Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Könüllü gömrükçü” dəstəsinin üzvü olmaq Sizə nəyi öyrətdi? Respublikamızın iqtisadi təhlükəsizliyinin təmin edilməsində Dövlət Gömrük Komitəsinin rolu əvəzsizdir. Ölkəmizdə günü-gündən genişlənməkdə olan könüllü hərəkatının tərkibində “Könüllü Gömrükçü” dəstəsi xüsusi fərqlənir. Məndə bu dəstənin bir üzvü olaraq bu mötəbər qurumun fəaliyyəti ilə tanış oldum. Burada gömrük prosedurlarının dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsində tətbiqi və digər nəzəri və praktiki məsələlərlə tanış oldum. Əlavə olaraq nəzarət və buraxılış sistemləri ilə bərabər onların tətbiq xüsusiyyətləri barəsində biliklər əldə etdim. Korrupsiya və digər qanun pozulmalarının qarşısının alınması üçün yaradılmış “Gömrük risklərinin idarə olunması və Audit baş idarəsi”-nin fəaliyyəti təqdirə layiqdir. Əldə etdiyim nəzəri biliklərlə yanaşı mənə kollektivlə işin gedişatının necə olduğunu, bu və digər nüanasların əmək mahsuldarlığına necə təsir etdiyini aşıladı. Bu biliklərdən əlavə fəaliyyət dövrü ərzində bir sıra layihələrdə, tədbirlərdə və forumlarda iştirak etdim. Bu isə öz növbəsində məndə ünsiyyət bacarığını inkişaf etdirmiş, nəticə etibarilə əhatə dairəmin genişlənməsinə öz müsbət təsirini göstərmişdir. “Könüllü Gömrükçü” dəstəsinin formalaşmasında başda komitə rəhbərliyinə və əməyi olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.