Qanunverici metrologiyanı təsis edən Konvensiya
Qanunverici metrologiyanı təsis edən Konvensiya 12 oktyabr 1955-ci ildə Fransanın paytaxtı Pariş şəhərində təsis olunmuşdur.
Bu Konvensiyaya üzv olan dövlətlər ölçmə vasitələrinin tətbiqi ilə baglı və bu sahədə görülən işlərin kordinasiyasının vacibliyini dərk edərək, baynəlxalq aləmdə texniki və inzibati problemlərin həllini arzulayaraq, qanunverici metrologiya sahəsində beynəlxalq təşkilatın yaradılması qənaətinə gəldilər.
Metrologiya sahəsində bu beynəlxalq təşkilat təsis olunur və məqsədləri aşağıdakılardır:
1) İnformasiya və sənədlər üzrə mərkəz yaratmaq; bir tərəfdən, qanunverici reqlamentə tabeli və ya uyğunlaşa bilən ölçmə fəaliyyəti ilə məşğul olan və ölçmə cihazlarına nəzarət edən müxtəlif xidmətlər; o biri tərəfdən yuxarıda qeyd edilən, layihələndirilən, hazırlanan və tətbiq edilən ölçmə cihazalrı;
2) Müxtəlif dövlətlərin bu sahədəki göstərişlərini konstitutsion və inzibati səlahiyyətlərini əsas tutaraq, bu ölkələrdə tətbiq olunan ölçmə cihazlarına aid sənədlərin mətnlərini və qeydlərini tərtib edilmiş qanunvericiliyə uyöun təcümə və nəşr etmək;
3) Qanunverici metrologiyanın ümumi prinsiplərini müəyyənləşdirmək;
4) Qanunverici metrologiyanın beynəlxalq xarakterli qanunverici və təşkilati məsələlərin həlli üçün tətbiq olunan unifikasiya olunmuş üsul və qaydaları öyrənmək;
5) Ölçmə cihazlarına, onların tətbiqinə aid qanun və qaydaların layəhələrini tərtib etmək;
6) Ölçmə cihazlarının yoxlanılması və nəzarət edilməsi üçün maddi bazaya malik xüsusi xidmət sahəsini lahihələndirmək,
7) Ölçmə vasitələrinin texniki və keyfiyyət göstəricilərinin beynəlxalq miqyasda təsdiqi üçün tövsiyyə edilməsi və üzv dövlətlərdə tətbiqi məqsədilə müəyyənləşdirmək,
8) Təşkialtın hər bir üzv dövlətinin ölçü və cəki xidmətini, ümumlikdə qanunverici metrologiyanın başqa xidmətləri sahələrini əlaqələndirmək.
Təşkilatın nizamnaməsi.
Təşkilatın üzvləri bu Konvensiyada iştirak edən dövlətlərdi.
Təşkilat-Konvensiya
-Qanunverici metrologiya üzrə beynəlxalq Konfransı,
- Qanunverici metrologiya üzrə beynəlxalq Komitəni
- Qanunverici metrologiya üzrə beynəlxalq Büronu Özündə birləşdirir.
Qanunverici metrologiya üzrə beynəlxalq Konfransın məqsədi:
1) Təşkilata aid bütün məsələləri öyrənmək və onlara yuöun qərarlar qəbul etmək;
2) Təşkilatın fəaliyyəti üçün rəhbəredici orqanlar yaradılması, üzv secilməsini və bu orqanalrın tərkibini kooptasiya edilməsini təmin etmək;
3) Hazırkı Konvensiya tərəfindən qanunverici metrologiya üzrə yaradılmış müxtəlif təşkilatların yekunlaşmış işləri abrədə məruzələrini öyrənmək və təşdiq etmək;
Əgər hər hansı üzv dövlət qanunvericiliyinə və idarəçiliyinə aid məsələrinin Konfransda baxılmasını istəyirsə, onda bu dövlətin xüsusi müraciəti olmalıdır.
Dövlətlər-hazırki Konvensiyanın iştiralçıları Konfransda Konvensiya tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində üzv qismində iştirtak edirlər.
Üzv dövlətlər 3-dən çox olmamaqla nümuyəndə ilə Konfransın qurultaylarında iştirak edə bilərlər. İmkan daxilində bu nümayəndələrdən heç olmasa biri öz ölkəsində qanunverici metrologiyanın bu və ya digər xidmət sahəsinin məmuru olsun. Yalnız, bu nümayəndələrdən biri səsvermə hüququna malikdir. Bu nümuyəndələr konkret məsələ ilə bağlı, xüsusi hallarda, Komitenin ilə öz səlahiyyətlərini bölüşə bilərlər.
Hər bir dövlət Konfransla bağlı xərcləri öz hökümətinə təqdim edir. Öz hökümətləri tərəfindən göndərilməyən Komitə üzvləri qurultaylarda məşvərətçi qismində iştirak hüququna malikdir.
Konfransda üzvlərdən başqa müxbir üzvlər də iştirak edə bilərlər
1) Konvensiyada iştirak edə bilmiyən və ya hələlik iştirakşı olmaq istəməyən dövlət və ərazilər;
2) Fəaliyyət sahəsi təşkilatın fəaliyyət sahəsi ilə əlaqəli olan beynəlxalq ittifaqlar. Müxbir üzvlər məşvərətşi səslə Konfransda müşahidəçi qismində iştirak edə bilərlər. Onlar üzv dövlətlər kimi üzvlük haqqı deyil, onlara göstərilən xidmətlərə görə ödəniş etməlidirlər.
Müxbir üzvlər həmçinin sifariş vermək və ödənişli əsaslarla Təşkilatın nəşrlərinə abunə ola bilərlər.
Üzv dövlətlərin fikrincə, onlar konfransın üzərinə düşmüş məsələrin həllinə kömək edə biləcək aidiyyəti bütün sənədləri Təşkilata təqdim etməyi öhdələrinə götürürlər. Konfransin qərarlari o vaxt qüvvəyə minir ki, müzakirədə iştirak edən üzv dövlətlərin sayı ümumi sayın 2/3-dən, səsvermədə iştirak edən nümayəndələrin səsinin sayı ümumi səslərin sayının 4/5-dən az olmasın. Verilən səslərin ayı səsvermədə iştirak edən nümayəndəri – üzv dövlətlərin sayının 4\5-dən az olmamalıdır.
Boş, istifadə olunmayan bülletenlər, həmçinin bitərəf səslər hesaba alınmır. Qeyd olunmuş qərara barədə informasiya, öyrənilməsi və təklif verilməsi üçün dərhal üzv dövlətlər məlumatlandırılır. Üzv dövlətlər imkan daxilində bu qərarların tətbiqi üçün mənəvi məsuliyyət daşıyır. Lakin Konfrans, Komitə, Büronun əşkilati, idarəetmə, administrativ və daxili nizam qaydaları ilə baglı ixtiyarı səsvermədə sadə səs çoxluğu tətbiq olunur. Bu zaman səs vermədə iştirak edənlərin və səslərin minimal sayı üçün yuxarıda qeyd edilən şərtlər gözlənilir. Səsvermədə səslər yarıya bölündüyü zaman üzv dövlətin nümayəndəsi kanfransın iclasında sədr mövqəyindədirsə, onun səsi həlledici olur. Hər Konfransın səssiyasınad onun içərisindən 1 sədr və 2 sədr müavini secilir ki, bu da öz növbəsində Büronun direktorunun katibliyini təşkil edir. Konfrans 6 ildən bir Komitə sədrının çağırışı ilə keçirilir, bu mümkün ilmasa, Komitə üzvlərinin yarıdan çoxu Büronun direktoruna müraciət edərsə, o Konfransı kecirə bilər. Öz işini yekunlaşdıran Konfrans növbəti qurultayın keilər.
Əgər onların səlahiyyətləri çiriləcəyi yeri, vaxtı müəyyənləşdirir və bu barədə Komitəyə müvafiq tapşırıqlar verir.
Təşkilatın dili fransız dilidir. Amma Təşkilat öz fəaliyətində və debatda dillərin də tətbiqinə baxa bilər.
Qanunverici metrologiya üzrə beynəlxalq Komitə - beynəlxalq onfransın işçi orqanı olub , Konfransda qəbul olunmuş məsələrin qəbulu və icrasını həyata keçirir. Komitə hər üzv dövlətin höküməti tərəfindən təsdiq olunmuş 1 nümayəndəsini özündə birləşdirir. Bu nümayəndələr öz ölkəsində qanunverici metrologiyanın bu və ya digər xidmət sahələrinin məmuru olmalıdır. Onlar öz təcrübəsi, məsləhəti və əməyi ilə komitənin fəaliyyətini tənzimləyir, lakin bu zaman onlar istər öz hökümətləri, istərsə də rəhbərliyi qarşısında heç bir öhdəlik götürmürlər.
Komitə üzvləri 6 illiyə seçilir və bu üzvlər dəyişdirilə bilər. Əgər onların səlahiyyətləri Konfransın 2 səssiyaarası müddətdə bitirsə, onda onların səlahiyyətləri avtomatik olaraq II səsiyaya qədər artırılır.
Yuxarıda qeyd edilən şərtlərə əməl edilmədikdə, dərhal onların səlahiyyətləri dayandırılır. Öz hökumətinin izahatsız, xəbərsiz səbəbdən hər hansı bir Komitə üzvü 2 ardıcıl sessiyaad iştirak etməzsə, onlar II sessiyadan istefa vermiş olurlar.
Əgər Konfrans Komitə formalaşan zaman üzv təqdim edə bilmirsə, ölümlə vəya səlahiyyətlərinin bitməsilə bağlı vakant yerlər yaranarsa, onda Komitə öz tərkibini kooptasiya yolu ilə formalaşdırır. Kooptasiya olunmuş yəni seçkisiz seçilmiş üzvlər onların hökümətlərinin razılığı ilə Konfrans tərəfindən təsdiq edildikdən sonra tam hüqquqlu Komitə üzvləri ola bilərlər. Onların səlahiyyətləri bilavasitə Konfrans tərəfindən eçilmiş üzvlərinin səlahiyyətlərinin bitməsilə eyni zamanda bilir. Komitə üzvləri Konfransın qurultaylarında məşvərətşi səslə iştirak edirlər. Konfransda iştirak edən hökümətin nümayəndə heyətinin tərkibindən də 1 nəfər həmçinin Komitə üzvü ola bilər.
Sədr Komitənin iclaslarına məşvərətçi səslə lazım bildiyi şəxsi dəvət edə bilər.
Texnikada və metrologiya elmində müəyyən rol oynamış fiziki şəxslər və ya Komitənin keçmiş üzvləri Komitənin qərarı ilə fəxri üzvlər statusu ala bilərlər. Onlar Komitənin iclaşlarında məşverətçi səslə iştirk edə bilərlər.
Komitə öz tərkibindən dəyişdirilə bilən sədri, I və II sədr müavinlərini 6 illiyə seçir.
Lakin onların səlahiyyətləri Komitənin sessiya arası dövründə bitirsə, onda onların səlahiyyətləri avtomatik olaraq II səssiyaya qədər artırılır. Büronun direktoru onların yanında katib tatusunda fəaliyyət güstərir. Komitə öz səlahiyyətlərinin bir hisəsini öz sədrinə həvalə edə bilər. Sədr Komitə tərəfindən ona həvalə edilmiş məsələləri həll edir, təxirə salınmaz hallarda onları dəyişdirir. O bu qərarları Komitə üzvlərinin nəzərinə çatdırır və onların qarşısında qısamüddətdə hesaat verir. Komitə və qarışıq təşkilatlar üçün məsələlər ortaya çıxrsa, sədr Komitəni bu təşkilatlarda təmsl edir. Sədr olmadıqda və ya iştirak imkanı olmadıqda, səlahiyyətləri bitdikdə, istefa verdikdə və ölüm hallarda onu müvəqqəti olaraq sədrin I müavini əvəz edir. Komitə 2 ildən 1 dəfədən az olmayaraq sədrin çağırışı ilə toplanır. Imkan olmadıqda əgər komitə üzvlərinin yarıdan çoxü Büro direktoruna müraciet eərsə, o Komitəni toplaya bilər. Xüsusi səbəblər istisna olmaqla növləri sessiyalar Büronun yerləşdiyi ölkələrdə keçirilr. Lakin informasiya iclaşları müxtəlif üzv dövlətlərin ərazilərində keçirilə bilər.
İclasda iştirak etmək imkanı olmayan Komitə üzvləri əsvermə huququnu nümayəndəsi olan həmkarına verə bilər. Belə hallarda bir üzv öz səsindən başqa 2 səsdən artıq səsə malik ola bilməz. Səsvermədə iştirak edən və təmsil olunan üzvlərin sayı ümumi (yəni kooptasiya olunmuş və seçilmiş) Komitə üzvlərinin sayının ¾ -nü rəşkil etdikdə qəbul olunmuş qərar qüvvəyə minir. Əgər lahihəyə səsvermədə ən azi iştirak edənlərin 4/5 hissəsi səs veribsə, onda sessiyada səsverənlər ən azı umumi iştirakçıların sayının 4/5 hisəsini təşkil etməlidirlər. Boş, istifadəsiz və xarab edilmiş bülletenlər etibarsız sayılır.
Xüsusi hallarda səssiyalararası müddətdə sədr yazışmalar yolu ilə də qərarlar qəbul edə bilər. Bu şəkildə qəbul edilmiş qətnamə o vaxt etibarlı sayılır ki, bütün Komitə üzvlərinə lahihəyə münasibət bildirməsi tələb olunsun və alınmış səslər yekdir olsun. Bu zaman səslər Komitə üzvlərinin ümumi sayının 2/3 hissəsini təşkil olsun. Boş, istifadəsiz və xarab edilmiş bülletenlər hesablanmır. Sədr tərəfindən müəyyənləşdirilmiş vaxt müddətində alınmayan cavablar qətnamənin əleyhinə kimi qiymətləndiriləcək. Komitə üzv dövlətlərindən ilkin icazə aldıqdan sonra onların səlahiyyətli xidmətlərinə xüsusi araşdırma, təcrübi tədqiqat və laboratoriya işlərini aparmağı tapşırır. Əgər tapşırıq müəyyən maliyyə vəsaiti tələb edirsə, onda müqavilədə Təşkilatın xərclərin hansı hissəsini ödəyəcəyi əks olunur.
Büronun direktoru bütün işləri mərkəzləşdirir və kordinasiyaedir.
Komitə qüvvədə olan müəyyənləşdirilmiş qaydada birdəfəlik və ya müvəqqəti işçi qruplara texniki və hüquqi ekspertlərə bəzi tapşırıqlar verə bilər. Əgər bu tapşırıqların həli bir qədər mükafatlandırılma və ya ödəniş tələb edirsə, Komitə bunun üçün vəsait ayirir.
Büronun direktoru katiblik üçün işçi qrup və ya əkspert qrupu funksiyasını daşıyır.
Dostları ilə paylaş: |