Referat kurs: 1 Qrup: 828c müəllim: İbişov Salman Tələbə: Məmmədov Rövşən plan


Eldənizlər dövlətinin zəifləməsi və süqutu



Yüklə 177,41 Kb.
səhifə5/5
tarix20.11.2023
ölçüsü177,41 Kb.
#162076
növüReferat
1   2   3   4   5
Məmmədov Rövşən 828C Azərbaycan tarixi

5. Eldənizlər dövlətinin zəifləməsi və süqutu.
Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə keçən qardaşı Qızıl Arslan (1186- 1191) uzun müddət taxt-tacı ələ keçirmək uğrunda mübarizəyə qalxan saray müxalifətinə və iri hakimlərə qarşı mübarizə aparmalı oldu. Sultan titulu daşıyan III Toğrul, narazı səlcuq əmirləri, Məhəmməd Cahan Pəhləvanın arvadı İnanc Xatun, oğlu Qutluq İnanc və başqaları Qızıl Arslana qarşı vahid cəbhədə birləşdilər. III Toğrul ilə Qızıl Arslan arasında dəfələrlə qanlı vuruşmalar oldu. Azərbaycan hökmdarı saray müxa-lifəti və səlcuq əmirləri ilə münasibətləri sahmana salmaq məqsədilə Mə-həmməd Cahan Pəhləvanın dul arvadı İnanc Xatunla evləndi.
Qardaşı oğulları (həm də oğulluqları) Qutluq İnancla və mir miran Ömərlə bar ış d ı . Sonra isə 1190-cı ildə Həmədan vuruşmasında parlaq qələbə qazandı və sultan III Toğrulu oğlu Məlikşahla birlikdə əsir aldı. 1191-ci ildə Qızıl Arslan xəlifə ən-Nasirin razılığı ilə özünü sultan e'lan etdi. Beləliklə, əslində hələ Şəmsəddin Eldənizin vaxtından İraq Səlcuq sultanlığını müstəqil idarə edən Azərbaycan atabəyləri "sultan" titulunu da ələ keçirdilər. Sarayda mövqeyini bərkidən Qızıl Arslan, çox keçmədən, ara savaşla-n zamanı Eldənizlərin asılılığından çıxmış olan Şirvanşahları, Rey, İsfahan, Fars və Xuzistan hakimlərini yenidən mərkəzi hakimiyyətə tabe etdi. Ölkənin iqtisadi və mədəni tərəqqisi üçün əlverişli şərait yarandı.Lakin Qızıl Arslanın cəsarətli daxili siyasəti nəticəsində yaradılmış siyasi sabitlik uzun sürmədi. Mərkəzi hakimiyyətin qüvvətlənməsindən narazı qalan hakimlər və arvadı İnanc Xatun onu sui-qəsdlə yatağında öldürdülər. Hakimiyyəti ələ keçirmək üstündə ara müharibələri başlandı. Azərbaycanda hakimiyyəti Qızıl Arslanın qardaşı oğlu, həm də onun tərbiyəsi ilə böyüyən Əbu Bəkr (1191-1210) ələ keçirdi. Qutluq İnanc və Əmir Əmiran Ömərin idarə etdikləri İsfahan, Rey vilayətiəri və İraqın bir hissəsi Eldənizlər dövlətindən ayrıldı. Mərkəzi hakimiyyəti ələ keçirmek uğrunda mübarizə genişləndi. Ara savaşları və çəkişmələr dövlətin çökməsini sürətləndirdi. Eldənizlər dövlətinin zəifləməsindən istifadə edən Xarəzmşahlar, Əyyubilər, Abbasilər, Şirvanşahlar, gürcü çarları fəallaşdılar. 1192-ci ildəsultan III Toğrulun həbsdən qaçması vəziyyəti daha da mürəkkəbləşdirdi. O, az vaxt içərisində Rey, İsfahan ve Həmədanı ələ keçirdi. III Toğrul tərəfindən məğlub edilən Qutluq İnanc kömək üçün Xarəzmşah Təkəşə müraciət etdi. Bundan istifadə edən Təkəş Xorasan, Rey və Həmədanı ələ keçirdi. III Toğrul Təkəş və Qutluq İnancın birləşmiş qüvvələrinə qarşı vuruşmada (1194) öldürüldü. Çox keçmədən işğal etdiyi əraziləri əldə saxlamağa çalışan Təkəşlə Qutluq İnanc arasında toqquşma baş verdi, bu mübarizədə Qutluq İnanc da öldürüldü (1196). Yaxınlaşan xarici təhlükəni qabaqlamaq məqsədilə mübarizəyə qoşulan Əbu Bəkr Eldəniz Xarəzmşahların hərbi qüwələri üzərində bir sıra qələbələr qazansa da, dərinləşməkdə olan çəkişmələrin qarşısını almaq mükün olmadı.
Gürcüstan və Şirvanşahların birləşmiş qoşunları Şəmkir və Beyləqan vuruşmalarmda (1194) Əbu Bəkri ağır meğlubiyyətə uğratdılar. Bundan sonra Əmir Əmiran Ömər və gürcü sərkərdəsi David Soslanın hərbi qüwələri Gəncəyə soxuldu. Əmir Əmiran Ömər Gencəni hiylə ilə ələ keçirə bildi. Gürcü qoşunları Azərbaycanı tərk etdikdən sonra gəncəlilər Əmir Əmiran Öməri öldürdülər. Şəhər yenidən Əbu Bekrin ha-kimiyyəti altına keçdi. Gəncə hadisələrindən xəbər tutan gürcü qoşunları yenidən Azərbaycan sərhəddini keçdilər. Sərxoşluğa qurşanmış Əbu Bəkr dövlətin müdafiəsini başlı-başma buraxaraq Naxçıvana, oradan da Təbrizə getdi. Qərbi Azərbaycan torpaqlarının Gürcüstana qatılması təhlükəsi yarandı. Şirvanşahlar Azərbaycanın qərb sərhədlərinin müdafiəsinə qalxmadılar. Bundan istifadə edən gürcü qoşunları 1210-1211-ci illərdə Azərbaycan torpaqlarma dağıdıcı basqınlar etdilər. Naxçıvanı mühasirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Naxçı-vandan sonra Təbriz istiqamətində yürüyüb Mərəndi talan etdilər. Sonra isə Təbriz mühasirə olundu. Şəhər hakimi Zahidə Xatun (Məhəmməd Cahan Pəhləvanın arvadı) çoxlu pul, daş-qaş və sənetkarlıq məhsulları verib şəhəri dağıntıdan qurtardı. Əbu Bəkrin ölümündən sonra hakimiyyətə keçən qardaşı Özbəyin (1210-1225) hakimiyyəti illərində Eldənizlər dövlətinin çökməsi davam etdi.Beləliklə, monqolların yürüşü qarşısında Azərbaycan dövlətləri ölkəni xarici təhlükədən qorumaq iqtidarında deyildilər.
Eldənizin ölümündən sonra hakimiyyət oğlu Məhəmməd Cahan Pəhləvana (1175-1186) keçdi. O, mərkəzdən qaçan feodlların müqavimətini qırdı və mərkəzi hakimiyyəti daha da möhkəmləndirdi. 1175-ci ildə paytaxtı Naxçıvandan Həmədana köçürdü. Təbrizi Agsunqirilərdən aldı. Azərbaycanın idarə edilməsini qardaşı Qizil Arslana tapşirdi və onun iqamətgahı Təbriz oldu. O , əsas vəzifələrə öz qohumlarını təyin etdi. Ölkənin qərb torpaqlarını ələ keçirməyə çalişan gürcü feodallarına boyuk zərbə vurdu. Ömrünün sonunda dövlətin ərazisini oğlanları arasında böldü. Azərbaycanın idarəçiliyini Əbu Bəkrə tapşirdi. Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra hakimiyyətə qardaşı Qizil Arslan (1186-1191) keçdi. O, uzun muddət saray müxalifətinə və iri feodal qruplarına qarşı mübarizə aparmış, saray müxalifətini aradan qaldırmaq üçün qardaşının dul qadını İnanc Xatunla evlənmişdi. 1190-ci ildə müxalifətin başında duran sultan III Toğrulu Həmədan yaxinlığında məğlub edib əsir almışdı. Xəlifə ən-Nasirin razilgi ilə Qızıl Arslan 1191-ci ildə özünü sultan elan etdi. O, sultan tituluna layiq görülən ilk Azərbaycan atabəyi idi. Lakin onun yaratdığı sabitlik uzun müddət davam etmədi. İri feodallar arvadı İnanc Xatun vasitəsi ilə ona sui-qəsd təşkil edərək öldürdülər. Hakimiyyətə keçən qardaçı oğlu Əbu Bəkrin (1191-1210) dövründə hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Məhəmməd Cahan Pəhləvanin digər oğlanları Əmir Əmran, Qutluq İnanc, həbsdən qaçan sultan III Toğrul hakimiyyət uğrunda mübarizəyə başladılar. Qultuq İnanc Xarəzmşah Təkəşlə ittifaqa girərək III Toğrulu məğlub edib(1194) öldürdü. Təkəş bundan istifadə edib Xorasan, Rey və Həmədanı ələ keçirdi. Qutluq İnancla Təkəş arasında baş verən döyüdə Qultuq İnanc öldürüldü (1196). Əbu Bəkir Xarəzm qoşunları üzırində bir neçə qələbə çalsa da, qələbəsini möhkəmlədə bilmədi və Təkəş tutduğu torpaqları əlində saxladı.
Eldənizlər sarayındakı vəziyyətdən Şirvanşahlar və gürcülər istifadə etməyə cəhd etdilər. I Axsitan oz qızını Əmir Əmrana verdi. Əmir Əmran Şirvanşah və gürcülərdən kömək alaraq Şəmkir və Beyləqan atrafında Əbu Bəkri məğlub etdi (1194) O, hiylə ilə Gəncəni ələ keçirdi, lakin gürcülər çəkilib gedən kimi xalq üsyan qaldirib onu öldürdü, Gəncə yenidən Əbu Bəkrin hakimiyyəti altina keçdi. Əbu Bəkr sərxoşluq edir və ölkənin müdafiəsinə diqqət vermirdi. Bundan istifadə edən gürcülər 1203-cü ildə hücum edib Gəncəni qarət etdilər. Sonra isə gürcü feodallarının dəstələri Azərbaycanın canubuna hücum edib şəhər və kəndləri qarət etməyə başladilar. Təbrizi idarə edən Zahidə Xatun (Məhəmməd Cahan Pəhləvanın arvadı) çoxlu pul verməklə şəhəri gürcülərin talanından qurtardi. Ölkənin mudafiəsini təşkil edə bilməyən Əbu Bəkr gürcü çarının qızı ilə evlənməklə vəziyyəti qaydaya salmaq istədi. Əbu Bəkrin ölümündən sonra hakimiyyətə gələn Özbəyin (1210-1225) dövründə Eldənizlər dövlətinin süqutu daha da sürətləndi.

NƏTİCƏ
Nəticədə qeyd edək ki, Atabəylər dövründə Azərbaycanın tarixi –coğrafiyasında mühüm dəyişiklik baş verdi. Həmin dövrdə Azərbaycan əraziləri artmış vilayət kimi onun hüdudları genişləndirilmişdir. Azərbaycan tarixində səfəvilərə qədər Azərbaycan ən geniş ərazilərə məhz Atabəylər dövləti dövründə malik olmuşdur. Ancaq Atabəylər Azərbaycanı siyasi cəhətdən vahid, mərkəzləşmiş dövlət halında birləşdirə bilmədilər. Müxtəlif yerlərdə vassal dövlət və dövlət qurumları fəaliyyətini davam etdirirdilər.

ƏDƏBİYYAT

  1. İkram Ağasıyev. Azərbaycan tarixi. Bakı-2015

  2. Z.M. Bünyadov və Y.B.Yusifov. Azərbaycan tarixi, Bakı-2009

  3. Mahmud İsmayıl. Azərbaycan tarixi, Bakı-1997

  4. www.History.az

Yüklə 177,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin