Referat kurs: 1 Qrup: 828c müəllim: İbişov Salman Tələbə: Məmmədov Rövşən plan



Yüklə 177,41 Kb.
səhifə1/5
tarix20.11.2023
ölçüsü177,41 Kb.
#162076
növüReferat
  1   2   3   4   5
Məmmədov Rövşən 828C Azərbaycan tarixi



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Biznes Universiteti

Fakültə: İqtisadiyyat və idarəetmə


İxtisas: Sosial iş
Kafedra: Humanitar elmlər
Fənn: Azərbaycan tarixi
Mövzu: Şirvanşahlar dövləti (9-12 əsrlər), Atabəylər (Eldənizlər dövləti)

REFERAT
Kurs:1
Qrup: 828C
Müəllim: İbişov Salman
Tələbə: Məmmədov Rövşən

PLAN
Giriş
1. Məzyədi Şirvanşahlar
2. Şirvanın şəhər və kəndləri, iqtisadi vəziyyət.
3. Azərbaycan Eldənizlər dövlətinin yaranması
4. Eldənizlər dövləti Şəmsəddin Eldənizin hakimiyyəti illərində
5. Eldənizlər dövlətinin zəifləməsi və süqutu.
Nəticə
Ədəbiyyat


GİRİŞ
IX əsrdə Ərəb xilafətinin tərkibində olan ölkələrdə azadlıq uğrunda müharibələrin genişlənməsi Abbasilər imperiyasının zəifləməsinə və parçalanmasına səbəb olurdu. IX-XI əsrlərdə Azərbaycan ərazisində də xilafətə tabe olmayan müstəqil feodal dövlətlər yaranmış və fəaliyyət göstərmişdir. Ümumiyyətlə, IX-XIII əsrin əvvəlləri Azərbaycan ərazisində yeni müstəqil feodal dövlətlərin yaranması ilə əlamətdardır. Həmin dövlətlərin tarixinin, regionda baş vermiş tarixi proseslərin və hadisələrin öyrənilməsi vətən tarixinin çox mühüm məsələlərindəndir.


1. Məzyədi Şirvanşahlar
IX əsrin ortalarında Xilafətin ucqar ərazilərində, o cümlədən Azərbaycanda kiçik dövlətlər – Bərdə, Qəbələ, Şəki, Tiflis, Dərbənd və sair əmirliklər yarandı. IX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ərazilərində Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər kimi feodal dövlətləri mövcud olmuşdur. Şirvanşahlar dövləti. Şirvanda dövlət hələ VI əsrdə formalaşmışdı. İqtisadi və siyasi cəhətdən hələ təşəkkül dövrünü yaşayan Şirvan dövləti 642-643-cü illərdə Ərəb xilafətindən asılı vəziyyətə düşmüşdü. Bu dövrdə Şirvan həm də xəzərlərin və sair türk tayfalarının hücumlarına məruz qaldığından dövlət quruluşunu qoruyub saxlamaq mümkün olmamışdı. Ərəblər Azərbaycandan qovulduqdan sonra yaranan ilk dövlət Şirvansahlar dövləti oldu. Bu dövlət Azərbaycan tarixində ən uzunömürlü dövlətlərdən biri hesab olunur. Belə ki, əsası 861-ci ildə qoyulan Şirvansahlar dövləti 1538-ci ilə qədər, yəni 677 il mövcud olmuşdur.
Şirvansahlar dövləti bütün tarixi boyu 3 sülalə tərəfindən idarə olunmuşdur.
861 – 1027-ci illər ərzində Məzyədilər, 1027-1382-ci illərdə Kəsranilər və 1382-1538-ci illərdə Dərbəndilər sülalələri Şirvanda hakimiyyətdə olmuşdur.
Şirvansah Məzyədilər dövlətini mənşəcə ərəb olan, lakin IX əsrin ortalarına tam türkləşmiş məzyədilər nəsli yaratmışdır. Məzyədilər tarixi mənbələrdə Yezidilər və Şeybanilər kimi də adlandırılmışıar. Sülalənin banisi Yezid ibn Məzyəd adlı bir ərəb məmuru olmuşdur. O, xəlifə Harun ər Rəşid(786-809) tərəfindən Cənubi Qafqazın canişini təyin edilmişdi. Canişinin iqamətgahı Bərdədə yerləşirdi. 801-ci ildə Yəzid ibn Məzyəd vəfat etmişdir və onun oğulları Əsəd, Xalid və Məhəmməd müxtəlif dövrlərdə Cənubi Qafqazın canişini olmuşlar. 859-cu ildə Yəzidin oğlu Məhəmməd canişinliyin iqamətgahını Bərdədən Gəncəyə köçürdü. Sonralar Bərdə və Gəncəyə sacilərin təzyiqləri artdığından məzyədilər paytaxtı Şirvan şəhərinə köçürdülər. Bu şəhər təqribən indiki Siyəzən şəhərinə yaxın ərazilərdə yerləşmişdir. 861-ci ildə Heysəm ibn Xalid Şirvansah Məzyədilər dövlətinin müstəqilliyini məhz Şirvan şəhərində elan etdi və özünə “şirvansah” titulu götürdü. Beləliklə, 861-ci ildə türkləşmiş məzyədilər ərəb sülaləsi Şirvansahlar dövlətinin əsasını qoydu.
Şirvansah Məzyədilər dövlətinin tarixi-coğrafiyası. Şirvanşahlar dövləti hələ VI əsrin birinci yarısında Sasanilər tərəfindən yaradılmışdır və o vaxtlar bu dövlətin əraziləri Şabranla Çilgil çayları arasındakı torpaqları əhatə edirdi. Ərəb istilası nəticəsində müstəqilliyini itirən Şirvanşahlar dövləti növbəti dəfə 861-ci ildə yenidən müstəqilliyə nail oldu. Bu dəfə dövlətin yaradıcısı Heysəm İbn Xalid, Yezid İbn Məzyədin nəslindən olduğundan bu dövlət tarixdə Şirvanşah Məzyədilər dövləti adlanır. 861-ci ildə təşəkkül tapan bu dövlət 1027-ci ilədək mövcud olmuşdur.Şirvanşahlar məzyədilər dövlətinin paytaxtı əvvəlcə Şirvan şəhəri, 918-ci ildən isə Yəzidiyyə, yəni, indiki Şamaxı şəhəri olmuşdur. Bu dövlətin ərazi quruluşunda stabillik olmamışdır. Dövlətin ərazilərinin özəyini 3 vilayət təşkil edirdi: Xursan, Şirvan, Lahican. Xursan vilayəti Dərbənd ilə Şirvan arasında yerləşirdi. Bura müasir Azərbaycanın Yalama – Beşbarmaq əraziləri daxildir. Şirvan vilayəti isə təqribən Beşbarmaqdan cənubda Kürə qədər, qərbdə Girdman çayına qədər əraziləri əhatə edirdi. Lahican vilayəti Girdman çayı ilə Göyçay arasındakı ərazlərdə yerləşirdi. Adı çəkilən vilayətdən əlavə IX – XI əsrlərdə Məsqət, Dərbənd, Qəbələ, Şəki, Sənariyyə, (indiki Qanıx və Qabırrı çayları arasındakı ərazilər), Beyləqan vilayətləri və müəyyən dövrlərdə Bərdə də, zaman – zaman Şirvanşah Məzyədilər dövlətinin tərkibinə qatılmışdır.
Məzyədilərdən sonra 1027 – 1382-ci illərdə Şirvanşahlar dövlətini Kəsranilər sülaləsi, 1382 – 1538-ci illərdə isə Dərbəndilər sülaləsi idarə etmişlər. Akademik Z.M.Bünyadovun tədqiqatlarına əsasən, 861-ci ildən 1538-ci ilədək, yəni Səfəvilər tərəfindən süquta uğradılmasına qədər Şirvanşahlar dövlətini 44 Şirvanşah idarə etmişdir ki, onların da sülalələri müxtəlif cür adlansa da, hamısı Heysəm İbn Xalidin nəslindən törəmələrdir. 918-ci ildə Əbu Tahir paytaxtı Şamaxıya köçürmüşdür. 917-ci ildə Lahican, 918-982 –ci illərdə Qəbələ, 988-ci ildə Dərbənd, daha sonra Xursan, Tabasaran ələ keçirildi. Müəyyən dövrdə Şəki, Sənariyyə, Beyləqan da Şirvansahlardan asılı olmuşlar.
Şirvanşahlar dövləti əlverişli coğrafi strateji mövqeyə malik olmaqla yanaşı, həm iqliminə, təbii sərvətlərinə görə Azərbaycanın dilbər guşələrindən biri idi. Qədim əkinçilik və maldarlıq məskəni olan Şirvan şimal və cənub ölkələrinin ticarət yolunun üzərində yerləşirdi. Bu səbəbdən Şirvansah Məzyədilər dövləti tez-tez qonşu dövlətlərin və tayfaların hücum hədəfinə çevrilirdi. Uzun müddət Şirvansahlar Azərbaycanın cənubunda yaranan Sacilər və Salarilər dövlətlərindən asılı vəziyyətdə olmuş, onlara xərac ödəməyə məcbur olmuşdur. Şirvanşahların siyasi asılılığının səbəblərindən biri tez-tez baş verən daxili çəkişmələr, hakimiyyət uğrunda gedən mübarizə idi ki, bu da dövlətin zəifləməsinə, ondan asılı olan ərazilərdə separatizmin güclənməsinə gətirirdi. Bu baxımdan Şəki və Dərbənd əmirləri daha çox fəallıq göstərirdilər və hətta bəzən Şirvanşahlardan ayrılmağa nail olurdular.
1027-ci ildə Şirvanda Məzyədilər sülaləsinin hakimiyyətinə son qoyuldu və hakimiyyətə onlara qohum olan Kəsranilər sülaləsi gəldi.


Yüklə 177,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin