Timalinin Birdəfəlik Təsirindən Sonra Siçovulların Baş Beyninin Mitoxondri Fraksiyasında qayt mübadiləsinin Tədqiqi



Yüklə 94,44 Kb.
Pdf görüntüsü
tarix31.03.2017
ölçüsü94,44 Kb.
#12989

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 49-54 (2015)

 

49 



Timalinin Birdəfəlik Təsirindən Sonra Siçovulların Baş Beyninin Mitoxondri 

Fraksiyasında QAYT Mübadiləsinin Tədqiqi 

 

N.N.Əliyeva 

 

AMEA  A.İ.Qarayev adına Fiziologiya İnstitutu, Şərifzadə küç. 2, Bakı  AZ 1100, Azərbaycan;  

E-mail: nazaket-alieva@mail.ru 

 

Müəyyən edilmişdir ki, timalinin əzələdaxilinə yeridilməsindən sonra baş beynin mitoxondrisində qlu-

tamatdekarboksilazanın fəallığı yüksəlir, QAYT-aminotransferazanın fəallığı isə  aşağı düşür. Bu za-

man qlutamin və asparagin aminturşularının miqdarı hipotalamus, beyincik, beynin görmə və hərəki 

qabığının mitoxondrisində azalır, qamma-aminyağ turşusunun miqdarı isə artır. Timalinin təsirindən 

sonra QAYT mübadiləsində baş verən dəyişikliklər sinir və immun sistemlərinin qarşılıqlı əlaqələrinə 

əsaslanır. 

 

Açar sözlər:  Timalin, qamma-aminyağ turşusu, qlutamin turşusu, asparagin turşusu, qlutamatdekarboksi-

laza, QAYT-aminotransferaza, beyincik, hipotalamus, beynin görmə və hərəki qabığı 

 

 

GİRİŞ 

 

Müasir dövrümüzdə neyrofiziologiyanın  əsas 

problemlərindən biri orqanizmdə immun sistemin 

tənzimləyici funksiyalarının mexanizmlərini öyrən-

mək və immun mexanizmlərin neyroendokrin siste-

mində rolunu araşdırmaqdan ibarətdir.  İmmun sis-

temin sinir sisteminə tənzimedici təsirləri haqqında 

çoxlu sayda ədəbiyyat məlumatları vardır (Mix, 

2007). 

Sitokinlər ilk növbədə immun sistemində en-



dokrin və sinir sistemi üçün vacib rol oynayır. 

Onlar həm immuntənzimedici, həm də neyromodul-

yatorlar adlanır. Sitokinlərin antigen stimulyasiyası 

zamanı hipotalamusda, hipokampda əhəmiyyətli 

yüksəlməsinə əsasən məlum olur ki, immun sistem 

sinir sisteminə təsirini bu faktorlar vasitəsilə həyata 

keçirir (Кетлинский  и  Симбирцев, 2008). Göstə-

rilmişdir ki, sitokinlər mərkəzi sinir sisteminin 

(MSS) funksiyasını tənzimləmək qabiliyyətinə ma-

likdirlər. Sinir sistemin immun sistemini tənzim-

ləmək baxımından vacib aspekt immun faktorların 

hemato-ensefalik baryerdən (HEB) və MSS-də 

sitokinlərin mobilizasiya mexanizmlərindən təsir 

edir. Neyroimmunmodulyasiyada neyromediatorlar 

və neyropeptidlər cəlb olunur. İmmun funksiyanın 

sinir tənzimi yalnız neyromediator və opioid sis-

temlərin ayrıca təsiri ilə deyil, eləcə  də mürəkkəb 

sistemlərarası  təsirlə  tənzimlənir. Nəticədə beynin 

neyrokimyəvi şəklinin, xüsusən dofamin, serotonin, 

qamma-aminyağ turşusu (QAYT) və qlutamatergik 

sistemlərinin fəallıqlarının, onların qarşılıqlı  əlaqə-

lərinin pozulması, immunoloji funksiyaların dəyiş-

məsi ilə paralel gedir (Девойно  и    Ильюченок, 

1993:  Корнева  и  Перекрест, 2013). QAYT sito-

kinlərin ifrazının, onların modifikasiyasının, hətta 

hüceyrələrin miqrasiyasının aktivləşməsi və  zəif-

ləməsində immun sistemə  təsir edir (Bjurstom et 

al., 2008). 

Sinir və immun sistemləri arasında qarşlıqlı 

əlaqənin pozulması həm neyropsixi, həm də immun 

pozğunluqların yaranmasına səbəb olur. Bu iki sis-

tem arasında qarşılıqlı  əlaqə mexanizmlərinin öy-

rənilməsi çoxlu xəstəliklərin patogenezinin aydın-

laşmasında və onların müalicəsində açar amildir. 

İmmun disbalans müxtəlif patoloji proseslərlə  əla-

qədar xəstəliklərin (depressiya, beynin qan dövra-

nının pozulması, epilepsiya, şizofreniya və s.) 

səbəb-nəticəsi ola bilər (Ветлугина  и  др., 2010; 

Blume et al., 2011). Bu xəstəliklərin əsasında ney-

roimmun qarşılıqlı  təsir amillərindən biri kimi 

QAYT-ergik sistemin distənzimi durur. 

Ədəbiyyatda QAYT-ın immun sistemə aktiv-

ləşdirici və zəiflədici təsirləri haqqında məlumatlar 

vardır. Göstərilmişdir ki, QAYT və onun məhsul-

larının immun sistemə  təsiri orqanizmin vəziyyə-

tindən, eləcə  də antigen yükünün parametrlərindən 

asılıdır (Самотруева, 2012). QAYT-ergik sistem-

dən immun reaktivliyin dəyişməsi dofamin və 

serotoninergik mexanizmlərin iştirakı zamanı həya-

ta keçir. QAYT və QAYT-ergik maddələrin im-

muntrop təsiri, immungenezin tənziminə, xüsusən 

MSS-nin QAYT-həssas reseptorlarına və immun-

kompetent orqanlara və eləcə  də hipotalamus-

hipofiz-böyrəküstü vəzi kompleksinə aktivləşdirici 

təsirlə təyin olunur. QAYT-ergik maddənin immun-

korrektəedici və immunmodullaşdırıcı xassələri də 

elmə məlumdur (Bhat et al., 2010; Bjurstom et al., 

2008). 


QAYT-ın sintezi yalnız neyronlarda deyil

eləcə də qlial hüceyrələrdə baş verir və baş beynin 

müxtəlif strukturlarında qeyri-bərabər paylanmışdır 

(Курбат и Лелевич, 2009). 



Timalinin Birdəfəlik Təsirindən Sonra 

50 


Timus vəzinin peptidlərinin postnatal ontoge-

nezin erkən mərhələlərində QAYT mübadiləsində 

iştirak edən aminturşuların miqdarına və fer-

mentlərin fəallığına təsirini öyrənmək həm nəzəri, 

həm də klinik təbabətdə böyük əhəmiyyət kəsb 

edir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq ha-

zırki işimizdə baş beynin müxtəlif strukturlarının 

mitoxondri fraksiyalarında – beyincik, hipotalamus, 

beynin görmə  və  hərəki qabığında QAYT müba-

diləsi və timus vəzi arasında  əlaqəni aydınlaş-

dırmaq üçün timalinin QAYT, qlutamin və aspa-

ragin aminturşularının (Qlu və Asp) miqdarına və 

QAYT-ın uyğun olaraq sintez və parçalanmasında 

iştirak edən fermentlərin fəallığına (qlutamat-

dekarboksilaza (QDK) və QAYT-aminotransferaza 

(QAYT-T)) təsirini öyrənməyi qarşımıza məqsəd 

qoyduq. 

 

 



MATERİAL VƏ METODLAR 

 

Təcrübələrdə cinsi xətti qeyri-müəyyən olan adi 

qidalanma rejimi üzrə vivari şəraitində saxlanılan 21 

günlük ağ siçovullardan istifadə olunmuşdur. Bunlar 

da öz növbəsində 2 qrupa bölünmüşdür. Birinci 

qrupa yoxlama heyvanları, ikinci qrupa isə timalinin 

təsirinə  məruz qalmış  təcrübə heyvanları aid 

edilmişdir. Bütün eksperimentlərdə beynin müxtəlif 

strukturlarının mitoxondri fraksiyalarında QAYT, 

Qlu və Asp-ın miqdarı, QDK və QAYT-T fermen-

tlərinin fəallığı timalinin 20 mq/kq diri çəkiyə 

əzələdaxilinə birdəfəlik yeridilməsindən sonra təyin 

edilmişdir. Timalin timik peptidlərdən təşkil olunub, 

timusun aşağımolekullu polipeptid fraksiya 

kompleksi ilə  təqdim olunur, timik immunmodul-

yatorların I nəslinə aiddir. Tərkibinə timozin frak-

siyası (timozin-α1, timozin-β4, timozin-β9, timozin-

β10 və mol. kütləsi 3500-5000 Da olan digərləri), 

timusun zülal amili (mol. kütləsi 857 Da olan bioloji 

qeyri-fəal komponent), timulin (Zn

2+

 ionu ilə 



timusun zülali amil kompleksi), timopoetinlər (mol. 

kütləsi 4000-6000 Da) və oliqopeptidlərin funksional 

fəal sıraları daxildir. Timalin T- və B-limfositlərin 

say və münasibətini tənzimləyir, hüceyrə immuniteti 

reaksiyasını stimullaşdırır, neytrofillərin faqositoz 

funksiyasını aktivləşdirir, regenerasiya və qan döv-

ranını stimullaşdırır, hüceyrə mübadiləsi proseslərini 

gücləndirir.  

Aminturşular Dozenin elektroforez metodu əsa-

sında (Doze, 1957) Roberts E., Frankel S. (Roberts 

and Frankel, 1950) metodu ilə, QDK-nın fəallığı 

A.İ.Sıtinski, T.A.Priyatkina (Sytinsky and Priyat-

kina, 1966) modifikasiyası  əsasında, QAYT-T-nin 

fəallığı Nilova (Нилова, 1966) metodu ilə  təyin 

olunmuşdur. Toxumadan mitoxondri Somogui meto-

du ilə ayrılmışdır (Somogui et al., 1962). Alınan 

dəlillər Fişer, Styudentə görə  (Рокицкий, 1973) və 

Vilkokson qeyri-parametrik (Manna-Uitni) statistik 

üsulla işlənmişdir (Лакин, 1990). Hər təcrübə seri-

yasında aşağıdakı əsas kəmiyyətlər təyin edilmişdir: 

orta arifmetrik kəmiyyət (M), orta kvadratik xəta (m) 

və t kəmiyyəti hesablanaraq, bunun əsasında fərqin 

ehtimalı (p) müəyyənləşdirilmişdir. 

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Apardığımız təcrübələrin nəticələri göstərdi ki, 

21 günlük siçovulların baş beyninin müxtəlif 

strukturlarının mitoxondri fraksiyalarında timalinin 

birdəfəlik əzələdaxilinə 20 mq/kq dozada yeridilmə-

sindən sonra norma ilə müqayisədə QAYT-ın 

miqdarı beyincikdə 18%, hipotalamusda 37%, bey-

nin görmə qabığında 30%, beynin hərəki qabığında 

27% çox, Qlu və Asp-ın miqdarı uyğun olaraq 

beyincikdə 19% və 19%, hipotalamusda 27% və 

30%, beynin görmə qabığında 32% və 25%, beynin 

hərəki qabığında 25% və 23% az olur (Сədvəl 1). 

Baş beyində sərbəst aminturşuların miqdarının 

dəyişməsini aydınlaşdırmaq üçün onların sintez və 

parçalanmasında iştirak edən fermentlərin fəallığını 

təyin etmək zəruridir. Bununla əlaqədar növbəti 

təcrübələrdə QAYT-ın uyğun olaraq sintez və par-

çalanmasında iştirak edən QDK və QAYT-T fer-

mentlərinin fəallığı təyin edilmişdir.  

 

Cədvəl 1. 21 günlük siçovulların baş beyninin müxtəlif strukturlarının mitoxondri fraksiyalarında timalinin 20 mq/kq 

dozada birdəfəlik əzələdaxilinə yeridilməsindən sonra QAYT mübadiləsinin dəyişilməsi  

Beyin 

strukturları 

Təcrübənin  

şərti 

QAYT 

(mkmol/q) 

Qlu 

(mkmol/q) 

Asp 

(mkmol/q) 

QDK 

(mkmol 

QAYT/q.saat) 

QAYT-T 

(mkmol 

Qlu/q.saat) 

Beyincik 

Norma 0,51±0,03 1,08±0,06 0,58±0,03 15,34±0,94 23,35±0,79 

Təcrübə 0,61±0,02* 0,87±0,04* 0,47±0,03* 18,72±1,07* 19,62±1,12* 

Hipotalamus 

Norma 0,74±0,06 1,39±0,08 0,77±0,04 22,20±3,54 32,22±1,56 

Təcrübə 1,01±0,07* 

1,01±0,06** 

0,54±0,07* 31,76±1,81* 23,52±1,65** 

Beynin görmə 

qabığı 

Norma 0,48±0,05 1,13±0,04 0,61±0,05 13,24±0,75 19,65±1,25 

Təcrübə 0,62±0,03* 0,77±0,07* 0,46±0,04* 17,48±1,36* 15,34±1,17* 

Beynin hərəki 

qabığı 

Norma 0,45±0,05 1,04±0,04 0,59±0,05 11,74±0,90 21,14±1,07 

Təcrübə 0,57±0,02* 0,78±0,07* 0,45±0,03* 14,80±0,59* 17,12±0,82* 

Qeyd: *- p<0,05; ** - p<0,01. 


N.N. Əliyeva 

51 


Cədvəl 2. Normada və timalinin birdəfəlik təsirindən sonra 21 günlük siçovulların baş beyninin müxtəlif strukturlarının 

mitoxondri fraksiyalarında QAYT/Qlu, QAYT/Asp və QDK/QAYT-T nisbəti 



Beyin strukturları 

Təcrübənin şərti QAYT/Qlu QAYT/Asp 

QDK/QAYT-T 

Beyincik 

Norma 0,47 

0,88 

0,66 


Təcrübə 0,70 

1,30 


0,95 

Hipotalamus 

Norma 0,53 

0,96 

0,69 


Təcrübə 1 

1,87 


1,35 

Beynin görmə qabığı 

Norma 0,42 

0,79 

0,67 


Təcrübə 0,81 

1,35 


1,14 

Beynin hərəki qabığı 

Norma 0,43 

0,76 

0,56 


Təcrübə 0,73 

1,27 


0,86 

 

 



Aparılmış təcrübələrin nəticələri göstərdi ki, 21 

günlük siçovulların baş beyninin müxtəlif struk-

turlarının mitoxondri fraksiyalarında timalinin bir-

dəfəlik  əzələdaxilinə yeridilməsindən sonra  norma 

ilə müqayisədə QDK fermentinin fəallığı beyincikdə 

22%, hipotalamusda 43%, beynin görmə qabığında 

32%, beynin hərəki qabığında 26% yüksək, QAYT-

T-nin fəallığı isə beyincikdə 16%, hipotalamusda 

27%, beynin görmə qabığında 22%, beynin hərəki 

qabığında 19% aşağı olur.  

Alınmış  nəticələr göstərir ki, baş beynin 

müxtəlif strukturlarının mitoxondri fraksiyalarında 

timalinin təsirindən sonra QAYT/Qlu, QAYT/Asp 

və QDK/QAYT-T nisbətləri yüksəlir (Сədvəl 2).  

Bu baxımdan, timalinin təsirindən sonra 21 

günlük siçovulların baş beyninin müxtəlif struk-

turlarının mitoxondri fraksiyalarında bir tərəfdən 

QDK-nın fəallığının yüksəlməsi hesabına QAYT-ın 

sintezinin artması, digər tərəfdən isə QAYT-T 

fermentinin fəallığının aşağı düşməsi hesabına isti-

fadəsinin azalması  nəticəsində onun miqdarı artır. 

Həm aminturşu, həm də neyrotransmitter adlanan 

QAYT neyromediatordur. QAYT orqanizmin müx-

təlif funksiyalarının sinir tənzimi proseslərində 

iştirak edir və bilavasitə onun limfoid hüceyrələrin 

reseptor aparatına təsiri immun cavabın dəyiş-

məsinə  səbəb olur.

 

Bu nəticələrə  əsasən QAYT-ın 



miqdarının artması sayəsində timalinin təsiri nəti-

cəsində  ləngidici proseslər oyanma üzərində üs-

tünlük təşkil edir.  Güman olunur ki, bu günə qədər 

timalinin məlum olan təsir mexanizmlərindən əlavə 

olaraq o, QDK və QAYT-T fermentlərin fəal mər-

kəzi olan piridoksal-5-fosfata da təsir edir. Fer-

mentlərin fəallığında baş verən fərqli istiqamətli 

dəyişikliklər timalinin pH-mühitinə  təsir etməsi ilə 

izah oluna bilər. 

Timusun hormonlarının baş beynin müxtəlif 

strukturlarında aminturşu təbiətli mediator müba-

diləsinə  təsirini öyrənmək neyroendokrin-immun 

qarşılıqlı fundamental problemlərin həll olunmasın-

da böyük maraq kəsb edir. Sinir, endokrin və im-

mun sistemin qarşılıqlı təsirləri orqanizmin normal 

funksiyasını  təmin edir və  yəqin ki, bu üç sistem 

orqanizmin homeostazını qoruyub saxlayır. MSS 

müxtəlif funksiyaların, eləcə  də daxili sekresiya 

vəzilərinin, o cümlədən timusun tənzimlənməsində 

əsas rol oynayır (Blalock et al., 1985). MSS, im-

mun və neyroendokrin sistemlərin  əlaqələrini 

opioidlər yerinə yetirir. Bundan başqa opioid pep-

tidlərin sintezinə timusun hüceyrələri birbaşa təsir 

göstərir və eləcə  də,  əzgilvarı  vəzi və opioidlərin 

qanda konsentrasiyası arasında  əks  əlaqə müəyyən 

edilmişdir (Киселева и Иноземцев, 2010). 

Timus və hipotalamus-hipofiz sistemləri ara-

sında sıx düz və əks təsir əlaqələri əhəmiyyət kəsb 

edir (Ярилин  и  Беляков, 1996). Timus yalnız 

immun sistemin mərkəzi orqanı kimi deyil, eləcə də 

maddələr mübadiləsinə  təsir göstərən daxili sekre-

siya vəzisidir. Humoral və hüceyrə immunitetin 

formalaşması  və inkişafı üçün hipotalamus-hipofiz 

kompleksinin əhəmiyyətli rolu öyrənilmişdir. Onun 

qabıq və qabıqaltı strukturlarla əlaqəsi, eləcə  də 

neyromediatorlar sistemin hipotalamus-hipofiz 

kompleksinə  təsirinə  əsasən timalin QAYTergik 

sistemə bu kompleksin iştirakı ilə  təsir edir. Ədə-

biyyatda QAYT-ergik sistemin hipotalamus-hipofiz 

kompleksinə  təsirindən immun sistemə  təsir edir. 

Bununla əlaqədar timik peptidlərin QAYTergik sis-

temə  təsiri serotonin- və dofaminergik sistemlərlə 

qarşılıqlı təsirdən həyata keçir. 

Məlumdur ki, hipofizin funksiyasını icra et-

məməsi timusun aplaziyasına, onun hormonlarının 

sekresiyasının azalmasına səbəb olur. QAYT hipo-

talamik rilizinq amillərinin və hipofizin ön payının 

hormonlarının ifrazında iştirak edir. 

Son illərdə aparılmış  tədqiqatların nəticələri 

göstərir ki, immun sistemin istehsal olunan müxtəlif 

aktiv maddələri, xüsusən xemokinlər və timusun 

hormonları yalnız bilavasitə öz təsirini immun 

sistemə göstərmir, eləcə də orqanizmin digər funk-

sional sistemlərinə, öz növbəsində neyroendokrin 

sistemə təsir etmək qabiliyyətinə malikdir və onlara 

tənzimləyici təsir göstərir. 

İmmuntransmitterlərin təsirinə  həsr olunmuş 

çox saylı  tədqiqatlara baxmayaraq əksəriyyəti 

sitokinlərin təsiri ilə əlaqədardır. Buna baxmayaraq 

xemokinlər və timusun hormonları da immun 

sistemin təsiredici xüsusiyyətlərinə malikdir. Timik 

peptidlərin təsiri adətən bir istiqamətli T-lim-

fositlərin inkişafı və yetişməsinin tənzimlənməsinə, 


Timalinin Birdəfəlik Təsirindən Sonra 

52 


eləcə də interleykinlərin funksional fəallığının mo-

dullaşmasına keçir. Bundan başqa, hormonlar, ney-

ropeptidlər və neyromediatorlar yalnız timositlərin 

apoptoz və proliferasiyana təsir göstərmir, həm də 

T-hüceyrələrin intratimus differensiasiyasına, orqa-

nizmdə T-hüceyrələrin müxtəlif tiplərinin müqa-

yisəli münasibətinə təsir göstərir. Sitokin və xemo-

kinlərin sekresiya və sintezinə təsir qabiliyyəti, elə-

cə  də timusun endokrin funksiyası funksional me-

xanizmlərin əks əlaqəsinə malikdir. 

Müəyyən edilmişdir ki, timusun funksional 

aktiv maddələri hormonların sekresiyasına və digər 

orqanlara təsir göstərir. Bu günə  qədər alınan 

nəticələr immun sistemin istehsal etdiyi immun-

transmitterlərin və baş beynin müxtəlif funksional 

sistemləri ikiistiqamətli  əlaqələrini təsdiqləyir. Bu 

mexanizmlər indiyə kimi tam şəkildə aydınlaş-

dırılmayıb: xüsusən də az öyrənilmiş immuntrans-

mitterlər – timusun hormonları  və xemokinlər ilə 

əlaqədardır. Bütün bu mexanizmləri aydınlaşdırmaq 

üçün timusun hormonlarının baş beynin ergik 

sistemlərinin funksional fəallığına təsirini öyrən-

mək böyük əhəmiyyət kəsb edir. 

Bizim apardığımız təcrübələrin nəticələri gös-

tərdi ki, timik peptidlər baş beynin aminergik sis-

teminə  təsir qabiliyyətinə malikdir. Timik peptid-

lərin QAYT, Qlu, Asp aminturşularının miqdarına, 

eləcə də QDK və QAYT-T fermentlərinin fəallığına 

baş beynin tədqiq olunan strukturlarında təsir 

səviyyəsini müqayisə edəndə  məlum olur ki, tima-

lin daha çox hipotalamusun aminergik sisteminə 

təsir edir. Bunu da, timik peptidlərin hipotalamusa 

birbaşa təsiri ilə əlaqələndirmək olar. Bundan başqa 

yuxarıda göstərildiyi kimi hipotalamusun hormon 

sistemi və hipofiz müsbət və mənfi əks əlaqə mexa-

nizmlərinə  cəlb olunur, timik peptidlərin sintez və 

sekresiyasını tənzimləyir. 

Bikukullin QAYT-reseptorlarının blokadası 

immun cavabı zəiflədir və mussimolun təsirini ara-

dan qaldırır. Kompleks QAYT-reseptorlarının xlor 

kanallarının blokatoru-pikrotoksinin yeridilməsi 

zamanı supressiv təsir qeyd olunur. QAYT siste-

minin fəallığının zəifləməsi serotoninergik sistemin 

və immunsupressiyanın fəallığının artması, QAYT 

sisteminin stimulyasiyası ilə yanaşı immunreaktiv-

liyin yüksəlməsi ilə  nəticələnir. Baklofen QAYT

B

-

reseptorlarının aqonistinin immun sistemə  təsirinə 



həsr olunmuş  tədqiqatlar müxtəlif fikirlidir. 

QAYT


B

-reseptorlarının stimulyasiyası immun ca-

vabın azalması ilə  nəticələnir, müəlliflərin fikir-

lərinə görə ya qara substansiyada və ventral seq-

ment  şöbədə dofaminergik neyronların oyanıq-

lığının azalmasına, ya da autoreseptorların aktiv-

ləşməsinə  əsasən QAYT-ın ifrazını tormozlayır 

(Девойно  и  Ильюченок, 1993). Digər tədqiqat-

larda göstərilmişdir ki, baklofen immuntrop təsirə 

malik deyil (Костинская, 1990). 

Ratnikov və  həmmüəllifləri (1986) QAYT və 

onun sələflərinin humoral immun cavaba təsirində 

periferik mexanizm əldə ediblər. Mərkəzi neyrohu-

moral dəstələrdən immun homeostazın tənzimi 

MSS-də reseptorlardan fərqlənən periferik QAYT

A



və QAYT

B

-reseptorlarının mövcudluğunun təsdiqi 



ilə birbaşa təsiri istisna deyil (Ратников  и  Ряби-

нина, 1986). 

Timik peptidlər T-limfositlərin intra- və ekstra-

timik mərhələlərində inkişafında mühüm rol oynayır 

və immun sistemin digər hüceyrələrinin fəallaşma 

prosesində iştirak edir (Ancell and Phipps, 2001). 

Klinikada və heyvanlar üzərində eksperimen-

tlərdə müəyyən edilmişdir ki, timik peptidlər boy 

hormonuna, prolaktinə,  β-triyodtironinə  və tetra-

yodtironinə, qlükokortikoidlərə, eləcə  də hipota-

lamus-hipofiz-böyrəküstü sistemin digər məhsul-

larına təsir edir (Kinoshita and Hato, 2001; Savino 

et al., 2003). 

Reseptor səviyyəsində aparılan təcrübələrdə 

timusun epitel hüceyrələrinin (TEH) reseptorları 

hipotalamus-hipofiz-böyrəküstü vəzi sisteminin 

hormonlarına təsir edir. Hipotalamus-hipofiz-böy-

rəküstü sistemin məhsullarının sintez və ifrazının 

tənzimlənməsində beynin monoamin sistemi fəal 

rol oynadığı kimi, bu sistemin QAYT sistemi ilə 

əlaqəsi də məlumdur. 

1970-ci illərdə Besedovski və  həmkarları im-

mun sistemin və onun məhsullarının MSS ilə siq-

nallar vasitəsilə mübadilə etdiklərini müəyyən edir-

lər (Besedovsky, 1979). İL-1, İL-6 və TNF kimi si-

tokinlər vasitəsilə immun reaksiya müəyyən edil-

mişdir.  İmmun sistem mürəkkəb yollarla MSS-nə 

siqnalları ötürür. İL-1 hipotalamusda noradrenalin 

mübadiləsini stimullaşdırır, plazmada (Berkenbosh 

et al., 1979) və MSS-də (Dunn et al., 2004) hü-

ceyrəxarici mayedə onun miqdarını yüksəldir. 

Yəqin ki, timusun hormonlarının hüceyrə  və 

molekul səviyyəsində QAYT mübadiləsinə  təsir 

mexanizmi ilk növbədə onun reseptorları ilə əlaqəli 

olaraq membranda yerləşən hədəf-hüceyrələr və 

əmələ gələn hormon-reseptor kompleksi bu media-

torun sintez və parçalanmasında iştirak edən fer-

mentlərin fəal mərkəzlərinə  təsir etməklə yuxarı-

dakı nəticələrin alınmasına səbəb olur. 

Aparılmış  təcrübələrin nəticələrinə  və  ədəbiy-

yat mənbələrinə  əsasən demək olar ki, timusun 

hormonları baş beynin müxtəlif strukturlarında 

aminturşu fonduna təsir edir. Alınan nəticələr im-

mun reaksiyanın inkişafında QAYTergik sistemin 

balansının və neyroimmunmodulyasiya prosesləri 

üçün sistemlərarası qarşılıqlı təsirin QAYTergik sə-

viyyədə zəruriliyini göstərir.  

Timalinin baş beyin strukturlarının mitoxon-

drisində mediator təbiətli aminturşuların miqdarına 

təsirinə əsasən demək olar ki, immun sistem MSS-

nin və ümumiyyətlə, bütün orqanizmin formalaş-


N.N. Əliyeva 

53 


masında, sinir hüceyrələrinin differensasiyasında, 

eləcə  də, immun sistemin möhkəmlənməsində  və 

xarici mühitin təsirinə müdafiə reaksiyalarının 

formalaşmasında mühüm rol oynayır. 

Alınmış nəticələrə və ədəbiyyat məlumatlarına 

əsasən timus və QAYTergik sistemləri arasında 

qarşılıqlı təsirlərin və timalinin təsirindən sonra bir 

çox xəstəliklərin açar amillərindən biri olan QAYT-

ın disrequlyasiyasının timik peptidlərdən istifadə 

etməklə immun sistemin fəaliyyətinin yüksəlməsi 

sayəsində  bərpasının mümkün olduğunu demək 

olar. 


 

 

ƏDƏBİYYAT 

 

Ветлугина  Т.П.,  Невидимова  Т.И.,  Лобачева 

О.А.,  Никитина  В.Б. (2010) Технология 

иммунокоррекции  при  психических  расстрой-

ствах. Томск: Томск ГУ, 172 с.  

Девойно Л.В., Ильюченок Р.Ю. (1993) Нейро-

медиаторные  системы  в  психонейроиммуно-

модуляции:  дофамин,  серотонин,  ГАМК,  ней-

ропептиды. Новосибирск: ЦЭ РИС, 237 с. 



Кетлинский С.А., Симбирцев А.С. (2008) Ци-

токины СПб: Фолиант, 552 с. 



Киселева  Н.М.,  Иноземцев  А.Н. (2010) Воз-

можная  роль  тимуса  в  работе  стресс-лимити-

рующей системы. Иммунопатология, Аллерго-

логия, Инфектология, 2: 13-20. 

Корнева  Е.А.,  Перекрест  С.В. (2013) Взаимо-

действие нервной и иммунной систем в норме 

и  патологии.  Медицинский  академический 

журнал, 13(3): 7-17. 

Костинская  Н.Е. (1990) Иммуно-фармакологи-

ческое  исследование  роль  ГАМК-эргических 

механизмов  в  нейрогуморальной  регуляции 

иммунной  системы  Автореф.  дисс.  д-ра  мед. 



наук, Киев,  35 с. 

Курбат  М.Н.,  Лелевич  В.В. (2009) Обмен 

аминокислот  в  головном  мозге.  Нейрохимия, 



26(1): 29-34. 

Лакин  Г.Ф. (1990) Биометрия.  М.,  Высшая 

школа, 352 с. 



Нилова  Н.С. (1966) Аммиак  и  ГАМК-транс-

аминазная  активность  ткани  головного  мозга. 



Докл. АН СССР, 2: 483-486. 

Ратников  В.И.,  Рябинина  Н.Е.  (1986)  Роль 

гамма-аминомасляной  кислоты  в  регуляции 

иммунного  гомеостаза.  Тезисы  докладов IV 

Всесоюз. 

симпозиума 

«Нейрогуморальная 

регуляция иммунного гомеостаза», Ленинград: 

117-118. 



Рокицкий  Ф.П. (1973) Биологическая  статис-

тика, Минск: Высшая школа, 330 с. 



Самотруева  М.А. (2012) Изучение  регулятор-

ных  механизмов  действия  аналогов  ГАМК  на 

нейроиммунную  систему.  Автореф.  дисc.  на 

соиск. уч. степ. док. мед. наук, Волгоград, 47 c. 

Ярилин  А.А.,  Беляков  И.М. (1996) Тимус  как 

орган эндокринной системы. Иммунология,  1: 

4-10 

Ancell C., Phipps J. (2001) Thymosin alpha-1. 

Am. J. Health Syst. Pharm., 58: 879-885. 

Berkenbosh F., de Goeis D., del Rey A.F. et al. 

(1979) Neuroendocrine sympathetic and meta-

bolic responses induced by interleukin-1. Neuro-

endocrinology, 50: 570-576. 

Besedovsky H.O., del Rey A.E., Sorkin E., da 

Prada M., Keller H.H. (1979) Immunoregulation 

mediated by the sympathetic nervous system. Cell 



Immunol., 48: 346-355.  

Bhat R., Axtell R., Mitra A., Miranda M., Lock 

C., Tsien R.W., Steinman L. (2010) Inhibitory 

role for GABA in a autoimmune inflammation. 

Proc. Natl. Acad. Sei USA, 107(6): p.2580-2585. 

Bjurstom H., Wang J., Ericsson I. (2008) GABA, 

a natural immunomodulator of T lymphocytes. J. 



Neuroimmunol. 205(1): 44-50. 

Blalock J.B., Harbour-McMenamin D.D., Smith 

E.M. (1985) Peptide hormones shared by the 

neuroendocrine and immunologic system. J. Im-



munol., 135(2): 41-58. 

Blume J., Douglas S.D., Evans D.L. (2011) Im-

mune suppression and immune activation in 

depression. Brain Behav. Immun., 25(2): 221-229. 

Doze K. (1957) Dir anvendug der hochspanmum-

gspherographie dei der guantitativen totalanoiyse 

von protein hydrolysaten. Mittelling Biochem. Z., 

329(2): 390-398. 

Dunn A.J., Swiergiel A., Palamarchouck V. 

Brain circuits involved in corticotropin-releasing 

factor-norepinephrine interactions during stress. 

Ann. NY Acad. Sci, 1018: 25-34. 

Kinoshita Y., Hato F. (2001) Cellular and 

molecular interactions of thymus with endocrine 

organs and nervous system. Cell Mol. Biol.,  47: 

103-117. 



Savino W., Smaniotto S., Binart N., Postel-Vinay 

M.C., Dardenne M.  (2003) In vivo effects of 

growth hormone of thymic cells. Ann. NY Acad. 



Sci., 992: 179-185. 

Mix E., Goertsehes R., Zettl U.K. (2007) Immu-

nology and neurology. J. Neurol., 2: 12-17. 



Roberts E., Frankel S. (1950) Gamma-amino-

butyric acid in brain its formation from glutamic 

acid. J.Biol. Chem., 187(1): 55-61. 

Somogui J., Fonjo A., Vinore J. (1962) Prepara-

tion of brain mitochondria. Acta Physiol. Nunger, 



1: 61-63. 

Sytinsky I.A., Priyatkina T.N. (1966) Effect of 

certain drugs on gamma-aminobutyric acid sys-

tem of central nervous system. Biochem. Phar-

macol., 115(1): 49-54. 


Timalinin Birdəfəlik Təsirindən Sonra 

54 


 

Изучение Обмена ГАМК В Митохондриальных Фракциях Головного Мозга Крыс  

После Однократного Действия Тималина  

 

Н.Н. Алиева  

Институт физиологии им. А.И.Гараева НАНА 

 

Установлено,  что  после  внутримышечного  введения  тималина  в  митохондриях  головного  мозга 

наблюдается  повышение  активности  глутаматдекарбоксилазы  и  снижение  активности  ГАМК-

аминотрансферазы.  При  этом    содержание  глутаминовой  и  аспарагиновой  кислот  в  митохондриях 

гипоталамуса,  мозжечка,  зрительной  и  двигательной  коры  уменьшается,  а  гамма-аминомасляной 

кислоты - увеличивается.  После  действия  тималина  изменения  в  обмене  ГАМК  обусловлены 

взаимодействием нервной и иммунной систем. 

 

Ключевые  слова:  Тималин,  гамма-аминомасляная  кислота,  глутаминовая  кислота,  аспарагиновая 



кислота, глутаматдекарбоксилаза, ГАМК-аминотрансфераза, мозжечок, гипоталамус, зрительная 

и двигательная коры мозга. 

 

 



 

 

 

Study Of GABA Metabolism In The Mitochondrial Fraction  

Of The Brain Cells Of Rats After A Single Administration Of Thymalinum 

 

N.N. Aliyeva 

 

Institute of Physiology named after A.I. Garayev, ANAS 

 

It was established that after intramuscular administration of thymalinum the activity of glutamate 

decarboxylase increased and activity of GABA-aminotransferase lowered in mitochondria of the brain cells. 

Thus, contents of glutamic and aspartic acids decreased, while gamma-aminobutyric acid increased in the 

mitochondria of the hypothalamus, cerebellum, visual and motor cortex. Changes in the metabolism of 

GABA after the thymalinum action occurred due to the interaction between nervous and immune systems. 



 

Key words: Thymalinum, gamma-aminobutyric acid, glutamic acid, aspartic acid, glutamate decarboxylase, 

GABA- aminotransferase, cerebellum, hypothalamus, visual and motor cortex of the brain. 

 

 

Yüklə 94,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin