4. Eldənizlər dövləti Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan Eldənizlər dövlətinin yaranması atabəy Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Bu Azərbaycan hökmdarı çox maraqlı bir həyat yolu keçmişdi. Qaynaqların məlumatına görə bir tacir hələ uşaq ikən onu Dərbəndin qul bazarından bir dəstə qulla birlikdə satın almışdı. Çirkin və çəlimsiz bir uşaq olan Eldənizi dərbəndli qul taciri təzə ağasına pulsuz vermişdi. O zaman qul ticarətində belə bir qayda vardı: əgər birisi bir yerdən 40 qul alsaydı, qulsatan tacir onlardan 39-nun pulunu alar, birini isə bəxşiş və ya üstəlik verərdi. Satılan 40 qulun ən kiçiyi olan Eldənizi də yeni ağasına pulsuz vermişdilər. Havalar çox isti olduğu üçün gecələr hərəkət edən karvanla Dərbənddən İraqa aparılarken balaca Eldəniz iki dəfə yuxuluyuxulu arabadan düşmüş, onu təzədən arabaya mindirmişdilər. Üçüncü dəfə yıxılarkən ağası onu yolda qoyub getmişdi. Balaca Eldəniz səhər yuxudan ayılanda artıq karvan çoxdan getmişdi. Axşam düşənə yaxın fərasətli Eldəniz özünü yenidən həmin karvana yetirdikdə karvan sahibi heyrət içində qalmışdı. İraqa çatdıqda bütün bu qulları səlcuq sultanının "1 li əs-Süleyrəmi almış, ancaq Eldənizdən imtina etmişdi. Lakin kiçik Eldənizin ağlayıb-sızlamasından sonra rəhmə gələn vəzir onu da almışdı. Çox keçmədən gözüaçıq və düşüncəli uşaq olan Eldəniz ağasının diqqətini cəlb etmişdi.
Bir qədər sonra səlcuqlu sarayında xidmətə başlayan Şəmsəddin Eldəniz at çapmaqda, ox atmaqda yaşıdlarını ötüb keçdi, nəhayət, görkəmli dövlət xadimi kimi şöhrət qazandı. Sultan II Toğrul 132-1134) ona əmir titulu verdi və öz oğlu Arslan şahın atabəyi təyin etdi. Sultan II Toğrulun ölümündən sonra onun dul qadını Möminə Xatunla evlənən Şəmsəddin Eldənizin saraydakı nüfuzu daha da artdı. 1136-cı ildə o, Aran hakimi təyin olundu və Bərdəyə göndərildi. Bununla, müstəqil Azərbaycan Eldənizlər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin özülü qoyuldu.
Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı Şəmsəddin Eldənizin hakimiyyətinə yekun vurarkən, qeyd etmək lazımdır ki, Şəmsəddin Eldəniz ona tabe ərazini genişləndirməyə çalışır və öz müasirləri vilayət hakimlərinin üsulları ilə-əmirlərlə vaxtaşırı ittifaqdan istifadə edərək, həmin anda da, həmçinin, dönükcəsinə və saymazyana hərəkət edirdi. Buna baxmayaraq, Böyük Atabəyin hər şeydən əvvəl mərkəzi hakimiyyətin hərbi qüvvələrinin və maddi ehtiyatlarının möhkəmləndirilməsinə yönəldilən fəaliyyətindəki yaradıcı anlar bizə daha əhəmiyyətli görünür. Eldənizin hakimiyyətinin sonlarına yaxın bütün dövlət quruluşu sisteminin nizama salınması, hər şeydən əvvəl vassalların mərkəzi hakimiyyətlə bağlılığının möhkəmləndirilməsi, sözsüz ki, hərbi qüdrətinin gücləndirilməsi ilə bağlı idi. Bir daha yada salaq ki, sultan Məsudun bütün hakimiyyət dövrü əmirlər ittifaqı ilə ara müharibələrində keçmiş və Sultan hökuməti məhz hərbi kücsüzlüyü ucundan bu mübarizədə sərt və müstəqil mövqe tuta bilmədi. Mərkəzdən qaçan qüvvələrin öz fəaliyyətlərini davam etdirmələrinə, xarici siyasətin mürəkkəbləşdiyi dövrdə əmirlərin mərkəzi hakimiyyətdən müstəqilliyə can atmalarının güclənməsinə baxmayaraq, adi sərkərdələrdən olmayan atabəy Eldənizin hərbi qüdrəti ilə sultan suverenliyinin birləşməsi, feodal ierarxiyasında Böyük Atabəyin birinciliyinin rəsmi tanınması sultanlıq ərazisində siyasi vəziyyətin sabitləşməsinə səbəb olmuşdu. Eldəniz əsas qüvvələrini Gürcüstan ilə mübarizəyə təsadüfən toplamamışdı və öz hakimiyyətini bərqərar etdikdən sonra, adətən, güclü qonşuları ilə, xüsusən, Xarəzmşahlar dövləti ilə uzun münaqişələrdən qaçırdı.