Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   25

MövzuI. Psixologiyanın predmeti və vəzifələri  
Plan:  
1.  Psixologiyanın predmeti və praktik xüsusiyyətləri 
2.  Psixologiya elminin başqa elmlərlə əlaqəsi 
3.  Psixologiyanın tədqiqat metodları 
 
1.Psixlogiyanın predmeti və praktik xüsusiyyətləri 
 
Hər  bir  elmi  öz  predmetinə  görə  digər  elmlərdən  fərqləndirmək  olar.Misal  bilogiya 
elmin  predmeti  canlı  orqanizlərdir.Tarix  elmin  predmeti  isə  tarixi  hadisələrdir.Hər  bir  elmin 
xüsiyyətlərini  öyrənmək  üçün  ilk  növbədə  onun  obyektini  və  predmetini  aydınlaşdırmaq 
lazımdır.  Elmin  obyekti  dedikdə  onun  tədqiq  etdiyi  real  gerçəklik  nəzərdə  tutulur.  Bu 
baxımdan heyvanları və insanı öyrənən müxtəlif elmlərin obyekti eynidir. Elmlər predmetinə 
görə  bir-birindən  fərqlənirlər.  Elmin  predmeti  dedikdə  onun  öz  obyektindən  ayırd  ettiyi, 
seçdiyi  cəhətlərə  hansı  baxımdan,  hansı  nəzəri  və  ya  praktik  aspektdən  yanaşması  nəzərdə 
tutulur.  Psixologiya  elmi  insanı  psixi  cəhətdən  tətqiq  edir.  Onun  daxili  aləmini  öyrənir. 
Psixologiya termini iki yunan sözündən: “psyuxe”-“ruh”, “ruhi aləm” , “logos” isə “bilik, elm, 
öyrənmək” sözlərindən əmələ gəlmişdir. 
  Psixoloji biliklər həmişə elmi dəyərlə yanaşı praktik əhəmiyyətə malik olmuşdur. O, adətən 
insanların bir-birini tanımasına kömək etmişdir. Müasir dövrdə də psixologiya elə bu mənada 
başa  düşülür:  adamlar  üçün  psixoloq,  birinci  növbədə  insan  sərrafı  deməkdir.  Ta  qədim 
zamanlardan  insanları  psixoloji  cəhətdən  xarakterizə  edəndə,  adətən  onları  bir-birindən 
fərqləndirən xüsusiyyətlərə daha çox diqqət yetirirdilər. 
Psixologiyanın    predmetini  başa  düşmək  üçün  ilk  növbədə  psixika  anlayışı  ilə  tanış 
olmaq lazımdır. Psixika anlayışına  nələr daxildir? Psixika nədir?  Psixi hadisələri şərti olaraq 
üç qrupa ayırmaq olar. 
                                  Psixika anlayışı 
 
 Psixi proseslər              Psixi hal və ya halətlər            Psixi xassə və ya xüsusiyyət     a)idrak 
prosesləri:          stress, affekt,frustrasiya,           temperament,xarakter,                                                                                                                                                                   
duyğular, qavrarış, əhval və s.   qabiliyyətlər 
hafisə,diqqət,təfəkkür,təxəyyül,nitq 
b)iradi proseslər: 
c)emosional pro- 
seslər 
  Psixi  proseslər  psixologiya  elminin  əsas  kateqoriyalardan  biridir.  İdrak  proseslərinə,  iradi 
proseslərə  və  emosional  proseslərə  birlikdə  psixi  proseslər  deyilir.  Müasir  psixologiyada 
proses  sözü  geniş  və  dar  mənalarda  işlənilir.  Biz  geniş  mənada  psixi  olanı  proses  kimi 
nəzərdən  keçirəcək,  bütün  psixi  hadisələri  (  psixi  proseslər,  hallar  və  xassələri)  eyni  dərəcə 
proses kimi təhlil edəcəyik. 
Dar  mənada  isə  psixi  proses  dedikdə  duyğu,  qavrayış,  hafizə,  diqqət,  təfəkkür,nitq, 
təxəyyül,  iradə  və  hissləri  nəzərdə  tutacağıq.  “Psixi  proses”  termini  psixi  faktın  dinamikasını 

nəzərə çatdırır. “Proses” latın sözü olub hər  hansı bir  hadisənin başlanması, gedişi və inkişaf 
mərhələlərini əks etdirir. 
“Psixi  halət”  psixi    faktın  nisbi  davamlılığını  bildirir.  “Psixi  xassə”  və  ya  “psixi 
xüsusiyyətlər”  termini  isə  psixi  faktın  sabitliyini,  onun  şəxsiyyətin  sturukturunda 
möhkəmləndiyi və təkrar olunmasını ifadə  edir. Psixi proses, hal və xassələr birlikdə psixika 
və psixi hadisələr adlanır. 
Deməli,  psixologiya  bir  elm  kimi  psixikanın  faktlarını,  qanunauyğunluqlarını  və 
mexanizmlərini  öyrənir.  Bu  cəhəti  nəzərə  alaraq  psixologiya  elminə  daha  dəqiq  tərif  vermək 
olar.  Psixologiya    beyində  obyektiv  aləmin  subyektiv  surəti  kimi  əmələ  gələn  psixikanın 
faktları, qanunauyğunluqları, mexanizmləri haqqında elmdir. 
Psixoloogiya  elmi  bir  elm  kimi  psixikanın  faktlarını  qanunauyğunluqlarını  və 
mexanizmlərini  öyrənir.Psixologiya  psixi  proseslər,psixi  xassələr  və  psixi  hallar  haqqında 
elmdir. 
 
2.Psixologiya elminin başqa elmlərlə əlaqəsi 
 
Müasir  psixologiya  praktikanın  müxtəlif  sahələri  ilə  bağlı  və  müxtəlif  təşəkkül 
mərhələsində  olan  son  dərəcə  şaxələnmiş  elmi  fənlər  sistemindən  ibarətdir.  Psixoloji 
tədqiqatlar  göstərir  ki,  psixoloji  fənlərin  əksəriyyəti  konkret  fəaliyyət  sahələrini  öyrənir. 
Onların  bir  çoxu  isə  inkişafın  psixoloji  aspektlərini  və  şəxsiyyətin  cəmiyyətə  miünasibətini 
öyrənir. Həmin cəhəti nəzərə alsaq təsnifatın əsası kimi: 
1)Konkret fəaliyyət; 
2)İnkişafın psixoloji aspektləri; 
3)Şəxsiyyətin cəmiyyətə münasibəti məsələlərini götürmək məqsədəuyğundur. 
Əgər təsnifatın birinci əsasını qəbul etsək, onda psixologiyanın konkret insan fəaliyyəti 
növlərinin  psixoloji  problemlərini  öyrənən  bir  sıra  sahələrini  ayırd  etmək  mümkündür. 
Məsələn, əmək psixologiyası insanın əmək fəaliyyətinin psixoloji xüsusiyyətlərini öyrənir. 
Pedaqoji 
psixologiyanın 
predmetini 
insanın 
təli-tərbiyəsinin 
psixolji 
qanunauyğunluqlarının  öyrənilməsi  təşkil  edir.  O,  şagirdlərdə  təfəkkürün  formalaşmasını 
tədqiqedir,  intellektual  fəaliyyətin  priyom  və  vərdişlərinin  mənimsənilməsi  prosesinin  idarə 
olunmasını  problemlərini  öyrənir.  Təlim  prosesinin  müvəffəqiyyətinə  təsir  göstərən  amilləri, 
pedaqoqla  şagirdlər  arasındakı  qarşılıqlı  münasibətləri  və  şagird  kollekdivində  münasibətləri, 
şagirdlərin  fərdi-psixoloji  fərqlərini,  uşaqlarla  təlim-  tərbiyə  işinin  psixoloji  xüsusiyyətlərini, 
psixi inkişafda özünü göstərən normadan kənara çıxma hallarını və s. aydınlaşdırır. 
Tibbi  psixologiya həkimin fəaliyyətinin və xəstənin davranışının psixoloji aspektlərini 
öyrənir.  O,  psixi  hadisələrin    fizioloji  beyin  strukturları  ilə  münasibətini  öyrənərkən 
neyropsixologiyaya,  dərman    maddələrinin  insanın  psixi  fəaliyyətinə  təsirini  öyrənən 
psixoformakologiyaya,    xəstənin  müalicəsi  üçün  psixi  təsir  vasitələrini  öyrənən  və  istifadə 
edən psixoterapiyaya,  adamların psixi sağlamlığının təmin olunması üçün tədbirlər  sistemini 
işləyən psixoprofilaktikaya və psixogigiyenaya bölünür. 
Hüquq  psixologiyası  hüquq  sisteminin  reallaşdırılması  ilə  bağlı  olan  psixoloji 
məsələləri  aydınlaşdırır.  O,  cinayət  prosesi  iştirakçılarının  davranışının  psixi  xüsusiyyətlərini 

öyrənən  məhkəmə  psixologiyasına,    caninin  davranışının  və  şəxsiyyətinin  formalaşmasının 
psixoloji problemləri, cinayətin motivləri və s. ilə məşğul olan kriminal psixologiyaya,  islah-
əmək  koloniyasında  məhkumun  psixologiyasını,  inandırma  və  məcburetmə  metodları  ilə 
tərbiyənin  psixoloji    problemlərini  öyrənən  islah-əmək  psixologiyasına  bölünür.  Bütün 
bunlarla yanaşı hərbi psixologiya, idman psixologiyası, ticarət psixologiyası, elmi yaradıcılığın 
psixologiyası, bədii yaradıcılıq psixologiyasının adını da şəkmək olar. 
Əgər psixologiyanın qollarının təsnifat əsası kimi inkişafın psixoloji aspektlərini qəbul 
etsək,  onda  qarşımıza  onun  problemlərində  inkişaf  prinsipi  həyata  keçirilən  bir  sıra  yeni 
sahələri  şıxar.  Bunlardan  biri  kimi  yaş  psixologiyası  psixi  proseslərin  yaş  xüsusiyyətlərini, 
biliklərin mənimsənilməsinin yaş imkanlarını, şəxsiyyətin inkişaf amillərini və s. tədqiq edir. 
Yaş  psixologiyasının  mərkəzi  problemlərindən  biri  təlim  və  əqli  inkişaf,  həmşinin  onların  
qarşılıqlı asılılığı problemidir. 
Anomal inkişafın psixologiyası və ya  xüsusi psixologiya psixikanın inkişafı prosesində 
kənara  çıxma  hallarını,  beyin  patologiyasının  müxtəlif  formalarında  psixikanın  pozulmasını 
tədqiq  edən  patopsixologiyaya,  oliqofrenpsixologiyaya-  beynin  anadangəlmə  qüsurları  ilə 
bağlı    olan  psixi  inkişafın  patologiyası  haqqında  elmə,  surdopsixologiyaya  və 
tiflopsixologiyaya şaxələnir. 
Əgər  psixologiyanın  qollarını  şəxsiyyət  və  cəmiyyətin  münasibətinin  psixoloji 
aspektləri baxımından təsnif etsək, onda psixologiyanın sosial psixologiya anlayışı ilə birləşən 
bir sıra sahələrini də ayırd etmək olar. Sosial psixologiyada üç əsas problem qrup, ünsiyyət və 
şəxsiyyət  problemləri araşdırılır. 
 
3.Psixologiyanın tədqiqat metodoları 
 
     Metod (yun.methodos)-nəyəsə doğru yol mənasını verir.Metod fəaliyyətin bir növüdür. 
Müəyyən məqsədə doğru yönəlmiş fəaliyyə kimi də dərk etmək olar.Bir sözlə metod elmi 
tədqiqatın həyata keçirilməsi yoludur.Elmi metod  isə ümumi şəkildə qəbul edilmiş qayda və 
əməliyyatların cəmidir. Hər hansı bir psixoloji hadisəni öytənmək üçün istifadə edilirsə bu 
psixoloji metod adlanır.psixoloji tədqiqat metodları 4 əsas mərhələyə bölünür 
1.Hazrılıq mərhələsi-ilkin məlumatlar toplanılır,müşahidə aparılır,anket və bioqrafik 
əmlumatların toplanılamsından istifadə oluna bilər,anamnez (tədqiq olunan faktın əmələ 
gəlməsində əvvəlki şəraitin təsviri) toplanıla bilər. 
2.Eksperimental mərhələ 
3.Tədqat materiallarının kəmiyyətcə işlənilməsi-riyazi statistik məlumatlarla yanaşı əvvəlki 
fərziyyələrin nəticələri barədə də mühakimələr yürüdülə bilər. 
4.Alınmış məlumatların interpretasiyası (incələnməsi)-psixoloji nəzəriyyə əsasında 
şərhindən,fərziyyənin düzgünlüyünü və ya səhv olmasını son nəticədə aydınlaşdırmaqdan 
ibarətddir. 
Psixoloji metodların B.Q.Ananyevə görə isə təsnifatı aşağıdakı kimidir. 
1.Təşkilati metodlar.Təşkilati metodlara daxildir: 
I. Təşkilati metodlar-eyni psixoloji xüsusiyyətlər müxtəlif qruplarda müxtəlif  insanlarda 
öyrənilir.Qruplarakı nəticələrə əsasən qərar qəbul edilir. 

II. Longityud mütodlar  (longitude-ing.-uzunluq)-Eyni insanların uzun müddət ərzində 
dəfələrlə tədqiq olunması 
III. Kompleks metodlar- psixoloji hadisələrin müxtəlif üsul və metdoların vasxitəsilə 
öyrənilməsinin həyata keçirilməsi.Burada başqa elmlərin ölçü vasitələrindən də istifadə etmək 
olar. 
 
 
2.Empirik metodlar 
 
Empirik (yun.empera- təcrübə) mənasında işlənir.Empirik metodlara 
daxildir.Müşahidə,eksperiment,ana 
gündəlikləri,psixologenetik,əkizlər,söhbət,psixodiaqnostik,Anket sorğusu,fəaliyyət 
məhsullarının incələnməsi,psixoloji testlər və s. 
Müşahidə metodu-insanın psixikasını onun fəaliyyət hərəkət və işlərini,danışıq və 
münasibətlərini,rəftar və davranışını,müəyyən məqsədlə izləyərək öyrənməkdən ibarətdir. 
Elmi müşahidənin güzəran (məişət)kor koranə müşahidədən əsas  fərqləri aşağıdakılardır: 
Elmi müşahidə məqsədyönümlü,sistemli,planlı,analitik,nəticələrin qeydiyyatı,eyni mənalı 
anlayılların sistemli əməliyyatı 
Müşahidə metodunun nəticəsi o zaman obyektiv və etibarlı hesab oluna bilər ki,o məqsədə 
yönəlmiş məzmun kəsb etsin.Müşühidənin müddəti nə qədər uzundursa bir o qədər əldə edilən 
faktların verdiyi psixoloji  nəticələr daha etibarlı hesab edilir.Müşhidə metodunun üstün 
cəhətləri bunlardır:əldə ediıən məlumatların çoxluğu,fəaliyyətin təbii şəraiti,müxtəlif texniki 
vasitələrdən istifadə olunması,öncədən müşahidə etdiyinlə razılaşma şərt hesab edilmir. 
Müşahidə metodunun çatışmayan cəhətləri aşağıdakılardır: 
Tədqiqatçının subyektiv münasibəti,hadisəni idarə edə bilməmək,çoxlu miqdarda zaman itkisi. 
Müşahidənin iki əsas növü var:ümumi müşahidə və xüsusi müşahidə 
Müşahidə metoduna kamera metodu da daxildir.Buna Gizel güzgüzü metdu da deyilir.İlk dəfə 
bu metdoddan alim Arnold gizel istifadə etmişdi.Otağa bir tərəfi görünməyən güzgülü şüşə 
quraşdırmış və güzgünün görünən tərəfi ilə digər otaqdakı hadisələri müşahidə etmişdir.Gizel 
güzgüsü ilə fiti və kinoşəkilişləri də aparmaq olar. 
Ana gündəlikləri metodundan bir çox alimlər öz uşaqlarını mühaidə etməklə bir çox elmi 
faktların üzə çıxarılmasına nail olmuşlar.Məsələn Mençinskaya N.A.oğlu Saşa 
üzərində,Ladıgina Kot oğlu Rudolf,Muxina isə 1-ci sinif şagirdləri üzərində müşahidə 
aparmışlar. 
Eksperiment (lat.experimentum-sınaq.təcrübə)-Eksperiment metodunun müşahidə metodundan 
əsas fərqli cəhəti odur ki,burada aktiv şəkildə tədqiqat işinə müdaxilələr edilir,psixoloji faktın 
üzə çıxması üçün şərait qurulur,ekperimentator eksperimenti istədiyi istiqamətdə yönəldə 
bilir,bir neçə dəfə eyni eksperimenti hərtərəfli baxış və istənilən nəticə olunana qədər təkrar 
edə bilər. 
İki növü müəyyən edilir.Laborator və  təbii eksperiment.Təbii eksperimenti ilk dəfə lazurski 
(1910) təklif vermişdir.Təbii eksperimentin laborator eksperimentən əsaslı fərqi burada 
ekperimentdə işitrak edənlərdə həyəcanın,gərginliyin,qorxunun olmamasıdır.Həmçinin təbii 

eksperiment əykləncəli və maraqlı ola bilər.Təbii eksperimentin yoxlayıcı və öyrədici növləri 
müəyyən edilir.Laborator eksperimentdə isə eksperiment laboratoriya şəraitində müxtəlif 
cuhazların iştirakı ilə həyat keçirilə bilər. 
Psixogenetik metod- irsi amillərlə mühitin psixi inkişafa təsirini öyrənir. 
Əkizlər metdoundan isə əkiz uşaqların psixoloji xüsuiyyətlərini öyrənmək üçün istifadə edilir 
Söhbət (soğru) metoduna psixokonsultasiya metdou da deyilir.Söhbət metodunda suallar 
düzgün,yaş səviyyəsinə uyğun,söz ehtiyatının miqdarına görə seçilir.Suallar anlaşıqlı və 
maraqlı olmalıdır.Suala verilən cavabların sualın xarakteri ilə yanaşı tədqiqatçıya olan 
münasibətindən də asılıdır. 
Kliniki söhbət metodu-(yun.klinike xəstəyə qulluq)-insanın hissləri fikirləri,söz ehtiyatı,arzu 
və ideyaları burada əsas deyil.Əsas olan gizli davranışları üzə çıxarmaqdır.İlk dəfə bu metodu 
J.Piaje tədbiq etmişdir.Söhbət metodu zamanı verilən tələblər:tədqiqatın mövzusuna uyğun 
olmalı,öncədən düşünülmüş,qısa,konkret və anlayışlı,səmimi,nəticələr dəqiq qeydə 
alınmalıdır. 
Diaqnostik sorğu metodu-əsasən tibbi psixologiyada istifadə olunan metdolar hesab edilir. 
Anket sorğusu-statistik materialların toplanmasına xidmət edir.Qrupda insanın 
mövqeyi,kollektivdə qarşılıqlıqlı münasibətləri öyrənir.Anket sorğusu əsasən sosiometrik 
metodların əsasında aparılır.Misal olaraq sən kiminlə dostluq edirsən,kiminlə dostluq 
etmirsən,nə üçün və s kimi sualları tərtib edilərək təqdim olunur.Nəticədə kimlər daha çox səs 
topladısa buna əsasən sosioqramma qurulur. 
Fəaliyyət məhsularının öyrənilməsi metodu-Bu metodda daha çox psixi fəaliyyətin 
nəticələrinə diqqət yetirilir.Qurub hazırladıqları oyuncaqlar,cizdikləri rəsmlər,gildən və yaxud 
plastilindən yapdıqları fiqurlar,ağacdan qurduqları məmulatın görünüşündən detallarını 
incələməklə psixi sfera barədə nəticələr üzə çıxarmaq. 
 
Mövzu. Psixologiyanın təşəkkül tarixi 
Plan: 
1.   Qədim dövrlərdə psixoloji fikrin inkişafı 
2.   XVII-XVIII əsrlərdə psixologiyanın inkişafı 
3.   Azərbaycanda psixoloji fikrin inkişafı  
1.   Qədim dövrlərdə psixoloji fikrin inkişafı 
Psixologiya  yun.psyuxe  sözündən  əmələ  gəlib.Mənası  ruh  deməkdir.Psyuxe  ruh,loqos-
elm.Beləliklə psixologiya ruh haqqında elm mənasını verir.Tarixi dövr ərzində insanların ruh 
barədə  müxtəlif  düşüncələri  olmuduşdur.Misal  olaraq  ibtidai  insanlarda  ruh  barədə 
animistik(lat.anima-ruh)  təsəvvürləri  olub.Onlar  belə  hesab  edirdilər  ki,ruh  insanın  fiziki 
bədəninə  daxil  olan  sanki  onun  fiziki  əksidir  və  yuxuya  gedərkən,huşu  başından  çıxanda  və 
öləndə  onu  tərk  edir.İbtidai  insanların  düşüncəsinə  görə  ruhun  da  öz  həyatı  və  öz  dünyası 
var.Sadəcə müəyyən müddət və dövr ərzində bədənlə birgə yaşayır.Sonrakı dövrlərdə müxtəlif 
mədəniyyətlərdə və inanc sistemlərində ruh özünəməxsus şəkildə izah edilirdi.Slavyan dilində 
ruh  dux  dıx  dıxanie  yəni  nəfəs  almaq  sözünün  kökü  ilə  əlazələndirən  fikirlər  də  var.Daha 
doğrusu ruh nəfəs almaqla əlaqələnir,ruhun bədəni tərk etməsi nəfəsi ilə birgə tərk edir,nəfəsi 
çıxdı  kimi  səciyyələnir.Misal  olaraq  lat.animus  və  yun  psyuxe  sözlərinin  kökündə  də 

hava,külək,nəfəs  durur.  Sonrakı  arxaik  təsəvvürlərdə  ruh  insanın  və  heyvanın  qanı  ilə 
əılaqələndirilirdi.Məsələn xristianlıqda qanla qidalanmaq haram hesab edilirdi. Bibliyada açıq 
şəkildə  (levitianlara  17,14)  qeyd  olunurdu  ki,istənilən  bir    bədənində  olan  qan  onun 
ruhudur.Buna  görə  də  qanı  yeməyin.Sonralar  bu  qadağa  islamda  da  özünü  göstərdi.Qurani 
kərimdə  belə  bir  ayə  var.Biz  insana  onun  şah  damarından  daha  yaxınıq.Bəzi  xalqlarda  ruh 
insanın  gölgəsi  ilə  əlaqələndirlirdi.Amerika,okeaniya  və  şamanlarda    insanın  ruhunun 
cadugərlər tərəfindən oğurlana bilməsi və ya onların xəstələndirilməsinin mümkünlüyü barədə 
qeyd edilirdi.Şamanlar deyirdilər ki,insanın ruhu digər canlı və cansızlarda ünsiyyətdə olarkən 
öz ruhunun müəyyən hissələrini itirir.Sağlam insanın ruhu tam olur,parçalanmır.Qədim çində 
ruhun  bir  neçə  növündən  bəhs  edilirdi.Misal  olaraq  xun  və  po.Xun  insan  öləndən  sonra  onu 
tərk  edib  gedir.Po  isə  bədən  çürüyənə  qədər  onunla  bir  yerdə  qalır.Lin  bütün  canlı  və  cansız 
aləmin  tərkibində  mövcuddur.Tsi  (çi)-həyat  qüvvəsi,quy-pis  ruh,şen  yaxşı  ruh.Qədim  Misir 
insanc  sistemində  ruh  Ka  adlandırılırdı.Hind  inanc  sistemində  isə  ruh  civatman  kimi 
verilirdi.Qədim 
hind 
fəlsəfi 
psixoloji  dünya  görüşündə  ruh  müxtəlif  hissələrə 
bölünür.Bunlardan  ölməz  və  əbədi  civa-atmandır.Civa-atman  fərdi  məndir.İnsan  həyatının 
dünyaya  gəlişinin  əsas  məqsədi  fərdi  mən  olan  civa-atmanı    ali  mən  sayıkan  parma-atmana 
birləşdirməkdir.Civatman  mənəvi  aləmdən  (puruşa)  maddi  aləmə  (prakriti)  əks  olunduqda 
canlı həyat yaranır. 
Alman  alimi  Ebbinhauz  deyirdi  ki,psixologiya  elminin  uzun  keçmişi,amma  qısa  tarixi 
var.Psixologiyanın inkişaf tarixi 3 mərhələyə bölünür: 
1.Elmə  qədər  (güzəran)  psixologiya-  yuxarıda  bu  barədə  qeydlər  vermişik.Əlavə  olaraq  deyə 
bilərik  ki,xalqalrın  dastan,nağıl,əfsanə,ata  sözləri  və  digər  deyimlərində  müxtəlif  səpkidə 
psixoloji fikirlərə rast gəlmək mümkündür. 
2.Fəlsəfi  psixologiya-Qədim  dövrdən  müxtəlif  filosof  və  alimlərin  ruh  barədə  ümumi 
fikirlərini əhatə edir. 
3.Elmi psixologiya- XVII-XVIII əsrlərdən ta bu günə qədər olan dövrü əhatə edir. 
Fəlsəfi  psixologiya  özünün  inkişaf  dövrünü  antik  yunan  filosoflarının  yaşadığı  dövrdən 
götürür.E.ə.VII-VI  əsrlərdə  qədim  yunan  filosofları  Fales,Anaksimen  və  Heraklit  bütün 
həyatın  ruh  tərəfindən  canlandırılması  ideyasını  irəli  sürmüşlər.Bu  ideya  hilozoizm 
adlanır.Atomistlərdən Demokrit,Epikür,Lukretsi isə ruhu maddi varlıq kimi təsvir edirdilər.İlk 
dəfə  ruh  kəliməsini  əsərində  Heraklit  istifadə  etmişdir.Səbəb  və  nəticə  determinizm 
prinsipindən  isə  əsərlərində  ilk  dəfə  Demokrit  istifadə  edib.Heraklit  isə  sən  özünü  dərk 
et,allahları  dərk  edərsən  deyib.Sokrat  isə  düşüncə  və  ünsiyyəti  biri  biri  ilə  bağlı  hesab 
edib.Platon  (e.ə.428-347)  ruhi  aləmin  hissələri  anlayışından  istifadə  etmişdir.Bunları 
ağıl,mərdlik və tamah deyə qruplaşdırmaqla insan bədənin müxtəlif hissələrində (başda,sinədə 
və  qarın  boşluğunda)  yerləşdiyini  söyləşmişdir.Platona  görə  qeyd  olunan  ruhi  hissələrinin 
birinin  digərinə  üstünlüyü  nisbətə  görə  fərdin  bu  və  ya  digər  sosial  qrupa  daxil  olmasını 
müəyyənləşdirir.Sadə əmək adamları tamah ruhi hissəsi onlarda üstünlük təşkil edir və onların 
əbədi  qisməti  ruhi  aləmin  əqli  və  ali  hissəsinin  üstünlük  təşkil  etdiyi  hissəsinə  aristokratlara 
xidmət  etməkdən  ibarətdir.Platon  ruhla  bədəni  ayrı  ayrı  qütblərdə  yerləşdirməklə  dualizmin 
banisi banisi hesab edilir.Platon ruhun düşündüyünü,özünə sual etdiyini,inkar və qəbul etdiyini 
qeyd  edib.Platonun  şagirdi  Aristotel(e.384-322)  ruhi  aləm  fikrini  maddiləşdirməklə  dualizmi 

inkar  etdiəAristotel  ruhi  elmlərin  obyektiv  təcrübi  yolla  araşdırılmasının  tərəfdarı 
idi.Aristotelin  fikrincə  ruh  və  bədən  bir  birindən  ayrıdır.Amma  biri  digərindən  asılıdr.Ruhun 
ilkin  qabiliyyəti  olan  duyğulardan  bəhs  etmişdir.İlk  dəfər  Aristotel  cizim  və  hadisələrin 
təsəvvür  şəklində  ruhun  təsəvvür  sahəsində  yaranmasından  bəhs  etmişdir.Aristotelə  görə  bu 
surətlər  3  istiqamətdə  oxşarlıq,qonşuluq  və  əkslik  üzrə  birləşir.Buradan  o  psixi  hadisələrin 
assosasiyasının (rabiətsinin)əsas növlərini göstərib.e.ə.III əsrdə İskəndəriyyə həkimləri Herofil 
və Erozisstrat sinirləri,bağları və vətərləri fərqləndirməklə kəşf etmişlər.Onların fikrincə psixi 
funksiyalar  beynin  qıcıqlanmasından  asılıdır.Müəyyən  edilmişdir  ki,bütövlükdə  bədən  beyin 
psixika  ilə  bağlıdır.e.ə.Roma  həkimi  Qalen  fiziologiya  və  təbiətin  nailiyyətlərini 
ümumiləşdirib  psixikanın  fizioloji  əsaslarından  qeyd  edirdi.O  insanın  yuxu  halında  olarkən 
vəziyyəti  ilə  real  halını  diqqət,hafizə  və  düşüncəyə  görə  fərqləndirirdi.O  burada  şüur 
anlayışına  yaxınlaşırdı.B.e.III  əsrd  Plotin  b.e.IV-V  əsrində  Avqustin  şüur  anlayışını  tam 
şəkildə idealist nöqteyi nəzərindən izah edirdilər. 
2.   XVII-XVIII əsrlərdə psixologiyanın inkişafı 
XVII  əsrdə  biloji  və  psixoloji  biliklərin  inkişafında  yeni  dövr  açılır.  Fransız  alimi  R.Dekart 
(1596-1650)  davranışın  reflektor  təbiətini  kəşf  edir.Dekartəzələlərin  sinirlərlə  idarə 
olunduğunu  sübut  etməyə  çalışırdı.Onun  fikrincə  sinirlərdəki  proseslər  işıq  şüasının  əks 
olunması kimi beyindən əzələlərə əks olunur.Buna refleks(lat.refleks-əksetmə) deyilir.O psixi 
hadisələri izah etməyə çalışırdı.Amma ruhun varlğını da qəbul edirdi.Onun firkində ruhi aləm 
bədən  aləmindən  asılı  olmayan  bir  sahədir  və  onun  da  öz  refleksləri  var.Dekart  həmçinin 
insanın  özünü  dərk  etməsi  üçün  şüurdan  bəhs  edir.Dekarta  görə  şüurun  introspektiv 
xüsusiyyəti var. 
İngilis  alimi  Hobbs  (1588-1679)  ruhi  aləmi  inkar  edirdi,yalnız  mexaniki  hərəkəti  yeganə 
reallıq  hesab  edirdi.Onun  fikrinə  görə  psixologiya  ruhi  təlim  haqqında  elm  yox  cismani 
proseslər  haqqında  təlimdir.O  ruhi  qüvvəni  tamamilə  inkar  edirdi.Belə  bir  fəlsəfi  görüş 
epifenomenalizm  adlanır.Hobbs  həmçinin  obraz  və  təsəvvürlər  arsında  əlaqələrdən  də  bəhs 
etmişdir. 
Leybnits  (1646-1716)  idealist  idi  şüursuz  psixika  anlayışı  haqqında  ideya  irəli  sürüb.Onun 
fikrincə psixi həyatın mənzərəsi riyazi cəm kimi deyil inteqral cəm kimi çıxış edir.Persepsiya 
(dərkolunmamış  qavrayş)  Appersepsiya(diqqət  və  hafizəni  öz  tərkibinə  daxil  edən 
dərkolunmuş  qavrayış)  bir-birindən  fərqlənir.Kainat  çox  sayda  ruhlardan  (monadalardan) 
əmələ gəlmişdir. 
Empirik psixologyanın banisi ingilis edoqoqu və filosofu C.Lokk (1632-1704) yeni dünyaya 
gələn  insanın  ruhunu  təmiz  lövhə  (tabula  rasa)  kimi  səciyyələndirib.Həyatda  təcrübə  ona  öz 
yazılarını  köçürür.Təcrübə  sadə  və  mürəkkəb  ideyalardan  irəli  gəlir.C.Lokk  refleksiya 
anlayışına  görə  psixoloji  faktor  fiziki  faktlardan  fərqli  olaraq  introspektiv  surətdə  dərk 
edilir.Şüur  və  xarici  aləm  müxtəlif  üsullarla  dərk  edilir.Burada  dualizm  yenidən  meydana 
çıxır.Təcrübənin  iki  mənbəyini  də  qeyd  edib.Bunlar    hiss  etmə  və  refleksiyadır.XVIII  əsr 
psixologiyasının  inkişafında  materialist  istiqamətdə  fikirlər  üstünlük  təşkil  edir.  XVIII  əsrdə 
psixikanin    inkişafında  materialist  istiqamətdə  fikirlər  üstünlük  təşkil  edir.  XVIII  əsr 
psixikasında materialist  istiqamətin ən görkəmli numayəndəsi D. Hartli olmuşdur. O, refleks 
haqda  anlayışla  assossasiya  haqında  anlayışı  birləşdirdi.XVIII  əsrdə  psixologiyada  yeni  bir 

istiqamət-qabiliyyətlər  psixologiyası  yaranmışdı.  Onun  liderləri  almaniyada  Xristian  Volf, 
İngiltərədə    Tomas  Rid  idi.  Qabiliyyətlər  psixologiyası  tərəfdarları  sübut  edirdilər  ki,  ruhi 
aləmə  əzəldən  daxili  qüvvələr  xasdır.  Bu  qüvvələrin  səbəbini  izah  etmək  üçün  heç  bir  əsas 
göstərilmirdi.  Ona  görə  də  bu  istiqamət    özünü  doğrulda  bilmədi.  XVIII  əsrin  sonuna  qədər 
psixologiyaya  sözü  nə  fransiz,  nə  də  ingilis  ədəbiyyatında  işlənməmişdir.  Alman 
ədəbiyyatında  isə  psixdologiya  sözü  Xristian  Volfun  1732-ci  ildə  “Emprik  psixologiya”  və 
1734-cü  ildə  isə  “Rasional  psixologiya”  kitabları  nəşr  olunduqdan  sonra  məlum  olmuşdur. 
Q.Ebbinqauz  (1850-1909)  hafizə  problemini  araşdırıb.E.Torndayk  (1874-1949)-öyrənməni 
işləyib  hazırlamışdır.F.Qalton  (1822-1911)  eksperiment  yolu  ilə  insanların  bacarıq  və 
qabiliyyətlərini öyrənməyə çalışıb. Ədəbiyyatlarda qeyd olunur ki,müasir psixologiya elminin 
əsasını    1879-cu  ildə  Alman  alimi  Vilhelm  Vundt  qoymuşdur.  Həmin  dövrdə  o,  Leyspiq 
şəhərində yaratdığı psixoloji laboratoriyada ciddi psixoloji təcrübələr keçirirdi. Amma praktik 
psixologiyanın  əsasının  qoyulmasını  tanınmış  Amerika  psixoloqu  Uilyam  Ceymslə  də 
bağlayırlar.  Çünki  o,  1875-ci  ildə  Harvardda  kiçik    psixoloji  laboratoriya  yaradaraq  orada 
müxtəlif  psixoloji  təcrübələr  apardığı  qeyd  olunur.  Həmçinin  psixologiya  ilə  bağlı  ilk  elmi 
əsəri  1890-cı  ildə  Uilyam  Ceyms  (“Psixologiyanın  əsasları”)  yazmışdır.  Eyni  zamanda 
psixologiyanın praktik istiqamətdə inkişafında mühüm rolu olan tanınmış alimlərdən D.Qartli, 
D.Mill,  A.Ben,  Q.Spenser,  İ.P.Pavlov,  İ.Seçenov,  A.A.Uxtomski,  V.M.Bexterev, 
D.Uots,Skinnerin  və  b.adlarını  xüsusi  şəkildə  çəkmək  olar.  Psixoanalizin  əsasını  qoyan 
tanınmış  alim  Z.Freyd  1900-cü  ildə  “Yuxunun  təhlili”  əsərini  yazır.  Bu  əsəri  də  Müasir 
Psixologiya elmi tarixində ilk yazılmış elmi əsər kimi dətərləndirilər. Öz növbəsində bu əsəri 
psixoloji  fikrin  nəzəriyyəsi  ilə  yanaşı  praktik  hissəsinə  də  daxil  etmək  olar.  Çünki  Z.Freyd 
fikirlərinin  əksəriyyətini  praktik  olaraq  özünün  psixoanalitik  təcrübələrində  əsaslandırmağa 
çalışmışdır. Qeyd olunur ki, Ç.Darvin 45-46 günlük uşaqlarda müşahidə xarakterli təcrübələr 
aparmışdır.  Alman  psixoloqu  V.Ştern  (1871-1938)  uşaq  psixologiyası  ilə  bağlı  maraqlı 
təcrübələr  aparmışdır.  Rus  psixoloqu  L.A.Lazurski(1874-1917)  şəxsiyyətin  xarakterologiyası 
ilə bağlı elmi təcrübələr aparmışdır. A.P.Neçayev (1870-1948) pedoqoji psixologiya sahəsində 
mühüm  elmi  təcrübələr  aparmışdır.  psixologiya  Tanınmış  İsveçrə  psixoloqu  J.Piaje    uşaq 
psxigologiyası  üzrə  uşağqlarda  intellektual  fəaliyyətin  öyrənilməsi  istiqamətində  maraqlı 
eksperimentlər  aparmış  və  mühüm  elmi  nəticələrə  gəlmişdir.  Rus  psixoloqlarından 
N.N.Ladıgina    (1889-1963)  meymun  balası  ilə  oğlu  arasında  inkişaf  xüsusiyyətlərinin  fərqli 
cəhətlərini  işləyib  hazırlamışdır.  A.N.Qvozdiyeva  1949-cu  ildə  uşaqlarda  nitqlə  bağlı  elmi 
təcrübələr  aparmışdır.  D.B.Elkonin  (1904-1984)  uşaqlada  əşyavi  fəaliyyəti  təcrübi  yolla 
öyrənməyə 
çalışmışdır.1920-ci  ildə  Amerikan  psixoloqu  A.Gizell  psixologyada 
“Gizell”güzgüsü 
üsulunu 
kəşf 
etmişdir. 
Eyni 
zamanda 
rus 
psixoloqlarından 
V.S.Muxina,Dubrovina,Luriya,Rubinşteyn,Vıqotski,Leontyev,Bojoviç 
və 
b. 
praktik 
psixologiya  sahəsi  üzrə  öz  töhvələrini  vermişlər.  Test  anlayışı  ilk  dəfə  ingilis  psixoloqu  ser 
F.Halton  tərəfindən  elmə  gətirilsə  də  D.Kettel  və  A.Bine  tərəfindən  praktik  psixologiyada 
geniş tədbiq edilmişdir. Eyni zamada  rus  alimi Q.İ.Russolini də  idrak  prosesləri ilə  bağlı 10 
test işləyib hazırlamışdı. 
 
 

 
 
 
 
 
 

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə