Mexaniki iş Əgər cisim sabit f qüvvəsinin təsiri altında düzxətli hərəkət edərək s



Yüklə 0,51 Mb.
səhifə1/3
tarix03.05.2023
ölçüsü0,51 Mb.
#106603
  1   2   3
Mexaniki iş və güc


Mexaniki iş və güc.Potensiallı sahədə görülən iş


Baxşəliyev İbrahim Saləddin oğlu

P L A N
1)Mexaniki iş
2)Mexaniki güc
3)Potensiallı sahədə görülən iş
4) Elektrostatik sahədə yükün hərəkəti zamanı görülən iş. Potensial.

Mexaniki iş
Əgər cisim sabit F qüvvəsinin təsiri altında düzxətli hərəkət edərək s yerdəyişməsi icra edirsə, onda deyirlər ki, qüvvə 
A = F ∙ s ∙ cos α,
işi görüb. Burada α – qüvvə ilə yerdəyişmə arasında bucaqdır. 

Qüvvənin və yerdəyişmənin istiqamətindən asılı olaraq mexaniki işin qiymətləri fərqlənir: 
1. Qüvvə və yerdəyişmə eyni istiqamətdə yönəlib α=0° və cos 0º = 1, onda mexaniki iş müsbətdir: 
A = F ∙ s.
Avtomobilin dartı qüvvəsinin işinin düsturu:
A = F∙ s

2. Qüvvə və yerdəyişmə əks istiqamətdə yönəlib, α=180º və cos180º= –1, onda mexaniki iş mənfidir: 
A= – F ∙ s.
Cismin üfüqi müstəvi üzrə sürüşməsi zamanı sürtünmə qüvvəsinin işinin düsturu: 
A = – F∙ s = – µ ∙ mgs.

3. Qüvvə ilə yerdəyişmə perpendikulyardır α = 90° ⇒ cos90º=0 – mexaniki iş sıfıra bərabərdir:
A = 0.
Avtomobilin üfüqi şosse üzrə hərəkəti zamanı ağırlıq qüvvəsinin və dayağın reaksiya qüvvəsinin işi sıfıra bərabərdir, çünki  və . 

Cismin çevrə üzrə bərabərsürətli hərəkəti zamanı mərkəzəqaçma qüvvəsinin işi sıfıra bərabərdir, çünki qüvvə ilə hərəkət istiqaməti arasında qalan bucaq 90º– yə bərabərdir. 

4. Qüvvə və yerdəyişmə iti bucaq təşkil edir (0<α<90º), onda qüvvənin işi müsbətdir: A>0.
5. Qüvvə və yerdəyişmə kor bucaq təşkil edir (90º<α<180º), onda qüvvənin işi mənfidir: A<0.
İşin ölçü vahidi: 

[A]=[F]∙[s]=1N∙1m=1C.


Mexaniki işin sonrakı ölçü vahidləri də istifadə olunur:

  • 1 kC =1000 C, 

  • 1 MC = 1000000 C, 

  • 1 mC =0,001 C.

Əgər qüvvənin yerdəyişmədən və ya koordinatdan asılılığı qrafik vasitəsilə verilibsə, onda qrafikin altındakı sahə ədədi qiymətcə görülən mexaniki işə bərabərdir: 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin