Mühazirə Ümumi məlumat



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix24.11.2022
ölçüsü0,5 Mb.
#70354
növüMühazirə
  1   2   3   4
MÜHAZIRƏ 1 (1)



MÜHAZIRƏ 1. 
Ümumi məlumat 
Statistika - özünün predmeti və tədqiqat metodları olan müstəqil ictimai elm 
sahəsidir. Bu elm ictimai həyatdakı praktiki tələblərdən yaranmışdır. 
Statistika latın sözü olub "siyasi vəziyyət", "dövlətin idarə edilməsi" mənasım 
daşıyır. Həmçinin, yunan sözü “status” - vəziyyət və italyan sözü olan “stata”- dövlət 
“statistika” termininin formalaşmasında rol oynamışlar. Hələ qədim Çində, bizim 
eradan 2000 il əvvəl, statistik məlumatlar toplanılırdı. Əlbəttə ki, indi bizim statistik 
məlumat adlandırdığımız informasiya o dövrdə daha primitiv şəkildə, məsələn, hər 
hansı bir məişət əşyalarının və ya ev heyvanlarının sayı formasında olurdu. Sonralar, 
tədricən, bu göstəricilərə əhalinin sayı, yaş-cins strukturu, kənd təsərrüfatının, 
sənayenin, tibb və s. sahələrdəki vəziyyətlə bağlı məlumatlar əlavə olunmağa başladı. 
Xüsusilə, kapitalizmin və dünya təsərrüfat əlaqələrinin inkişafı ilə toplanılan 
məlumatların həcmi artmağa başladı. O dövrün tələbləri dövlət idarəetmə orqanları 
və kapitalist müəssisələri qarşısında praktiki ehtiyaclar üçün əmək və əmtəə 
bazarları, xammal resursları haqqında geniş və hərtərəfli informasiyanın toplanması 
vəzifəsini qoyurdu. 
XVII əsrdən etibarən statistika elm kimi inkişaf etməyə başladı. Bu istiqamətdə 
çalışan V.Petti, E.Qalley, C.Qraunti kimi alimlər ingilis statistika məktəbinin əsasını 
qoydular. Onların əsas xidmətləri ictimai həyatın qanunauyğunluqlarının analizində 
kəmiyyət metodlarından istifadə etmələri oldu. Əsrin ortalarında “siyasi hesab” 
adlanan yeni istiqamət yarandı ki, onun yaradıcıları Vilyam Petti (1623-1687) və 
Con Qraunti (1620-1674) kütləvi ictimai hadisələr haqqında informasiya əsasında 
ictimai həyatın qanunauyğunluqlarını açmağa çalışır və kapitalizmin inkişafı ilə bağlı 
sualları cavablandırmağa cəhd göstərirdilər. 1660-cı ildə “siyasi hesab” məktəbi ilə 
yanaşı İngiltərədə, Almaniyada təsviri statistika və ya “dövlətin idarə edilməsi ” 
məktəbi fəaliyyət göstərməyə başladı. 
K.F.German (1755-1815), V.Qosset (1876M937, daha çox Styudent psevdonimi ilə 
məşhurdur), A.Ketle (1796^ 1874), F.Qalton (1822-1911), K.Pirson (1857-1936), 
R.Fişer (1890-1962), A.A.Çuprov (1874-1926), P.P.Çebışev, 
A.A.Markov və bir sıra alimlərin bu elmin inkişafına verdikləri əmək böyük və 
danılmazdır. İlk dəfə bir elm kimi statistika alman filosofu, Gettingen universitetinin 
professoru Qotfrid Ahenval (1719-1772) tərəfindən tədris olunmağa başladı. 
Elm sahəsi kimi statistika haqqında bir neçə düşüncə tərzi mövcuddur: 
- statistika - təbiət və cəmiyyətin kütləvi şəkildə baş verən hadisələrini öyrənən 
universal elmdir; 
statistika - digər elm sahələri üçün tədqiqat metodları işləyib hazırlayan metodoloji 
elm sahəsidir; 
statistika ictimai elmdir. 


İctimai həyatın hadisələri dedikdə müxtəlif elementlərin mürəkkəb uzlaşması başa 
düşülür. Statistikanın onları öyrənib - öyrənməməsindən asılı olmayaraq ictimai 
hadisələr müəyyən kəmiyyət münasibətlərinə malik olurlar. Bir tərəfdən statistika 
ictimai hadisə və prosesləri xarakterizə edən kəmiyyət göstəriciləri külliyyatıdır 
(məsələn, əməyin statistikası, nəqliyyatın statistikası və s.), digər tərəfdən ictimai 
həyatın müxtəlif istiqamətlərində məlumatların toplanılması, emalı və analizi üzrə 
praktiki fəaliyyətdir, üçüncü bir tərəfdən müxtəlif toplularda dərc olunmuş kütləvi 
nəzarətin (üçotun) nəticələridir. Eyni zamanda təbii elmlər üzrə statistika dedikdə 
kütləvi 
müşahidələrin 
nəticələrinin 
riyazi 
üstürlarla 
qiymətləndirilməsi 
metodologiyaları və üsulları başa düşülür. 
Beləliklə, elm sahəsi kimi statistika kütləvi sosial- iqtisadi hadisələrin kəmiyyət 
tərəflərini, keyfiyyət tərəfləri ilə ayrılmaz şəkildə öyrənir. Həmçinin, bu elm konkret 
məkan və zaman şəraitində inkişaf prosesinin qanunauyğunluqlarının kəmiyyətcə 
ifadəsini tədqiq edir. 
Statistika elmi sahə kimi aşağıdakı xüsusiyyətlərə malikdir: 
• Sosial-iqtisadi hadisələrin strukturunu xarakterizə edir; 
• Araşdırılan hadisələrin başqa hadisələrlə qarşılıqlı asılılığının səbəblərini müəyyən 
edir; 
• İctimai hadisələri həm statik, həm də dinamik olaraq öyrənir; 
• Sosial-iqtisadi hadisə və prosesləri ayrı faktlar şəklində deyil, kütləvi şəkildə 
araşdırır; 
• Hadisələrin və inkişaf tendensiyalarının ölçülərini, yəni konkret zaman və məkan 
şəraitində hadisələrin kəmiyyət tərəflərini tədqiq edir. 
Statistik tədqiqatlarda aşağıdakı statistik metodlardan istifadə olunur: 

kütləvi müşahidələr metodu (ilkin məlumatların külliyyatın vahidləri üzrə 
toplanılması); 

 ilkin məlumatların ümumiləşməsini və klassifikasiyasını təmin edən qruplaşmalar; 

mütləq, nisbi və orta göstəricilərin köməyi ilə öyrənilən hadisələrin xarakterizə 
olunmasım təmin edən və inkişaf proseslərində qarşılıqlı asılılıqları və 
qanunauyğunluqları müəyyən edən ümumiləşmiş göstəricilərin analiz metodları. 
Statistika digər ictimai elmlər kimi, məsələn: fəlsəfə, iqtisadiyyat, sosiologiya, 
politologiya kimi cəmiyyəti və cəmiyyətdə baş verən hadisə və prosesləri öyrənir, 
onların meydana gəlmə səbəblərini araşdırır. Statistikanı digər ictimai elmlərdən 
fərqləndirən əsas cəhət onun cəmiyyətdəki hadisə və proseslərin kəmiyyət 
xarakteristikalarını tədqiq etməsidir. Lakin kəmiyyət xarakteristikaları ilə yanaşı 
statistika hadisələrin keyfiyyət xüsusiyyətlərini də öyrənir. Başqa sözlə desək, 
statistika cəmiyyətdəki hadisə və proseslərin keyfiyyət xarakteristikalı kəmiyyət 
xüsusiyyətlərini öyrənir. 
2-ci fərqli cəhət statistikanın tədqiq etdiyi hadisələrin kütləvi xarakter daşımasıdır. 
Yəni, statistika ayrıca götürülmüş hadisələri ümumiləşdirilmiş şəkildə araşdırır. 3-cü 


fərqli cəhət isə statistikanın hadisələri həm statik ( variasiya analizi), həm də dinamik 
(zaman sıraları) şəkildə araşdırmasındadır. 
Statistik tədqiqatlarda zaman faktoru önəmli yer oynayır. Müəyyən bir hadisə 
haqqında toplanan statistik məlumatlar analiz olunduqdan sonra həmin hadisəni 
xarakterizə edən qanunauyğunluqlar aşkar edilir. Məlumdur ki, statistikamn 
metodoloji əsaslan dialektika ilə bağlıdır. Lakin, statistika qarşısında duran vəzifə və 
məsələləri həll etmək üçün digər elmlərin nailiyyətlərindən də istifadə edir. Statistik 
tədqiqatlar nəticəsində əldə olunmuş qanuna uyğunluqlar sonrakı mərhələlərdə digər 
elmlərin nailiyyətləri, analiz üsulları tətbiq edilməklə tədqiq olunur. Belə elm 
sahələri kimi aşağıdakıları sadalamaq olar: riyazi analiz, informatika, ehtimal 
nəzəriyyəsi, riyazi statistika, ekono metrika və s. Digər elmlərlə qarşılıqlı əlaqəsindən 
qaynaqlanaraq, statistika müasir dövrdə statistik məlumatların toplanılması, 
saxlanılması, görüntülənməsi, üzərində əməliyyatların aparılması, interpritasiya 
olunması mənasını daşıyır. 
Statistik tədqiqatlar nəticəsində əldə olunmuş informasiyanın saxlanılması, 
ötürülməsi, üzərində müəyyən əməliyyatların aparılması üçün informasiya 
texnologiyalarından istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, 
statistik informasiyanın emalı zaman, diqqət və məsuliyyət tələb edən yorucu bir 
prosesdir. Lakin tətbiqi proqramlar paketlərinin bu prosesə cəlb edilməsi işi xeyli 
asanlaşdırır, zamana qənaət edir, daha dəqiq nəticələrin əldə edilməsinə imkan 
yaradır. Belə tətbiqi proqram paketlərinə EXCEL, EVİEWS, MATLAB, SPSS, 
STATISTICS və s. proqramları nümunə göstərmək olar. 
Statistika kursu cəmiyyətdə baş verən hadisə və proseslərin analizi üçün tədbiq edilən 
statistik metodların mahiyyəti haqqında təsəvvür yaradır. Statistik məlumatlar sorğu 
və müşahidə yolu ilə toplanılır. Öz növbəsində sorğu və müşahidələr fərdi və kütləvi 
şəkildə aparılır. Məsələn, kütləvi sorğuya əhalinin siyahıya alınması prosesini, 
referendumları misal gətirmək olar. 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin