asılı olaraq AQ-nin aşağıdakı növlərini fərqləndirirlər: xətti (düzxətli, qövsvarı, dairəvi), səthi (yastı, silindrik, sferik, konusvari) və həcmi qəfəslər.

Yastı və düzxətli qəfəslər daha geniş tətbiq olunurlar. Düzxətli AQ, həmçinin səthi və ya həcmi qəfəslərin tərkib hissələri olur.

Düzxətli qəfəs dedikdə faza mərkəzləri bir düz xətt üzərində yerləşən identik şüalandırıcılar sistemi nəzərdə tutulur. Həmin düz xətt qəfəsin oxu adlandırılır (şək.2.1).

Qonşu şüalandırıcıların faza mərkəzləri arasındakı nisbi məsafə qəfəsin addımı adlandırılır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin